8
VI SİNİF COĞRAFİYA FƏNN KURİKULUMU
Coğrafiya fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək
üçün məzmun xətləri aşağıdakı kimi müəyyən edilmişdir:
Coğrafi məkan
Təbiət
Cəmiyyət
Coğrafi məkan
Coğrafiyanın tədrisində “Coğrafi məkan” məzmun
xətti şagirdlərdə qlobal,
regional və lokal miqyasda məkan anlayışını formalaşdırır. Günəş sistemində Yer
planetinin tutduğu vəziyyətin və bununla bağlı baş verən hadisələrin təhlilini
aparmağa imkan yaradır. Yer kürəsində coğrafi obyektlərin yerləşməsinə dair əha-
təli və dəqiq məlumat almağa, ayrı-ayrı əraziləri təsvir etmək qabiliyyətinə yiyə-
lənməyə kömək edir. Coğrafi məkana dair qazanılan biliklər
məhəldə cəhətləri tə-
yin etmək, istənilən məntəqəyə qədər olan məsafələri ölçmək, onları kartoqrafik
təsvirlər vasitəsilə təqdim etmək, tələb olunan ərazilərin səth quruluşunu, coğrafi
xüsusiyyətlərini müqayisəli təhlil etmək, hər hansı əraziyə dair əlavə məlumat top-
lamaq bacarığını formalaşdırmaqla yanaşı, şagirdlərdə idrak
fəaliyyətinin inkişa-
fına, nəzəri bilikləri praktik olaraq tətbiq etmək vərdişinin yaranmasına səbəb olur.
Təbiət
Orta məktəblərdə “Təbiət” məzmun xətti şagirdlərdə Yer kürəsini vahid təbii sis-
tem kimi qavramağa, təbii hadisələrin inkişaf qanunauyğunluğunu dərk etməyə
imkan yaradır, onlar təbii proseslərin səbəblərini təhlil edir, nəticələrini aydınlaş-
dırır, gələcək inkişafının proqnozunu verirlər. Yer təbəqələrinə aid biliklər şa-
girdlərdə ekstremal, təbii dağıdıcı hadisələr zamanı davranış qaydalarına yiyələn-
məyə kömək edir. Təbii komplekslərin yaranması mexanizminin dərk
edilməsinə,
müxtəlif coğrafi amillərdən asılı olaraq ayrı-ayrı materik və okeanların daxilində
coğrafi paylanma qanunauyğunluğunun izah olunmasına şərait yaradır. Şagirdlər
Yer kürəsini təşkil edən iri təbii komplekslərin (materik və okeanların) özünə-
məxsus coğrafi xüsusiyyətlərini mənimsəməklə müasir qloballaşma şəraitində
gərginləşən ekoloji problemlərin səbəb və nəticələrini şərh edir, onların həlli yolla-
rına dair təkliflər verir, respublikada, eləcə də onu əhatə edən ətraf
mühitdə yaran-
mış ekoloji vəziyyəti qiymətləndirirlər.
Cəmiyyət
Orta məktəblərdə Yer kürəsində cəmiyyətə dair biliklər şagirdlərə dünya əhalisinin
irqi, milli, dini, etnik tərkibinin müxtəlifliyini dərk etməyə, digər xalqların həyat
tərzi və maraq dairəsi ilə tanış olmağa imkan yaradır. Bu biliklər onlarda xalqların
adət-ənənələrinə, özünəməxsus xüsusiyyətlərinə tolerant yanaşma hissini yaradır və
onun əsasında milli şüuru formalaşdırır.
Şagirdlərə əhalinin təbii amillərlə yerləşməsi və sosial-iqtisadi fəaliyyəti arasındakı
qanunauyğunluqları başa düşməyə, təbii və sosial amillərin iqtisadiyyatın inki-
şafında rolunu təhlil etməyə, elmi nailiyyətlərin tətbiqi nəticəsində insanın təbiət-
dən asılılığının azalma dinamikasını dərk etməyə imkan yaradır.
9
Onlar ölkədaxili və beynəlxalq siyasi-iqtisadi münasibətlərin insanların həyat sə-
viyyəsinə təsirini başa düşür, iqtisadi inkişafın yaratdığı ekoloji
problemlərin
başvermə səbəblərini müəyyən etməklə yanaşı, təbii tarazlığın saxlanılmasında
qlobal layihələrin tətbiqini, hər bir fərdin iştirakının vacibliyini, dünyada münaqişə
zonalarının yaranma səbəblərini və onların həllində beynəlxalq təşkilatların rolunu
qiymətləndirir.
Yer kürəsində cəmiyyətə dair biliklər şagirdləri gələcəkdə əməkdaşlıq etmək,
mədəni və iqtisadi əlaqələr qurmaq bacarığına istiqamətləndirir.
Coğrafiya fənninin tədrisində 8
fəaliyyət xətti əsas götürülür:
Problemin həlli – dünyanın siyasi xəritəsində mövcud olan “qaynar nöqtələri”,
onların yaranma səbəblərini və həlli yollarını təhlil edir,
dünyada və respublikada
antropogen landşaftların yayıldığı ərazilərdə yaranan ekoloji problemlərin həlli yol-
larına dair layihələr hazırlayır, dünyada və respublikada miqrasiya problemlərinin
həllinə dair apardıqları araşdırmaların nəticələrini təqdim edir.
Mühakimə yürütmə –
Azərbaycanın dünyada və türk dövlətləri arasında mövqe-
yinin üstün cəhətlərini əsaslandırır, qeyri-ənənəvi (iqlim, kosmik, geotermal və s.)
enerji resurslarının istifadə edilməsinə artan marağın səbəblərini
izah edir, ekoloji
problemlərin qloballaşması təhlükəsinin reallığını əsaslandırır.
Əməkdaşlıq/ictimaiyyətlə əlaqə –
dünya miqyasında Azərbaycan Respublikasının
mövqeyini müəyyənləşdirir, ölkələrlə əməkdaşlığa dair məlumatlar toplayır, onla-
rın əhəmiyyətini izah edir, yaşadığı ərazidə ekoloji tarazlığı pozan mənbələri
müəyyən edir, qruplarda işləyərək ekoloji monitorinq keçirir, hər hansı müəs-
sisənin fəaliyyətinə dair özünün sərbəst topladığı məlumatı təqdim edir.
Müqayisə və təhliletmə –
xəritə üzərində təbii vilayətlərin müqayisəli təhlilini
verir, statistik məlumatlar əsasında ölkələrin təbii ehtiyatlarla təminatını hesablayır
və müqayisə edir
, dünya əhalisini müxtəlif xüsusiyyətlərinə görə (din, dil, irq) təh-
lil edir.
Tətbiqetmə – xəritə üzərində yaşadığı ərazinin mövqeyini müəyyən edir, onunla
iri yaşayış məntəqələri arasındakı məsafəsini hesablayır, zəlzələ ilə bağlı
problemlərin həll edilməsi üçün birgə fəaliyyət proqramı hazırlayır,
onu hökumət
və ya qeyri-hökumət təşkilatlarının işi ilə əlaqələndirir, layihəni nümayiş etdirir.
Proqnozlaşdırma – respublikanın Avropa və Asiya qitələri arasında yerləşməsi ilə
əlaqədar olaraq, müxtəlif sahələrə təsirini təhlil edir, ölkə iqtisadiyyatının inkişaf
perspektivlərinə dair fikir yürüdür və təbiətdə vulkan püskürmələrinin, dağların
əmələ gəlməsi proseslərinin nəticələrini proqnozlaşdırır.
Sistemləşdirmə və təsnifetmə –
dünyanın müasir siyasi xəritəsindəki dövlətləri
müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır, materiklərdə yerləşən dağları və düzən-
likləri mənşəyinə və yaşına görə qruplaşdırır, müxtəlif
mənbələrdən istifadə edə-
rək ən mühüm xammal və məhsulu idxal-ixrac edən ölkələri qruplaşdırır.