Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə315/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   311   312   313   314   315   316   317   318   ...   327

diplomları  ilə  təltif edilmişlər.  Topladığı  təcrübə  əsasında  onun  tərəfindən 

Elm tarixi Muzeyi və Elm tarixi və nəzəriyyəsi Mərkəzinin proyektləri işlə- 

nib hazırlanmışdır.

1974-1982-ci illərdə Fuad Məmmədov ictimai əsaslarda işlərin sərgiləri 

üzrə  Elmi  şuranın elmi katibi, Azərbaycan Elmlər Akademiyası “Bilik” cə- 

miyyətinin sədr müavini, respublika EA “Ən yeni tarix” Koordinasiya şura- 

sının üzvü olmuşdur.

1993-cü  ildə  Moskvada  Beynəlxalq  Amerika-rus  konfliktologiya 

məktəbini bitirmişdir.

Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür.



E lm i əsərləri

Professor Fuad Məmmədov 200-dən yuxarı elmi və  elmi-maarifçilik iş- 

lərinin,  o  cümlədən,  12  monoqrafiya müəllifidir.  Onların  arasında  beynəl- 

xalq  aləmdə  tanınan  monoqrafiyaları  xüsusi  qeyd  etmək  lazımdır:  “Kultu- 

rologiya. Nəzəriyyə və tarix məsələləri” (Bakı,  2002-ci il), “Kuturologiya -  

effektiv  həyat  fəaliyyətinə  doğru  yol  kimi”  (Bakı,  2006-cı  il),  “İdarəetmə 

mədəniyyəti.  Xarici  ölkələrin  təcrübəsi”  (Bakı,  2009-cu  il).  Onun  tərəfin- 

dən sonuncu monoqrafiya əsasında yaradılmış “İdarəetmə mədəniyyəti.  Xa- 

rici ölkələrin təcrübəsi” innovativ kursu on beş  ilə yaxındır ki, Azərbaycan 

Respublikası  Prezidenti yanında  Dövlət  İdarəçilik  Akademiyasında tələbə- 

lərə və məmurlara müvəffəqiyyətlə tədris  edilir.  Bu  qiymətli  əsər Azərbay- 

can  Respublikası  Prezidentinin  xarici  ölkələrin  təcrübəsi  əsasında  dövlət 

idarəçiliyi  sisteminin modernləşdirilməsi haqqındakı  sərəncamında öz əksi- 

ni  tapan,  Azərbaycanda  dövlət  idarəçiliyi  sistemi  islahatının  tələbatlarına 

uyğun olaraq hazırlanmışdır.  “İdarəetmə  mədəniyyəti.  Xarici  ölkələrin təc- 

rübəsi” monoqrafiyası Azərbaycan Respublikası  Təhsil Nazirliyinin 20 no- 

yabr 2012-ci il, 2090 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.

Fuad  Məmmədovun  fundamental  əsərləri  xarici  alimlər,  mütəxəssislər 

və  diplomatlar  tərəfindən  yüksək  qiymətləndirilmişdir.  Rusiya,  ABŞ, 

Almaniya,  Birləşmiş  Krallıq,  Yaponiya,  Çin,  Avstriya,  Fransa,  Macarıstan, 

Estoniya  və  digər  ölkələrin  dövlət  kitabxanalarında,  həmçinin  BMT-nin, 

YUNESKO-nun  Roma  klubunun,  ABŞ  Konqressinin  kitabxanalarında  on- 

ların istifadəsi Azərbaycan elmi üçün qürur predmetidir.

Fuad  Məmmədovun  idarəetmə  mədəniyyəti  haqqında  monoqrafiyasına 

yüksək  qiymət  verən  görkəmli  Rusiya  kulturoloqu,  akademik  Aleksandr 

Zapesotski  aşağıdakıları  qeyd  etmişdir:  ”Elmi  anlamda  monoqrafiya mənə 

universal kulturoloji  biliklərin məzmunlu toplusu kimi  təsəvvür edilir.  İda-

Fuad Məmmədov

630



İdarəetmə mədəniyyəti

rəçilik problemlərinə, idarəçilik problemlərinin sistemləşdrilməsi və təsviri- 

nin  yeni  formasına  orijinal  kulturoloji  yanaşma,  Şərq  və  Qərb  ölkələrində 

dövlət idarəçiliyinin tarixi, nəzəriyyəsi və praktikasına kulturoloq baxışı sa- 

yəsində  Sizin kitabınız xüsusi praktik əhəmiyyət qazanır.  İdarəetmə elminin 

təkmilləşdirilməsi  məqsədilə  Sizin tərəfinizdən işlənib hazırlanan, müxtəlif 

səviyyələrdə effektiv innovativ idarəetmə modellərini yaratmağa imkan ve- 

rən “kulturoloji piramida” universal metodu böyük əhəmiyyətə malikdir”.

“İntellektual  inkişaf problemləri”  Beynəlxalq  Elmlər  Akademiyasından 

2007-ci  ildə  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  prezidenti,  akade- 

mik Mahmud Kərimova göndərilmiş məktubda deyilir:  “Fuad  Teyyub oğlu 

Məmmədov  elm  aləmində  dünya  mədəniyyəti  tarixi  sahəsində  görkəmli 

alim kimi  çox tanınmışdır.  .. .Dünya mədəniyyəti və bəşər sivilizasiyası  el- 

minin  öyrənilməsi  gedişində  onun  tərəfindən  prinsip  etirabarilə  yeni  elmi 

nəticələr  əldə  edilmişdir  ki,  onlar  da,  şübhəsiz,  müəllifin  təliminin  funda- 

mentini  təşkil  edir və  Azərbaycanın  zəngin  elmi  və  mədəni  irsini  yaradıcı 

surətdə  zənginləşdirir  və  inkişaf  etdirir.  ...Professor  tərəfindən  ilk  dəfə 

dünya  mədəniyyəti  tarixi  sahəsində  yüksək  elmi  və  praktik  dəyərə  malik, 

dünya  mədəniyyəti  və  sivilizasiyası  tarixinin,  dövlət  idarəçiliyi  siyasəti  və 

sisteminin tədqiqatları üçün prinsip etibarilə yeni imkanlar açan bir sıra nə- 

zəri- metodoloji müddəalar və prinsiplər ifadə edilmişdir.”

Elə  həmin  ildə  Rusiya  Pedaqoji  və  Sosial  Elmlər Akademiyasının  gön- 

dərdiyi dəstəkdə yazılmışdır:  ”Pedaqoji və  Sosial Elmlər Akademiyası tarix 

elmləri  doktoru,  Azərbaycan  Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akade- 

miyasının professoru,  bizim Akademiyanın həqiqi  üzvü  Fuad  Teyyub  oğlu 

Məmmədovun elmi  fəaliyyətini yüksək  qiymətləndirir.  Kulturologiya sahə- 

sində onun tədqiqatları yalnız Azərbaycan Respublikası üçün milli əhəmiy- 

yətə deyil, həm də beynəlxalq əhəmiyyətə malikdir, belə ki, onlarda univer- 

sal  xarakterə  malik,  insanın  inkişaf qanunlarının  həyat  fəaliyyəti  fəlsəfəsi 

və texnoloiyaları  açıqlanır.  F.T.  Məmmədovun elm və mədəniyyət tarixi və 

nəzəriyyəsinin  inkişafına  verdiyi  ciddi  töhfəni  nəzərə  alaraq,  Rusiya 

Pedaqoji  və  Sosial  Elmlər  Akademiyası  onun  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının akademiki seçilməsini layiqli hesab edir”.

Rusiya Kulturologiya İnstitutunun  Sankt-Peterburq filialının  məktubun- 

da deyilir:  “F.T.Məmmədov mədəniyyət və  elm tarixi  və  nəzəriyyəsi  sahə- 

sində  beynəlxalq  tanınma  qazanmış  görkəmli  mütəxəssisdir.  Onun  dünya 

mədəniyyəti və sivilizasiyası tarixi və nəzəriyyəsinin fundamental problem- 

lərinin  təhlilinə  həsr  edilmiş  əsərlərinin  əhəmiyyəti  -  tədqiqatlarının  yeni- 

likçi və  ensiklopedik xarakteri,  tarixi həqiqətlərin yaradıcı  axtarışı  və  insa- 

nın təkmilləşməsi, cəmiyyətin davamlı sosial inkişafı və proqresi üçün yeni



631


Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə