Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə61/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   93

135 
 
 
Müzakirə sualı:  – Hansı halda fincanın dibindəki qəpik tamamilə müşahidə olundu: fincanda 
su olduqda, yoxsa su olmadıqda? Nə üçün? 
Şagirdlər həm icra etdikləri praktik işlərdən, həm də tanış olduqları  nəzəri məlumatlardan 
aşağıdakı nəticəyə gəlirlər: 
– düşmə  və  sınma bucaqları uyğun  şüa ilə  şüanın düşmə nöqtəsindən iki mühit sərhədinə 
çəkilən perpendikulyara görə hesablanır: düşmə bucağı – düşən  şüa ilə bu perpendikulyar 
arasında qalan bucağa, sınma bucağı isə – sınan şüanın həmin perpendikulyar arasında qalan 
bucağa bərabərdir; 
– iki mühit sərhəddinə perpendikulyar istiqamətdə düşən işıq şüası sınmadan ikinci mühitdə 
“yoluna” davam edir; 
–işıq optik sıxlığı az olan mühitdən optik sıxlığı çox olan mühitə keçərsə, həmişə  sınma 
bucağı düşmə bucağından kiçik olur; 
– düşən və  sınan  şüa, həmçinin iki mühit sərhədinə düşmə nöqtəsindən çəkilən    
perpendikulyar bir müstəvi üzərindədir; 
– bu müstəvi iki mühiti ayıran sərhədə perpendikulyardır; 
– nisbi sındırma  əmsalının qiyməti düşmə  və  sınma bucağının qiymətindən asılı deyil, o 
yalnız mühitin xassələrindən asılıdır; 
– mütləq sındırma  əmsalı kiçik olan mühitin optik sıxlığı az olan mühit, sındırma  əmsalı 
böyük olan mühit isə optik sıxlığı çox olan mühitdir. 
E blokunda verilmiş tapşırıq  şagirdlərin işığın sınma qanununa dair biliklərinin tətbiq 
olunmasına xidmət edir. Şagirdlər düşmə  və  sınma bucaqlarının sinuslarının qiymətlərini 
dördrəqəmli riyaziyyat cədvəlindən istifadə etməklə  təyin edir və  sınma qanununu 
yoxlayırlar. 
Təklif olunan cədvəl və sxemlər.  Dərsdə öyrənilən yeni açar sözlərdən istifadə etməklə F 
blokunda mövzunun xülasəsini  şagirdlərin özlərinin verməsi tələb olunur. Bunu aşağıdakı 
cədvəl üzrə yerinə yetirmək məqsədəuyğundur. 
 
 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=46nTHlFPE_U 
2. https://www.youtube.com/watch?v=6FI8-gsDTCY 
3. https://www.youtube.com/watch?v=wVUlZbYSOEE 
 
 
 
 


136 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
Ə
sa
sla
nd
ırma 
İşığın sınma qanunu-
nu sadə təcrübələrlə 
səhv əsaslandırır. 
İşığın sınma qanunu-
nu sadə təcrübələrlə 
çətinliklə  əsaslandı-
rır. 
İşığın sınma qanu-
nunu sadə təcrübə-
lərlə qismən əsas-
landırır. 
İşığın sınma qanunu-
nu sadə təcrübələrlə 
düzgün əsaslandırır. 
Şə
rhetm
ə 
“Sındırma əmsalı” 
anlayışının fiziki ma-
hiyyətini səhv şərh 
edir. 
“Sındırma əmsalı” an-
layışının fiziki ma-
hiyyətini çətinliklə 
şərh edir. 
“Sındırma əmsalı” 
anlayışının fiziki 
mahiyyətini əsasən 
şərh edir. 
“Sındırma əmsalı” 
anlayışının fiziki ma-
hiyyətini dəqiq şərh 
edir. 
M
əs
əl
əh
əlle
tm
ə 
İşığın sınma qanunu-
nun tətbiqlərinə dair 
keyfiyyət və kəmiy-
yət xarakterli məsə-
lələri səhv qurur və 
həll edə bilmir. 
İşığın sınma qanunu-
nun tətbiqlərinə dair 
keyfiyyət və kəmiyyət 
xarakterli məsələləri 
müəllimin köməyi ilə 
qurur və çətinliklə 
həll edir. 
İşığın sınma qanu-
nunun tətbiqlərinə 
dair keyfiyyət və 
kəmiyyət xarakterli 
məsələləri qismən  
qurur və əsasən  həll 
edir. 
İşığın sınma qanunu-
nun tətbiqlərinə dair 
keyfiyyət və kəmiy-
yət xarakterli məsə-
lələri düzgün qurur 
və tam həll edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur. 
 
 
 
Dərs 59/ 
MƏSƏLƏ HƏLLİ 
 
Burada çalışma 3.4-dəki tapşırıqlar həll oluna bilər: 
1. Verilir 
Həlli Hesablanması 
°  
şüş
 

. 
→? ,

şüş
→? 
şüş

şüş

Ş

şüş


şüş
şüş

 
60°
1,5
0,8660
1,5
0,5733. 
0,5733
35°. 

şüş
3 ∙ 10
1,5
2 ∙ 10

Cavab: 
°;

şüş

. 
2. Cavab: İşıq  şüalarını almazda, suda və  şüşədə  şəkildə 
təsvir olunduğu kimi yönəltmək lazımdır ki, onlardan 
havaya çıxan bu şüalar 
şəkildəki kimi paralel olsun. 
3. Cavab:  
 
4. Cavab: 


′ .  
5. Cavab: Qabarıq güzgünün üzərinə 
paralel düşən şüaların uzantıları güzgünün mövhumi fokus nöqtəsində 
alınır: 
6. Cavab: A) 

                 
    
 
 
 


137 
 
Dərs 60/Mövzu:
 İŞIĞIN PARALEL ÜZLÜ ŞÜŞƏ LÖVHƏDƏN 
VƏ ÜÇÜZLÜ ŞÜŞƏ PRİZMADAN KEÇMƏSİ 
Maraqoyatmanı mövzuda verilən sadə  təcrübə ilə başlamaq olar (A bloku). Eyni 
zamanda işığın paralel üzlü şüşə lövhədən keçməsini optik diskdə nümayiş etdirmək 
lazımdır.  Şagirdlər  şüanın belə lövhədən keçərkən necə  sındığını,  şüanın yolunun necə 
dəyişdiyini, şüanın düşmə və sınma bucaqları arasındakı münasibəti müşahidə etdikdən sonra 
tədqiqat sualı qoyulur. 
Tədqiqat sualı:
  “İşıq  şüasının paralel üzlü şüşə lövhədə yolunu necə  təsvir edə 
bilərsiniz?” 
Şagirdlərin iş  vərəqində  çəkdikləri sxemlər nəzərdən keçirildikdən sonra onlara möv-
zudakı  “İşığın paralel üzlü şüşə lövhədən keçməsi” araşdırmasını icra etmək tapşırılır (
bloku). Bu işi  şagirdlər qruplarda icra edirlər. Araşdırma zamanı    şagirdlərin aşağıdakı 
məsələlərə diqqət yetirmələrinə nəzarət edilir: 
– hava-şüşə, şüşə-hava mühitlərinin sərhədində şüanın düşmə və sınma bucaqlarının düzgün 
müəyyənləşdirilməsinə; 
– şüaların istiqamətinin düzgün çəkilməsinə; 
– düşmə və sınma bucaqlarını transportirlə ölçə bilmələrinə. 
Araşdırmanın müzakirəsi mövzuda verilən suallar əsasında aparıla bilər. 
C blokunda verilən “Paralel üzlü şüşə lövhədə  şüanın yolu” başlığı altında olan mətni 
oxunur və alınan nəticənin doğruluğu yoxlanılır. Şagirdlərə üçüzlü şüşə prizmadan hər hansı 
bir cismə baxmaq təklif olunur. Bu zaman cisim yerini dəyişmiş kimi görünür. Hadisənin 
səbəbini araşdırmaq və  şüaların üçüzlü şüşə prizmada yolunu çəkmək təklif olunur. Bu 
zaman şagirdlər müəyyənləşdirirlər: 
– təcrübənin effektli alınması üçün prizmanın üzərinə çox nazik işıq dəstəsi salınmalıdır; 
– hava-şüşə sərhədində sınan işıq dəstəsi prizmanın oturacağına doğru meyil edir; 
– cisim üçüzlü şüşə prizmanın sındırıcı üzləri arasında qalan təpə bucağına doğru yerini 
dəyişmiş kimi görünür. 
E blokunda verilən “İşıq  şüasının  şüşə prizmada yolu” araşdırması yerinə yetirilir. 
Araşdırma cütlərlə yerinə yetirilə bilər. Burada məqsəd  şagirdlərin öyrəndikləri nəzəri 
bilikləri praktikaya tətbiq etməkdir: işığın şüşə prizmada yolunu araşdırmaqdır. Şagirdlər iş 
vərəqlərində təcrübənin sxemini çəkirlər. 
Təklif olunan cədvəl və sxemlər. F blokundakı tapşırıq yerinə yetirilir. 
Paralel üzlü şüşə lövhənin başlıca xassələri bunlardır: 
 – işıq şüası paralel üzlü müstəvi şəffaf lövhəyə hansı bucaq altında düşürsə, həmin bucaq altında 
da bu lövhədən çıxır; 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
baş vermə səbəblərini  şərh  edir.  
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid 
məsələlər qurur və həll edir. 
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin 
qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 İşığın paralel üzlü şüşə lövhədən və üçüzlü şüşə prizmadan keçməsini 
sınma qanunu əsasında izah edir. 
 İşığın paralel üzlü şüşə lövhədən və üçüzlü şüşə prizmadan sınmasını 
sadə təcrübələrlə nümayiş etdirir. 
 İşığın paralel üzlü şüşə lövhədən və üçüzlü şüşə  prizmadan keçməsinə 
dair keyfiyyət xarakterli məsələlər həll edir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə