116
Motivasiyanı dərslikdəki şəkil və suallar əsasında qurmaq olar.
Fəaliyyətin bu növü müqayisə bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.
Şəkildə təsvir olunmuş üç meşənin müqayisəsində şagirdlərin diqqətini aşağıdakı
meyarlara istiqamətləndirmək məqsədəuyğundur: meşələri hansı əlamətlərinə görə
müqayisə etmək olar – yerləşdiyi əraziyə görə, bitkilərin tərkibinə görə. Yaxşı olar
ki, şagirdlər enliyarpaq və iynəyarpaqlı meşələrdə ağac növlərinə aid məlumatlarla
tanış olsunlar. Dərs müddətində təbii zonaların ümumi cəhətləri müəyyən edilir;
istilik və rütubətin bitkilərin yaranmasına təsiri aydınlaşdırılır.
Yeni materialın öyrənilməsini qruplarla təşkil etmək olar. “Öyrəndiklərinizi tət-
biq edin” blokundakı xəritə-sxem əsasında şagirdlərdə üç nov meşə zonası — tay-
qa, enliyarpaqlı və rütubətli ekvatorial meşələr olması fikri yaradılır. Hər bir qrup
işləmək üçün təbii zonanın səciyyəsini vermək və əlavə mənbələrdən istifadəyə aid
təlimat yazılmış kartoçka alır. Müəyyən edilmiş vaxt ərzində onlar təbii zonaya aid
materialı öyrənir, yazılı surətdə zonanın səciyyəsini hazırlayır, materialları cədvəl
şəkilində tərtib edir.
Təbii zona
Yayıldığı ərazi Bitkilər Heyvanat
aləmi
Ekvatorial meşə
Enliyarpaqlı meşə
İynəyarpaqlı meşə
Təqdimatda şagirdlərin xəritə və əyani vəsaitlərdən istifadə etməsi məqsədəuyğun-
dur. Səciyyəvi plan:
1. Coğrafi mövqe.
2. Zahiri görünüş.
3. Bitki və heyvanlar.
4. İnsanların bu zonadan istifadə imkanları.
Yaxşı olar ki, plan şagirdlərin istiqamətləndirilmiş və müstəqil diskussiyası nəticə-
sində hazırlansın. Əldə olunan materialdan “Ziqzaq” üsulundan istifadə edin. Şa-
girdlərin yaradıcı fəallığını artırmaq üçün situasiyalı oyun keçirmək olar: “Təsəv-
vür edin ki, siz aparıcısınız və meşələrə dair reportaj hazırlamalısınız. Reportajın
adını və süjet xəttini seçin, onu hansı formada təqdim edəcəyinizi müəyyən edin”.
Qrupların hazırladığı ən yaxşı reportajlar birləşdirilir və tematik qəzet şəkilində
buraxılır. Şagirdlərə meşə ağaclarının yarpaqlarından ibarət herbari hazırlamaq
təklif edilir. Ən yaxşı və düzgün hazırlanmış herbarinin sərgidə nümayiş etdiril-
məsinin nəzərdə tutulduğu elan olunur. Kolleksiyanı qiymətləndirmək üçün müəl-
117
lim metodik vəsaitin 71-ci səhifəsində verilmiş qiymətləndirmə meyarlarından
istifadə edə bilər. Bu zaman şagirdlərin biologiya dərslərində topladıqları kollek-
siyalardan da istifadə etmək olar.
Öyrəndiklərinizi tətbiq edin
Meşələr Ölkələr
Rütubətli ekvatorial meşələr Braziliya,
Konqo,
İndoneziya
Enliyarpaqlı meşələr ABŞ, Avropa ölkələri
İynəyarpaqlı meşələr Rusiya,
Kanada
Nə öyrəndiniz
Növ tərkibinə görə rütubətli ekvatorial meşələr cox zəngindir. Avropa və Şimali
Amerikada yayılan enliyarpaqlı meşələrdə əsas ağac növləri palıd, vələs, fıstıqdır.
İqlimin daha kəskin olduğu ərazilərdə yayılmış meşələr isə iynəyarpaqlı adlanır.
Öyrəndiklərinizi yoxlayın
Braziliya – mebel üçün möhkəm gövdəli qiymətli ağac növlərinin tədarükü; Rusiya
– xəzli heyvan fermasını yaratmaq və xəz paltolar istehsal etmək; Kanada – ağca-
qayın meşəsi salmaq və onun şirəsini istehsal etmək.
Qiymətləndirmə meyarları:
İzahetmə
Təsviretmə
Müqayisəetmə
Müəyyənetmə
Zəif Orta
Yüksək
Meşələrin Yer üzərində həya-
tın mövcud olması üçün əhə-
miyyətini izah etməkdə
çətinlik çəkir.
Meşələrin Yer üzərində həya-
tın mövcud olması üçün əhə-
miyyətini əsasən izah edir.
Meşələrin Yer üzərində həya-
tın mövcud olması üçün əhə-
miyyətini düzgün izah edir.
Meşələrin xarici görünüşünü
təsvir etməkdə çətinlik çəkir.
Meşələrin xarici görünüşünü
əsasən təsvir edir.
Meşələrin xarici görünüşünü
ətraflı təsvir edir.
Ekvatorial, enliyarpaqlı və
iynəyarpaqlı meşələri müqa-
yisə etməkdə çətinlik çəkir.
Ekvatorial, enliyarpaqlı və
iynəyarpaqlı meşələri əsasən
müqayisə edir.
Ekvatorial, enliyarpaqlı və
iynəyarpaqlı meşələri düzgün
müqayisə edir.
Xəritədə meşələrin yayılma
ərazilərini müəyyən etməkdə
çətinlik çəkir.
Xəritədə meşələrin yayılma
ərazilərini əsasən müəyyən
edir.
Xəritədə meşələrin yayılma
ərazilərini düzgün müəyyən
edir.
Meşələrin nümunəsində TK-
nın komponentləri arasında
əlaqələri izah etməkdə çətin-
lik çəkir.
Meşələrin nümunəsində TK-
nın komponentləri arasında
əlaqələri müəllimin köməyi
ilə izah edir.
Meşələrin nümunəsində TK-
nın komponentləri arasında
əlaqələri düzgün izah edir.
118
Dərs 37 / Mövzu:
SƏHRALAR
Motivasiyanı dərslik mətnində verilmiş şəkil və suallar əsasında qurmaq olar.
Arktik və tropik səhraların müqayisəsinin Venn diaqramına görə verilməsi məqsə-
dəuyğundur. Motivasiyada aşağıdakı ünvandan istifadə etməklə videomateriala
baxmaq da olar: http://www.youtube.com/watch?v=q9uUM7RH5Gc
Mövzuya aid klaster qurmaq şagirdləri aktivləşdirmək üçün faydalı olardı.
Tapşırığı cütlərlə yerinə yetirmək və nəticələrini ümumiləşdirmək məqsədəuyğundur.
Yeni materialın mənimsənilməsi prosesini mətnlə iş, xəritə-sxemlərin və şəkillə-
rin təhlili ilə qurmaq olar. Şagirdlərə mətni sərbəst oxumağı, yaxud İNSERT cəd-
vəlinin doldurulmasını təklif etmək olar. Şagirdlərin diqqətini xəritə üzərində işə
cəlb etməklə kontur xəritə üzərində səhraların qeyd edilməsi tapşırığını vermək
olar. Səhraların təsərrüfat cəhətdən mənimsənilməsi barədə məlumat verərkən əsas
diqqəti insanların və digər canlı orqanizmlərin şəraitə uyğunlaşmasına yönəltmək
lazımdır. Dərsi şagirdlərin təqdimatları əsasında da keçirmək olar. Ona görə də si-
nifdə şagirdləri əvvəlcədən qruplara ayırmaq, onlara tropik və arktik səhraya aid
“Məşhur səyyahlar” haqqında təqdimata analoji olan bir təqdimat hazırlamağı tap-
şırmaq olar. Şagirdlərə slaydlar barədə aşağıdakı tövsiyələri vermək olar:
1- ci slayd: giriş (təbii zonanın səciyyəsi, təqdimatın adı, müəlliflər);
2- ci slayd: fotomaterial, şəkillər, təbii zonaya aid əyani vəsaitlər;
3-cü slayd: xəritə üzərində təbii zonanın göstərilməsi;
4-cü slayd: təbii zonanın iqlim xüsusiyyəti;
5-ci slayd: bitki və heyvanlar aləmi;
6-cı slayd: təsərrüfat əhəmiyyəti;
7-ci slayd: şairlərin, rəssamların yaradıcılığında təbii zonaların əsas xüsusiyyətləri;
8-ci slayd: mən təbii zonanı necə təsəvvür edirəm, şəxsi mülahizələrim (1–2 cümlə
ilə, yaxud mövzuya aid didaktik sinkveyn – beşlik).
Nəzərə almaq lazımdır ki, dərsin məqsədi təbii zonanın ətraflı səciyyəsini vermək
deyil, konkret nümunə əsasında qanunauyğunluğu başa düşməkdir.
Alt
STANDARTLAR
2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir.
Dərsin
MƏQSƏDİ
səhraların əlamətlərini şərh edir;
dünya xəritəsində isti və soyuq səhraları göstərir;
səhranın nümunəsində təbii kompleksin komponentləri arasında
əlaqəni izah edir.
Dostları ilə paylaş: |