Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə317/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   313   314   315   316   317   318   319   320   ...   327

sinin diplomu, Misir Təhsil Nazirliyinin Qızıl medalı, “Simurq” Beynəlxalq 

medalı  ilə  təltif edilmiş,  bir  sıra beynəlxalq ictimai  təşkilatların mükafatla- 

rına layiq görülmüşdür.

Professor  Fuad  Məmmədovun  dünya mədəniyyəti  və  sivilizasiyası,  in- 

sanın həyat fəaliyyəti mədəniyyəti, həmçinin dövlət idarəçiliyi, tarixi və nə- 

zəriyyəsi  sahəsində  fundamental  əsərləri və nəticələri  - Azərbaycan cəmiy- 

yəti və  dövlətinin davamlı,  rəqabət qabiliyyətli və təhlükəsiz  inkişafı,  insa- 

nın  həyat  fəaliyyəti  texnologiyaları  keyfiyyətinin  yüksəldilməsi  üçün  mü- 

hüm  elmi  və  praktik  əhəmiyyətə  malikdir.  Onun  tərəfindən  ilk  dəfə  “Si- 

murq”  Azərbaycan  mədəniyyət Assosiasiyası  və  Dünya  mədəniyyəti  Bey- 

nəlxalq  Universitetinin  layihələri,  innovativ  kulturoloji  metodologiya  və 

tədqiqat  metodları,  o  cümlədən  “kulturoloji  piramida”  universal  metodu, 

formullar və  anlayışlar:  “mədəniyyətin elmi  tərifi”,  “mədəni  insan”,  “insan 

kapitalı”,  “mədəni  inkişaf amili”,  “mədəniyyət sosial  sistem kimi”,  “mədə- 

niyyətin effektivliyi”, “idarəetmə effektivliyi”, “sosial-mədəni proqresin ef- 

fektivliyi” və s.  işlənib hazırlanmışdır.

F.T.Məmmədov tərəfindən kulturologiya elmində  ilk dəfə olaraq,  meto- 

doloji  innovasiya kimi,  Lütfi  Zadənin  qeyri-səlis  məntiq nəzəriyyəsi  istifa- 

də  edilmiş  və mədəniyyətlərin  dialoquna,  qloballaşma,  sürətli  dəyişikliklər 

və  zamanın  çağırışları  şəraitində,  dünya  mədəniyyəti  və  davamlı  inkişafın 

formalaşdırılmasına effektiv yardım metodu kimi, “Homo  Sapiens” tipli in- 

sandan  “Homo  cultural”  tipli  insana  keçməyə  imkan  verən,  insanların  ak- 

kulturasiyası və  inkulturasiyası beynəlxalq proqramlarının  işlənib hazırlan- 

ması və reallaşdırılması ideyası təklif edilmişdir.



Fuad Məmmədov

634


İdarəetmə mədəniyyəti 

Əlavə  1

“İDAR ƏETM Ə M Ə D Ə N İY Y Ə T İ”  fənni üzrə sem inar m əşğələləri və 

tələbələrin və  m əm urların  sərbəst hazırlığı üçün 

M Ü H A ZİR Ə LƏ R İN  Q ISA M Ə ZM U N U  VƏ  SUALLAR

1-ci m ühazirə. D övlətçilik m ədəniyyəti, milli və beynəlxalq 

idarəetm ənin  inkişafı üçün  intellektual, etik və hüquqi m ədəniyyətin 

strateji əhəm iyyəti haqqında

Ruhi mədəniyyətin dəyəri və  intellektual mədəniyyətin xüsusi mis- 

siyası  haqqında.  Kulturologiyanın  strateji  əhəmiyyəti  haqqında.  Demokra- 

tik dövlətçilik mədəniyyəti haqqında.  Milli və beynəlxalq idarəetmə mədə- 

niyyəti  haqqında.  Xarici  ölkələrdə  idarəetmə  elmi  haqqında.  Müəllifin kul- 

turoloji idarəetmə modeli haqqında.  Milli idarəetmə mədəniyyətinin təkmil- 

ləşdirilməsi üzrə müəllifin tövsiyələri.

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

1.  Ruhi mədəniyyət anlayışı.

2.  İnsanın,  cəmiyyətin  və  dövlətin  inkişafında  intellektual  mədəniyyə- 

tin rolu.

3.  Dövlətçilik formaları və onların prinsipial fərqləri.

4.  Dövlət  quruculuğu  və  idarəçiliyi  üçün  kulturologiyanın  strateji 

əhəmiyyəti.

5.  Milli və beynəlxalq idarəçiliyin xüsusiyyətləri.

6.  Milli idarəetmə mədəniyyətinin  təkmilləşdirilməsi imkanları.

2-ci mühazirə.  Bəşəriyyətin  qədim  sivilizasiyalarında insan m ünasibət- 

ləri m ədəniyyəti,  dövlətçilik və dövlət idarəçiliyi m ədəniyyəti

tarixindən

Dövlətçilik  və  dövlət  idarəçiliyi  mədəniyyətinin  tarixi  və  nəzəriy- 

yəsindən.  Dövlətçiliyin  iki  tarixi  forması  haqqında.  Bəşəriyyətin ilkin  sivi- 

lizasiyalarında  dövlətçilik  mədəniyyəti  tarixindən.  Şumer-Mesopotamiya 

sivilizasiyası.  Kiçik  Asiya,  Aralıq  dənizi,  Ərəbistan,  Yaxın  və  Orta  Şərq 

dövlətləri.  Türkiyə.  Qədim Misir.  Mərkəzi Asiya.  Qədim Hindistan.  Qədim 

Çin  və  Qədim  Koreya.  Qədim  Yunanıstan.  Qədim  Roma.  Yaponiya.

635



M.N.Tusinin  və  M.F.  Axundzadənin  ictimai  tərəqqi,  insan  münasibətləri 

mədəniyyəti və idarəetmə mədəniyyətinə baxışları.



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

1.  Şumer-Mesopotamiya  sivilizasiyasında  dövlət  idarəçiliyi 

formaları.

2.  Qədim Misirdə dövlət idarəçiliyi mədəniyyəti.

3.  Qədim və orta əsr Hindistanında və Çində dövlət idarəçili- 

yi mədəniyyətinin xüsusiyyətləri.

4.  Qədim  Yunanıstanda idarəetmə mədəniyyəti.

5.  Qədim Romada dövlət idarəçiliyi mədəniyyəti təcrübəsi.

6.  Orta  əsrlər  və  yeni  dövrdə  Yaponiyada  dövlət  idarəçiliyi 

mədəniyyəti.  M.N.Tusinin  ailənin  və dövlətin  idarə  edilmə- 

sinə yanaşmaları.

7.  M.F.  Axundzadənin Şərq ölkələrində idarəetmə mədəniyyə- 

tinə baxışları.

3-cü mühazirə.  M ədəniyyət və kulturologiya haqqında anlayış. Kultu- 

rologiya inkişaf qanunları, insanın həyat fəaliyyəti texnologiyaları və 

im kanları haqqında elm kimi

Kulturologiya  XXI  əsrin  aparıcı  paradiqması  və  idarəetmə  mədə- 

niyyətinin elmi əsası kimi.  Kulturologiyanın baza anlayışları və kateqoriya- 

ları.  L.A.Uaytın  və  A.Maslounun  konsepsiyaları.  Kulturogenez.  Mədəniy- 

yətin  “şaqulisi”  və  “üfqisi”.  Sosial  mədəniyyətin  sistemyaradıcı  kompo- 

nentləri.  “Ruhi  istehsal”  sistemləri.  Mədəniyyətin yaradıcıları.  Mədəni  də- 

yərlər,  onların  formalaşdırılması  prosesi  və  iyerarxiya.  Mədəniyyətin milli 

xarakteri.  Elitar və kütləvi mədəniyyət.



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

1.  Nə  üçün  kulturologiya  XX I  əsrin  aparıcı  paradiqması  kimi  çıxış 

edir?

2.  İdarəetmə  mədəniyyətinin  elmi  əsası  kimi  kulturologiyanın  dəyəri 

nədədir?

3.  Lesli A.  Uaytın mədəniyyət konsepsiyasının mahiyyəti.

4.  A.Maslounun mədəniyyət və insan konsepsiyasının əsas müddəaları.

5.  Cəmiyyətin əsas sosial mədəniyyət komponentləri.

6.  Dövlət idarəçiliyi ideologiyası üçün mədəni dəyərlərin əhəmiyyəti.

7.  Elitar və xalq mədəniyyəti bir-biri ilə necə qarşılıqlı əlaqələlidirlər?

Fuad Məmmədov

636


Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   313   314   315   316   317   318   319   320   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə