Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə17/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

 
40
Tapşırığı yerinə yetirərkən hər qrup ölçülən hündürlüklərdə dirək basdırır. 
Şagirdlərdən biri dirəklərin arasını  rənglə çevrə  şəklində birləşdirir. Beləliklə
çevrələrdən birincisi 1 metrdən, ikincisi 2 metrdən, üçüncüsü 3 metrdən və s.-dən 
bir çəkilir. Deməli, təpənin hər yamacında hündürlüyə doğru 5 dəfə dirək basdırılır. 
Təsəvvür edin ki, ölçmə  işi bitdikdən sonra hava şarı ilə yuxarı qalxır və  təpəyə 
baxırsınız.  Nə görürsünüz?   
Bu xətlər horizontallar adlanır. Onlar 1 m-dən bir çəkilmişdir. Daha hündür təpədə 
hündürlüklər 5 m-dən bir çəkilmişsə, horizontallar 5, 10, 15, 20 və s. olacaqdır.    
Nə öyrəndiniz. 
Nisbi hündürlük iki hündürlük arasındakı  fərq-
dir. Okean səviyyəsindən ölçülən hündürlük müt-
ləq hündürlük adlanır.  Horizontal mütləq hün-
dürlükləri eyni olan nöqtələri birləşdirən səlis əyri 
xətlərdir. Qonşu horizontallar arasında qalan hün-
dürlük fərqi  kəsmə yüksəklik adlanır. Horizon-
tallarda relyefin formasını berqştrixə əsasən təyin 
etmək mümkündür.        
 Öyrəndiklərinizi yoxlayın. 
Tapşırıqların cavabları: 1) 160.7 m; 2) 2.5 m: 3) şimal-şərq yamacı meyilli, cənub 
yamacı isə hamardır;  4) Gülüstandan  Alagölə.  
Qiymətləndirmə meyarları: izahetmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Yer səthinin nahamar-
lıqlarının müstəvi üzə-
rində təsvirini müəl-
limin köməyi ilə izah 
edir. 
Yer səthinin naha-
marlıqlarının müs-
təvi üzərində təs-
virini çətinliklə 
izah edir.   
Yer səthinin naha-
marlıqlarının müs-
təvi üzərində təs-
virini kiçik qüsur-
larla izah edir. 
Yer səthinin 
nahamarlıqlarının 
müstəvi üzərində 
təsvirini ətraflı 
izah edir. 
Horizontallar üzərində 
hesablama apararkən 
səhvlərə yol verir. 
Horizontallar 
üzərində hesab-
lamaları çətinliklə 
yerinə yetirir. 
Horizontallar 
üzərində hesab-
lamalar apararkən 
səhvlərə yol verir. 
Horizontallar 
üzərində hesab-
lamalar apararkən 
müstəqil və düz-
gün həll edir. 
 
 
Dərs  10  / Mövzu:
 PLANAALMA VƏ ONUN NÖVLƏRİ 
 
ALT 
STANDARTLAR 
1.3.1. Kartoqrafik elementləri fərqləndirir. 
1.3.2. Kartoqrafik elementlərə  əsasən sadə hesablamalar 
aparır. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Məhəllin planını qütb və  ya marşrut üsulu ilə tərtib edir. 
Qütb və marşrut planaalmasını bir-birindən fərqləndirir. 
 Öyrəndiklərinizi 
tətbiq edin 
 
Çap üçün deyil


 
41
 
 
Mövzuda  əsas məqsəd planaalmanın növlərini  bir-birindən fərqləndirmək və on-
ların tətbiq edilməsini öyrənməkdir.  Şagirdlər bu mövzuda havadan planaalma, 
yerüstü planaalma və onun növlərini – qütb, marşrut planaalmasını öyrənəcəklər.  
 Motivasiya  yaratmaq  üçün  şagirdlərlə  dərslikdə verilmiş  şəkilləri müqayisəli 
təhlil etmək olar. “Məhəllin planı” anlayışını yada salmaqla onun qurulması zama-
nı şərti işarələrdən və miqyasdan istifadə etmənin vacibliyinin nəzərə çatdırılması 
məqsədəuyğundur.  
 “Fəaliyyət”də verilmiş tapşırığı cütlərlə və ya qrupla yerinə yetirmək mümkün-
dür. Tapşırığın məqsədi şərti işarələrdən istifadə etməklə verilmiş ərazinin planının 
qurulmasıdır.  
 Şagirdlər yeni mövzunu cütlərdə  ardıcıl suallar üsulu ilə  mənimsəyə bilərlər. 
Onlara hər hansı ərazinin qütb planaalmasının tərtib edilməsi tapşırıla bilər.  
Məhəllin planını necə tərtib etmək olar  
Təchizat:  planşet,  kompas, karandaş, pozan, xətkeş, ruletka və transportir    
Əvvəlcədən (sinifdə və ya evdə) planşet hazırlayın:  qalın kartonun üstünə  (20 sm 
X 30 sm) A4 formatında  kağız yapışdırın. 
1.  Açıq məhəldə bütün obyektləri qeyd edəcəyiniz bir nöqtə seçin. Bu nöqtə qütb 
nöqtəsi adlanır.  
2.  Öz planınız üçün miqyas seçin.  
 
3. Planşetdə miqyası qeyd edin və planın yuxarı küncündə ox şəkli çəkin. Oxun 
yanında “sm” hərfi yazın.  Bu ox şimala istiqaməti göstərəcək. 
4. Planşetdə qütb  nöqtəsini qeyd edin.  
5. Sonra planşeti elə çevirmək lazımdır ki, onun yuxarı tərəfi düz şimala baxsın. 
6. Obyektləri seçin və onları planda qeyd edin. Hər bir obyekt üçün: 
–  ilkin nöqtədən həmin obyektə qədər olan məsafəni ölçün. Məsafəni ruletka ilə 
və ya addımlarla ölçmək olar. Addımın orta uzunluğu, adətən, 60–70 sm-dir. 
–  kompas ilə  həmin obyektin azimutunu təyin edin (azimut şimala olan isti-
qamətlə verilən istiqamət  arasında qalan və saat əqrəbi istiqamətində hərəkət 
edən bucaqdır). 
Məsələn: Qərbdən şərqə uzunluğu təxminən 600 metr olan sahənin planını 
hazırlamaq lazımdır. Bizim planı çəkdiyimiz  vərəqin eni 30 sm-dir. Deməli, 30 
sm-ə 600 m sığışmalıdır (600:30=20). Miqyas 1:20
Çap üçün deyil


 
42
–  transportir ilə planda müvafiq bucaq qurun və verilmiş istiqamətdə köməkçi 
xətt çəkin. 
–  bu xəttin üzərində “qütb”dən verilmiş nöqtəyəcən məsafəni qeyd edin. Bunun 
üçün məhəldə ölçdüyünüz məsafəni miqyasa bölmək lazımdır.  
–  nöqtəni qeyd edin. 
7. Şərti işarələrlə obyektləri adlandırın. İnternetdə məhəl planlarına baxın və orada 
hansı şərti işarələrdən istifadə edildiyinə fikir verin. 
8. Köməkçi xətləri pozun. Müvafiq adları qeyd edin. 
9. Planın arxa tərəfində soyadınızı, adınızı, sinfinizi yazın. 
 Planınızı aşağıdakı meyarlar üzrə qiymətləndirin. 
 
İşi qiymətləndirmə meyarları 
Bəli Xeyr 
1. 
İş səliqəli yerinə yetirilmişdir 
 
 
2. 
Planşetdə miqyas göstərilmişdir 
 
 
3. 
Şimala istiqaməti göstərən ox çəkilmişdir 
 
 
4. 
Obyektlər qeyd olunmazdan əvvəl planşet şimala istiqamətləndirilmişdir 
 
 
5. 
Məsafələri qeyd edərkən miqyasdan istifadə edilmişdir 
 
 
6. 
Azimut planda transportir ilə təyin edilmişdir 
 
 
7. 
Obyektlər planda şərti işarələrlə qeyd olunmuşdur 
 
 
8. 
İşin müəllifi qeyd edilmişdir 
 
 
 
 Öyrəndiklərinizi tətbiq edin. A nöqtəsin-
dən  şimal-şərqə 5 sm, şimal-qərbə – 6 sm, cə-
nub-qərbə 8 sm,  cənub-şərqə 4 sm. 
Nə öyrəndiniz.  Havadan planaalma orbital 
stansiyalar, təyyarələrdən çəkilən  şəkillər  əsa-
sında yerinə yetirilir. Yer səthində aparılan ölç-
mə işləri ilə yerüstü planaalma həyata keçirilir. 
Bir nöqtədən obyektlərin planşetə köçürülməsi 
qütb üsulu ilə planaalma adlanır. Marşrut üsu-
lu ilə planaalma  əvvəlcədən müəyyən edilmiş gediş  xətti üzrə aparılır. Üzərində 
planşet olan üçayaq  menzula adlanır.   
 Öyrəndiklərinizi yoxlayın.  Şagirdlər verilmiş  şəkillərə  əsasən dağlıq  ərazidə 
marşrut üsulu ilə, düzənlik  ərazilərdə isə qütb üsulu ilə planaalmanın düzgün 
olduğunu seçməlidirlər. 
Qiymətləndirmə meyarı: Tərtibetmə  
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Məhəllin planını 
tərtib etməkdə çə-
tinlik çəkir. 
Məhəllin planını 
müəllimin köməyi 
ilə tərtib edir. 
Məhəllin planını 
tərtib edərək bəzi 
səhvlərə yol verir. 
Məhəllin planını 
səhvsiz tərtib edir.  
Qütb və marşrut 
planını bir-birindən 
fərqləndirməkdə 
çətinlik çəkir. 
Qütb və marşrut 
planını müəllimin 
köməyi ilə fərqlən-
dirir. 
Qütb və marşrut 
planını bir-birindən 
fərqləndirərkən qü-
surlara yol verir.  
Qütb və marşrut 
planını bir-birindən 
müstəqil fərqlən-
dirir. 
                                    
 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə