Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
31
 
I TƏDRİS VAHİDİ ÜZRƏ
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
 
1. Yer haqqında ilkin biliklərin inkişafında hansı ölkələrin xidmətləri böyük 
olmuşdur? 
A) Almaniya, Rusiya, Fransa 
B) Çin, Hindistan, Misir 
C) Yunanıstan, Kanada, Avstraliya 
D) Türkiyə, İran, İtaliya 
E) ABŞ, Fransa, İspaniya 
 
2. Coğrafi adları cədvəlin uyğun xanalarına yazın:  
Şimali Amerika; Avropa; Şimali Afrika; Cənubi Amerika; Asiya 
Köhnə Dünya 
Yeni Dünya 
 
 
 
3. Boş çərçivələrə coğrafiya elminin vəzifələrini və informasiya mənbələrini yazın. 
 
 
 
4. Səhv fikirləri düzəldin: 
– XVIII əsrin ikinci yarısında A.Tasman Avstraliyanın materik olduğunu 
sübut etdi. 
– Avstraliya R.Amundsen və R.Skott tərəfindən kəşf edildi. 
– İnsanlar yeni əraziləri mənimsədikcə ətraf mühit dəyişərək daha məhsuldar 
torpaqlar formalaşmış və atmosfer havası təmizlənmişdir. 
– Avropalıların Amerika qitəsinə  səyahətləri Amerikaya çoxlu təbii 
sərvətlərin gətirilməsinə səbəb olmuşdur. 
 
 
 
Coğrafiya elmi 
vəzifələri 
_______________ 
_______________ 
informasiya mənbələri 
________________________ 
________________________ 
Təklif olunan tap-
şırıqları nəşriyyatın 
saytından yükləmək 
olar.
Çap üçün deyil


 
32
5. Kolumbun səyahəti hansı nəticəni verdi? 
A) Yerin kürə formasının sübut edilməsi 
B) Okeanların vahid olduğunun təsdiq edilməsi 
C) Böyük İpək yolunun inkişafı 
D) Qərbdə yeni torpaqların kəşfi 
E) Hindistana dəniz yolunun kəşfi 
 
6. Avropalıların Amerikaya gəlişi yerli əhali üçün hansı müsbət və mənfi  nəticələ-
rə səbəb oldu? 
 
Müsbət nəticələr Mənfi nəticələr 
 
 
 
7. Böyük Coğrafi kəşflər dövrünə aid olanların adlarının altından xətt çəkin. 
V.Qama   R.Skott   C.Kuk   F.Magellan   X.Kolumb   M.Lazarev 
__________________________________________________ 
 
8. Cümlələri tamamlayın. 
Köhnə Dünyadan gətirilənlər:____________________________________ 
Yeni Dünyadan aparılanlar:   ____________________________________ 
 
9. Antarktida materikini  kəşf etmiş səyyahlar 
A) R.Skott və P.Rəis 
B) F.Magellan və X.Kolumb 
C) F.Bellinshauzen və M.Lazarev 
D) R.Amundsen və R.Skott 
E) C.Kuk və A.Tasman 
 
10.
 
Xəritədə  göstərilən  marşrut 
hansı səyyaha məxsusdur? 
A) F.Magellan 
B) X.Kolumb  
C) C.Kuk   
D) A.Vespucci 
E) Vasko da Qama
 
 
 
 
 
 
Çap üçün deyil


 
33
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR 
  
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
5 saat 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    1 saat
 
 
 
Dərs  6  / Mövzu:
 COĞRAFİ KOORDİNATLAR 
 
 
 
Şagirdlər bu mövzuda coğrafi koordinatları – coğrafi enlik və coğrafi uzunluqları 
müəyyən etməyi öyrənəcəklər.    
 
Motivasiya yaratmaq üçün şagirdlərlə  dərslikdə  təsvir olunan hadisəni 
müzakirə edib, verilən suala cavablarını dinləmək olar. 
 “
Fəaliyyət”də verilmiş tapşırığı cütlərlə  və ya qrupla yerinə yetirmək müm-
kündür.
 
Şagirdlərdən 6-cı sinifdə aldıqları biliklərə əsasən yarımkürələr xəritəsin-
ALT 
STANDARTLAR
1.3.1. Kartoqrafik elementləri fərqləndirir.
1.3.2 Kartoqrafik elementlərə  əsasən sadə hesablamalar 
aparır. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Coğrafi enlik və coğrafi uzunluğun təyinatını izah edir. 
Xəritədə məntəqənin coğrafi  koordinatını təyin edir.
 
 
1.3.1. Kartoqrafik elementləri fərqləndirir.
 
1.3.2   Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır. 
 
YER KÜRƏSİNİN KARTOQRAFİK TƏSVİRİ 
TƏDRİS VAHİDİ –
2
Çap üçün deyil


 
34
dəki  məntəqələrin coğrafi mövqelərinin ekvator və Qrinviç meridianına  əsasən 
müəyyən edilməsi tələb olunur.  
 
 
  Yeni materialların şagirdlər tərəfindən mənimsənilməsi üçün hər abzasın əsas  
sözlərinə sual tərtib edilməsi metodundan istifadə edilməsi məqsədəuyğundur.     
Məntəqələrin coğrafi enlik və uzunluqlarının təyin edilməsi üçün şagirdlər dəqiq 
alqoritm üzrə fəaliyyət göstərməlidir. 
Enlikləri təyin edərkən: 
1.  Obyekti xəritə üzərində tapmaq. 
2.  Onun hansı yarımkürədə olduğunu müəyyən etmək. 
3.  Obyektin yerləşdiyi paralelin hansı enlik olduğunu təyin etmək.  
Obyekt iki paralel arasında yerləşirsə, bu zaman: 
1.  Ekvator istiqamətindən obyektə ən yaxın paralelin enliyini təyin etmək.  
2.  Bu paraleldən obyektə qədər olan dərəcəni müəyyən etmək. Əgər paralellər 
10°-dən bir çəkilibsə, deməli, 1 dərəcə bu məsafənin 1/10 hissəsidir.  
3.  Alınan rəqəm obyektə  ən yaxın paralellə toplanır. Məsələn, Nyu-Dehli 
şəhərinə ekvator tərəfdən ən yaxın paralel 20° şm.en.-dir. Bu paralellə şə-
hər arasında 8° məsafə vardır. Deməli, Nyu-Yorkun coğrafi enliyi 28°-dir.   
Obyektin coğrafi uzunluğunu təyin etmək üçün: 
1.  Obyekti xəritədə tapmaq. 
2.  Onun Şərq və ya Qərb yarımkürəsində yerləşdiyini müəyyən etmək. 
3.  Obyektin yerləşdiyi meridianın coğrafi uzunluğunu təyin etmək.  
Obyekt iki meridian arasında yerləşirsə, bu zaman: 
– Obyekti  Qrinviç meridianı istiqamətindən müəyyən etmək. 
– Bu meridianın obyektə qədər olan uzaqlığını təyin etmək. Meridianların  
20 dərəcədən bir çəkildiyini nəzərə alın.  
4.  Alınan rəqəm obyektə ən yaxın meridianla toplanır.  
 
Məntəqələrin enlik və uzunluğunun təyin edilməsinə aid bacarıqları möhkəm-
ləndirmək  üçün dünyanın siyasi xəritəsi üzərində  şagirdlərin cütlərlə  işləməsi 
məqsədəuyğundur: şagirdlər  vərəqdə 5-7 şəhərin adını yazır və bir-birinə ötürürlər. 
Təqdim olunan  məntəqələrin  koordinatları təyin edilir.   
Dərsin izahı üçün  verilən saytdan istifadə etmək olar: 
http://www.youtube.com/watch?v=a9IVgAcjq_4  
Coğrafi mövqeyi 
Məntəqələr Yerləşdiyi 
yarımkürələr 
Ekvatora görə 
mövqeyi 
Qrinviç meridianına 
görə mövqeyi 
Nyu-York 
şimal, qərb 
şimal
 
qərb
 
Moskva 
şimal, şərq 
şimal
 
şərq
 
Sidney cənub, şərq cənub 
şərq 
Braziliya cənub, qərb cənub qərb 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə