Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə47/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   93

101 
 
qüvvəsinin təsir etməsi ilə izah olunur. Ona görə də maqnit sahəsində hərəkət edən naqildə 
yaranan induksiya cərəyanının istiqaməti Lorens qüvvəsinin istiqamətini təyin etmək üçün 
tətbiq olunan sol əl qaydası ilə təyin edilə bilər. 
Nəticə: maqnit sahəsi ilə bağlı hesablama sistemində naqildə induksiya cərəyanının 
yaranması  maqnit sahəsinin təsiri ilə baş verir.  
  Tərpənməz naqillə bağlı hesablama sistemində elektromaqnitin hərəkət etməsi zamanı 
naqildə induksiya cərəyanının yaranması Lorens qüvvəsinin zərrəciyə  təsiri ilə izah edilə 
bilməz, çünki yükdaşıyıcılar maqnit induksiya xətlərinə paralel yerləşən naqil boyunca 
hərəkət edir. Belə halda Lorens qüvvəsinin modulu sıfıra bərabərdir. Deməli, zərrəciyi naqil-
də hərəkət etdirən və beləliklə, induksiya cərəyanı yaradan elektrik qüvvəsidir: 
.  
Nəticə: naqillə bağlı hesablama sistemində naqildə induksiya cərəyanının yaranması  elektrik 
sahəsinin təsiri ilə baş verir.  
 “Yaradıcı  tətbiqetmə” mərhələsində  (D bloku) “Elektromaqnitlə induksiya cərəyanının 
alınması” araşdırması yerinə yetirilir. Araşdırmanın icrası çox vaxt tələb etdiyindən onun 
müəllimin rəhbərliyi altında şagirdlər tərəfindən nümayiş şəklində icra edilməsi məqsədəuy-
ğundur. Şagirdlərdən biri elektrik dövrəsinin sxemini lövhədə çəkir, digər şagirdlər isə sxemə 
əsasən elektrik dövrəsini yığırlar. Şagirdlər dəmir içliyi  sarğaca daxil edib elektromaqnit hazır-
layırlar, sonra verilən ardıcıllığı yerinə yetirərək sarğacda induksiya cərəyanının yaranmasını və 
istiqamətinin necə dəyişdiyini müşahidə edirlər.  
Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında həyata keçirilə bilər.  
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” 
hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.  
Elektron resurslar: 
1. https://az.wikipedia.org/wiki/Elektromaqnit_induksiyası 
2. www.youtube.com/watch?v=OWzYafri_ZA 
3. www.tqdk.net/video-183-elektromaqnit-induksiyas 
4. https://www.youtube.com/watch?v=i-OdI3ktyuo 
5. https://www.youtube.com/watch?v=DHtJW0TbQmg 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
 
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə  
Maqnit sahəsinin də-
yişməsi nəticəsində 
elektrik cərəyanının 
yaranması – elektro-
maqnit induksiya ha-
disəsinin mexanizmi-
ni müəllimin köməyi 
ilə  izah edir. 
Maqnit sahəsinin də-
yişməsi nəticəsində 
elektrik cərəyanının 
yaranması – elektro-
maqnit induksiya ha-
disəsinin mexanizmi-
ni az səhvlərə yol 
verməklə izah edir. 
Maqnit sahəsinin də-
yişməsi nəticəsində 
elektrik cərəyanının 
yaranması – elektro-
maqnit induksiya ha-
disəsinin mexanizmi-
ni əsasən doğru izah 
edir. 
Maqnit sahəsinin də-
yişməsi nəticəsində 
elektrik cərəyanının 
yaranması – elektro-
maqnit induksiya ha-
disəsinin mexanizmi-
ni düzgün  izah edir. 
Nümayi
şetm
ə 
Elektromaqnit induk-
siya hadisəsinin baş 
verməsini sadə təcrü-
bələrlə nümayiş edə 
bilmir. 
Elektromaqnit induk-
siya hadisəsinin baş 
verməsini sadə təcrü-
bələrlə çətinliklə 
nümayiş edir. 
Elektromaqnit induk-
siya hadisəsinin baş 
verməsini sadə təcrü-
bələrlə qismən doğru 
nümayiş edir. 
Elektromaqnit induk-
siya hadisəsinin baş 
verməsini sadə təcrü-
bələrlə dəqiq nümayiş 
edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
 


102 
 
Dərs 38/Mövzu: 
İNDUKSİYA CƏRƏYANININ İSTİQAMƏTİ 
Maraqoyatma dərslikdə verilən material əsasında elektrik cərəyanı ilə bağlı müsahibənin 
aparılması ilə yaradıla bilər. Müəllim lövhədə  şagirdlərin cavabları  nəticəsində naqildə ya-
ranan elektrik cərəyanının “xəritəsini” qurur (təlim nəticələri yüksək olan sinifdə  xəritə 
genişləndirilə bilər): 
 
 
 
Tədqiqat sualı:
  İnduksiya cərəyanının yaranmasının fiziki mexanizmi nədir və onun 
istiqamətini nə müəyyənləşdirir?” 
Növbəti mərhələdə B blokunda verilən “Lens təcrübəsi” araşdırması icra olunur. Müəl-
lim  şagirdlərin diqqətinə çatdırır ki, Lens təcrübəsinin məqsədi qapalı konturla maqnit 
sahəsinin qarşılıqlı  təsirini nümayiş etmək və sabit maqnitin maqnit sahəsinin təsiri ilə 
konturda induksiya cərəyanın yaranması hadisəsini izah etməkdir.  
Araşdırmaya dair lövhədə ümumi cədvəl çəkilir, şagirdlər onu iş vərəqinə köçürürlər. 
S.s 
Təcrübənin mərhələləri 
Müşahidə olundu 
Nəticə 
1 Maqnitin 
qütblərini qapalı 
halqaya daxil etdikdə 
 
 
2 Maqniti 
qapalı halqada 
sükunətdə saxladıqda 
 
 
3 Maqniti 
qapalı halqadan 
çıxarıb uzaqlaşdırdıqda 
 
 
4 Təcrübəni kəsik halqa ilə 
təkrarladıqda 
 
 
Ümumi nəticə 
 
Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər.  
Diferensial təlim.  Təlim nəticələri zəif və sağlamlıq imkanları  məhdud olan şagirdlərdən 
müşahidələrini şərh etməyi tapşırmaq olar.  
Alt 
STANDARTLAR 
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı 
təsirinin rolunu izah edir.  
2.2.2. Elektromaqnit və nüvə qarşılıqlı təsirinə dair məsələlər qurur və həll 
edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 İnduksiya cərəyanının yaranma mexanizmini izah edir. 
 İnduksiya cərəyanının istiqamətinin müəyyənləşdirilməsini nəzəri və 
təcrübi olaraq əsaslandırır. 
Elektrik cərəyanı 
Sərbəst 
elektronlar 
Elektrik sahəsi 
Elektrik cərəyanının istiqamətini elektrik 
sahəsinin intensivliyi müəyyən edir
Elektrostatik sahənin qüvvə xətləri müsbət 
yükdən başlayır,  mənfi yükdə qurtarır 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə