Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə62/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   93

138 
 
–  şüşədən çıxan  şüa düşən  şüaya paralel yönəlir, onun yeri müəyyən qədər sürüşür,  lakin 
yayılma istiqamətini dəyişmir. 
Üçüzlü şüşə prizmanın üzərinə işıq şüası düşdükdə iki sınmaya məruz qalır: hava-şüşə və şüşə-
hava sərhədində. Şüşə-hava sərhədinə düşən şüa sınaraq prizmanın oturacağına doğru meyil 
edir. 
Tapşırıq verilən cədvəli doldurmaqla da yerinə yetirilə bilər. 
Mövzunun “Öyrəndiklərinizi yoxlayın” hissəsində aşağıdakı cədvəli tətbiq etmək olar: 
Optik cisim 
Şüanın yolunu  
müqayisə et 
Oxşar cəhətlər Fərqli cəhətlər 
Müstəvi güzgü 
 
 
 
Sferik güzgü 
 
 
 
Paralel üzlü şüşə lövhə 
 
 
 
Üçüzlü şüşə prizmanın  
 
 
 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=F_6JaXWkOmc 
2. https://www.youtube.com/watch?v=_FAkIhVAot8 
3. https://www.youtube.com/watch?v=c7m_MpLFJXY&index=1&list=PL_7rnHwefH7N8 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.
  
M-lar. 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə 
İşığın paralel üzlü şü-
şə lövhədən və üçüz-
lü şüşə prizmadan 
keçməsini sınma qa-
nunu əsasında izah 
edə bilmir. 
İşığın paralel üzlü şü-
şə lövhədən və üç-
üzlü şüşə prizmadan 
keçməsini sınma qa-
nunu əsasında çətin-
liklə izah edir. 
İşığın paralel üzlü 
şüşə lövhədən və 
üçüzlü şüşə prizma-
dan keçməsini sınma 
qanunu əsasında 
qismən izah edir. 
İşığın paralel üzlü 
şüşə lövhədən və üç-
üzlü şüşə prizmadan 
keçməsini sınma qa-
nunu əsasında düzgün  
izah edir. 
Nümayi
şetm
ə 
İşığın paralel üzlü 
şüşə lövhədən və 
üçüzlü şüşə prizma-
dan sınmasını sadə 
təcrübələrlə müəlli-
min köməyi ilə nü-
mayiş etdirir. 
İşığın paralel üzlü 
şüşə lövhədən və üç-
üzlü şüşə prizmadan 
sınmasını sadə təcrü-
bələrləaz səhvlərə yol 
verməklə  nümayiş 
etdirir. 
İşığın paralel üzlü 
şüşə lövhədən və 
üçüzlü şüşə  prizma-
dan sınmasını sadə 
təcrübələrlə əsasən 
nümayiş etdirir. 
İşığın paralel üzlü 
şüşə lövhədən və 
üçüzlü şüşə prizma-
dan sınmasını sadə 
təcrübələrlə dəqiq 
nümayiş etdirir. 
M
əs
əl
əh
əlle
tm
ə 
İşığın paralel üzlü 
şüşə lövhədən və 
üçüzlü şüşə prizma-
dan keçməsinə dair 
keyfiyyət xarakterli 
məsələləri həll edə 
bilmir. 
İşığın paralel üzlü 
şüşə lövhədən və üç-
üzlü şüşə prizmadan 
keçməsinə dair key-
fiyyət xarakterli mə-
sələləri çətinliklə həll 
edir. 
İşığın paralel üzlü 
şüşə lövhədən və 
üçüzlü şüşə prizma-
dan keçməsinə dair 
keyfiyyət xarakterli 
məsələləri əsasən  
həll edir. 
İşığın paralel üzlü 
şüşə lövhədən və 
üçüzlü şüşə prizma-
dan keçməsinə dair 
keyfiyyət xarakterli 
məsələləri düzgün həll 
edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
 
 
 
 
 


139 
 
 
Dərs 61/
 Praktik iş.  
SÜSƏNİN SINDIRMA ƏMSALININ TƏYİNİ 
 
 
Fizika laboratoriyasının təchizat dərəcəsindən asılı olaraq müəllim praktik işi ya 
qruplarda, yaxud da cütlərdə təşkil edir. Bu tapşırıqların məqsədi şagirdlərə izah olunur, on-
ların yerinə yetirilmə ardıcıllığı araşdırılır. Təqdim olunan dərs nümunəsi cütlərlə  iş üçün 
nəzərdə tutulmuşdur.  
İşin məqsədi.  İki mühiti ayıran sərhəddə  işığın sınma qanununa əsasən  şüşənin sındırma 
əmsalını təyin etmək. 
Təchizat: dərslik, xətkeş, üçbucaqlı xətkeş, trapesiya formalı şüşə lövhə, karton parçası, ağ 
kağız, başlıqlı sancaq (4 əd.), karandaş. 
 
Fəaliyyət 
Şagirdlərdə  
formalaşacaq baca-
rıqlar 
Qiymətləndirmə 
(şagirdlər özləri aparır) 
Şagirdlər işin adını iş vərəqinə yazırlar.  
 
Tapşırıq 1. Dərslikdə verilən praktik işin 
I tapşırığının yerinə yetirilməsi.  
Şüşə lövhəni altına karton qoyulmuş, kağız 
vərəqin üzərində yerləşdirin. 
Laboratoriya avadan-
lıqlarından istifadə-
etmə və tanıma. 
Şagirdlərə bir-birini yoxlamaq 
tapşırılır. Onlar növbə ilə  I tap-
şırığı yerinə yetirirlər.  Hər düz-
gün addım üçün 1 bal əlavə olu-
nur. Maksimum 6 bal ola bilər.  
Tapşırıq 2. Sancaqlardan birini lövhənin 
divarına toxundurmaqla A nöqtəsində 
kağıza sancın. Gözünüzü masa 
səviyyəsində elə yerləşdirin ki, lövhənin 
bir tərəfindən baxdıqda onun digər 
tərəfindəki sancağın gövdəsi görünsün  
Ölçmələrdən alınan 
qiymətləri praktik 
təyinetmə.  
Şagirdlər yoldaşlarını  yoxla-
yırlar. Onlar praktik tapşırıqla-
rını nümayiş etdirirlər. Hər dol-
ğun nümayiş üçün1 bal əlavə 
olunur. Maksimum 5 bal ola bi-
lər.  
Tapşırıq 3. Gözünüzün yerini dəyişmə-
dən lövhəni azacıq elə döndərin ki, san-
cağın şüşədən kənarda görünən başlığı ilə 
şüşədən görünən gövdəsi bir-birinə 
nəzərən yerini dəyişmiş olsun. 
Ölçmələrdən alınan 
qiymətləri praktik 
təyinetmə. 
Şagirdlər bir-birinin işlərini mü-
qayisə edirlər. Üst-üstə düşmə-
yən cavablar müzakirə olunur. 
İşin nəticəsini siz qiymətləndi-
rəcəksiniz. Maksimum 6 bal ola 
bilər.  
Tapşırıq 4.Sonra qalan sancaqları B, C və 
D nöqtələrinə elə sancın ki, D sancağına 
baxdıqda o, arxasındakı digər üç sancağı 
“gizlətsin” – onların hamısı bir düz xətt 
boyunca düzülmüş kimi görünsün. 
Laboratoriya ava-
danlıqlarından isti-
fadəetmə və tanıma. 
 
İşin nəticəsini siz qiymətləndi-
rirsiniz. Maksimum 4 bal ola 
bilər. 
 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini şərh edir.  
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin 
qanunauyğunluq-larına dair topladığı məlumatları şərh edir. 
3.1.2. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
fiziki kəmiyyətlər arasındakı asılılığı müəyyən edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Trapesiya formalı şüşə lövhənin sındırma əmsalını təcrübi olaraq təyin 
edir. 
 Sadə cihaz və avadanlıqlardan sərbəst istifadə etmək, lazımi ölçmələr 
və hesablamalar aparmaq bacarığını nümayiş etdirir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə