93
Dərs 32/Mövzu:
MAQNİT SAHƏSİNİN CƏRƏYANLI
ÇƏRÇİVƏYƏ TƏSİRİ
Şagirdlər əvvəlki dərslərdən maqnit sahəsinin cərəyanlı naqilə təsirini müşahidə etmiş və
bu təsirin hansı kəmiyyətlərdən asılı olduğunu öyrənmişlər. Ona görə də bu mövzunun ma-
raqoyatma mərhələsi fəndaxili əlaqə suallarından ibarət müsahibə əsasında qurula bilər.
Tədqiqat sualı:
“
Maqnit sahəsində cərəyanlı çərçivə yerləşdirilərsə, Amper qüvvəsi
hansı istiqamətə yönələr?”
Şagirdlərin irəli sürdükləri fərziyyələr dinlənilir və qeyd olunur.
Şagirdlər qruplaşdırılır və onlar “Maqnit sahəsinin cərəyanlı çərçivəyə təsiri” araşdırmasını
icra edirlər. Müəllim vaxt itkisinin qarşısını almaq məqsədilə işin gedişini şagirdlərə izah
edir. Şagirdlər təcrübə prosesində müşahidə edirlər:
1) fırlanma oxu olan cərəyanlı çərçivəyə Amper qüvvəsi fırlanma momenti verir;
2) çərçivədəki elektrik cərəyanının istiqamətini dəyişdikdə ona təsir edən Amper qüvvəsinin
istiqaməti dəyişir: çərçivənin fırlanma momentinin də istiqaməti dəyişir.
Nəzəri dərs materialı qısa və sadə məzmunlu olduğundan onunla şagirdlər
müəllimin nəzarəti
altında müstəqil tanış olurlar. Bu məqsədlə onlara 5-6 dəqiqə vaxt ayrılır. Şagirdlər dərslikdə
verilən şəkil əsasında (texniki imkanları geniş olan sinifdə müəllim əvvəlcədən hazırladığı
slaydı ekranda nümayiş etdirir) aşağıdakı müddəalara cavab hazırlayırlar:
Cərəyanlı çərçivənin müstəvisi maqnit induksiya xətlərinə perpendikulyar olduğu halda baş
verən hadisə və onun səbəbi.
Cərəyanlı çərçivənin müstəvisi maqnit induksiya xətləri ilə müəyyən bucaq altında
yerləşdiyi halda baş verən hadisə və onun səbəbi.
Cərəyanlı çərçivəyə Amper qüvvəsinin fırlanma momenti verməsinin səbəbi.
Cərəyanlı çərçivənin maqnit sahəsində eyni istiqamətdə fasiləsiz fırlanmasının təmin-
olunma texnologiyası: “kollektor” və “fırça” anlayışları haqqında məlumat.
Qrupların təqdimatları dinlənilır, müzakirə edilir və dərsin əvvəlində irəli sürülən
fərziyyələrlə müqayisə olunur.
Təklif olunan cədvəl və sxemlər. “Yaradıcı tətbiqetmə” mərhələsində şagirdlər
D blokunda
verilən tapşırığı həll edir və aşağıdakı cədvəldə qeyd edə bilərlər:
Sxem
Çərçivədəki cərəyanın
istiqamətini təyin edin.
Çərçivənin fırlanma
istiqamətini dəyişmək
üçün nə etmək lazım
gəldiyini göstərin.
Çərçivənin fasiləsiz fırlanması-
nı təmin etmək üçün nə etmək
lazım olduğunu söyləyin.
1. Çərçivədən keçən cə-
rəyanın istiqamətini də-
yişmək lazımdır.
2. Sabit maqnitin qütb-
lərinin
yerini dəyişmək
lazımdır.
Çərçivənin eyni istiqamətdə
fasiləsiz fırlanmasını təmin et-
mək üçün dövrədəki cərəyanın
istiqamətinin periodik dəyiş-
məsini təmin edən
kollektordan
istifadə olunur.
E blokunda verilən natamam cümlələr iş vərəqinə köçürülür və dərs boyunca öyrənilən
biliklər əsasında ümumiləşdirmələr aparılaraq tamamlanır.
Alt
STANDARTLAR
1.1.1. Elektromaqnit (maqnit, işıq),
atom və nüvə hadisələrini, onların
başvermə səbəblərini şərh edir.
3.1.1.Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun
cihazlardan istifadə edir.
Təlim
NƏTİCƏLƏRİ
Maqnit sahəsinin cərəyanlı çərçivəyə fırlanma momenti ilə təsir
göstərməsini sadə sxemlər əsasında izah edir.
Maqnit sahəsinin cərəyanlı çərçivəyə təsirini sadə təcrübələrlə yoxlayır.
94
Texniki imkanları olan siniflərdə müəllim tapşırığı “AktivInspire”, “Mimio”, “Power Point”
proqramlarının birində interaktiv formada təqdim edə bilər. Bu zaman şagirdlər üçün
elektron lövhədə sərbəst iş şəraiti təmin olunur.
Müəllim auksion texnikasını tətbiq etməklə ümumiləşdirmə apara bilər. Bütün şagirdlər
müzakirə olunan məsələ haqqında növbə ilə fikir söyləyir, əlavə olaraq başqa şagird təkrara
yol vermədən təklif verir:
Elektron resurslar:
1. https://www.youtube.com/watch?v=OWzYafri_ZA
2. https://www.youtube.com/watch?v=l-RjuauyuzM
3. https://www.youtube.com/watch?v=hajIIGHPeuU
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini
müəyyən etmək olar.
M-lar
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
İzahe
tm
ə
Maqnit
sahəsinin
cərəyanlı çərçivəyə
fırlanma momenti ilə
təsir göstərməsini
sadə sxemlər əsasında
müəllimin köməyi ilə
izah edir.
Maqnit sahəsinin
cərəyanlı çərçivəyə
fırlanma momenti ilə
təsir göstərməsini
sadə sxemlər əsasında
az
səhvlərə yol
verməklə izah edir.
Maqnit sahəsinin
cərəyanlı çərçivəyə
fırlanma momenti ilə
təsir göstərməsini
sadə sxemlər əsasında
qismən doğru izah
edir.
Maqnit sahəsinin
cərəyanlı çərçivəyə
fırlanma momenti ilə
təsir göstərməsini
sadə sxemlər əsasında
ətraflı izah edir.
T
ətbiq
et
m
ə
Maqnit sahəsinin
cərəyanlı çərçivəyə
təsirini
sadə təcrübə-
lərlə yoxlamaqda
çətinlik çəkir.
Maqnit sahəsinin
cərəyanlı çərçivəyə
təsirini sadə təcrü-
bələrlə bəzi səhvlərə
yol verməklə yox-
layır.
Maqnit sahəsinin
cərəyanlı
çərçivəyə
təsirini sadə təcrü-
bələrlə əsasən
düzgün
yoxlayır.
Maqnit sahəsinin
cərəyanlı
çərçivəyə
təsirini sadə təcrü-
bələrlə tam və dəqiq
yoxlayır.
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur.