103
Növbəti mərhələdə şagirdlər qruplaşdırılır və onlara dərslikdə verilən dərs materialını diq-
qətlə oxuyub aşağıdakı müddəalar əsasında təqdimat hazırlamaq tapşırığı verilə bilər:
Lens təcrübəsinin mexanizmi.
İnduksiya cərəyanının yaranma səbəbi.
İnduksiya cərəyanının istiqaməti.
Burulğanlı elektrik sahəsi və elektrostatik sahələrinin müqayisəsi.
Təqdimatlar
dinlənildikdən sonra, mövzunun məqsədyönlü elmi təhlili təşkil edilə bilər. Bu
zaman qapalı konturda induksiya cərəyanının yaranması və konturun hərəkətə gəlməsinin
səbəbini sabit maqnitlə qapalı konturun qarşılıqlı təsirini əks etdirən sxem üzərində izah oluna
bilər. Müəllim sxemi illüstrasiya edərək bildirir ki, maqnitin şimal qütbü kontura yaxınlaşdır-
dıqda kontur müstəvisini kəsib keçən maqnitin induksiya xətlərinin miqdarı getdikcə artır,
induksiya cərəyanının yaratdığı maqnit sahəsinin
induksiyası isə induksiya xətlərinin
əksinə yönəlməklə bu artıma maneçilik törədir (şəkil 1). Maqniti konturdan uzaqlaşdırdıqda
isə kontur müstəvisini kəsib keçən maqnit induksiya xətlərinin miqdarı getdikcə azalır,
induksiya cərəyanının yaratdığı maqnit sahəsinin
induksiyası isə
induksiya xətləri
istiqamətinə yönəlməklə bu “artıma” maneçilik törədir (şəkil 2). Beləliklə, dəyişən maqnit
sahəsində yerləşən qapalı konturda yaranan induksiya cərəyanının istiqamətinin Lens qaydası
ilə təyin olunması izah edilir.
Təcrübəni maqnitin cənub qütbü ilə təkrarladıqda qapalı konturda yaranan induksiya cərəya-
nının istiqaməti əksinə dəyişir (şəkil 3). Hadisənin səbəbini izah etmək şagirdlərə tapşırılır.
Şagirdlər öyrəndikləri nəzəri biliklərini “Yaradıcı tətbiqetmə” mərhələsində təqdim olunan
keyfiyyət xarakterli məsələnin həllinə tətbiq edirlər. Məlum olur ki,
sabit maqnitin cənub
qütbünü sarğaca daxil etdikdə onun dolaqlarında saat əqrəbi hərəkətinin əksi istiqamətində
induksiya cərəyanı yaranır (bax: şəkil 3). Maqniti uzaqlaşdırdıqda isə, əksinə, dolaqlarda
yaranan induksiya cərəyanı saat əqrəbinin hərəkəti istiqamətində olur (şəkil 4).
Şəkil 3
Şəkil 1
Şəkil 2
104
Elektron resurslar:
1. https://www.youtube.com/watch?v=KVN1m-dPMPw
2. https://www.google.az/search?biw=механизм+отталкивани
3. www.youtube.com/watch?v=q-Rd2DvlTU4
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq
dərəcəsini
müəyyən etmək olar.
M-lar
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
İzahe
tm
ə
İnduksiya cərəyanının
yaranma mexanizmi-
ni müəllimin köməyi
ilə izah edir.
İnduksiya cərəyanının
yaranma mexanizmi-
ni çətinliklə izah edir.
İnduksiya cərəyanının
yaranma mexanizmi-
ni əsasən
doğru izah
edir.
İnduksiya cərəyanının
yaranma mexanizmi-
ni düzgün izah edir.
Ə
sa
sla
nd
ırma
İnduksiya cərəyanının
istiqamətinin müəy-
yənləşdirilməsini nə-
zəri və
təcrübi olaraq
əsaslandıra bilmir.
İnduksiya cərəyanının
istiqamətinin müəy-
yənləşdirilməsini nə-
zəri və təcrübi olaraq
az səhvlərə yol ver-
məklə əsaslandırır.
İnduksiya cərəyanının
istiqamətinin müəy-
yənləşdirilməsini nə-
zəri və təcrübi olaraq
qismən doğru
əsaslandırır.
İnduksiya cərəyanının
istiqamətinin müəy-
yənləşdirilməsini nə-
zəri və təcrübi olaraq
dəqiq əsaslandırır.
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur.
Ev tapşırığı. Lens qurğusunu hazırlamaq.
Dərs 39/
Praktik iş.
ELEKTROMAQNİT İNDUKSİYA HADİSƏSİNİN ÖYRƏNİLMƏSİ
İş.i qruplar və ya cütlərlə təşkil edilə bilər. Bu tapşırıqların təyinatı şagirdlərə izah olu-
nur, onların yerinə yetirilmə ardıcıllığı müəyyən edirlər. Təqdim olunan dərs nümunəsi cüt-
lərlə iş üçün nəzərdə tutulmuşdur.
İşin məqsədi: Elektromaqnit induksiya hadisəsinə aid nəzəri biliklərini praktikaya tətbiq
etnək, hadisəni fərqli eksperimentlərlə bir daha araşdırmaq.
Tələb olunan resurslar: qalvanometr, bir neçə dolaqdan ibarət qapalı kontur, maqnit (düz
və ya nalşəkilli), birləşdirici naqillər.
Alt
STANDARTLAR
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı
təsirinin rolunu izah edir.
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun
cihazlardan istifadə edir.
Təlim
NƏTİCƏLƏRİ
Sadə cihazlardan istifadə etməklə elektromaqnit induksiya hadisəsini
təcrübi olaraq müxtəlif üsullarla yoxlayır.
Şəkil 4.
105
Fəaliyyət
Şagirdlərdə forma-
laşacaq bacarıqlar
Qiymətləndirmə
(şagirdlər özləri aparır)
Şagirdlərə praktik işin adını dəftə-
rə yazmaq tapşırılır.
Tapşırıq 1. Dərslikdə verilən
praktik işin I tapşırığının yerinə
yetirilməsi:
Konturu qalvanometrin
sıxaclarına birləşdirin.
Laboratoriya avadanlıq-
larından istifadəetmə, ta-
nıma, alınan nəticələri
praktik təyinetmə,
ümumiləşdirmə.
Şagirdlərə bir-birini yoxlamaları
tapşırılır.
Onlar növbə ilə I tap-
şırığı yerinə yetirirlər. Hər
düzgün addım üçün 1 bal əlavə
olunur. Maksimum 6 bal ola bilər.
Tapşırıq 2. Təcrübənin nəticələrini qeyd etmək üçün iş vərəqinə aşağıdakı cədvəli köçürün:
Tapşırıq 3. Konturu masa üzərin-
də şaquli yerləşdirin. Maqnitin şi-
mal qütbünü kontura daxil edin və
çıxarın. Müşahidənin nəticələrini
cədvələ yazın.
Müşahidə nəticəsində
alınan nəticəni praktik
təyinetmə.
Şagirdlər bir-birinin işlərini müqa-
yisə edir. Üst-üstə düşməyən ca-
vablar müzakirə olunur. İşin nəti-
cəsini siz qiymətləndirəcəksiniz.
Maksimum 6 bal ola bilər.
Tapşırıq 4.
Maqnitin cənub qütbü-
nü kontura daxil edin və çıxarın.
Müşahidənin nəticələrini cədvələ
yazın.
Laboratoriya avadan-
lıqlarından istifadəetmə
və tanıma. Nəticəni
təyinetmə.
İşin nəticəsini siz qiymətləndirirsi-
niz. Maksimum 8 bal ola bilər.
Tapşırıq 5. Maqniti masa üzərində
şaquli yerləşdirin. Konturu maq-
nitə keçirin və çıxarın. Müşahi-
dənin nəticələrini cədvələ yazın.
Fiziki ölçü cihazların-
dan istifadəetmə. Mü-
şahidə nəticəsində alı-
nan
nəticəni praktik
təyinetmə.
İşin nəticəsini siz qiymətləndirirsi-
niz. Maksimum 8 bal ola bilər.
Tapşırıq 6. Müşahidə etdiyiniz
hadisələrdən çıxardığınız nəticəni
iş vərəqində qeyd edin.
Praktik nəticələrin he-
sablanması bacarıqları.
Şagirdlər yoldaşlarını yoxlayır.
Onlar praktik tapşırıqlarını nüma-
yiş etdirir. Hər dolğun nümayiş
üçün 1 bal əlavə olunur. Maksi-
mum 8 bal ola bilər
Şagirdlərə yığdıqları balların
ümumi sayını hesablamaq və nəti-
cəni iş vərəqinə yazmaq tapşırılır.
Ümumiləşdirmə
Maksimum 36 bal ola bilər.
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini
müəyyən etmək olar.
Mey.
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
T
əcrüb
əap
arma
Sadə cihazlardan isti-
fadə etməklə elektro-
maqnit induksiya ha-
disəsini təcrübi olaraq
müxtəlif üsullarla sər-
bəst yoxlaya bilmir.
Sadə cihazlardan isti-
fadə etməklə elektro-
maqnit induksiya ha-
disəsini təcrübi olaraq
müxtəlif üsullarla
çətinliklə yoxlayır.
Sadə cihazlardan isti-
fadə etməklə elektro-
maqnit induksiya ha-
disəsini təcrübi olaraq
müxtəlif üsullarla
əsasən yoxlayır.
Sadə cihazlardan isti-
fadə etməklə elektro-
maqnit induksiya ha-
disəsini təcrübi olaraq
müxtəlif üsullarla
düzgün yoxlayır.
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur.
İnduksiya cərəyanının alınma üsulu
Qalvanometr əqrəbinin meyli (sağa, sola)
1 Maqnitin
şimal qütbünü kontura daxil etdikdə
2 Maqnitin
şimal qütbünü konturdan uzaqlaşdırdıqda
3 Maqnitin
cənub qütbünü
kontura daxil etdikdə
4 Maqnitin
cənub qütbünü konturdan uzaqlaşdırdıqda
5 Sarğacı maqnitə daxil etdikdə
6 Sarğacı maqnitdən çıxardıqda