Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə25/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

 
65
 Fəaliyyətdə verilmiş tapşırıq cütlərlə və ya qrupla yerinə yetirilə bilər.  Şagird-
lər dərslikdə verilmiş  cədvəli dəftərlərinə  çəkərək tamamlamalıdırlar. Müzakirəni 
dərslikdəki suallar əsasında apara bilərsiniz.  
 Yeni mövzunun  mənimsənilməsi prosesində dərsi izah etdiyiniz vaxt şagirdlər 
eyni zamanda şərti işarələrin köməyi ilə adıçəkilən faydalı qazıntı yataqlarını kon-
tur xəritə üzərində qeyd etsinlər. Bu işin bütün siniflə yerinə yetirilməsi məqsə-
dəuyğundur. Lakin kontur xəritə üzərində  işə başlamazdan  əvvəl  şagirdlərin diq-
qətinə kontur xəritə üzərində aparılan işin qaydalarını çatdırmaq yerinə düşər: şərti 
işarələri adi qara karandaşla çəkmək, coğrafi adları isə  qələmlə  və düzgün yaz-
maqla legenda yaratmaq lazımdır. Şagirdlərin fəaliyyətini elə istiqamətləndirin ki, 
işin sonunda onlar çökmə çuxurların, əsasən, düzənlik ərazilərdə, maqmatik süxur-
ların isə dağlıq ərazilərdə yayılması nəticəsinə gəlsinlər. 
 Öyrəndiklərinizi tətbiq edin.   
1. yanar – təbii qaz, daş kömür; filiz –  qalay, boksit, manqan; qeyri-filiz –  mərmər 
fosforit.  
Nə öyrəndiniz. Yer qabığında rast gəlinən mineral sərvətlər  faydalı qazıntılar ad-
lanır. Dəmir, mis, qalay  filiz,  apatit,  fosforit, mərmər qeyri-filiz, neft, təbii qaz, 
daş  kömür yanar faydalı qazıntılardır. 
Öyrəndiklərinizi yoxlayın blokundakı tapşırıqda şagirdlər mətndən istifadə edərək 
ərazilərə uyğun gələn faydalı qazıntıları və müvafiq ölkələri tapmalıdırlar. 
Ərazilər Faydalı qazıntılar Ölkələr 
Appalaçi dağları 
Dəmir filizi, daş kömür 
ABŞ 
Qərbi Sibir ovalığı Neft, 
qaz 
Rusiya 
Qərbi Avstraliya yaylası Boksit, 
dəmir Avstraliya 
Ural dağları 
Dəmir Rusiya 
Qviana yaylası Boksit 
Surinam, 
Braziliya, 
 
Qayana 
 
Qiymətləndirmə meyarları: qruplaşdırma 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Faydalı qazıntı ya-
taqlarını materiklər 
üzrə  qruplaşdırar-
kən səhvlərə yol 
verir. 
Faydalı qazıntı ya-
taqlarını materiklər 
üzrə qruplaşdırar-
kən müəllimin kö-
məyindən istifadə 
edir. 
Faydalı qazıntı ya-
taqlarını materiklər 
üzrə qruplaşdırar-
kən cüzi səhvlərə 
yol verir. 
Faydalı qazıntı 
yataqlarını sərbəst 
olaraq materiklər 
üzrə qruplaşdırır. 
 
Çap üçün deyil


 
66
Dərs 23. / Mövzu: 
 PRAKTİK DƏRS. 
 AZƏRBAYCAN RESPUBLİKASININ  RELYEFİ  
 
Dərsdə şagirdlər Azərbaycan Respublikasının dağları və düzənliklərini fiziki xəri-
tədən istifadə edərək təhlil və şərh edəcəklər. Oroqrafik xəritədə çox sayda coğrafi 
adlar olduğuna görə sizin köməyiniz olmadan şagirdlərin onlar arasında seçim et-
məsi çətin ola bilər. Praktik işlərin bütün siniflə aparılması daha məqsədəuyğundur. 
Bu zaman  siz coğrafi adları xəriədə göstərməli, şagirdlər isə həmin obyektləri kon-
tur xəritədə qeyd etməlidirlər. Verilmiş tapşırıqlar cütlər və ya kiçik qruplar şək-
lində aparıla bilər. Şagirdlərə tələb olunan nomenklaturanın siyahısı verilir. Onlar 
sərbəst olaraq obyektləri oroqrafik xəritədə tapır və kontur xəritəyə köçürürlər. İşin 
sonunda şagırdlər arasında qarşılıqlı qiymətləndirmə həyata keçirmək olar. Məsə-
lən,  şagirdlərdən biri zirvənin və ya dağın adını söyləyir, o biri isə onu xəritədə 
göstərir. Düzgün cavabın hər birinə 1 bal verə bilərsiniz. Maksimal bal toplayanlar 
daha xüsusi vurğulana bilər.  
 
  Tapşırıq 1. Tapşırığın həll edilməsi şagirdin bu mövzunu necə mənimsədiyini 
göstərən meyar ola bilər. Əgər şagirdlər Azərbaycanın dağ və düzənliklərini xəri-
tədə göstərməyi bacarırlarsa, deməli, onlar növbəti tapşırığı da yerinə yetirəcəklər.  
 
Düzənliklər_İran__Gürcüstan__Rusiya__Ermənistan____Tapşırıq_2._Ərazilərin'>Dövlətlər Dağlar Düzənliklər 
İran  
 
Gürcüstan  
 
Rusiya  
 
Ermənistan  
 
 
 Tapşırıq 2. 
Ərazilərin 
adı 
Dağlar Zirvələr 
Böyük Qafqaz  Baş Qafqaz, Yan silsilə,  
Ləngəbiz 
Bazardüzü, Tufandağ, Şahdağ, Babadağ 
Kiçik Qafqaz 
Murovdağ, Qarabağ, Zəngəzur, 
Vulkanik yayla 
Qapıcıq, Gamışdağ, Dəlidağ, 
Böyük Kirs 
Talış Talış, Peştəsər, Burovar 
Kömürgöy, Qızyurdu 
 
ALT 
STANDARTLAR
2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma sə-
bəblərini şərh edir.  
2.1.2. Fiziki xəritələri təhlil edir. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Fiziki xəritədən istifadə edərək Azərbaycan Respublika-
sının relyefini təhlil  və şərh edir. 
 
Çap üçün deyil


 
67
 Tapşırıq 3.
 
Müəllim  şagirdlərə düzənliklərin siyahısını verir. Şagirdlər müs-
təqil olaraq  onları qruplaşdırır və kontur xəritədə qeyd edirlər.
    
 
 
 
 
 
Qiymətləndirmə meyarları: təhlil və şərhetmə 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Fiziki xəritədən is-
tifadə edərək Azər-
baycan Respublika-
sının relyefini təhlil  
və şərh etməkdə 
çətinlik çəkir. 
Azərbaycan Res-
publikasının relye-
fini təhlil  və şərh 
edərkən müəllimin 
köməyindən istifa-
də edir. 
Azərbaycan 
Respublikasının 
relyefini, əsasən, 
təhlil  və şərh edir. 
Azərbaycan 
Respublikasının 
relyefini düzgün 
təhlil  və şərh edir. 
 
 
Dərs 24/ Mövzu:
 AZƏRBAYCAN RESPUBLİKASININ FAYDALI 
QAZINTILARI 
 
Dərsdə əsas məqsəd Azərbaycan Respublikasının zəngin mineral və faydalı qazın-
tılarının müxtəlif növlərinin şərh edilməsi və fiziki xəritələrdən istifadə edərək fay-
dalı qazıntıların yayılmasına görə qruplaşdırılmasıdır.  
  Şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdə verilmiş şəkillərdəki faydalı 
qazıntıların hansının filiz, qeyri-filiz və yanar faydalı qazıntı olduğunu soruşa bi-
lərsiniz. Onlara bir neçə yönəldici sual da vermək olar: “Azərbaycan hansı faydalı 
qazıntıları ilə  məşhurdur?”, “Respublikamızın hansı bölgələrində faydalı qazın-
tılar çıxarılır?”, “Faydalı qazıntılardan hansı sahələrdə istifadə edilir?” və s. 
 “Fəaliyyət”də verilmiş tapşırıq cütlərlə və ya qrupla yerinə yetirilə bilər. Şagird-
lər cədvəli dəftərə  çəkib, verilmiş  xəritəyə  əsasən Azərbaycanın faydalı qazıntı-
larını qruplaşdırmalı və  növlərini müəyyənləşdirməlidirlər.  
 Yeni mövzunun mənimsənilməsi üçün “Yeraltı  sərvətlər necə paylanıb” möv-
zusuna müraciət edərək bəzi məlumatları yada salmaq olar. Şagirdlər mətni oxu-
ALT 
STANDARTLAR
2.1.2. Fiziki xəritələri təhlil edir.
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Fiziki xəritədən istifadə edərək faydalı qazıntıları qrup-
laşdırır.  
Azərbaycan Respublikasında çıxarılan faydalı qazıntıları 
növlərinə görə təhlil edir. 
 
Düzənliklər 
Akumulyativ 
Şirvan, Muğan, Mil, Samur-Dəvəçi, Lənkəran
Denudasion 
Qusar maili düzənliyi, Qobustan, Şəki yaylası 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə