Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə52/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   93

113 
 
 
 
 
 
 
FƏSİL ÜZRƏ  
REALLAŞDIRILACAQ ALT STANDARTLAR 
 
 
 
FƏSİL ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
27 saat 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
          1 saat 
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
      1 saat
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1.1.1. Elektromaqnit (maqnit, işıq) atom və nüvə hadisələrini, onların başvermə 
səbəblərini şərh edir.  
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid məsələlər 
qurur və həll edir.  
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin 
qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir.  
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir.  
3.1.2. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun fiziki 
kəmiyyətlər arasındakı asılılığı müəyyən edir.  
3.2.1. Müxtəlif fiziki hadisələrə (elektromaqnit, işıq, atom və nüvə) əsaslanan 
qurğuların iş prinsiplərini şərh edir.  
 
İŞIQ HADİSƏLƏRİ
FƏSİL –
3


114 
 
Dərs 46/Mövzu: 
İŞIQ MƏNBƏLƏRİ 
Şagirdlər 6-cı sinif fizika kursundan və  həyat bilgisi fənnindən  “İşıq hadisələri” ilə tanış 
olmuşlar. Fəndaxili və  fənlərarası  əlaqə yaratmaqla diaqnostik qiymətləndirmə  həyata keçirilə 
bilər.  Şagirdləri mövzuya istiqamətləndirmək məqsədilə  aşağıdakı sualları  səsləndirmək və ya 
lövhədə yazmaq olar:  
 Hansı fiziki hadisələri tanıyırsınız? 
 Hansı işıq hadisələrini tanıyırsınız? 
 Həyatda rast gəldiyiniz işıq hadisələrinə nümunələr göstərin. 
 İşıq hadisələrinə aid şəkilləri ayırın? 
Hadisələrə dair slaydlar nümayiş etdirilə bilər. Maraqoyatma üçün video və fotomaterial 
təqdim oluna bilər. Bunun üçün dərsliyin A blokunda verilmiş şəkillərdən də istifadə etmək 
mümkündür. Videomaterialda göyqurşağı, çəmənlik (müxtəlif rəngli güllər) nümayiş etdi-
rilir. Bu məqsədlə işıqlanan elektrik lampası, şam alovu, Günəş, işıqsaçan bitki, yaxud böcək 
və s. əks etdirən slaydlar da nümayiş oluna bilər. Nümayişdən sonra şagirdlər gördüklərini 
şərh edirlər. Şagirdlərə istiqamətləndirici suallar verilir:  
 Təsvirlərdəki ümumi cəhət nədir?  
 Təsvirlər sizə hansı hadisəni xatırladır? 
 Cisimləri görmək üçün işıq vacibdirmi? 
Müəllim bu zaman aşağıdakı sxem üzrə problemli situasiya yarada bilər: 
 
Şagirdlər təsvir olunan cisimlərin xassələri haqqında öz fərziyyələrini söyləyirlər.  
Tədqiqat sualları:
 İşıq nədir? Hansı cisimlər işıq mənbəyi ola bilər?
 
Bu mərhələdə B blokunda verilmiş “Hansı cisim işıq şüalandırır?” araşdırması icra olu-
nur. Məqsəd şagirdlərin işıq mənbələrini düzgün təsnif etməkdir. Şagirdlərin bu araşdırmanı 
fərdi icra etmələri məqsədəuyğundur. 
Lövhədə ümumi cədvəl çəkilir və şagirdlər onu iş vərəqinə köçürürlər. 
s.s. Cismin 
adı 
İşıq şüalandırır 
İşıq şüalandırmır 

 
 
 

 
 
 

 
 
 

 
 
 

 
 
 

 
 
 
Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər. Müzakirəni 
nümayişlə müşayiət etmək daha məqsədəuyğundur. Bunun üçün müəllim  əvvəlcədən 
müxtəlif işıq mənbələrini nümayiş stolunun üzərində yerləşdirməlidir. Müzakirə zamanı 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların baş 
vermə səbəblərini şərh edir.  
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin qanunauy-
ğunluqlarına dair topladığı məlumatları şərh edir. 
 
 
Təlim  
NƏTİCƏLƏRİ 
 İşıq hadisələrinin insan həyatının ayrılmaz hissəsi olduğunu izah edir. 
 İşıq mənbələrini təsnif edir və onları fərqləndirir. 
 İşıq hadisələrinin öyrənilməsində “nöqtəvi işıq mənbəyi” modelinin 
əhəmiyyətini şərh edir. 


115 
 
məsləhət olunur ki, cavabları “bəli” və “xeyr” olan suallar əvəzinə açıq suallar verilsin. 
Müəllim əlavə olaraq təbii və süni işıq mənbələri haqqında da suallar verə bilər. 
Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərə müşa-
hidələrini şərh etməyi tapşırmaq olar.  
Bu zaman şagirdləri 3-4 qrupa bölmək olar. “Araşdırma” hissəsindən sonra verilən 
izahat (C bloku)  şagirdlərdə yarana biləcək sualları müzakirə etmək üçün faydalıdır. 
Müəllim istilik hadisələrinə dair əvvəlcədən hazırladığı slaydlara və ya şəkillərə müraciət edə 
bilər, məsələn, işıq mənbələrini təsnif etmək üçün belə bir sxem təqdim oluna bilər: 
 
Dərsin məzmunu ilə şagirdlər aşağıdakı müddəalar əsasında tanış olurlar:  
1. Günəş – Yerin enerji mənbəyidir. 
2. İşıq şüası haqqında tarixi məlumatlar. 
3. İşıq – informasiya mənbəyidir. 
4. Təbii işıq mənbələri. 
5. Süni işıq mənbələri. 
6. İsti və soyuq işıq mənbələri. 
7. Nöqtəvi işıq mənbələri. 
8. İşığın cisimlərə təsiri. 
D blokunda verilmiş “O hansı işıq mənbəyidir?” araşdırması yerinə yetirilir. Araşdırma 
qruplarda yerinə yetirilə bilər. Burada məqsəd şagirdləri müxtəlif təbii və süni işıq mənbələri 
ilə tanış etməkdir. Araşdırmada belə bir sual yaranır: işıq mənbəyi hansıdır – cib fənəri, 
yoxsa məhlul? Bu təcrübəni yol nişanları ilə də müqayisə etmək olar: gecə qaranlıq küçə ilə 
hərəkət edən avtomobilin faraları yol nişanlarını  işıqlandırır. Analoji olaraq fosfor rəqəmli 
qol saatlarını da misal göstərmək məqsədəuyğundur. 
Təklif olunan cədvəl və sxemlər.  Müəllim  E blokunda “Bilirsinizmi” başlığı altında 
verilən və ya əlavə məlumatlar əsasında şagirdlərə aşağıdakı cədvəli tamamlamağı təklif edə 
bilər.  
S.s 
Hadisə Temperatur 
İŞIQ MƏNBƏYİNİN NÖVÜ 
Təbii 
Süni 
İsti 
Soyuq 
Nöqtəvi 

Püskürən vulkan 
1100-1200 °C 

– 

– 
– 

Qaz alovu 
 
 
 
 
 
 

Közərmə lampasının teli 
 
 
 
 
 
 

Ulduzların səthi 
 
 
 
 
 
 

Yol hərəkət nişanları 
 
 
 
 
 
 
F blokunda verilmiş tapşırıq dərs boyunca şagirdin öyrəndiyi  əsas biliklərin müstəqil 
olaraq ümumiləşdirməsinə xidmət edir. Tapşırıq texniki imkanları olan siniflərdə “AktivIns-
pire”, “Mimio”, “Power Point” proqramlarının birində interaktiv formada təqdim edilə bilər. 
Bu zaman şagirdlər elektron lövhədə sərbəst şəkildə açar sözlərin mənasını uyğun hissələrdə 
qeyd edir və verilmiş şəkillərlə birləşdirirlər. Doğru cavabları yoxlamaq üçün məxfilik funk-
siyasından istifadə etmək məqsədəuyğundur. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə