129
Ev tapşırığı. “Müstəvi güzgünün həyatda tətbiqi” mövzusunda təqdimat hazırlamaq.
Dərs 55/
MƏSƏLƏ HƏLLİ
Burada çalışma 3.3-dəki tapşırıqlar həll oluna bilər:
1. Cavab:
Düşmə bucağı qayıtma bucağına bərabər olduğundan alarıq:
→
°
;
°
.
2. Cavab: Müstəvi güzgüyə N nöqtəsindən baxan gözün
görmə sahəsinə düşən 2 və 3
nöqtələri
görünər.
3. Cavab: 2,3,4,6 - doğru mülahizələrdir.
4. Cavab: AB cismi əvvəlcə 1, sonra isə 2
müstəvi güzgüdən əks olunduqdan sonra
A
B kimi görünər.
5. Cavab:
O nöqtəsindən müstəvi güzgüyə baxan göz AB cismini
yalnız 1 təsvirindəki güzgüdən tam görər, 2 təsvirindəki güzgüdən
cismin müəyyən hissəsini görər, 3 təsvirindəki güzgüdən
isə heç
görməz.
6. Şüanın düşdüyü istiqamətdə geri qayıtması üçün müstəvi güzgünü
O nöqtəsi ətrafında elə döndərmək lazımdır ki, düşən şüa ilə müstəvi
güzgü arasındakı bucaq 0° olsun – şüa güzgünün səthinə perpendi-
kulyar düşsün. Bu halda şüa düşdüyü xətt üzrə geri qayıdacaqdır.
Cavab: A) 2 istiqamətində
.
30
o
Dərs 56/Mövzu:
SFERİK GÜZGÜ
Maraqoyatma belə bir maraqlı məlumatla yaradıla bilər: Olimpiya oyunları keçirilən ölkəyə
aparılan məşəl Yunanıstanın Olimp dağında Günəş şüalarının təsiri ilə yandırılır (hadisənin
videogörüntüsü bir neçə saniyəlik fraqmentlə də nümayiş etdirilə bilər: https:// www.
youtube.com/watch?v=Y_SreaWLHOw). Bu zaman təbii bir sual yaranır:
Məşəl ocaq olmadan öz-özünə necə alovlandı?
Alt
STANDARTLAR
1.1.1. Elektromaqnit (maqnit, işıq),
atom və nüvə hadisələrini, onların
başvermə səbəblərini şərh edir.
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin
qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir.
3.1.1.Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun
cihazlardan istifadə edir.
Təlim
NƏTİCƏLƏRİ
Sferik güzgüləri müstəvi güzgülərdən fərqləndirir.
Sferik güzgünün əsas elementlərini təsnif edir.
Sferik güzgülərin praktikada geniş istifadəsinə dair misallar göstərir.
130
Müəllim cib fənəri, avtomobil farası, projektor, teleskopu (A bloku) təsvir edən şəkilləri
nümayiş etdirərək şagirdlərin diqqətini lampanın arxasındakı sferik güzgüyə (reflektora)
yönəldir və belə suallarla müraciət edir:
– Lampaların arxasında yerləşdirilən sferik güzgünün rolu nədən ibarətdir?
– Bu güzgü olmasa, lampalar əvvəlki kimi işıq verə bilərmi?
– İşığın qayıtma qanunu sferik güzgülər üçün ödənilirmi?
Tədqiqat sualı
: “
İşığın qayıtma qanununu sferik güzgüyə tətbiq etmək olarmı?”
Şagirdlərin fərziyyələri dinlənilir və lövhədə yazılır.
Nəzəri material müəllimin qısa şərhi ilə verilir. Şagirdlərin diqqətinə çatdırılır ki, sferik
güzgülərə bir çox xırda müstəvi güzgülərin yığımı kimi baxmaq olar (
C bloku). Qayıtma
qanununu tətbiq etmək üçün güzgünün səthinə perpendikulyar çəkilməlidir. Burada Həndəsə
fənni ilə inteqrasiya yaradılır:
Sferik səthin ixtiyari nöqtəsinə perpendikulyar necə çəkilir?
Onlar
bilirlər ki, sferanın səthindəki ixtiyari nöqtəni onun mərkəzi ilə
birləşdirən düz xətt (həmin nöqtəyə çəkilən radius vektorun davamı) bu
nöqtəyə çəkilən perpendikulyardır. Ona görə də şagirdlər sferik güzgü-
nün ixtiyari nöqtəsinə perpendikulyarı necə çəkmək lazım gəldiyini
asanlıqla izah edirlər. Müəllim çökük və qabarıq güzgülərdə bu perpen-
dikulyarı çəkməyi, işığın qayıtma qanununu tətbiq etməklə qayıdan
şüaların yolunu göstərməyi tapşırır. Beləliklə, şagirdlər
görürlər ki, çö-
kük güzgü üzərinə düşən şüalar toplanır (
a
), qabarıq güzgü isə həmin
şüaları səpir (
b
). Şagirdlər qayıdan şüaların (qabarıq güzgüdə qayıdan
şüaların uzantılarının) kəsişdiyi nöqtəni qeyd edirlər. Həmin nöqtə
güzgülərin fokusu adlanır. Dərs prosesində şagirdlər aşağıdakı bacarıq-
lara yiyələnirlər: 1) şagirdlər sferik güzgünün təpə nöqtəsini, fokus nöqtəsini və baş optik
oxunu təyin edirlər; 2) fokusların həqiqi və mövhumi olmasını fərqləndirirlər; 3) çökük güz-
güdə paralel səpilən şüaları alırlar.
“Sferik güzgüdə işığın qayıtma hadisəsini izləyək” araşdırması yerinə yetirilir (
E bloku).
Araşdırmada məqsəd şagirdləri çökük və qabarıq güzgülərdə şüanın yolu ilə tanış etməkdir.
Bu zaman şagirdlər dərs boyunca haqqında nəzəri məlumat verilən çökük və qabarıq
güzgülərin praktik tətbiqini öyrənirlər. Onlar teleskop- reflektor, mayak, avtomobil faraları
və cib fənərində, projektorların əsas hissəsinin sferik güzgülərdən ibarət olması haqqında
məlumat alırlar. Araşdırmanın nəticəsini aşağıdakı cədvələ əsasən müzakirə etmək olar.
Güzgü Tərifi
Şüanın yolunun sxemi
Nəticə
Çökük güzgü
Qabarıq güzgü
Təklif olunan cədvəl və sxemlər. Dərsin
F blokunda ümumiləşdirmə aparılır.
Şagirdlər Venn diaqramına əsasən sferik güzgüləri müqayisə edirlər:
131
Şagirdlər dərslikdək verilmiş açar sözlərin izahıyla aşağıdakı cədvəli tamamlayırlar. Bu
cədvəli müəllim texniki imkanlardan istifadə edərək elektron lövhədə yerinə yetirməsi
məqsədəuyğundur.
Açar sözlər Qısa izah
Sferik güzgü
Çökük güzgü
Qabarıq güzgü
Baş optik ox
Güzgünün baş fokusu
Fokal müstəvi
Əyrilik mərkəzi
Reflektor
Teleskop
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın”
hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.
Elektron resurslar:
1. https://www.youtube.com/watch?v=Ef_OvzPhNgw
2. https://www.youtube.com/watch?v=Ahopg2Q1ygg
3. https://www.youtube.com/watch?v=uIgTdxtLygI
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini
müəyyən etmək olar.
M-lar
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
Fə
rql
ənd
ir
m
ə
Sferik güzgüləri müs-
təvi güzgülərdən
fərqləndirə bilmir.
Sferik güzgüləri
müstəvi güzgülərdən
çətinliklə fərqləndirir.
Sferik güzgüləri
müstəvi güzgülərdən
qismən fərqləndirir.
Sferik güzgüləri
müstəvi güzgülərdən
tam fərqləndirir.
T
əsnifetm
ə
Sferik
güzgünün əsas
elementlərini müəlli-
min köməyi ilə təsnif
edir.
Sferik güzgünün əsas
elementlərini az səhv-
lərə yol verməklə
təsnif edir.
Sferik güzgünün əsas
elementlərini əsasən
təsnif edir.
Sferik güzgünün əsas
elementlərini düzgün
təsnif edir.
T
ətbiq
et
m
ə
Sferik güzgülərin
praktikada
geniş isti-
fadəsinə dair misal-
ları səhv göstərir.
Sferik güzgülərin
praktikada geniş
istifadəsinə dair
misalları çətinliklə
göstərir.
Sferik güzgülərin
praktikada geniş is-
tifadəsinə dair mi-
salları qismən gös-
tərir.
Sferik güzgülərin
praktikada geniş
istifadəsinə dair mi-
salları dəqiq göstərir.
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.
Ev tapşırığı: İnternet resurslarından istifadə etməklə Şamaxı Astrofizika Rəsədxanasındakı
teleskop-reflektorlar haqqında qısa məlumat hazırlamaq.