125
Bu mərhələni başqa praktik tapşırıqla da aparmaq olar. Məsələn, bir neçə şagirdə növbə ilə
müstəvi güzgü vasitəsilə şam alovunun işıqlı “ləkəsini” almağı tapşırmaq olar. Şagirdlər
alovun güzgüyə düşən şüasının istiqamətini dəyişdikdə işıqlı “ləkənin” vəziyyətinin
dəyişdiyini müşahidə edirlər. Təcrübə qara rəngli ekranla təkrarlanır və şagirdlər işıqlı
“ləkənin” alınmadığını müşahidə edirlər. Onlar praktik tapşırığı həvəslə yerinə yetirirlər.
Şagirdlərə problem formalaşdırmaq üçün yardımçı suallar verilməsi məqsədəuyğundur:
– Divarda işıqlı ləkənin alınmasına səbəb nədir?
Qeyd.
Fizika kabinetində kompüter, proyektor və “Mimio studio” (promethean lövhə)
olarsa, bu tapşırığı əvvəlcədən hazırlamaq və interaktiv lövhədə yerinə yetirmək dərsə şa-
girdlərin marağını artıra bilər.
Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat sualları yazılır.
Tədqiqat sualları:
“
Hamar səthlərdən, güzgülərdən işıq necə əks olunur? İşığın əks
olunması hansı qanuna tabedir?”
Şagirdlər qruplara bölünür. Onlara “İşıq güzgüdən necə qayıdır?” araşdırmasını yerinə
yetirmək tapşırılır (
B bloku). Eyni zamanda müəllim şagirdlərə müxtəlif yardımçı suallarla
müraciət edə bilər:
– İşıq mənbəyindən güzgünün səthinə düşən şüanı necə adlandırmaq olar?
– Güzgüdən əks edən şüanı necə adlandırmaq olar?
– Güzgünün səthində bir nöqtəyə düşən və həmin nöqtədən qayıdan şüaların, düşmə nöqtə-
sindən səthə qaldırılan perpendikulyarla yaratdıqları α və β bucaqları arasında hansı münasi-
bəti aşkarladınız?
– İşığın müstəvi güzgüdən qayıtma hadisəsini necə ümumiləşdirmək olar?
Şagirdlər iş vərəqlərinə aşağıdakı sxemi köçürür və verilən işarələri adlandırırlar:
Qeyd. Bu araşdırmanı yerinə yetirmək üçün xüsusi laboratoriya cihazları tələb olunma-
dığından şagirdlər onu evdə də yerinə yetirə bilər.
Şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirmək üçün “harada rast gəlmək olar?”,
“...haqqında nə bilirsiniz?”, “...üçün istifadə etmək olar?”, “hansı yolla...?” və s.
ifadəli
suallarla müraciət edə bilər. Araşdırmanın gedişi zamanı şagirdlər iş vərəqində qeydlər apara
bilərlər.
Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər iş
vərəqlərində araşdırmaya uyğun şəkillər çəkə, yaxud onun haqqında öz fikirlərini yaza
bilərlər.
Qrup liderlərinin qısa təqdimatı və müzakirəsi təşkil olunur.
Müzakirə dərslikdə verilən
suallar əsasında qurula bilər.
C blokunda verilən nəzəri material sadə və anlaşıqlı olduğundan şagirdlər onu oxuyub mənim-
səməkdə çətinlik çəkmirlər. Lakin onlara aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri tövsiyə
oluna bilər:
1) düşmə və qayıtma bucaqlarının necə təyin edilməsinə;
2) qayıtma bucağı ilə düşmə bucağı arasında hansı münasibətin olmasına;
3) düşən və qayıdan şüa, həmçinin iki mühit sərhədinə şüanın düşmə nöqtəsindən qaldırılan
perpendikulyarın bir müstəvi üzərində olmasına.
126
Güzgü və diffuz qayıtmanı təcrübədə göstərərkən şagirdlərdə belə bir fikir yaranır ki,
diffuz
qayıtmada işığın qayıtma qanunu ödənilmir, bu qanun yalnız güzgü səth üçündür. Müəllim
izah etməlidir ki, işıq kələ-kötür səthin hər bir mikrosəthindən qayıtma qanununa görə
müxtəlif istiqamətlərə əks olunaraq həmin səthləri görməyə imkan verir.
Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı
ilə qazanılmış biliklərlə müqayisə edir.
Daha sonra “İşığın qayıtma qanununu yoxlayaq” araşdırması icra olunur (
E bloku).
Bu araş-
dırmada şagirdlər gündəlik həyatda dəfələrlə rastlaşdıqları hadisəni məqsədyönlü yoxladıqla-
rından onlar üçün çox maraqlıdır. Belə ki, onlar asanlıqla güzgüdən və buna oxşar səthlərdən
işıq şüasının qayıtmasını müstəqil izah edirlər. Araşdırmanın müzakirəsi verilən suallar
əsasında yerinə yetirilir.
Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə müəllim alternativ araşdırma da
təklif edə bilər, məsələn, su səthindən qayıdan işıq şüasının səbəbini izah etmək.
Elektron resurslar:
1. https://www.youtube.com/watch?v=ulUy_PgTCvo
2. https://www.youtube.com/watch?v=8WEtExJjTh0
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq
dərəcəsini
müəyyən etmək olar.
M-lar
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
Ə
sa
sla
nd
ırma
İşığın qayıtma qanu-
nunu
sadə təcrübələr-
lə əsaslandırmaqda
çətinlik çəkir.
İşığın qayıtma qanu-
nunu sadə təcrübələr-
lə müəllimin köməyi
ilə əsaslandırır.
İşığın qayıtma qanu-
nunu sadə təcrübələr-
lə qismən əsas-
landırır.
İşığın qayıtma qanu-
nunu sadə təcrübələrlə
düzgün əsaslandırır.
Fə
rql
ənd
ir
m
ə
Güzgü qayıtmasını
diffuz qayıtmadan
səhv fərqləndirir.
Güzgü qayıtmasını
diffuz qayıtmadan
çətinliklə fərqləndirir.
Güzgü qayıtmasını
diffuz qayıtmadan
əsasən fərqləndirir.
Güzgü qayıtmasını
diffuz qayıtmadan
dəqiq fərqləndirir.
M
əs
əl
əh
əlet
m
ə
İşığın qayıtma qanu-
nunun tətbiqlərinə da-
ir
keyfiyyət xarakterli
məsələləri sərbəst qu-
rub həll edə bilmir.
İşığın qayıtma qanu-
nunun tətbiqlərinə da-
ir keyfiyyət xarakterli
məsələləri az səhvlərə
yol verməklə qurur və
həll edir.
İşığın qayıtma qa-
nununun tətbiqlərinə
dair keyfiyyət xarak-
terli məsələləri əsasən
qurur
və qismən həll
edir.
İşığın qayıtma qanu-
nunun tətbiqlərinə dair
keyfiyyət xarakterli
məsələləri düzgün qu-
rur və dəqiq həll edir.
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.