Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə60/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   93

132 
 
Dərs 57/Mövzu: 
SFERİK GÜZGÜDƏ XƏYALIN QURULMASI 
Maraqoyatma sferik güzgülərdə cisimlərin müxtəlif ölçü və formada xəyallarının təsvirini 
almaqla yaradıla bilər. Bunun üçün lövhə qarşısına bir neçə  şagird dəvət edilir və onların 
sferik güzgüdə alınan xəyalları nümayiş olunur. Şagirdlər müstəvi güzgüdən fərqli olaraq bu 
güzgülərdə xəyalın ölçüsünün cismin ölçüsündən fərqli olduğunu müşahidə edirlər. 
Tədqiqat sualı:
 Sferik güzgüdə cismin xəyalı necə qurulur?” 
Şagirdlərin fərziyyələri dinlənilir. Bu zaman texniki imkanları olan sinifdə mövzuya uyğun 
bir neçə saniyəlik film nümayiş edilə bilər. Sonra şagirdlər sferik güzgüdə  xəyal qurmaq 
üçün əlverişli şüaların seçilməsi ilə tanış edilir. 
Bu şüaların yolunu bildikdən sonra şagirdlər qruplara ayrılır və onlara müxtəlif məsafələrdə 
yerləşdirilmiş cisimlərin xəyallarını qurmaq, aşağıdakı cədvəli doldurmaq tapşırılır: 
Cisim məsafəsi 
Xəyal məsafəsi 
Xəyalın ölçüsü 
Düzünə və ya 
çevrilmiş 
Həqiqi və ya 
mövhumi 
→ ∞ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şagirdlərin xüsusi diqqət edəcəkləri məsələlər: qabarıq güzgü cisim məsafəsindən asılı 
olmayaraq həmişə kiçildilmiş, düzünə  və mövhumi xəyal verir; projektorda lampa çökük 
güzgünün fokusunda yerləşdirilir. Lampadan reflektora düşən  şüalar paralel şəkildə  əks 
olunur. Əks olunan paralel şüa dəstəsinin eni güzgünün radiusundan asılıdır. 
Bu mərhələdə “Cismin sferik güzgüdə  xəyalını qurun” araşdırması icra olunur (E bloku). 
Məqsəd şagirdlərə sferik güzgüdə cismin xəyalını qurabilmə bacarıqlarının aşılanmasıdır. Bu 
zaman onlar böyük həvəs və maraqla işi icra edirlər. Araşdırmanın düzgün sxemi aşağıda 
verilir: 
 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
baş vermə səbəblərini  şərh  edir.  
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin 
qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir. 
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Sferik güzgülərdə xəyalqurmada tətbiq olunan əlverişli şüaları təsnif 
edir. 
 Çökük və qabarıq güzgülərdə xəyalların alınmasının müxtəlif hallarını 
sxemlərlə izah edir. 
 Sferik güzgülərdə xəyalqurmaya dair keyfiyyət xarakterli şəkil-sxem 
məsələlər həll edir. 


133 
 
 
 
Dərs boyunca şagirdin öyrəndiyi  əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə  
blokunda verilmiş tapşırıq xidmət edir. Bu tapşırıq aşağıdakı kimi yerinə yetirilir. 

 olduqda: sonsuzluqdan düşən  şüalar paralel qəbul olunur və qayıdan  şüalar 
güzgünün fokusunda toplanır: f = F. 

 R olduqda: xəyal güzgünün əyrilik mərkəzi ilə fokusu arasında (R  f  F), həqiqi, 
tərsinə çevrilmiş və kiçildilmiş alınır. 
d = R olduqda: xəyal güzgünün əyrilik mərkəzində (f = R), həqiqi, tərsinə çevrilmiş və özü 
boyda alınır;  

  d F olduqda: xəyal güzgünün əyrilik mərkəzindən uzaqda (f  R), həqiqi, tərsinə 
çevrilmiş və böyüdülmüş alınır;  
d = F olduqda: xəyal sonsuzluqda alınır (f
);  

 F olduqda: xəyal cisim olan tərəfdə, mövhumi, düzünə və böyüdülmüş alınır. 
Mövzunun “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar icra olunarkən 
müəllim belə bir cədvəlin doldurulmasını təklif edə bilər: 
Güzgü Düzünə və ya çevrilmiş 
Həqiqi və ya mövhumi 
Müstəvi  
 
Çökük  
 
Qabarıq  
 
 
Çökük güzgü ilə qabarıq güzgünün verdiyi xəyallar Venn diaqramında fərqləndirilir. 
 
Elektron resurslar:  
1. https://www.youtube.com/watch?v=Ef_OvzPhNgw 
2. https://www.youtube.com/watch?v=Ahopg2Q1ygg 
3. https://www.youtube.com/watch?v=uIgTdxtLygI 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar
 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
T
əsnifetm
ə  Sferik güzgülərdə xə-
yalqurmada tətbiq 
olunan əlverişli şüaları 
səhv təsnif edir. 
Sferik güzgülərdə xə-
yalqurmada tətbiq olu-
nan əlverişli şüaları 
çətinliklə təsnif edir. 
Sferik güzgülərdə xə-
yalqurmada tətbiq olu-
nan əlverişli şüaları 
qismən təsnif edir. 
Sferik güzgülərdə xə-
yalqurmada tətbiq 
olunan əlverişli şüaları 
tam təsnif edir. 


134 
 
İzahe
tm
ə 
Çökük və qabarıq güz-
gülərdə xəyalların 
alınmasının müxtəlif 
hallarını sxemlərlə səhv 
izah edir. 
Çökük və qabarıq güz-
gülərdə xəyalların 
alınmasının müxtəlif  
hallarını sxemlərlə 
çətinliklə izah edir. 
Çökük və qabarıq güz-
gülərdə xəyalların 
alınmasının müxtəlif 
hallarını sxemlərlə 
əsasən izah edir. 
Çökük və qabarıq güz-
gülərdə xəyalların 
alınmasının müxtəlif 
hallarını sxemlərlə 
düzgün izah edir. 
M
əs
əl
əh
əlle
tm
ə  Sferik güzgülərdə xə-
yalqurmaya dair key-
fiyyət xarakterli şəkil-
sxem məsələləri həll 
edə bilmir. 
Sferik güzgülərdə xə-
yalqurmaya dair key-
fiyyət xarakterli şəkil-
sxem məsələləri mü-
əllimin köməyi ilə  həll 
edir. 
Sferik güzgülərdə xə-
yalqurmaya dair key-
fiyyət xarakterli şəkil-
sxem məsələləri qismən  
həll edir. 
Sferik güzgülərdə xə-
yalqurmaya dair 
keyfiyyət xarakterli 
şəkil-sxem məsələləri 
dəqiq və düzgün  həll 
edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.
 
 
 
Dərs 58/Mövzu: 
İŞIĞIN SINMASI. İŞIĞIN SINMA QANUNU 
Maraqoyatma dərsliyin A blokunda verilən təcrübə əsasında aparıla bilər.  
 Təcrübədə neçə mühit iştirak edir? Bu mühitlər bir-birindən necə fərqlənir? 
 Nə üçün suya batırılan karandaş sınmış formada görünür? 
Tədqiqat sualları: 
Nə üçün cisim suda sınmış kimi görünür? İşıq  şüası bir mühitdən 
digərinə keçərkən hansı hadisə baş verir?” 
Şagirdlər qruplara ayrılır və onlara B blokundakı “İşıq iki şəffaf mühitin sərhədinə düş-
dükdə  nə baş verir?” araşdırmasını icra etmək tapşırılır. Onlar apardıqları  təcrübədə  işıq 
şüasının iki şəffaf mühit (hava-su) sərhədində sınmaya məruz qaldığını bir daha aşkar edirlər. 
Təcrübənin sxemi iş vərəqinə çəkilir və nəticənin müzakirəsi aparılır. Sonra şagird qruplarına 
dərslikdəki nəzəri materialla (C bloku) tanış olmağa 5-8 dəqiqə vaxt verilir. Şagirdlər 
öyrənirlər ki, işıq  şüası az sıxlıqlı mühitdən daha böyük sıxlıqlı mühitə keçdikdə  sınır, iki 
mühit sərhədində düşmə nöqtəsinə çəkilmiş perpendikulyara yaxınlaşır. Şüa əks istiqamətdə 
keçdikdə isə bu perpendikulyardan uzaqlaşır. Onlar “sındırma əmsalı” anlayışı ilə tanış olur, 
sınma qanununun riyazi ifadəsini öyrənirlər. Şagirdlərin bu problemi öyrənməyə maraqlarını 
daha da artırmaq məqsədilə onlara belə bir əyləncəli təcrübəni icra etməyi tapşırmaq olar: hər 
qrupa fincan, metal qəpik və bir stəkan su verilir. İşin icra mərhələləri yazılan vərəqlər 
paylanır: 
1. Boş fincanın dibinə metal qəpik qoyun.  
2. Fincanı özünüzdən elə  məsafəyə uzaqlaşdırın ki, qəpiyin mərkəzi, fincanın kənarı  və 
gözünüz eyni bir düz xətt üzərində olsun. Belə  vəziyyətdə  qəpiyin görünüb-görünmədiyini 
araşdırın.  
3. Başınızın vəziyyətini dəyişmədən fincana bir qədər su tökün. Suyun səviyyəsi yüksəldikcə 
fincanda baş verən hadisəni müşahidə edin.
  
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini  şərh  edir.  
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin qanu-
nauyğunluqlarına dair topladığı məlumatları şərh edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 İşığın sınma qanununu sadə təcrübələrlə əsaslandırır. 
 “Sındırma əmsalı” anlayışının fiziki mahiyyətini şərh edir. 
 İşığın sınma qanununun tətbiqlərinə dair keyfiyyət və kəmiyyət 
xarakterli məsələlər qurur və həll edir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə