Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə11/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
23
 
 
Motivasiya mərhələsində  xəritə üzərində “qiyabi səyahət” etmək olar. Şagird-
lərdən Çin və Hindistanda “səyahət etmək” üçün hansı coğrafi obyektlərdən keç-
məyin mümkünlüyünü soruşaraq, cavabları  əsasında  bilik səviyyələrini müəyyən 
etmək olar.
 
 “Fəaliyyət” mərhələsində şagirdlər tapşırığı cütlər şəklində yerinə yetirə bilər.  
Tapşırığı yerinə yetirərkən kontur xəritədə  tələb olunan coğrafi obyektləri və  sə-
yahət marşrutlarını qeyd etmək məqsədəuyğundur.  İlk növbədə,  şagirdlərə kontur 
xəritədə işləmək qaydalarını  xatırlatmaq faydalı olardı:
 
1.  Xəritənin sol küncündə görüləcək işin adı yazılır. Məsələn: “Səyahət 
marşrutları”. 
2.  Obyektlərin adları aydın və  çap hərfləri ilə yazılmalıdır.  
3.  Əgər kontur xəritədə obyektin adını yazmaq mümkün deyilsə, obyektin 
üzərində  rəqəm yazılmalı  və xəritənin aşağı hissəsində rəqəmin nəyi ifadə 
etdiyi açılmalıdır. 
4.  Kontur xəritədə karandaşdan istifadə olunmalıdır. 
5.  Səyahət marşrutlarının kimə  məxsus olduğu xəritənin aşağısında göstə-
rilməlidir. Marşrut xətləri  müxtəlif rənglərlə çəkilməlidir. 
 Yeni materialların mənimsənilməsi üçün şagirdlərə  “İDS” (səmərəli oxu və 
aktiv qeydetmə sistemi) üsulundan istifadə etmək məqsədəuyğundur. Bunun  üçün
ilk növbədə, bu üsuldan necə istifadə edəcəklərini şagirdlərin yadına salın. İDS-in 
təşkil edilməsi üçün şagirdlər kağızdan nazik zolaq kəsib kitabın kənarına qoyurlar. 
Mətni oxuduqca uyğun qeydlər edilir və sonradan onun müzakirəsi təşkil olunur. 
 Öyrəndiklərinizi tətbiq edin. 
Yeni Dünya Köhnə Dünyaya nə verdi? 
Köhnə Dünya Yeni Dünyaya nə verdi? 
Avropa ölkələrinin iqtisadi və siyasi həya-
tına böyük təsir etdi. 
Avropalılar bu əraziləri insafsızcasına istis-
mar etməklə təbii sərvətləri daşımağa baş-
ladılar. 
... ... 
 Nə öyrəndiniz. 
Avropalılar  əvvəlcədən məlum olan əraziləri  Köhnə Dünya adlandırdılar.  Qərb 
yarımkürəsində  kəşf olunan iri quru sahələri isə Yeni dünya kimi tanınırdı.  
 
Çap üçün deyil


 
24
Öyrəndiklərinizi yoxlayın.  
1. Səhv fikirləri düzəldin. 
– Avropalılar onlara məlum olan Asiya və Avropanı “Yeni Dünya” adlandırırdılar. 
Bu fikri iki üsulla düzəltmək olar:  
А) Avropalılar onlara məlum olan Asiya və Avropanı “Köhnə Dünya” adlan-
dırırdılar. 
B) Avropalılar qərbdə kəşf edilmiş böyük bir qurunu – Amerikanı “Yeni Dünya” 
adlandırırdılar. 
– Yeni Dünyanın kəşfi Amerikadan  Avropaya pomidor, kartof,  tütün, qarğıdalı, 
günəbaxan və digər məhsulların gəlməsinə səbəb oldu. 
– Yeni Dünyanın kəşfi Avropadan keçən ticarət yollarının məhdudlaşmasına səbəb 
oldu.  
–  İspan və portuqallar Amerikanın mərkəzi və  cənub hissələrini, ingilis və 
fransızlar isə şimal hissələrini  öyrənərək mənimsəməyə başladılar. 
Qiymətləndirmə meyarları: adlandırma, xəritədə göstərmə  
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Xəritədə təsvir olu-
nan obyektləri  ad-
landırmaqda çətin-
lik çəkir. 
Xəritədə təsvir olu-
nan obyektləri 
müəllimin verdiyi 
sualların köməyi ilə 
adlandırır.  
Xəritədə təsvir olu-
nan obyektləri ad-
landırarkən kiçik 
səhvlər buraxır. 
Xəritədə təsvir 
olunan obyektləri 
düzgün və sərbəst 
adlandırır.  
Kəşflər nəticəsində  
xəritədə təsvir edi-
lən  yeni coğrafi 
obyektləri  göstər-
məkdə çətinlik çə-
kir. 
Kəşflər nəticəsində  
xəritədə təsvir edi-
lən  yeni coğrafi 
obyektləri  müəl-
limin köməyi ilə 
göstərir. 
Kəşflər nəticəsində  
xəritədə təsvir edilən  
yeni coğrafi obyekt-
ləri  kiçik qüsurlarla 
buraxmaqla göstərir. 
Kəşflər nəticəsində  
xəritədə təsvir 
edilən  yeni coğrafi 
obyektləri  düzgün 
və tam göstərir. 
 
Kontur xəritədə işin qiymətləndirmə meyarı 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Marşrutlar və coğrafi 
obyektlər  səhv və sə-
liqəsiz təsvir olunub. 
Marşrut və coğrafi 
obyektlərin bəziləri 
təsvir olunub. 
Marşrut və coğrafi 
obyektlərin təsvi-
rində cüzi səhvlər 
var. 
İş səliqəlidir, 
marşrutlar və coğ-
rafi obyektlər dəqiq 
təsvir olunub. 
 
Dərs 3  / 
Mövzu:
 AVSTRALİYA VƏ ANTARKTİDANIN KƏŞFİ 
 
ALT 
STANDARTLAR
1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən 
dəyişiklikləri müqayisə edir. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ
 
 Cənub materiklərinin kəşf edilməsi nəticəsində  xəritəyə 
əlavə edilmiş yeni coğrafi obyektləri sadalayır. 
 Kəşf edilən coğrafi obyektləri xəritədə göstərir. 
 
Çap üçün deyil


 
25
 
 
 Motivasiya dərslikdə verilən məlumat  əsasında aparıla bilər. Amerika kəşf 
olunduqdan sonra insanların nə üçün yeni torpaqlar axtarışında olmasının səbəb-
lərini şagirdlərdən soruşa bilərsiniz.  
 “Fəaliyyət”dəki tapşırığı yerinə yetirərkən  şagirdlər nəticəyə  gəlməlidirlər ki, 
xəritə üzərində dəyişikliklər və coğrafi adlar avropalıların – portuqalların, ispanla-
rın, ingilislərin etdikləri kəşflərlə bağlıdır. Yeni əraziləri kəşf edən insanlar bu 
əraziləri öz vətənlərinin şərəfinə oxşar adlarla adlandırırdılar.  
 Mətnlə işi kontur xəritə və cədvəl üzrə iş əsasında qurmaq olar. Hər bir abzası 
oxuduqdan sonra şagirdlərə oradakı coğrafi adları – Avstraliya, Yeni Zelandiya
Tasmaniya, Antarktidanı kontur xəritədə qeyd etmək tapşırılır. Eyni zamanda, şa-
girdlər cədvəldə verilmiş tarixlərə  əsasən materikləri tədqiq edən səyyahların ad-
larını və onların nailiyyətlərini qeyd edirlər.  
Tarix Səyyahın adı Nailiyyətləri 
XVII əsrin əvvəli    
 
1642  
 
XVIII əsr  
 
1820  
 
1911  
 
1912  
 
Mətnlə işi təqdimatların nümayişi ilə də təşkil etmək olar. Təqdimatlar Avstraliyanı 
tədqiq etmiş Yanson, Kuk və Tasman; Antarktida materikində Cənub qütbünü ilk 
dəfə fəth edən Rual Amundsen; qütbə yaxın məsafədə buzlar arasında həlak olmuş 
Robert Skot haqqında maraqlı məlumatlar əsasında hazırlana bilər.  
 
Öyrəndiklərinizi tətbiq edin.
 
Doğru cavablar : 1 – b; 2 – d; 3 – f; 4 – c; 5 – e; 6 – a 
Nə öyrəndiniz. 
C.Kuk  Avstraliyanın materik olduğunu sübut etdi. Cənub qütbü ilk dəfə 
R.Amundsen və R.Skott tərəfindən fəth edilmişdir. Materiklər içərisində ən 
sonuncu Antarktida kəşf edilmişdir.   
 Öyrəndiklərinizi yoxlayın.  
1. Xronoloji ardıcıllıq:   1 – 
2 – 6 – 5 – 4 – 3
 
 
Qiymətləndirmə meyarları: sadalama, xəritədə göstərmə 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə