Microsoft Word Geo 7 mv-az-capa doc


Dərsliyin tədris vahidləri üzrə məzmunu



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

 
4
Dərsliyin tədris vahidləri üzrə məzmunu 
 
“Yer haqqında biliklərin inkişafı” adlanan birinci tədris vahidində elə materiallar 
təqdim olunmuşdur ki, şagirdlərə dünya xəritəsində dəyişiklikləri təhlil etməyə kömək 
edəcəkdir. Yeni ərazilərin kəşfi və coğrafi adların yaranmasını tədqiqatlarla əlaqələn-
dirmək, coğrafiya elminin elmi məqsədinin tarixi mərhələlərlə  dəyişməsi haqqında 
məlumatlar daxil edilmişdir. Bu materiallar olduqca qiymətlidir, çünki şagirdlərdə coğ-
rafiyanın dəyişməsi – təsviredici elmdən izahedici, son dövrlərdə isə konstruktiv və 
transformasiya elminə çevrilməsi fikirlərini formalaşdıracaqdır.  
“Yer kürəsinin kartoqrafik təsviri” tədris vahidi şagirdlərin praktik bacarıqlarının 
inkişafına yönəlmişdir: məntəqələrin coğrafi koordinatlarını müəyyən etmək, miqyas-
dan istifadə etmək, yerin planı üzrə relyefin xüsusiyyətlərini aşkarlamaq. 
Yer Günəş sistemində” tədris vahidində şagirdlər Günəş sisteminin planetləri, on-
ların xüsusiyyətləri haqqında məlumat alacaqlar. Bu tədris vahidində göy cisimlərinin 
qarşılıqlı təsiri və Yer kürəsinin öz oxu və orbital hərəkətinin coğrafi nəticələri xüsusi 
vurğulanmışdır. Tədris vahidində  şagirdlərin mövsümdən asılı olaraq günəşin düşmə 
bucağının və  məntəqələr arasında vaxt fərqinin hesablanması kimi praktik bacarıq-
larının inkişafı da nəzərə alınmışdır. 
“Yer səthinin relyefi”  tədris vahidinin məzmunu  şagirdlərə müəyyən qanunauy-
ğunluqları  mənimsəməyə kömək edəcəkdir: relyefin formalaşmasına xarici və daxili 
amillərin təsiri, faydalı qazıntıların yayılması. Tədris vahidinin mövzuları ölkəşünaslıq 
yanaşma əsasında qurulmuşdur. Xüsusi diqqət Azərbaycanın relyefi və faydalı qazıntı-
ları haqqında informasiyaya ayrılmışdır.  
VI sinif dərsliyində  şagirdlərə havanın  əsas elementləri və hadisələri – temperatur, 
külək, havanın rütubəti, buludun yaranması haqqında informasiya verilmişdi. “Yerin ha-
va təbəqəsi” tədris vahidində müəyyənləşdirilmiş mövzularda təbiətdə baş verən hadisə 
və proseslərin səbəb-nəticə əlaqələrini anlamağa, Yer kürəsi və Azərbaycan Respublika-
sının iqlim xüsusiyyətlərinin müxtəlifliyinin səbəblərini izah etməyə  şagirdlərə kömək 
edəcəkdir. 
“Yer kürəsində suyun paylanması”  tədris vahidində hidrosferin tərkib hissələri – 
dənizlər, çaylar, göllər öyrəniləcəkdir.  Əsas diqqət Azərbaycanın çay və göllərinin 
ekoloji vəziyyətinə ayrılmışdır.  
“Yerin canlı təbəqəsi”  tədris vahidində biosfer, biosenoz haqqında informasiyalar
təbiətdə maddələr mübadiləsi haqqında elementar məlumatlar verilmişdir. Coğrafi tə-
bəqənin mühüm komponenti olan torpaq haqqında geniş məlumat verilmişdir. Torpaq 
örtüyünün müxtəlifliyi ümumi planet, materiklər və Azərbaycan baxımından öyrə-
niləcəkdir. 
“Dünya dövlətlərinin müxtəlifliyi”  tədris vahidində  şagirdlər ölkələrin və 
regionların tipoloji xüsusiyyətləri (idarəetmə üsulu, inzibati ərazi quruluşu) haqqında 
informasiyalar alacaqlar. Bununla yanaşı, Yer kürəsində əhalinin qeyri-bərabər paylan-
ması  və müxtəlif məskunlaşma modellərindən (xətti, radial və sahilboyu) və Azər-
baycanın daxil olduğu beynəlxalq birliklərdən nümunələr gətirilir.  
“İqtisadiyyat və coğrafiya” tədris vahidi istehsalın əsas amillərinin – təbii, əsaslı, 
insan resursları, ölkələrin təsərrüfatının strukturuna, iqtisadi inteqrasiyanın rolu və növ-
ləri – müzakirəsinə həsr edilmişdir. Elementar səviyyədə Azərbaycanın iqtisadi inkişa-
fı, ekoloji problemlərin cəmiyyətin iqtisadi inkişafı ilə bağlı məsələlər əks olunmuşdur.  
Çap üçün deyil


 
5
DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU 
 
1. YER HAQQINDA 
BİLİKLƏRİN İNKİŞAFI
1. İlk coğrafi biliklərin toplanması 
2. Yeni dünyanın kəşfi 
3. Аvstraliya və Antarktidanın  kəşfi 
4. Debat  dərs. Yeni materiklərin kəşfi nə verdi?   
5  Coğrafiya elmi müasir dövrdə 
6. Coğrafi koordinatlar 
7. Praktik dərs. Хəritədə nöqtələrin coğrafi 
mövqeyinin təyin edilməsi  
8. Miqyas  
9. Relyefin təsviri 
10. Planaalma və onun növləri
2. YER KÜRƏSİNİN 
KARTOQRAFİK 
TƏSVİRİ 
11. Səma cisimləri 
12. Günəş sistemi planetləri 
13. Planetlərin qruplaşdırılması 
14. Həyat planeti 
15. Yerin Günəş ətrafında hərəkəti 
16. Yerin öz oxu ətrafında hərəkəti
3. YER GÜNƏŞ 
SİSTEMİNDƏ
17. Yerin daxili prosesləri  
18. Xarici amillərin relyefə təsiri 
19. Dağların yaranması 
20. Düzənliklərin müxtəlifliyi 
21. Okean dibinin  relyefi 
22. Yeraltı sərvətlər necə paylanıb 
23. Praktik dərs. Azərbaycan Respublikasının  
relyefi 
24. Azərbaycan Respublikasının faydalı 
qazıntıları
4. YER SƏTHİNİN 
RELYEFİ 
TӘDRİS VAHİDLӘRİ 
MÖVZULAR 
25. Havanın temperaturunun dəyişməsi 
26. Atmosfer təzyiqi  
27. Küləklərin yayılması 
28. Havanın rütubəti 
29. Yağıntıların paylanması 
30. İqlim və iqlim qurşaqları 
31. Azərbaycan Respublikasının  iqlimi 
5. YERİN HAVA TƏBƏQƏSİ 
Çap üçün deyil


 
6
 
 
 
49. İqtisadi fəaliyyət 
50. Təsərrüfat və iş yerləri 
51. İqtisadi əməkdaşlıq 
52. Azərbaycan Respublikasının iqtisadiyyatı 
53. İqtisadiyyat və ətraf mühit 
54.  Praktik dərs. “Ekoloji məhkəmə” 
9. İQTİSADİYYAT VƏ 
COĞRAFİYA
 
38. Canlı aləmin müxtəlifliyi 
39. Torpağın quruluşu və xüsusiyyətləri 
40. Torpaqların müxtəlifliyi 
41. Torpaqların mühafizəsi  
42. Azərbaycan Respublikasının torpaq, bitki örtüyü 
və heyvanat aləmi 
7. YERİN CANLI 
TƏBƏQƏSİ 
43. Biz hansı regionda yaşayırıq 
44. Türk dünyası birliyi 
45. Dövlətlərin idarə edilməsi formaları 
46. Dövlətlərin inzibati ərazi bölgüsü 
47. Əhalinin yerləşməsi 
48. Praktik dərs. Dünya əhalisinin dil tərkibi və  
əhalinin məskunlaşması 
 
8. DÜNYA 
DÖVLƏTLƏRİNİN 
MÜXTƏLİFLİYİ 
TӘDRİS VAHİDLӘRİ 
MÖVZULAR 
32. Dünya okeanın  hissələri 
33. Okeanda qurunun sahələri 
34. Çaylar 
35. Yer kürəsinin gölləri 
36. Praktik dərs. Azərbaycan Respublikasının çayları 
və gölləri  
37. Çaylarımızın ekoloji vəziyyəti
6. YER KÜRƏSİNDƏ  
SUYUN 
PAYLANMASI 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə