Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə322/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   319   320   321   322   323   324   325   326   327

İdarəetmə mədəniyyəti

tivlik meyarı.  Qabaqlayıcı sosial-mədəni terapiya.  Dövlət idarəçiliyinin təh- 

lili və qiymətləndirilməsinin beş üsulu.

D övlət  idarəçiliyi  m ədəniyyətinin  təkm illəşdirilm əsi. 

İdarəçilik 

fəaliyyətinin  təkmilləşdirilməsi  vəzifələri.  Dövlət idarəçiliyinin təkmilləş- 

dirilməsi  predmeti.  Dövlət  idarəçiliyi  mədəniyyətinin  təkmilləşdirilməsi 

prinsipləri

.

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

1.  Dövlət idarəçiliyi mexanizmi və məqsədləri necə formalaşdırılır?

2.  Dövlət idarəçiliyinin məqsədlər iyerarxiyası necə qurulur?

3.  Dövlət  idarəçiliyi  strategiyasının  əsas  mahiyyəti  nədir  və  onun 

komponentləri hansılardır?

4.  Strateji planlaşdırma prosesi necə həyata keçirilir?

5.  Dövlət idarəçiliyinin hüquqi və təşkilati formalarının mahiyyəti nədir?

6.  İdarəçilik fəaliyyəti və personalın idarə edilməsi üçün hansı metod- 

lardan istifadə  olunur?

7.  İdarəçilik fəaliyyətinin formal mərhələləri hansılardır?

8.  İdarəçilik  fəaliyyətinin  qiymətləndirmə  meyarları  və  mənbələri 

haqqında nə deyə bilərsiniz?

9.  Ümumdünya Bankının qiymətləndirmə tövsiyələri.

10. Dövlət idarəçiliyinin əsas effektivlik meyarları.

11.  Q.V.Atamançukun  “normativ modeli”nin mahiyyəti nədir?

12.  Dövlət idarəçiliyinin əsas təhlili və qiymətləndirmə üsulları.

13.  İdarəçilik fəaliyyətinin  əsas  təkmilləşdirilmə vəzifələri, predmeti və 

prinsipləri hansılardır?

16-cı mühazirə.  Dövlət idarəçiliyinin hüquqi tənzim lənm əsi və 

inform asiya təm inatı

D övlət  idarəçiliyinin  hüquqi  tənzim lənm əsi. 

Hüquqi  tənzimlən- 

mənin mahiyyəti və ona qoyulan tələblər.  Hüquqi tənzimlənmənin predme- 

ti:  mexanizmlər, hakimiyyətin və  səlahiyyətlərin bölünməsi, iradəyə əsasla- 

nan münasibətlər.  Dövlət orqanının hüquqi statusu. Ümumi yol verilən, ica- 

zə  verilən  və  vəzifə-səlahiyyət  qaydası.  Tənzimləyici,  qoruyucu  və  xüsusi 

(ümumi  qadağan  edilən,  definitiv,  deklarativ,  kollizion  sərəncamlar)  nor- 

maların təsnifatı. 

Hüquqi tənzimlənmə metodu - hüquqi yollar, üsullar və 

təsir vasitələrinin məcmusu kimi.  Hüquq normalarının  subyekti,  mənası  və 

məzmunu  -  metodun  ölçü  alətləri  kimi.  Subyekt:  mərkəzləşmiş  (subordi- 

nasiya)  və  desentralizasiya  olunmuş  (koordinasiya)  tənzimlənmə.  Məna  və 

məzmun:  pozitiv məcbur etmə,  qadağa və yol vermə  - hüquqi tənzimlənmə

647



üsulları kimi.  Hüquqi formalar: konstitusiya,  qanunlar və  qanundan irəli gə- 

lən (ümumdövlət,  idarə, yerli və lokal) hüquqi normativ  aktlar -  dövlət ida- 

rəçiliyinin əsası kimi.  Hüquqi tənzimlənmə üsulları  sistemi.  Ölkə preziden- 

tinin  səlahiyyətləri.  Xüsusiyyət:  hüquqi  tənzimlənmənin  tipikliyi  (univer- 

sallığı) və unikallığı.  Hüquqi  tənzimləmə  strukturu  (qanunverici,  daxili  alt- 

sistemli, normativ, özünüidarə, hüquq-mühafizə tənzimlənməsi və normativ 

təyin  etmə).  Dövlət  idarəçiliyini  təmin  edən material  və  prosessual  norma- 

lar, hüquqi mexanizmlər.  Hüquqi tənzimlənmənin keyfiyyəti və normaların 

həyatda  işləmə  reallığı  dərəcəsi,  dövlət  idarəçiliyinin  hüquqi  tənzimlənmə 

effektivliyi  səviyyəsinin  göstəriciləri  kimi.  Qanunların  siyasətçilər,  dövlət 

qulluqçuları və ölkə vətəndaşları tərəfindən icra edilməsi mədəniyyəti.  “Qa- 

nunvericilik-qanunilik-hüquq qaydası” zəncirində  qanuniliyin yeri.  İdarəet- 

mə  orqanlarının  fəaliyyətinə  iyerarxik  ümumi  və  xüsusi  (antiinhisar,  göm- 

rük,  sanitar-epidimioloji,  ekoloji və  s.) xarici nəzarət.  Qeyri-hökumət təşki- 

latlarının, həmkarlar ittifaqlarının, kütləvi informasiya vasitələrinin və  ayrı- 

ayrı fərdlərin rolu.  Qanunilik və hüquq qaydası.  Həllindən ölkədə  qanunilik 

və hüquq qaydası səviyyəsinin asılı olduğu problemlər.  Nizam-intizamın üç 

əsas qaydası və növü.



D övlət  idarəçiliyinin  inform asiya  təm inatı. 

İnformasiya  mədə- 

niyyəti - elmi biliklərin, metodologiya, metodika və texniki vasitələrin məc- 

musu kimi.  Qlobal informasiya cəmiyyəti Xartiyası.  İdarəçilik informasiya- 

sına qoyulan tələblər.  Obyektiv idarəçilik informasiyasını doğuran səbəblər. 

Problemli,  münaqişəli  və  ekstremal  situasiyalar.  İnformasiyanın  aktuallığı, 

həqiqiliyi,  yetərliliyi,  əlçatanlığı  və  mötəbərliyi  (əslinə  uyğun)  tələbləri. 

İdarəçilik qərarlarına aid olan informasiyaya tələblər.  İdarəçilik qərarları in- 

formasiyasının  səviyyəsini  təmin  edən  şərtlər.  İdarəçilik  informasiyasını 

təşkil  etmənin  əsas  təkmilləşdirmə  prinsipləri.  Qanuniliyin  informasiya tə- 

minatı.  İnformasiya  təminatının  vəziyyəti:  informasiyanın  bölüşdürülməsi 

və  keyfiyyəti.  İnformasiya  üzərində  nəzarət.  Müasir  informasiya  sistemi 

komponentləri.  İnformasiyanın  məzmun  sisteminin  və  bu  sahədə  fəaliyyə- 

tin  əsas  istiqamətlərinin formalaşdırılması  üzrə  Q.V.Atamançukun tövsiyə- 

ləri.  “Biliklər cəmiyyətinin” yaradılması dövründə bilmək və həll etmək la- 

zım gələn problemlər.



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:

1.  Dövlət idarəçiliyində hüquqi tənzimləmənin rolu və ona qoyulan  tə- 

ləblər haqqında nə deyə bilərsiniz?

2.  Dövlət orqanının hüquqi statusu nədir?

3.  Hüquqi tənzimləmənin əsas formaları və üsullarını sadalayın.

Fuad Məmmədov

648


Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə