Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
47
 
 
Motivasiya mərhələsində  şagirdlərin aşağı siniflərdə planetlər haqqında 
öyrəndikləri bilikləri xatırlatmaq məqsədəuyğundur. Onlarda idraki fəallıq yarat-
maq üçün yönəldici suallardan istifadə etmək olar. “Günəş sistemində neçə planet 
var?”, “Sizcə, digər planetlərdə canlılar yaşayırmı?”, “Digər planetlərin Yerlə 
hansı ümumi cəhətləri ola bilər?” və s. Bu zaman proyektor və kompüter vasitəsilə 
Günəş sisteminin şəklini və ya videomaterialı göstərə bilərsiniz.   
 Digər mövzulardan fərqli olaraq, bu mövzuda fəaliyyət  blokunda verilmiş 
tapşırıq mətn oxunduqca yerinə yetirilməlidir. Bu zaman şagirdlər cütlər və ya 
kiçik qruplarla işləyə bilərlər. Yer kürəsi ilə digər planetlərin xüsusiyyətlərinin 
əlaqələndirilməsinə xüsusi diqqət yetirilməsi məqsədəuyğundur. 
 İmkan daxilində mətnin oxunuşunu videomaterial nümayişi ilə müşayiət  etmək 
daha faydalı olardı. Videomateriallar üçün bu mənbələrə müraciət etmək olar.  
Nəhəng planetlər haqqında – http://www.youtube.com/watch?v=ygekXIWMMYU   
Yer qrupu planetləri haqqında – http://www.youtube.com/watch?v=98kjlWWk62c  
 Öyrəndiklərinizi tətbiq edin blokunda verilmiş tapşırıqda  şagirdlər 
dəftərlərində planetləri verilmiş xüsusiyyətlərə uyğunlaşdıraraq göstərə bilərlər. 1-
7; 2-5; 3-3; 4-1; 5-2; 6-4; 7-6 
Nə öyrəndiniz. 
Zəif atmosferə malik, çökəklik və kraterlərdən ibarət planet Merkuridir.  Şərqdə 
Dan ulduzu adlandırılan planet Veneradır.  Ən böyük dağı Olimp olan planet 
Marsdır.  Həyatın mövcud olduğu yeganə planet Yerdir.  Yupiter planeti Günəş 
sisteminin ən böyük planetidir. Saturn halqalarına görə asanlıqla seçilən planetdir. 
Uran səmada göy rəngli planetdir. Neptun planetinin ən böyük peyki Titandır. 
 Öyrəndiklərinizi yoxlayın  blokunda verilmiş suallar ətrafında  şagirdlərlə  
müzakirə təşkil edə bilərsiniz. 
Qiymətləndirmə meyarları: şərhetmə, müqayisəetmə 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Planetlərin özünə-
məxsus xüsusiyyət-
lərini müəllimin kö-
məyi ilə şərh edir. 
Planetlərin özünə-
məxsus xüsusiy-
yətlərini çətinliklə 
şərh edir. 
Planetlərin özünə-
məxsus xüsusiyyət-
lərini, əsasən, şərh 
edir. 
 
Planetlərin özünə-
məxsus xüsusiy-
yətlərini sərbəst 
şərh edir. 
 
Yer kürəsi ilə digər 
planetlərin xüsusiy-
yətlərini çətinliklə 
müqayisə edir. 
Yer kürəsi ilə digər 
planetlərin xüsu-
siyyətlərini qismən 
müqayisə edir.  
Yer kürəsi ilə digər 
planetlərin xüsusiy-
yətlərini, əsasən,  
müqayisə edir. 
Yer kürəsi ilə digər 
planetlərin xüsusiy-
yətlərini  düzgün 
müqayisə edir. 
Çap üçün deyil


 
48
 
Dərs  13/ Mövzu:
 PLANETLƏRİN QRUPLAŞDIRILMASI 
 
 
 
 
Motivasiya mərhələsində  şagirdlərdə idraki fəallıq yaratmaq üçün dərslikdəki 
sual  ətrafında müzakirə  təşkil edə bilərsiniz. Fəndaxili inteqrasiya kimi əvvəl 
“Günəş sisteminin planetləri” mövzusunda öyrəndiklərinə  əsaslanaraq planetlərin 
ən mühüm bir xüsusiyyətini soruşa bilərsiniz.  
 “Fəaliyyət”  blokunda verilmiş tapşırıqda şagirdlər dərslikdəki cədvəldən istifa-
də edərək verilmiş sualları cavablandırmalıdırlar. Bu tapşırıq şifahi şəkildə aparıla 
bilər.  
 Müəllim yeni mövzunun izah edilməsində şagirdlərə cütlər formasında işləməyi 
təklif edə bilər. Onları “Fəaliyyət” blokunda verilən cədvəldəki məlumatlardan 
istifadə edərək planetləri aşağıdakı meyarlar üzrə müqayisə edə bilərlər. Bu zaman 
müəllim şagirdlərlə birlikdə belə bir cədvəli doldururlar:  
Meyarlar Daxili 
planetlər Xarici 
planetlər 
Günəşdən uzaqlığı Yaxın yerləşirlər Uzaq 
yerləşirlər 
Ölçüləri Böyük 
deyil Nəhəngdirlər 
Kimyəvi tərkibinə 
və sıxlığına görə  
Sıx, bərk maddələrdən –
silisium və dəmirdən 
ibarətdir 
Qazabənzər maddələrdən və 
maye elementlərdən (hidrogen 
və helium) təşkil olunmuşdur 
Öz oxu ətrafında 
dövr etməsi 
Asta sürətlə fırlanır Sürətlə fırlanır 
Müqayisə meyarlarına Günəş  ətrafında dövretmə müddətini də  əlavə etmək olar. 
Əvvəlki dərslərə əsasən planetləri bu meyara görə də müqayisə etmək mümkündür. 
Müəllim bu işi qrup şəklində yerinə yetirmək istəyərsə, onda hər qrupa bir meyar 
üzrə daha dərindən tədqiqat aparmağı tapşıra bilər. Müqayisənin nəticələrini Venn 
diaqramı şəkilində təqdim etmək məqsədəuyğundur.   
ALT 
STANDARTLAR
1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi 
nəticələrini əlaqələndirir. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Planetlərin  xüsusiyyətlərini Günəş sistemində tutduğu 
mövqe ilə  əlaqələndirir.  
Planetləri müəyyən xüsusiyyətlərinə görə qruplaşdırır.  
 
 
Çap üçün deyil


 
49
 Öyrəndiklərinizi tətbiq edin blokunda verilmiş tapşırığı kiçik qruplarla yerinə 
yetirmək daha faydalı olardı. 
Şagirdlər planetlərin Günəşdən uzaq-
lığına görə məsafəsini nəzərə almaqla 
dəqiq sxemini çəkirlər. Buna uyğun 
olaraq  Merkuri Günəşdən 3 mm, 
Neptun isə 30 sm uzaqda çəkilə bilər. 
Planetlərin orbitlərinin ellipsoid for-
mada çəkilməsi məqsədəuyğundur.   
Nə öyrəndiniz.  
Xarici planetlər Günəşdən daha 
uzaq yerləşməsi və ölçülərinin nə-
həngliyi ilə seçilir. Merkuri, Venera, 
Yer və Mars daxili planetlər olub, Günəşə yaxın yerləşirlər.  
 Öyrəndiklərinizi yoxlayın blokunda şagirdlər xüsusiyyətlər və planetlər 
arasında əlaqə qurmalıdırlar. 
 
 
 
Qiymətləndirmə meyarları: əlaqələndirmə, qruplaşdırma 
 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Planetləri müəy-
yən xüsusiyyətinə 
görə qruplaşdır-
maqda  çətinlik 
çəkir. 
Planetlərin  xüsu-
siyyətlərini Günəş 
sistemində tutduğu 
mövqe ilə qismən 
əlaqələndirir. 
Planetlərin  xüsusiy-
yətlərini Günəş sis-
temində tutduğu möv-
qe ilə,  əsasən, əlaqə-
ləndirir.  
Planetlərin  xüsu-
siyyətlərini Günəş 
sistemində tutduğu 
mövqe ilə düzgün 
əlaqələndirir.  
Planetlərin  xüsu-
siyyətlərini Günəş 
sistemində tutdu-
ğu mövqe ilə  əla-
qələndirməkdə 
çətinlik çəkir.   
Planetləri müəyyən 
xüsusiyyətinə görə 
müəllimin köməyi 
ilə qruplaşdırır. 
Planetləri müəyyən 
xüsusiyyətinə görə, 
əsasən, qruplaşdırır. 
Planetləri müəyyən 
xüsusiyyətinə görə 
düzgün qruplaşdı-
rır. 
 
 
Daxili planetlər
Günəşdən olan məsafəsi daha yaxındır
Daha çox sayda peykləri vardır
Qaz kütləsindən təşkil olunmuşdur
Öz oxu ətrafında daha sürətlə fırlanır 
Nəhəng ölçülərə malikdir 
Xarici planetlər
Planetlər Günəşdən məsafəsi  
 ( milyon km.) 
Merkuri 150 
х 0.38=57 
Venera 150 
х 0.72=108 
Yer 150 
 
Mars 150 
х 1.52=235 
Yupiter 150 
х 5.20=780 
Saturn 150 
х 9.50=1425 
Uran 150 
х19.20=2880 
Neptun 150 
х 3000= 4500000 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə