Microsoft Word Geo 7 mv-az-capa doc


/ Mövzu:  İQTİSADİYYAT VƏ ƏTRAF MÜHİT



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə47/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

 
134
Dərs 53 / Mövzu:
 İQTİSADİYYAT VƏ ƏTRAF MÜHİT 
 
 
 
Yeni mövzunun izahında  əsas məqsəd təsərrüfatın inkişaf etdirilməsi prosesində 
yaranan ekoloji problemləri izah etmək, planetdə yaranan ekoloji gərginlik  əra-
zilərini müəyyən etmək və bundan sonrakı dərs üçün məlumat bazası yaratmaqdır.  
 Motivasiya üçün verilmiş material məlumat xarakterlidir. Ətraf mühitin 
mühafizəsi problemlərinə dair konfransda ətraf mühitin mühafizəsi gününün qeyd 
edilməsi yalnız məlumat vermək üçün deyil. “Nə üçün dünya ölkələri ekoloji 
problemlərin həllində birləşirlər?”, “Bu gün nə etmək olar, hansı tədbirləri həyata 
keçirmək olar?” sualları ətrafında müzakirə aparmağın şagirdlərdə ekoloji tərbiyə-
nin formalaşdırılması üçün əhəmiyyəti böyükdür.  
 “
Fəaliyyət” blokunda verilmiş  cədvəldə  təsərrüfatın müxtəlif sahələrinin inki-
şafının  əhəmiyyəti və eyni zamanda bu sahələrin təbiətə vurduğu zərər müzakirə 
edilir. Problem şagirdlərlə kiçik miqyaslı debat yaratmağa imkan verir. 
“İqtisadiyyatın inkişafının vacibliyi və təbiətin qorunması” mövzusunda müzakirə 
də təşkil edə bilərsiniz.     
 
 Yeni mövzunun mənimsənilməsini cütlər və ya kiçik qruplarla da təşkil etmək 
olar. Qrupların sayı sadalanan ekoloji problemlərin sayı  qədər olarsa, onların 
fəaliyyəti daha səmərəli ola bilər. Qruplar onlara tapşırılan ekoloji problemi dərs-
likdən istifadə etməklə təhlil və onları təqdim edə bilərlər. Yeni informasiya dərs-
likdə  şəkillərlə verilmişdir. Müəllimin  əlavə  şəkil və slaydlardan istifadə etməsi 
məqsədəuyğundur.  Şagirdlər ekoloji problemlərin sənaye və  kənd təsərrüfatının 
inkişafı  nəticəsində yarandığını  və ya antropogen olduğunu öyrənərək onları 
qruplaşdıra bilərlər.  
ALT 
STANDARTLAR
3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonaları-
nın nomenklaturasını (siyahısını) tərtib edir.  
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
İnsanların təsərrüfat fəaliyyətinin artması ilə ekoloji gər-
ginliyin artmasını əlaqələndirir. 
Təbii və antropogen təsirlərdən yaranan ekoloji gərginlik 
zonalarını xəritə üzərində təyin edir.     
 
Çap üçün deyil


 
135
 Öyrəndiklərinizi tətbiq edin 
 
 
 
 
    
Nə öyrəndiniz.  
Faydalı qazıntıların çıxarılması zamanı qalaqlanan boş süxur qalıqları  terrikon 
təpələr  yaradır. Zavod və fabriklərin tüstü bacalarından çıxan  sənaye tullantıları 
xüsusilə atmosferi çirkləndirir. Stratosferdə ozon deşiyinin yaranması da sənayenin 
inkişafı ilə əlaqədardır. İri şəhərlərdə əhalinin artması məişət tullantılarından iba-
rət zibilliklərin yaranmasına səbəb olur. Kiçik qığılcım nəhəng və qorxulu meşə 
yanğınlarına səbəb ola bilir. Çayda suyun səviyyəsinin qalxmasından yaranan daş-
qınlar  insanlara zərər vurur. Torpaqlardan düzgün istifadə etmədikdə səhralaşma 
baş verir. Su çatışmazlığı ilə  səciyyələnən  quraqlıq isə canlı aləmin məhvinə  gə-
tirib çıxarır.     
 Öyrəndiklərinizi yoxlayın. 
Şagirdlər mətndən istifadə etməklə 
cədvəli tamamlayırlar: 
 
Qiymətləndirmə meyarları: 
əlaqələndirmə, təyinetmə 
 
 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
İnsanların təsərrüfat 
fəaliyyətinin artması 
ilə ekoloji gərginliyin 
artmasını əlaqələn-
dirməkdə çətinlik 
çəkir. 
 
İnsanların təsərrüfat 
fəaliyyətinin artması 
ilə ekoloji gərginli-
yin artmasını müəl-
limin köməyi ilə 
əlaqələndirir. 
İnsanların təsərrü-
fat fəaliyyətinin 
artması ilə ekoloji 
gərginliyin artması-
nı  əsasən əlaqələn-
dirir. 
İnsanların təsər-
rüfat fəaliyyətinin 
artması ilə ekoloji 
gərginliyin artma-
sını düzgün əlaqə-
ləndirir. 
Təbii və antropogen 
təsirlərdən yaranan 
ekoloji gərginlik 
zonalarını xəritə 
üzərində müəllimin 
köməyi ilə  təyin edir. 
 
Təbii və antropogen 
təsirlərdən yaranan 
ekoloji gərginlik 
zonalarını xəritə 
üzərində çətinliklə  
təyin edir. 
 
Təbii və antropo-
gen təsirlərdən ya-
ranan ekoloji gər-
ginlik zonalarını 
xəritə üzərində 
əsasən  təyin edir. 
 
Təbii və antropo-
gen təsirlərdən 
yaranan ekoloji 
gərginlik zonaları-
nı xəritə üzərində 
sərbəst   təyin 
edir. 
 
Ölkə Ekoloji 
problem 
Braziliya Terrikon 
təpələr 
Niger Səhralaşma 
Polşa daşqınlar 
Hindistan  
Məişət tullantıları 
Yaponiya  
Sənaye tullantıları  
Avstraliya Meşə yanğınları 
avadanlıqlara 
olan tələb artır
Əhalinin 
sayı artır 
xammala 
tələb artır 
daha çox faydalı 
qazıntı çıxarılır 
terrikon 
təpələr  
ərzağa olan 
tələb artır 
Əhalinin 
sayı artır 
yeni əkin 
sahələri 
yaradılır
torpaq 
fasiləsiz əkilir
 
səhralaşma 
Çap üçün deyil


 
136
Dərs 54 /  Mövzu:
  
PRAKTİK DƏRS (ROLLU OYUN). “EKOLOJİ 
MƏHKƏMƏ” 
 
Dərsə hazırlığın tədris vahidinin ilk dərsindən başlanılması məqsədəuyğundur. Mü-
əllim şagirdlərə ətrafda müşahidə etdikləri ekoloji problemli obyektlərin fotolarını 
çəkməyi təklif edə bilər.  Şagirdlər bu işə daha yaradıcı yanaşa bilərlər. Onlar bu 
mövzuya aid rəsm, maket, yazı işi, şeir, hekayə, mahnı, fotoalbom, videoçarx və s. 
yarada bilərlər. Dərs ilinin sonuna və  ətraf mühitin mühafizəsi gününə yaxın bu 
işlərdən sərgi təşkil etmək olar. Təqdim olunan rollu oyunu valideynlər və məktəb 
kollektivi qarşısında keçirmək olar. Dərsdən  əvvəl sinif otağının tərtibatını 
ekologiya problemlərinə aid şəkillərlə bir qədər dəyişmək dərsin səmərəsini və 
təsirini artıra bilər. Bu dərsin əsas məqsədi şagirdlərin praktik bacarıqlarının inkişaf 
etdirilməsidir.  Şagirdlər rollu oyun vasitəsilə ekoloji problemlərin mahiyyətini 
daha dərindən başa düşür və gələcəkdə bu sahədə bəşəriyyət qarşısında duran prob-
lemlərin həllində şəxsi rolunu müəyyən etməyə çalışırlar.  
Yaxşı olar ki, dərs hər hansı bir ekoloji tədbirlə (yaxınlıqda olan parkın, meşəlik və 
ya gül bağçasında bitkilərin suvarılması, alağın təmizlənməsi və s.) yekunlaşdı-
rılsın.  
  
Qiymətləndirmə meyarları: nümayişetmə 
 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Ekoloji gərginlik 
rayonlarındakı və-
ziyyəti  nümayiş 
etdirərkən müəl-
limin köməyindən 
istifadə edir. 
Ekoloji gərginlik 
rayonlarındakı 
vəziyyəti çətin-
liklə nümayiş 
etdirir.  
Ekoloji gərginlik 
rayonlarındakı 
vəziyyəti  nüma-
yiş etdirərkən ha-
zır materiallardan 
istifadə edir. 
Ekoloji gərginlik 
rayonlarındakı 
vəziyyəti  nüma-
yiş etdirərkən də-
qiqlik və orijinal-
lıq göstərir. 
 
 
ALT 
STANDARTLAR
3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonala-
rının nomenklaturasını siyahısını tərtib edir . 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Təbii və antropogen təsir nəticəsində yaranan ekoloji 
gərginlik rayonlarındakı vəziyyəti  nümayiş etdirir. 
 
Çap üçün deyil


 
137
IX TƏDRİS VAHİDİ ÜZRƏ
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
 
1. Bakı – Tbilisi – Ceyhan kəmərinin keçdiyi ölkələri qeyd edin: 
 Rusiya   
 Gürcüstan   
 İran 
 Türkiyə  
 
Azərbaycan  
 Ukrayna 
 
2. Kontur xəritədə ekoloji problemlərin baş verdiyi ölkələri  müəyyən edin: 
 
 
Sənaye tullantıları ___; Terrikon təpələr ___; Daşqınlar ____;  
Məişət tullantıları __;  Səhralaşma ___ . 
 
3. Azərbaycanın təşkilatlara üzv seçilməsinin xronoloji ardıcıllığını sıra nömrələri 
ilə qeyd edin: 
 
 Birləşmiş Millətlər Təşkilatı (BMT) 
 
  İslam Konfransı Təşkilatı (İKT)    
 
  Demokratiya və İqtisadi inkişaf naminə təşkilat – Gürcüstan, Ukrayna, 
Azərbaycan, Moldova (GUAM) 
 
4. Uyğunluğu xətlərlə göstərin: 
 
binalar 
Təbii resurslar 
Kapital resurslar 
faydalı qazıntılar 
avadanlıq 
meşə 
torpaq 





Çap üçün deyil


 
138
5. Azərbaycan hansı ölkələr arasında tranzit rolunda ola bilər: 
A) Rusiya – Ukrayna   
B) Türkiyə – Qazaxıstan 
C) Özbəkistan – Türkiyə D) 
Türkmənistan – Gürcüstan 
E) Rusiya – İran   F) 
Türkiyə – İran 
_______________________________________________________ 
 
6. Uyğunluğu tapın: 
 
 
 
 
 
 
 
 
7. Ətraf mühitin dəyişməsinə təsir edən  təbii amilləri müəyyən edin: 
A) Terrikon təpələr, daşqınlar 
B) Quraqlıq, ozon deşikləri 
C) Məişət tullantıları, səhralaşma 
D) Səhralaşma, daşqın 
E) Quraqlıq, daşqın 
 
8. Azərbaycanın bölgələrinə uyğun gələn məhsulları müəyyən edin: 
Terrikon təpələr 
Daşqınlar 
Səhralaşma 
Qazaxıstan, Cənubi Afrika 
Respublikası, Meksika
Misir, Niger, Türkmənistan 
Polşa, Ukrayna, Banqladeş 
Lənkəran 
ərik, şaftalı 
Abşeron 
çay, limon 
Naxçıvan 
pambıq 
Kür–Araz 
neft 
Çap üçün deyil


 
139
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR 
 
Dərs 13 / Mövzu:
  PLANETLƏRİN QRUPLAŞDIRILMASI 
 
 
MOTİVASİYA 
Müəllim lövhəyə  aşağıdakı sxemi çəkib  şagirdlərə Günəş sistemindəki planetlərin 
adlarını yazmağı tapşırır. Bu zaman şagirdlərin ardıcıllığa riayət etməsi vacib deyil.  
 
Planetlərin adları yazılandan sonra müəllim yönəldici suallarla şagirdlərə müraciət edir: 
1. Planetlərin  adlarını  niyə  belə düzdünüz? 
2. Bu planetlər bir-birindən nə ilə fərqlənir? 
3. Planetləri hansı xüsusiyyətlərinə görə qruplaşdıra bilərik? 
Şagirdlər fərziyyələrini söylədikdən sonra müəllim dərslikdəki “Fəaliyyət” blokunda 
verilmiş tapşırığı həll etmək üçün şagirdləri cütlərə bölür. Şagirdlər cədvəldən istifadə 
edərək aşağıdakı sualları cavablandırırlar: 
1. Günəş sisteminin ən kiçik və ən nəhəng planetləri hansılardır? 
2. Öz xəyali oxu  ətrafında sürətlə fırlanan və ən “asta” planetləri müəyyən edin.  
3. Peyklərinin sayının çoxluğuna görə fərqlənən planet hansıdır? 
Sualların müzakirəsindən sonra tədqiqat sualı qeyd olunur.  
 
Tədqiqat sualı:  
1.
 
Nə üçün  Merkuri, Venera, Yer və Mars bir qrupa; Yupiter, Saturn, Uran, Neptun 
planetləri isə başqa qrupa daxil edilmişdir? 
2. Günəşə yaxın olan planetlər Günəşdən uzaqda yerləşən planetlərdən nə ilə  fərq-
lənir? 
 
Tədqiqatın aparılması. 
Şagirdlər qrupa bölünmə üsullarından birindən istifadə edərək qruplara bölünürlər.  
Əvvəlcə mətnlə tanış olurlar. Sonra onlara işçi vərəqləri paylanır. 
I qrup: Günəşdən uzaqlığına və yaxınlığına görə planetləri müəyyənləşdirin və 
adlarını cədvəldə qeyd edin. 
 
Alt  
STANDARTLAR 
1.2.1. Səma cisimlərinin bir-birinə  təsirini və onun 
coğrafi  nəticələrini əlaqələndirir. 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Planetlərin xüsusiyyətlərini Günəş sistemində tutduğu 
mövqe ilə  əlaqələndirir. 
TƏLİM 
FORMALARI 
Cütlər, kiçik qruplar 
TƏLİM ÜSULLARI 
Venn diaqramı,  Müzakirə 
Fənlərarası 
İNTEQRASİYA 
Fiz. 2.2.1. 
TƏCHİZAT 
Dərslik, iş vərəqləri 
Günəşə yaxın planetlər Günəşdən uzaq planetlər 
 
 
Çap üçün deyil


 
140
II qrup: Daxili və xarici planetlərin oxşar və fərqli xüsusiyyətlərini Venn diaqramında 
qeyd edin. 
 
III qrup: Məntiqi əlaqələri qurun. 
 
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 
Qruplar işlərini təqdim edir. İşlər müzakirə olunur, yaranan suallar araşdırılır. 
 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ 
Müəllim şagirdlərlə birlikdə nəticələr çıxarır: 
– Planetlər 2 qrupa ayrılır: daxili və xarici planetlər. 
– Daxili planetlərə Merkuri, Venera, Yer və Mars daxildir. 
– Xarici planetlər qrupuna Yupiter, Saturn, Uran, Neptun daxildir. 
 
Yaradıcı  tətbiqetmədə:  Dərslikdəki “Öyrəndiklərinizi yoxlayın” blokunda 
veril-
miş “Günəş sisteminin sxeminin tərtib edilməsi” tapşırığını  şagirdlər qrup və ya cüt-
lərlə icra edə bilərlər. 
Qiymətləndirmə zamanı qrup işləri və fəal şagirdləri formativ qiymətləndirə bilərsiniz: 
 
Qrup işinin qiymətləndirilməsi:  
                                                  Qruplar 
Meyarlar                                                          

qrup 
II  
qrup 
III  
qrup 
IV 
qrup 
Tapşırığın tam və uyğun yerinə yetirilməsi  
 
 
 
Bir-birini dinləmə 
 
 
 
 
Əlavələr (suallar, cavablar) 
 
 
 
 
Tərtibat  
 
 
 
 
Əməkdaşlıq  
 
 
 
 
Formativ  qiymətləndirmə: 
 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Planetlərin  xüsu-
siyyətlərini Günəş 
sistemində tutduğu 
mövqe ilə  əlaqə-
ləndirməkdə 
çətinlik çəkir. 
Planetlərin  xüsu-
siyyətlərini Günəş 
sistemində tutduğu 
mövqe ilə qismən 
əlaqələndirir. 
Planetlərin  xü-
susiyyətlərini Gü-
nəş sistemində tut-
duğu mövqe ilə  
əsasən əlaqələn-
dirir.  
Planetlərin  xüsu-
siyyətlərini Günəş 
sistemində tutduğu 
mövqe ilə düzgün 
əlaqələndirir.  
Daxili planetlər 
Xarici  planetlər 
Günəşə daha yaxındır. 
Daha çox sayda peykləri vardır. 
Qaz kütləsindən təşkil olunmuşdur. 
Nəhəng ölçülərə malikdir. 
Öz oxu ətrafında daha sürətlə fırlanır. 
Çap üçün deyil


 
141
Dərs 50 / Mövzu:
 Torpaq. Bitkilərin böyüməsinə torpağın təsiri. Layihə 
Bu layihəyə hazırlığa şagirdlər bölmənin əvvəlindən başlayırlar. “Azərbaycan Res-
publikasının torpaq, bitki örtüyü və heyvanat aləmi” mövzusunun öyrənilməsindən 
2-3 həftə sonra layihənin nəticələrinin nümayişi keçirilir. İllik planlaşdırmada bu 
layihəyə 1 saat ayrılır.  
Layihənin tipi: Tədqiqat. 
Araşdırmanın məqsədi: Bitkilərin artmasına torpağın tərkibinin necə təsir etdiyini 
aydınlaşdırmaq. 
Tədqiqat üçün sual: Bitkilər hansı şəraitdə daha aktiv inkişaf edirlər?  
Layihənin gedişinin qısa təsviri: 
Şagirdlər təcrübə sahəsi yaradırlar. Müxtəlif tərkibli torpağa toxum əkilir. İki həftə 
ərzində bitkilərin böyüməsini müşahidə edir, öz müşahidələri haqqında “Müşahidə 
gündəliyi”ndə qeydlər aparırlar.  
 
 
 
 
 
 
 
 
 
ALT 
STANDARTLAR
2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini 
izah edir. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ
 
  Müxtəlif tərkibli torpaqlarda bitkilərin böyüməsini mü-
şahidə edir. 
  Müxtəlif torpaqlarda bitkilərin artması  şərtlərini izah 
edir. 
  Alınmış nəticələr təhlil və təqdim edir. 
 
Çap üçün deyil


 
142
Müşahidə gündəliyinin nümunəsi 
 
Gün Fəaliyyət/müşahidə/nəticə 
1-ci gün 
Sınaq üçün müxtəlif toxumlar istifadə edildi: paxlalar, yulaf, noxud, buğda 
və s. Soğanaqlar məktəbin yanından yığılmış çürüntü ilə, qumla zəngin 
olan müxtəlif tərkibli torpağa əkildi, soğanın torpaqsız suda və gilli 
torpaqda cücərməsi yoxlanıldı.   
Təcrübə-
dən  
1 həftə 
sonra 
Yulaf çıxdı, çürüntü ilə zəngin torpaqda köklər daha güclüdür, yaxşı 
görünür. 
Hətta məhsuldar torpaqda belə paxlanın dörd toxumundan yalnız biri 
çıxdı. Soğanaqların artmasını müşahidə edirik:  torpaqda daha sürətlə 
cücərdi, möhkəm, şirəli soğanaqları oldu. Amma gilli torpaqda soğan 
cücərmir. 
Ağır və gilli torpaqda yulaf pis böyüyür. 
Buğdanın daha çox yumşaq torpaq “xoşuna gəldi”. Mineral duzlarla 
zəngin torpaqda buğda daha pis böyüyür. 
Noxud qumlu torpaqda daha yaxşı böyüdü. Minerallarla zəngin olmayan 
torpaq noxudun toxumları üçün əlverişsizdir. 
15 gün-
dən sonra  
…. 
 
Tədqiqat işinin nəticəsinə görə belə nəticə çıxarmaq olar:  
  torpağın tərkibi bitkilərin artmasına təsir edir.  
  əlverişli şəraitdə: qidalı maddələrlə zəngin torpaq bitkilərin yaxşı 
və tez böyüməsinə şərait yaradır . 
  bitkilər müxtəlif tərkibli torpaqlara ehtiyac duyur: bəziləri qara 
torpaqda, bəziləri isə qumluqda daha yaxşı inkişaf edir. 
 
bütün bitkilərə torpaqda olan su və hava lazımdır. 
 
əlverişsiz şəraitdə, torpağı düzgün seçmədikdə bitkilər zəifləyir, 
bəzən də məhv olur. 
 
Gil torpağın tərkibinə daxil olsa da o, suyu pis keçirir, özündə az 
hava saxlayır. Gilli torpaqlarda bitkilər pis böyüyür. 
 
Çap üçün deyil


 
143
Əlavələr 
 
 
 
 
 
Dərsdə istifadə etmək üçün nəşriyyatın saytında (www.bakineshr.az) müxtəlif xəritələr 
yerləşdirilmişdir.  
Çap üçün deyil


 
144
Tövsiyə olunan mənbələr 
 
1. 
Ü
mumi təhsilin fənn standartları (I–XI siniflər). Bakı, 2012.  
2.  Q.Hüseynov və b. İnklüziv təhsil (ibtidai təhsil pilləsi üçün), 2010. 
3.  Müəllim hazırlığının və orta təhsilin  perspektivləri (Qərb təhsil sisteminin 
təcrübəsi  əsasında). Müəllimlər  üçün vəsait (müəllif qrupu). Bakı, 2005 
(IREX təşkilatının xətti ilə). 
4.  İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Müəllimlər  üçün vəsait 
(müəllif  qrupu). Bakı, 2005 (İREX təşkilatının xətti ilə). 
5.  Z.Veyisova. Fəal/interaktiv təlim. Müəllimlər üçün vəsait, 2007. 
6.  N.Seyfullayeva və E.Əliyeva. Coğrafiya fənni üzrə  təlimin təşkili formaları 
və üsulları. Bakı, 2009. 
7.  Энциклопедия интерактивного обучения. Е. Пометун, Киев , 2007. 
8.  Основы критического мышления. Группа авторов,  Киев, 2010. 
9.  Geography 360. «Heinemann», 2006. 
10. Earth science. «McDougal Little”, 2000.  
11. Geography Success-3. Oxford, 2002. 
12. Geography Success-4. Oxford, 2002. 
13.  География. Планета Земля. В.В.Барабанов. «Просвещение», 2012. 
14.  География. Энциклопедия. Москва. «РОСМЭН», 2001. 
15.  Справочник учителя географии. А.Д.Ступникова, Л.В.Бражникова. Волго-
град,  «Учитель», 2012. 
16.  “Настольная  книга  учителя  географии”, “Нормативные  документы,  мето-
дические рекомендации и справочные материалы для организации работы 
учителя”. Н.Н.Петрова, В.И.Сиротин, Издательство «Астрель», 2002. 
17.  http://www.uchportal.ru/load/65  учительский портал. 
18.  http://guzvenag.ucoz.ru/index/0-13 сайт учителя географии. 
19.  http://my-geography.ru сайт учителя географии 
20.  https://ru.wikipedia.org/wiki/Планета.Вселенная.ru. 
21.  http://geo.1september.ru/urok/ 
 
Çap üçün deyil

Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə