Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə316/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   312   313   314   315   316   317   318   319   ...   327

imkanlar  açan,  praktik  cəhətdən  faydalı  kulturoloji  biliklərin  istehsalı  ilə 

şərtlənir.

.. .Azərbaycanın  ruhi  mədəniyyətinin  tarixi  etapları  və  inkişaf qanuna- 

uyğunluqları,  insanın,  dövlətin və  cəmiyyətin həyat və  fəaliyyəti haqqında, 

tarixi  proses  olan  mədəniyyət  haqqında  düzgün  elmi  təsəvvürlərin  forma- 

laşmasına imkan verən anlayışlar,  formullar və konsepsiyalar ilk dəfə onun 

tərəfindən  işlənib  hazırlanmış,  mədəniyyəti  fərdi,  lokal  və  qlobal  səviyyə- 

lərdə  tədqiq etməyə  imkan  verən yeni  yanaşmalar təklif edilmişdir.  ...Yu- 

xarıda  deyilənləri nəzərə  alaraq,  biz  professor Fuad  Teyyub  oğlu  Məmmə- 

dovun “Tarix” ixtisası  üzrə  Azərbaycan Milli  Elmlər Akademiyasına müx- 

bir üzv seçilməsini tövsiyə etməyi zəruri hesab edirik.”

Fuad Məmmədov Rusiya,  ABŞ, Almaniya, Norveç,  Fransa,  Cənubi Ko- 

reya,  Tayland,  Misir,  Yunanıstan,  Türkiyə,  İran,  Kosta-Rika,  Rumıniya, 

Macarıstan  və  digər  ölkələrdə  beynəlxalq  konfranslarda,  cəmiyyətlərdə  və 

səfirliklərdə Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir.  1991-ci ildə onun 

Kosta-Rikadakı çıxışları nəticəsində bu Mərkəzi Amerika ölkəsi, ilk dövlət- 

lərdən  biri  kimi,  Azərbaycanın  dövlət  müstəqilliyini  rəsmən  tanımışdır. 

Norveçdə  (Berqen  ş.)  Beynəlxalq kulturoloji konfransda etdiyi  “Mədəni  si- 

yasətin  formalaşdırılmasına  elmi  yanaşma  haqqında”  məruzəsindən  sonra, 

2000-ci ildə F.T.  Məmmədov mədəni  siyasət üzrə Avropa  Şurası ekspertlə- 

rinin siyahısına daxil edilmişdir.

Professor  Fuad  Məmmədov  “Politologiya”,  “Beynəlxalq münasibətlər”, 

“Hüquqşünaslıq”,  “İnzibati-dövlət  idarəçiliyi”,  “Menecment”,  “Kulturolo- 

giya”,  ”Sənətşünaslıq”  ixtisasları  üzrə  yüksək  ixtisaslı  mütəxəssislərin  ha- 

zırlanmasında  fəal  iştirak  edir.  O,  Azərbaycan  İqtisad  Universitetində 

“Beynəlxalq münasibətlər”  ixtisası  üzrə  bakalavr  və  magistr  diplomlannın 

müdafiəsi  üzrə  Dövlət  komissiyasının  sədri,  Azərbaycan  Respublikasının 

Prezidenti yanında  Dövlət  İdarəçilik Akademiyası  və  Azərbaycan  Rəssam- 

lıq Akademiyasının Dissertasiya  şuralarının üzvüdür,  elmi kulturoloq-kadr- 

ların  hazırlığına rəhbərlik  edir,  doktorluq və  namizədlik  dissertasiyalarının 

müdafiəsi üzrə opponent qismində  çıxış edir, respublika alimlərinin bir sıra 

monoqrafiyalarınm redaktorudur.  Onun təşəbbüsü ilə  1999-cu ildə respubli- 

kada  ilk  dəfə  olaraq,  kulturologiya  sahəsində  namizədlik və  doktorluq dis- 

sertasiyalarının müdafiəsi üzrə  Şura yaradılmışdır.

Professor Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik 

Akademiyasında, Milli Ensiklopediyada, Aviasiya Akademiyasında, İqtisad 

Universitetində,  Qərb  Universitetində,  Texniki Universitetdə,  Polis  Akade- 

miyasında,  “Qafqaz”  Universitetində,  Sərhəd  Qoşunları  Akademiyasında, 

Turizm  İnstitutunda  və  respublikanın  bir  çox  digər  müəssisələrində  intel-

Fuad Məmmədov

632



İdarəetmə mədəniyyəti

lektual mədəniyyət, innovativ inkişaf və milli insan kapitalı haqqında məru- 

zələrlə müvəffəqiyyətlə çıxış edib və edir.

Professor Fuad Məmmədov ictimai xadim və maarifçi, elmin populyari- 

zatoru kimi də tanınmışdır.  O,  1990-cı ildə Azərbaycan Elmlər Akademiya- 

sı tərəfindən təsis  edilmiş “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyası- 

nın  prezidenti,  Azərbaycan  Kulturoloqlar  Cəmiyyətinin  sədri,  Azərbaycan 

Respublikasi  Prezidenti  yanında  AAK  reyestrinə  daxil  edilmiş  “Simurq” 

(Dünya  mədəniyyəti  və  sivilizasiyasının  tarixi  və  nəzəriyyəsi)  Beynəxalq 

kulturoloji  jurnalının  təsisçisi  və  baş  redaktoru,  daimi  fəaliyyət  göstərən 

“Mədəniyyət  və  cəmiyyət”  kulturoloji  seminarının  elmi  rəhbəri,  “İdrak” 

kulturoloji  televiziya verilişinin  müəllifi  və  aparıcısıdır.  22  ildən  artıq  fəa- 

liyyət dövrü ərzində onun rəhbərliyi ilə milli və dünya mədəniyyəti və sivi- 

lizasiyasının  tarixi  və  nəzəriyyəsinin  müxtəlif  məsələlərinə  həsr  edilmiş 

300-dən artıq kulturoloji  seminarlar, konfranslar, treninqlər və dəyirmi ma- 

salar keçirilmişdir.

Onun  60-dan  yuxarı  əsəri  Azərbaycanda  elmin  inkişaf  tarixinə  həsr 

edilmişdir.  Onların  arasında  “Azərbaycan  SSR  Elmlər  Akademiyası”  kol- 

lektiv işi, Bakı,  1976;  SSRİ EA İctimai Elmlər üzrə Elmi İnformasiya İnsti- 

tutu tərəfindən dərc  edilən “Sosialist quruculuğu  şəraitində  sovet kimya el- 

mi  və  istehsalının yaranması  və  inkişafı.  1920-1941”  (Azərbaycan  SSR-in 

materialları  əsasında),  Bakı,  1984;  “Böyük Vətən müharibəsi  illərində xalq 

təsərrüfatının inkişafına və  SSRİ-nin müdafiə  qabiliyyətinin möhkəmləndi- 

rilməsinə kimyaçı-alimlərin töhfəsi.  1941-1945” (Azərbaycan SSR-in mate- 

rialları əsasında) monoqrafiyalarını xüsusi  qeyd etmək  lazımdır.  Hazırda o, 

“Azərbaycanda  elmin  inkişafı”  fundamental  monoqrafiyası  üzərində  işini 

yekunlaşdırmaq üzrədir.

Keçən  əsrin  70-ci-80-ci  illərində  Fuad  Məmmədovun  elmi,  elmi-təşki- 

lati və ictimai  fəaliyyəti  gümüş və bürünc medallarla,  SSRİ XTNS  Baş ko- 

mitəsinin  diplomu  ilə,  təşəkkürnamələr və  ümumittifaq və  respublika  “Bi- 

lik” cəmiyyətlərinin döş nişanı ilə,  Sovet İttifaqı Kommunist Partiyası MK- 

si,  SSRİ Nazirlər  Şurası,  ÜLKGİ  və  ÜMHİŞ-nın  Fəxri  fərmanları  ilə  qeyd 

edilmişdir.

Dünya  mədəniyyəti  və  sivilizasiyası  tarixi  və  nəzəriyyəsinin  inkişafına 

verdiyi  töhfəyə  görə  Fuad  Məmmədov  “İntellektual  İnkişaf  Problemləri” 

Beynəlxalq  Elmlər  Akademiyasının  (2002),  Rusiya  Pedaqoji  və  Sosial 

Elmlər Akademiyasının  akademiki  seçilmiş  (2004),  ABŞ  Bioqrafiya  İnsti- 

tutunun  “Şərəf’  medalı  (2004),  “Humay”,  “İntellekt”,  “Qızıl  qələm”  milli 

ictimai mükafatları, “Sülh səfiri” və “Mədəniyyət səfiri” beynəlxalq və mil- 

li  fəxri  adları,  Mədəniyyət  və  Turizm  Nazirliyi  və  AR  Təhsil  Nazirliyinin 

fəxri  fərmanları,  AR Ailə,  Uşaq və  Qadın problemləri  üzrə  Dövlət komitə-

633



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə