Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə55/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   93

120 
 
Sualların cavabları iş vərəqlərində qeyd edilir.  
Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları  məhdud olan şagirdlər 
sinif yoldaşlarının müzakirəsində iştirak edir. Eyni zamanda təlim nəticələri yüksək olan şa-
girdlərə dirək və onun kölgəsinin sxemini qurmağı tapşırmaq olar.  
Qrup liderləri yerinə yetirdikləri tapşırıq barədə  qısa təqdimat edirlər. Bu zaman digər 
şagirdlər sual-cavabla müzakirəyə cəlb oluna bilərlər.  
Dərsin bu hissəsində müəllim istiqamətverici iş yerinə yetirir (C bloku): qruplar yeni 
eksperiment aparır.  Əvvəlcə bir nöqtəvi işıq mənbəyi (kiçik elektrik lampası) ilə  işıqlanan 
topun (və ya qlobusun), sonra isə iki nöqtəvi işıq mənbəyi (iki elektrik lampası) ilə işıqlanan 
topun tam və yarımkölgəsini alırlar. Daha sonra “Günəş tutulmasının səbəbini izah edək” 
araşdırması yerinə yetirilir (E bloku). Şagirdlər əvvəlki eksperimentlərdən gəldikləri nəticə-
lərə əsasən Ay və Günəş tutulmalarının səbəbini asanlıqla izah edə bilirlər. 
Tövsiyə.  “Araşdırma -2” karusel metodu ilə  də icra oluna bilər: qruplara dərslikdəki 
uyğun təsvir və  təmiz vərəq paylanır. Qrup üzvləri müşahidə etdikləri hadisənin başvermə 
səbəbini vərəqdə qeyd edir. Vərəqlər saat əqrəbi istiqamətində müəllimin köməyi ilə qruplara 
ötürülür. Beləliklə, vərəqlər “Karusel” kimi bütün qruplardan keçərək axırda öz qrupuna 
qayıdır. Müəllim bu vərəqləri yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə 
edir. Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında da aparıla bilər. 
Təklif olunan sxemlər.  “Nə öyrəndiniz” bölümündə verilmiş tapşırıq yerinə yetirilir. 
Şagirdlər “Yarımkölgə”, “Günəş tutulması”, “Tam kölgə”, “Ay tutulması” kimi açar sözlərdən 
istifadə edərək qısa esse yazırlar. Tapşırıq aşağıdakı cədvəl əsasında da yerinə yetirilə bilər: 
 
Eyni zamanda Venn diaqramından istifadə edərək müqayisə aparmaq olar. 
 
Dərsin  əvvəlində irəli sürülən fərziyyələr xatırlanır və onlar şagirdlərin fəal iştirakı ilə 
qazanılmış biliklərlə müqayisə edilir. 
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
 
M-
lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə 
Cisimlərin kölgəsinin 
alınmasını, Günəş və 
Ay tutulmalarını “İşı-
ğın düz xətt boyunca 
yayılması qanunu” 
əsasında səhv izah 
edir. 
Cisimlərin kölgəsinin 
alınmasını, Günəş və 
Ay tutulmalarını “İşı-
ğın düz xətt boyunca 
yayılması qanunu” 
əsasında müəllimin kö-
məyi ilə izah edir. 
Cisimlərin kölgəsinin 
alınmasını, Günəş və 
Ay tutulmalarını 
“İşığın düz xətt 
boyunca yayılması 
qanunu” əsasında 
əsasən izah edir. 
Cisimlərin kölgəsinin 
alınmasını, Günəş və 
Ay tutulmalarını 
“İşığın düz xətt bo-
yunca yayılması qa-
nunu” əsasında düzgün  
izah edir. 


121 
 
T
ətbiq
et
m
ə 
İşığın düz xətt boyunca 
yayılması qanununun 
tətbiqlərinə dair məsə-
lələri müəllimin kömə-
yi ilə qurur və səhv  
həll edir. 
İşığın düz xətt boyunca 
yayılması qanununun 
tətbiqlərinə dair 
məsələləri çətinliklə 
qurur və həll edir. 
İşığın düz xətt boyunca 
yayılması qanununun 
tətbiqlərinə dair 
məsələləri qismən qurur 
və həllində bəzən kiçik 
səhvlərə yol verir. 
İşığın düz xətt bo-
yunca yayılması qa-
nununun tətbiqlərinə 
dair məsələləri tam 
qurur və düzgün həll 
edir. 
Nümayi
şetm
ə 
İşığın düz xətt boyunca 
yayılması qanununun 
tətbiqlərinə aid sadə 
cihazlarla təcrübələri 
səhvlərə yol verməklə 
aparır. 
İşığın düz xətt boyunca 
yayılması qanununun 
tətbiqlərinə aid sadə 
cihazlarla təcrübələri 
müəllimin köməyi ilə  
aparır. 
İşığın düz xətt boyunca 
yayılması qanununun 
tətbiqlərinə aid sadə 
cihazlarla təcrübələri 
qismən aparır. 
İşığın düz xətt boyunca 
yayılması qanununun 
tətbiqlərinə aid sadə ci-
hazlarla təcrübələri 
düzgün aparır. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
 
Dərs 49/ 
MƏSƏLƏ HƏLLİ 
 
Burada çalışma 3.1-də olan tapşırıqlar həll oluna bilər: 
1. Cavab: İstilik işıq şüalandırma mənbəyi:  – közərmiş metal, közərmə lampası və şam 
alovudur. Soyuq işıq şüalandırma mənbəyi: – kompüter monitoru, işıldaböcək və reklam 
lampasıdır. 
 
2. Cavab:  Topun ekranda kölgə  və yarımkölgəsi 
şəkildəki kimi alınır:  
 
 
 
 
3. Cavab: Şaquli qoyulmuş cismin üzərinə 1, 2, 3 və 4 nöqtələrindən işıq 
şüalarının verdiyi kölgələrin hündürlükləri arasındakı münasibət belədir:  

 3  2  1. 
 
 
4. Cavab: Tam Günəş tutulmasının baş verməsi üçün Ay 4 
nöqtəsində olmalıdır. 
 
 
5. Cavab: Binanın hündürlüyü 60 m -dir 
 
6. Cavab: Binanın giriş qapısının günlüyü iki küçə 
lampası ilə  işıqlandırılır. Günlüyün altında duran 
oğlan onun tam kölgəsindədir. Cavab: A. 
 
 
 
 
 
 
 
A
B
 


122 
 
Dərs 50/Mövzu: 
İŞIĞIN YAYILMA SÜRƏTİ 
VƏ ONUN TƏYİNİ ÜSULLARI 
Maraqoyatmaya  şimşək çaxmasına dair qısa film nümayişilə başlamaq olar. Bu zaman 
mövzuya aid fəndaxili və fənlərarası inteqrasiyadan istifadə etmək olar. Sinfə aşağıdakı kimi 
suallar verilə bilər:  
– Şimşək çaxması hansı fiziki hadisədir? 
– Şimşək çaxan zaman onun səsindən əvvəl parıltısının görünməsinə səbəb nədir?  
– Sürət nəyə deyilir? Sürətin riyazi ifadəsindən istifadə edərək şimşəyin parıltısının sürətini 
ölçmək olarmı? 
Şagirdlərin cavabları dinlənilir. Lövhədə  tədqiqat sualı yazılır və müəllim tərəfindən 
səsləndirilir. Şagirdlərin fərziyyələri qeyd olunur.  
Tədqiqat sualı:
 “
İşığın yayılma sürətini necə təyin etmək olar?” 
Dərsin bu mərhələsində  şagirdlər işığın yayılma sürətinin təyininə aid dərslikdə verilən 
materialı diqqətlə oxuyurlar (C bloku). Burada onlar işığın sürətinin astronomik və 
laboratoriya üsulları ilə tanış olurlar. Şagirdlərin diqqəti aşağıdakı tapşırıqla istiqamətlən-
dirilə bilər: 
 İşıq şüası nəyə deyilir? 
 İşığın yayılma sürəti haqqında hansı tarixi məlumatlarla tanışsınız? 
 İşığın böyük sürətlə yayılmasına aid misallar göstərin. 
 İşığın yayılma sürəti astronomik üsulla necə təyin olunmuşdur? 
 İşığın yayılma sürəti laboratoriya üsulu ilə necə təyin olunmuşdur? 
Şagirdlərin mənimsəmə keyfiyyətini yüksəltmək məqsədilə “Fizika multimedia” dərsliyindən 
istifadə oluna olar. 
Şagirdlərlə birlikdə aşağıdakı cədvəli doldurmaqla nəticələr çıxarırlar: 
S.s 
İşıq sürətini təyin 
etmək üçün təcrübə 
Təcrübənin qısa 
məzmunu 
Alınan nəticə 
(vakuum) 
Hansı üsul əlverişlidir?  
Nə üçün? 

Astronomik üsul 
 
 
 

Laboratoriya üsulu 
 
 
 
Yaradıcı tətbiqetmə mərhələsində aşağıdakı məsələ həll edilir: 
Verilir Həlli Hesablanması 
N = 720 
L = 8633 m 
,
 





4 ∙ 8633 ∙ 720 ∙ 12,67
 315014717 
 
 
Nəticə araşdırmada verilən suallar əsasında müzakirə olunur. 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini şərh edir.  
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid 
məsələlər qurur və həll edir. 
3.1.2. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
fiziki kəmiyyətlər arasındakı asılılığı müəyyən edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 İşığın yayılma sürətinin astronomik və optik üsullarla ölçülmə 
mexanizmini izah edir. 
 İşığın vakuumda yayılma sürətinin təbiətdə ən böyük sürət olduğunu 
misallarla şərh edir. 
 İşığın yayılma sürətinin hesablanmasına aid kəmiyyət xarakterli sadə 
məsələlər həll edir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə