Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

 
16
Məlumatlandırıcı layihə  obyekt və ya hadisə haqqında məlumatın toplanmasına, 
təhlilinə, ümumiləşdirilməsinə və təqdim edilməsinə yönəlmişdir. Məlumatlandırıcı 
layihənin  əsas məqsədi məhz məlumatın axtarışı, emalı  və  təqdim edilməsi 
bacarıqlarının formalaşdırılmasıdır. Bu səbəbdən, yaxşı olar ki, məlumatlandırıcı 
layihələrin hazırlanmasında bu və ya digər dərəcədə bütün şagirdlər iştirak etsinlər. 
Müəyyən şərtlər daxilində məlumatlandırıcı layihə tədqiqat layihəsinə çevrilə bilər.  
Tədqiqat layihəsi tədqiqatın predmetinin və tədqiqat metodlarının dəqiq müəyyən 
edilməsini nəzərdə tutur. Bu növ layihələr elmi-tədqiqat işinə bənzərdir: mövzunun 
əsaslandırılması, tədqiqat probleminin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürül-
məsi, məlumat mənbəyinin və problemin həlli üsullarının təyin edilməsi, alınan 
nəticələrin ümumiləşdirilməsi və müzakirəsi. Tədqiqat layihələri, adətən, uzun-
müddətli olur və nəticələri böyük bir bölmənin və ya kursun sonunda təqdim edilir.  
 
8. MÜASİR QİYMƏTLƏNDİRMƏ 
Azərbaycan Respublikası Təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli 
əmri ilə 1–7-ci siniflərdə məktəbdaxili qiymətləndirmə qaydalarında bir sıra dəyi-
şiklik edilmişdir (bax: http://www.muallim.edu.az/arxiv/2013/34/26.htm). 
Müasir məktəbdaxili qiymətləndirmə məqsədinə, rol və vəzifələrinə, növlərinə, xü-
susiyyətlərinə, meyar və göstəricilərinə, üsul və vasitələrinə görə fərqlənir. Müasir 
qiymətləndirmədə məzmun standartlarının mənimsənilməsi, şagirdin qazandığı də-
yərlər qiymətləndirilir. Bu qiymətləndirmə müəllimin subyektiv rəyinə əsaslanmır, 
təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir, qiymətləndirmə standartları 
əsasında qurulur, daha obyektiv, dəqiq, adekvat və sistemli həyata keçirilir. 
Yeni ümumi orta təhsil proqramı (kurikulum) nəticəyönümlü prinsipi ilə hazırlan-
dığına görə şagirdlərin əldə etdikləri təlim nəticələrinin qiymətləndirilməsi vacibdir. 
Çünki artıq şagirdin hər hansı bir mövzunu dərslikdən əzbərləyib danışması onun 
bilik, bacarıq, vərdiş və dəyərlərinin ölçüsü ola bilmir. Müəllim hər bir dərs üçün 
reallaşdıracağı  məzmun standartlarından təlim nəticələri müəyyənləşdirməli və 
sonda bu təlim nəticələrini meyarlarla ölçməyi bacarmalıdır.  
Hər bir məktəbdaxili qiymətləndirmə növünün üsul və vasitələri vardır. Qiymətlən-
dirmə üsulu dedikdə, bu prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulur. 
Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.  
Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ kimi növ-
lərə bölünür.  
Diaqnostik qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin 
ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiymətləndir-
mə şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparmağa, 
şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa 
imkan verir. Diaqnostik qiymətləndirmə rəsmi xarakter daşımır, rəqəmdən istifadə 
olunmur, nəticələr müəllimin şəxsi qeyd dəftərində əks olunur.  
Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul, vasitələr və şagird fəaliyyətinin 
növləri: 
Çap üçün deyil


 
17
 
Üsullar 
Vasitələr 
Fəaliyyətin növləri 
Müşahidə (müəllim 
şagirdin təlim fəaliy-
yətini müşahidə əsa-
sında qiymətləndirir) 
Müşahidə vərəqi (şagirdin təlim 
fəaliyyətindən gözlənilən nəticəni 
əks etdirən meyarlar cədvəli) 
Dərsdə şagirdin müşa-
hidə edilməsi və meyar-
lar cədvəlinə qeyd olun-
ması 
Müsahibə (şifahi 
yoxlama) 
Müəllimin qeydiyyat vərəqi (şagird-
lə, müvafiq hallarda qrup, yaxud 
siniflə aparılan şifahi yoxlama za-
manı müəllimin diaqnoz qoymaq 
istədiyi məsələnin yazıldığı vərəq) 
Mövzu üzrə müxtəlif 
insanlardan müsahibə 
götürmək 
Tapşırıqvermə 
Çalışmalar 
Praktik çalışmaların, tap-
şırıqların yerinə yetiril-
məsi 
Valideynlərlə və di-
gər fənn müəllimləri 
ilə söhbət 
Söhbət və müəllimin sorğu vərəqi 
(şagirdin evdə və ya məktəbdəki 
fəaliyyəti ilə bağlı suallar yazılmış 
vərəq) 
Valideyn iclasında sorğu 
vərəqlərinin doldurul-
ması 
 
Diaqnostik qiymətləndirmənin nəticələrindən aşağıdakı  məqsədlərlə istifadə 
olunur: 
•  təlim prosesində fərdi yanaşmanı təmin etmək üçün; 
•  təlim prosesində qrup və cütlərin təşkilində; 
•  tədris olunacaq fənn və ya mövzu ilə bağlı maraq və ehtiyaclarının müəyyənləş-
dirilməsində; 
Formativ qiymətləndirmə  təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən 
olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyə-
sinin qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris prosesinin düzgün istiqamət-
ləndirilməsini, səmərəliliyini,  şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənil-
məsini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır. 
Formativ qiymətləndirmə  dərsdə reallaşdırılması  nəzərdə tutulmuş alt-standartlar-
dan çıxarılmış  təlim nəticələrinə görə müəyyən edilmiş meyarlara əsasən aparılır. 
Formativ qiymətləndirmə  rəsmi qiymətləndirmə deyil, nəticələr müəllimin  şəxsi 
qeyd dəftərində və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin sə-
viyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsə-
yir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifa-
dələrdən  istifadə olunmur. Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyə-
tini  bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün  dərsin sonunda  6 dəqiqəyə-
dək vaxt ayırır. Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ qiy-
mətləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin ol-
ması mütləq deyil.
 
Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində  həmin 
bacarıqlara yiyələnmənin müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər. Buna görə 
də formativ qiymətləndirmə zamanı şagirdlər eyni bir meyarın 4 və ya daha artıq 
səviyyəsi ilə qiymətləndirilə bilər. 
Formativ qiymətləndirmənin üsul, vasitələr və şagird fəaliyyətinin növləri: 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə