Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə54/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   93

118 
 
Sual “İşıq şüasının havada düz xətt boyunca yayılmasını yoxlayaq” adlı araşdırmasının icrası 
ilə cavablandırılır. Hər qrupdan növbə ilə bir şagird nümayiş masasına dəvət olunur. 
Şagirdlər bir düz xətt boyunca düzülən lövhələr üzərində açılmış dəlikdən baxmaqla şam alo-
vunu müşahidə edirlər. Lövhələrdən birini yana sürüşdürməklə  təkrarladıqda alovun 
görünməz olduğunu və bununla da işıq  şüasının düz xətt boyunca yayılması qanununu 
eksperiment yolu ilə yoxlayırlar. 
Araşdırmanın müzakirəsini dərslikdə verilən suallara əsasən aparmaq olar. 
Tövsiyə. Araşdırmada cihazlar sadə olduğundan təcrübəni hər qrup üçün də hazırlamaq 
olar.  Bu zaman şagirdlərə müzakirə zamanı sözlərdən, şəkil və sxemlərdən istifadə etmək 
tapşırıla bilər. Qrup liderləri işi təqdim edir. Məlumat mübadiləsi baş verir. Təqdimat üçün 
qruplara aşağıdakı tapşırıqlar vermək olar. 
I qrup:  Hansı mühitdə işıq şüasının düz xətt boyunca yayılma xassəsini müşahidə etdiniz? 
Müşahidənizi sxem üzrə izah edin. 
II qrup: İşıq şüası iki mühitdən, hava və sudan, şaquli keçəndə nə baş verdi? İşıq şüasının 
yolunu sxem üzrə izah edin. 
III qrup: Lazer şüasını havadan suya maili yönəltdikdə nə müşahidə etdiniz? İşıq şüasının 
yolunu sxem üzrə izah edin və s. 
Təklif olunan cədvəl və sxemlər. Şagirdlər Venn diaqramı əsasında işıq şüasının havada və 
mayedə yayılmasını müqayisə edə bilərlər.  İşıq  şüalarının paralel, divergent və konvergent 
ola bilməsini aşağıdakı cədvəllə təhlil etmək olar. 
İşıq şüaları Sxem 
Təhlil Nümunələr 
Paralel 
 
 
 
Divergent 
Bu zaman işıq dəstəsi 
bir mənbədən ha-
çalanaraq yayılır. 
Cib fənərindən yayılan 
işıq dəstəsi. 
Konvergent 
 
 
 
Dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə F blokunda 
verilmiş tapşırıq xidmət edir. Mövzunun “Nə öyrəndiniz?” hissəsində  iş  vərəqində verilən 
açar sözlərdən–  İşıq  şüası”, “Bircins mühit”, “İşığın düzxətli yayılma qanunu”, 
“Vakuum”  istifadə etməklə qısa esse yazmaq tapşırığı verilir. Şagirdlər bu tapşırığı həvəslə 
yerinə yetirirlər. 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=ZVL8fN-yaHs 
2. https://www.youtube.com/watch?v=n5bqIOncSaw 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
Meyarlar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
Şərhetmə 
“İşıq şüası” anla-
yışını səhv şərh 
edir. 
“İşıq şüası” anla-
yışını çətinliklə şərh 
edir. 
“İşıq şüası” anlayı-
şını əsasən şərh 
edir. 
“İşıq şüası” anla-
yışını düzgün şərh 
edir. 
Ə
sa
sla
nd
ırma 
İşığın düz xətt  bo-
yunca yayılması 
qanununu sadə 
təcrübələrlə səhv-
lərə yol verməklə  
əsaslandırır. 
İşığın düz xətt  bo-
yunca yayılması 
qanununu sadə 
təcrübələrlə müəl-
limin köməyi ilə 
əsaslandırır. 
İşığın düz xətt  bo-
yunca yayılması 
qanununu sadə 
təcrübələrlə qismən 
əsaslandırır. 
İşığın düz xətt  bo-
yunca yayılması 
qanununu sadə 
təcrübələrlə tam 
əsaslandırır. 
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur. 


119 
 
Dərs 48/Mövzu:
 İŞIĞIN DÜZXƏTLİ YAYILMA QANUNUNUN 
İZAH ETDİYİ HADİSƏLƏR 
Şagirdlərin mövzu ilə bağlı müəyyən bilik, bacarıq və vərdişlərə malik olduğunu nəzərə ala-
raq müəllimin müzakirə təşkil etməsi məqsədəuyğundur. Belə dərslərdə şagirdlərin müstəqil 
fikir söyləmək, ümumiləşdirmə aparmaq bacarıqları  və  tənqidi təfəkkürü inkişaf etdirilir. 
Diskussiyanı aşağıdakı suallar əsasında təşkil etmək tövsiyyə olunur. 
 Kölgənizin uzunluğu gün ərzində necə dəyişir? 
 Günəş zenitdə olarkən niyə kölgəniz yox olur, axşama yaxınlaşdıqca uzanır? 
 “Mən gedirəm, o da gedir” bilməcəsini kim bilir, onu kim izah edər? 
 “Hər ağac öz dibinə kölgə salar” atalar sözü hansı fiziki hadisəyə əsaslanır. 
 Kölgənin əmələ gəlməsinin, Günəş və Ay tutulmalarının səbəbi nədir? 
Bu zaman texniki imkanları olan siniflərdə slaydlardan və dərslikdəki şəkildən istifadə etmək 
olar. Müəllim mövzunun əvvəlində verilən mətnə də müraciət edə bilər (A bloku). 
Tədqiqat sualı:  
İşığın düzxətli yayılma qanununu ilə 
izah olunan hansı nümunələri göstərə bilərsiniz?”
 
Şagirdlərin fərziyyələri dinlənilir və uyğun cavablar şa-
xələndirmə  cədvəlində qeyd edilir. Sonra bütün siniflə  
blokundakı  “İşıq dirəyinin hündürlüyünü təyin edək” 
araşdırması  icra  olunur.  Bu  zaman  şagirdlərə üçbucaqların 
oxşarlığı xassəsini xatırlatmaq lazımdır.  Şagirdlər qruplara 
ayrılır və onlara iş  vərəqləri ilə birgə “Araşdırma-1”də 
təsvir edilmiş  şəkil verilir. Şagirdlər dərslikdə verilən işin 
gedişi ilə tanış olurlar. Tövsiyə edilən cədvələ əsasən araş-
dırma yerinə yetirilir. Tapşırıq yerinə yetirilərkən verilənləri 
dəyişmək olar (AC, AC
1
, AB
1
): 
Oxşar 
üçbucaqlar 
Üçbucağın tərəfləri Həlli Hesablanması 



 
AB=? AB
1
=1,5m 
 
,
,

H=AB=
, ∙ ,
4,875m 

 
AC=6,5m 
AC
1
=2m 
Bu zaman aşağıdakı sualları iş vərəqlərinə daxil  etmək olar:  
 Cisimlərin kölgəsinin yaranmasına səbəb nədir?  
 AB tərəfinin hündürlüyünü üçbucaqların hansı xassəsinə 
əsasən təyin etmək olar? 
 Kölgənin yaranması  işıq  şüasının hansı qanunu ilə izah 
olunur? 
 AB tərəfinin qiymətini dəyişməklə AC tərəfinin qiyməti 
necə dəyişər? 
Alt 
STANDARTLA☺R 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini şərh edir. 
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid 
məsələlər qurur və həll edir. 
Təlim NƏTİCƏLƏRİ 
 Cisimlərin kölgəsinin alınmasını, Günəş  və Ay tutulmalarını  “İşığın 
düz xətt boyunca yayılması qanunu” əsasında izah edir. 
  İşığın düz xətt boyunca yayılması qanununun tətbiqlərinə aid 
məsələlər qurur və həll edir. 
  İşığın düz xətt boyunca yayılması qanununun tətbiqlərinə aid sadə 
cihazlarla təcrübələr aparır. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə