127
Dərs 54/Mövzu:
MÜSTƏVİ GÜZGÜDƏ XƏYALIN QURULMASI
Maraqoyatma belə də yaradıla bilər: qruplara müstəvi güzgü paylanır (
A bloku) və
şagirdlərə başlarını döndərmədən güzgüdən istifadə etməklə arxa qrupdakı yoldaşlarına
baxmaq təklif olunur. Bu zaman istiqamətləndirici suallar verilir:
– Müşahidə apardığınız qrup üzvlərindən hansılar güzgüdə göründü?
– Qrupun digər üzvləri niyə görünmədi? Siz güzgüdə nə görürsünüz: yoldaşınızın özünü,
yoxsa xəyalını?
– Güzgünü gözünüzə yaxınlaşdırıb-uzaqlaşdırdıqda xəyalın yeri necə dəyişir? və s.
Tədqiqat sualı:
“
Müstəvi güzgüdə cismin xəyalı necə alınır?”
Tədqiqat iki mərhələdə aparılır (
B bloku):
1. Təlimdə bərabər imkanların yaradılması prinsipindən istifadə edərək “Cismin xəyalı
harada alınır?” araşdırması yerinə yetirilir. Bu zaman bütün qruplara eyni təlim şəraiti
yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir.
Şagirdlər yanmayan şamı şüşədən görünən yanan şamın xəyalının yerində yerləşdirirlər. Bu,
şagirdlərdə böyük marağa səbəb olur. Şagirdlər eksperimentin sxemini iş vərəqlərinə
çəkirlər. Bu zaman müəllim aşağıdakılara diqqət yetirməlidir:
– cisim və xəyal məsafəsinin düzgün təyin olunmasına;
– cismin xəyalının görünmə sahəsinin düzgün təyin olunmasına;
– cisim və xəyal məsafələrinin bərabər olduğunu aşkarlamalarına.
2. Yeni məlumatın mənimsənilməsi. “Ziqzaq” üsulu tətbiq oluna bilər: qruplar “doğma”
və “ekspert” qruplarına ayrılır. “Ekspert” qrupuna aşağıdakı tapşırıqlar verilə bilər:
I qrup. Müstəvi güzgüdə cisim və xəyal məsafələrini müqayisə etmək.
II qrup. Müstəvi güzgüdə ixtiyari xətti cismin xəyalını sxematik qurmaq.
III qrup. “Araşdırma - 1” zamanı müstəvi güzgünün xassələrini araşdırmaq.
IV qrup.
Müstəvi güzgüdə cismin xəyalının görünmə sahəsini
təyin etmək.
“Ekspert” qruplarında məlumat cədvəl şəklində ümumiləşdirilir:
Qrup Tapşırıq Sxem
üzrə izah
Araşdırma Xassələri
I qrup
Cisim məsafəsi
Xəyal
məsafəsi
II qrup
Cismin xəyalının qurulması
III qrup Müstəvi güzgünün xassələri
IV qrup Xəyalın görünmə sahəsi
“Doğma” qruplarda məlumat müzakirə olunur və cədvəldə ümumiləşdirilir:
Qrup Tapşırıq Sxem
üzrə izah
Araşdırma Xassələri
Bütün
qruplarda
Müstəvi güzgüdə xəyalın
qurulması
Alt
STANDARTLAR
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların
başvermə səbəblərini şərh edir.
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin
qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir.
3.1.1.Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun
cihazlardan istifadə edir.
Təlim
NƏTİCƏLƏRİ
Müstəvi güzgüdə xəyalqurmanın işığın qayıtma qanununa əsaslandığını
nümunələrlə izah edir.
Müstəvi güzgüdə xəyalların qurulmasına
dair keyfiyyət xarakterli
məsələlər qurur və həll edir.
128
Qruplar işlərini təqdim edir. İşlər müzakirə olunur, yaranan suallar araşdırılır. Müzakirə
zamanı şagirdlərin diqqəti müstəvi güzgüdə xəyalın qurulmasının praktik əhəmiyyətinə
yönəldilir. Şagirdlər
C blokunda verilən nəzəri materialla tanış olur. Yeni biliyin sürətli
mənimsənilməsinin təmin etmək üçün “Fizika multimedia” dərsliyindən uyğun hissə nüma-
yiş oluna bilər.
Tövsiyə. Təlim nəticələri yüksək olan siniflərdə belə bir praktik araşdırma icra oluna bi-
lər: oyuncaq kaleydoskop nümayiş olunur, rəngli sxemlər əsasında onun quruluşu haqqında
qısa məlumat verilir, sonra isə kiçik tədqiqat sualı qoyulur: “Kaleydoskopda xırda rəngli şü-
şə qırıntılarının bir neçə vəziyyətdə eyni düzülüşdə və eyni məsafədə görünməsinə səbəb
nədir?” Şagirdlərin fikri dinlənildikdən sonra yaxşı olar ki, iki müstəvi güzgü vasitəsilə
xəyalların sayının təyin olunması üçün
1
ifadəsi verilsin.
E blokunda verilmiş “Hansı nöqtə görünər?” araşdırması icra olunur. Araşdırma
qruplarda yerinə yetirilir. Burada məqsəd şagirdlərə “işığın qayıtma qanunu”nun tətbiqinə
əsaslanaraq müstəvi güzgüdə cismin xəyalının görünmə sahəsini təyin etməkdir.
Bu zaman
şagirdlərə gündəlik həyatda müstəvi güzgülərin tətbiqinə əsaslanan hadisələri misal gətirmək
məqsədəuyğundur. Məsələn avtomobilərdə tətbiq olunan yan güzgülərin funksiyaları
soruşula bilər. Nəticələrin müzakirəsi zamanı işığın qayıtma qanunu, müstəvi güzgüdə
xəyalın qurulması bir daha təkrarlanır.
Təklif olunan sxem. F blokunda verilən tapşırıq aşağıdakı sxem əsasında da yerinə yetirilə
bilər.
Refleksiya. Verilmiş meyarlar əsasında öz fəaliyyətinizi təhlil edin:
– Dərsdə müsbət hislər yaradan nə oldu?
– Dərsdə ən yaxşı nəyi qiymətləndirirsiniz?
– Dərsdə ən pis alınan hansı tapşırıq oldu?
– Nəyi başa düşmədiniz?
– Hansı tapşırıq üzərində yenə işləmək istərdiniz?
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini
müəyyən etmək olar.
M-lar
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
İzahe
tm
ə
Müstəvi güzgüdə xə-
yalqurmanın işığın
qayıtma
qanununa
əsaslandığını nümu-
nələrlə səhv izah edir.
Müstəvi güzgüdə xə-
yalqurmanın işığın
qayıtma qanununa
əsaslandığını nümu-
nələrlə çətinliklə izah
edir.
Müstəvi güzgüdə xə-
yalqurmanın işığın
qayıtma qanununa
əsaslandığını nümu-
nələrlə qismən izah
edir.
Müstəvi güzgüdə xə-
yalqurmanın işığın
qayıtma qanununa
əsaslandığını nümu-
nələrlə tam izah edir.
M
əs
əl
əh
əlle
tm
ə
Müstəvi güzgüdə
xəyalların qurul-
masına
dair key-
fiyyət xarakterli
məsələləri səhv qurur
və həll edə bilmir.
Müstəvi güzgüdə
xəyalların qurulma-
sına
dair keyfiyyət
xarakterli məsələləri
qurur və çətinliklə
həll edir.
Müstəvi güzgüdə
xəyalların qurulma-
sına dair keyfiyyət
xarakterli məsələləri
qismən qurur və
əsasən həll edir.
Müstəvi güzgüdə
xəyalların qurulma-
sına dair keyfiyyət
xarakterli məsələləri
düzgün
qurur və
dəqiq həll edir.
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.