Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə319/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   315   316   317   318   319   320   321   322   ...   327

loji mühit və birgə  istirahət.  Əməkdaşlarla fərdi  söhbətlərin  aparılması təc- 

rübəsi.  Kollektivdə  peşə  attestasiyası  təcrübəsi.  Ziddiyyətlərin həlli  və  mü- 

naqişələri  idarəetmə  təcrübəsi.  İdarəetmə  üslubları.  “Mədəni  insan  formu- 

lu” meyarları və “üç dairə modeli” yanaşmaları əsasında işgüzar münasibət- 

lər mədəniyyətinin idarəetmə effektivliyinə təsiri.  Zahiri münasibətlər.  İcti- 

maiyyət və media ilə  əlaqələr.  Dizaynın rolu.  Partnyorlarla qarşılıqlı əlaqə- 

lərdə manipulyasiya, rəqabət və əməkdaşlığın xüsusiyyətləri.

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

1.  Şəxsiyyətlərarası münasibətlər mədəniyyətinə qoyulan tələblər.

2.  Rəhbərlər  və  liderlər  üçün  “qiymətləndirmənin  qızıl  qaydasının” 

dəyəri.

3.  Mədəni  insanın  davranışı  ilə  insanın  mədəni  davranışı  arasındakı 

fərq nədədir?

4.  Manipulyasiya,  rəqabət və əməkdaşlığın əsas xarakteristikaları.

5.  “Verilmiş surət” və insanların qiymətləndirilməsinə onun təsiri.

6.  Münaqişəsiz  münasibətlərin,  qarşılıqlı  anlaşma  və  davranışın  uz- 

laşdırılmasının əsas prinsipləri.

7.  Kollektivdə  yüksək  işgüzar  münasibətlər  mədəniyyətinə  necə  nail 

olmalı?

8. 

“Böyük ailə ” yapon modeli nədir?

9.  Əmək fəaliyyətinin motivasiyası necə təmin olunur?

10.  Fərdi söhbətləri necə qurmalı və əməkdaşların  attestasiyasını necə 

keçirməli?

11.  Kollektivdə münaqişələri necə həll etməli və münaqişələri necə ida- 

rə etməli?

12.  İdarəetmə üslublarına peşəkar qiyməti verin.

9-cu mühazirə.  Beynəlxalq m ünasibətlər m ədəniyyəti, beynəlxalq ida- 

rəetm ənin əsası kimi. Beynəlxalq hüquq,  sülh m ədəniyyəti və 

m ünaqişələrin həlli

Beynəlxalq  münasibətlər  mədəniyyəti  anlayışı.  Beynəlxalq  hüquq. 

Əsas məqsədlər.  Beynəlxalq hüququn əsas prinsipləri.  Beynəlxalq hüququn 

formaları  və  normaları.  Beynəlxalq  ənənələr  və  beynəlxalq  nəzakət.  Bey- 

nəlxalq hüquq funksiyaları və anlayışları.  Mədəniyyətin və mədəni irsin qo- 

runması  və  inkişaf  etdirilməsi  hüququ.  Sülh  mədəniyyəti.  Münaqişələrin 

həlli.

Fuad Məmmədov

640



İdarəetmə mədəniyyəti

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

1.  Beynəlxalq  münasibətlər  mədəniyyətinin  mahiyyəti  və xüsusiy- 

yətləri.

2.  Müasir  beynəlxalq  münasibətlər  mədəniyyətini  müəyyən  edən 

əsas prinsiplər  hansılardır?

3.  Beynəlxalq hüququn məqsədləri.

4.  Beynəlxalq hüququn əsas funksiyaları.

5.  Beynəlxalq hüquqda istifadə edilən anlayışlar.

6. 

Mədəniyyət hüquqlarının mahiyyəti nədir?

7.  Mədəniyyət hüquqlarının müəyyən edildiyi beynəlxalq sənədlər.

8.  Sülh mədəniyyəti nədir?

9.  Münaqişənin aradan qaldırılması məntiqi və psixologiyası.

10-cu mühazirə.  Dini m ədəniyyət

Dini mədəniyyətin bilik dəyəri.  İbtidai və  sinfi  cəmiyyətlərin dinlə- 

ri.  Qədim,  orta  əsrlər  və  müasir  alimlərin  şüura və  etiqada baxışları.  Yerli 

kiçik xalqların inancları.  Zərdüştlük.  Hinduizm.  Caynizm.  Buddizm.  Sinto- 

izm.  Daosizm.  Konfutsiçilik.  Yəhudilik.  Xristianlıq.  İslam.  Sihizm.  Bəhai- 

lər.  Sufi cəmiyyəti.  Birlik kilsəsi. Beynəlxalq dinlərarası dialoq yolu.



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

1.  Bəşəriyyət dinlərində ümumi və xüsusi olan nədir?

2.  Müasir dünyada hansı dinlər mövcuddur?

3.  Dinlərin humanistfəlsəfəsinin əsas mahiyyəti.

4.  Dini mədəniyyət bilgisi idarəçilərə nə üçün lazımdır?

5.  M üxtəlif dinlərin harmonizasiyası yolları hansılardır?

11-ci mühazirə.  İdarəetm ə mədəniyyəti:  idarəetm ə anlayışı, effektivliyi, 

elmi prinsipləri və təşkilati m ədəniyyət tipləri

İdarəetmə  mədəniyyəti  anlayışı.  Dövlət  idarəçiliyi  mədəniyyətinin 

mahiyyəti və xüsusiyyətləri.  Elmi idarəetmə  prinsipləri.  Təşkilati mədəniy- 

yət tipləri.  Dövlət idarəçiliyinin üç mərkəzi problemi.  Dövlət idarəçiliyinin 

elmi vəzifələri.  Demokratik idarəetmənin əsas prinsipləri.  Monitorinq.

641



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

1.  İdarəetmə mədəniyyəti nədir?

2.  İdarəetmənin elmi prinsiplərini açıqlayın.

3.  Dövlət idarəçiliyinin missiyası və xüsusiyyətləri.

4.  Dövlət idarəçiliyinin əsas problemləri hansılardır?

5.  Hansı təşkilati mədəniyyət tipləri sizə məlumdur?

6.  Dövlət idarəçiliyinin elmi vəzifələri haqqında nə bilirsiniz?

7.  Demokratik  idarəçilikprinsipləri hansılardır?

8.  Hansı təşkilatlarda hakimiyyət mədəniyyəti zəruridir?

9.  Monitorinqin  təyin edilməsı və keçirilməsi qaydası hansılardır?

12-ci mühazirə.  “K lassik” və “Siyasi”  bürokratiya haqqında. M illi ida- 

rəetm ə və milli bürokratiyanın vəzifələri haqqında. Azərbaycan Res- 

publikasında dövlət idarəçiliyi  sistem inin  islahatları haqqında

Bürokratiya  və  ya  administrasiya  -  peşəkar  qulluqçuların  təşkil 

edilmə  sistemi  kimi:  hakimiyyət  səlahiyyətləri,  imkanlar,  məsuliyyət,  bü- 

rokratiya  hakimiyyətinin  dörd  amili.  Hüquqi  dövlətin  icra  hakimiyyətinin 

formalaşdırılmasına  səbəb  olan  amillər.  Demokratik idarəetmə  mədəniyyə- 

tinə  qoyulan  tələblər.  XX  əsrin  sonu  və  müasir  inzibati-dövlət  idarəçiliyi 

üslublarının  müqayisəli  qiymətləndirilməsi  (İ.A.Vasilenko)  :  qabaqcadan 

görmə  və  innovativ  fəaliyyət.  Bürokratiyaya  olan  tələblərin  dəyişilməsi. 

“Klassik” və “siyasi” bürokratiyanın xüsusiyyətləri.  XX əsrin 90-cı illərinin 

əvvəllərində  Azərbaycanda  dövlət  idarəçiliyi  sisteminin  islahatı.  Dövlət 

məsələləri və idarəçilik innovasiyaları.  Azərbaycanda milli idarəetmə  siste- 

minin demokratlaşdırılmasında TASİS-in rolu.  Heydər Əliyevin dövlət ida- 

rəçiliyi məktəbi.

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

1.  Bürokratiya hansı səlahiyyətlərə və imkanlara malikdir?

2.  Bürokratiya hakimiyyətinin dörd amili.

3.  Demokratik idatəetmə mədəniyyətinin əsas xarakteristikaları.

4. 

“Klassik”  və  “siyasi”  bürokratiya  üslublarının  xüsusiyyətləri  nə- 

dədir?

5.  X X  əsrin  90-cı  illərinin  əvvəlində  yaranmış  sistemdə  hansı  çatış- 

mazlıqlar mövcud idi?

6.  Azərbaycanda dövlət idarəçiliyi sistemində  islahatlar hansı forma- 

da həyata keçirilir?

Fuad Məmmədov

642



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə