Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə45/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

 
128
 “Fəaliyyət”də verilmiş tapşırıq  ətrafında müzakirə qurmaq da olar. Bu məq-
sədlə tapşırığın cütlərlə yerinə yetirilməsi məqsədəuyğundur.  Əsas məqsəd müx-
təlif yaşlı  və sosial mənşəli insanların hansı ehtiyaclarının olduğunu müəyyən 
etməkdir. Fəaliyyəti qruplarda təşkil etmək üçün hər qrupa müxtəlif insanların 
tələbatlarının müəyyən edilməsini tapşırmaq olar.  
 Mövzunun daha yaxşı mənimsənilməsi üçün mövzunu iki hissəyə ayırmaq olar. 
Birinci hissə iqtisadiyyatın qurulması üçün tələb olunan başlıca şərt – sərmayə və 
ya investisiyanın olmasını cütlər birlikdə oxuyur. Bu zaman  oxu və sualvermə  
üsulu  tətbiq edilə bilər. Mətnin ikinci  hissəsinin  şərh edilməsi üçün müəllimin 
lövhədə belə bir sxem çəkməsi daha faydalıdır.  Şagirdlər təbii, insan, kapital re-
surslarının mahiyyətini mövzuya əsasən öyrənir və  şifahi söyləyirlər. Bu zaman 
müəllim uyğun çərçivələrdə qeyd edir.  
 
 
 Öyrəndiklərinizi tətbiq edin
Təbii resurslar 
İnsan resursları Kapital 
resursları 
2, 6, 8, 11  
5, 7, 10 
1, 3, 4, 9, 12 
Nə öyrəndiniz.  
Təbii resurslar  təbii mühitdən  əldə olunan maddi nemətlərdir. Təbiətdə olan 
ehtiyatların düzgün istifadə edilməsi  insan resurslarının inkişaf səviyyəsindən 
asılıdır.  İstehsal prosesini qurmaq üçün kapital resursları  tələb olunur. Bunun 
üçün ilk növbədə sərmayə qoyulmalıdır.  
 Öyrəndiklərinizi yoxlayın. 
Gündəlik 
ehtiyaclarınız 
Təbii resurs 
İnsan resursları Kapital 
resursları 
Qida + 
 
 
Teatr 
 +  
Mebel  
 

Nəqliyyat  
 

Televiziya və 
kompüter 
 +  
İdman 
 +  
Geyim + 
 
 
 
Qiymətləndirmə meyarları: qruplaşdırma 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
İqtisadiyyatın məz-
mununa daxil olan 
amilləri qruplaşdır-
maqda çətinlik 
çəkir.
 
İqtisadiyyatın məz-
mununa daxil olan 
amilləri müəllimin 
köməyi ilə    qrup-
laşdırır. 
 
İqtisadiyyatın məz-
mununa daxil olan 
amilləri əsasən 
qruplaşdırır. 
 
 
İqtisadiyyatın məz-
mununa daxil olan 
amilləri düzgün və 
səliqəli  qruplaş-
dırır. 
 
İqtisadi fəaliyyət
Təbii resurslar 
İnsan resursları 
Kapital resursları 
Çap üçün deyil


 
129
Dərs  50/ Mövzu:
 TƏSƏRRÜFAT VƏ İŞ YERLƏRİ 
 
Mövzunun tədris edilməsində əsas məqsəd təsərrüfatın quruluşuna daxil olan kənd 
təsərrüfatı, sənaye və xidmət sahələrinin izah edilməsi, tarixən dəyişmə sxemini 
qurmaq və dünyanın müxtəlif ölkələrində təsərrüfatın strukturunun fərqli olmasının 
şərh edilməsidir.     
 
Motivasiya mərhələsi dərslikdə verilən şəkil əsasında qurula bilər. Şagirdlərdə 
idraki fəallıq yaratmaq üçün nəzərdə tutulmuş Avropanın kosmosdan çəkilmiş 
təsvirinin təhlil edilməsi faydalı olardı.  Şagirdlər başa düşməlidirlər ki, işıqların 
yanması müəssisələrin işləməsini və insanların hər zaman iqtisadi fəaliyyətdə 
olduğunu əks etdirir. Onlara “Eyni vaxtda hamı istirahət edə bilərmi və bunun nə 
kimi nəticələri ola bilər?" sualı ilə müraciət etmək olar.  
 Sualların müzakirəsi ilə hiss edilmədən fəaliyyət blokundakı tapşırığa keçmək 
olar.  Şagirdlərin hansı müəssisələrin fasiləsiz işləməsinin vacibliyini dərk və 
onların fəaliyyətindəki fasilənin yaratdığı problemləri müzakirə etmələri məqsədə-
uyğundur.  
 
Yeni informasiyanı  mənimsəmək üçün mövzunun oxunması prosesində sxem  
çəkib onu şagirdlərlə birgə tamamlaya bilərsiniz.  
 
Şagirdlərə təsərrüfatın quruluşunun 1900 və 2012-ci illər modellərini müqayisə 
etmək tapşırığı verilə bilər. Onlara bu modelin  müxtəlif ölkələrdə  fərqli olduğunu 
başa salmaq məqsədəuyğundur. Şagirdləri ölkələrin təsərrüfatlarının əlaqəli olması-
nın vacibliyinin nəqliyyatın inkişafına səbəb olması fikrinə istiqamətləndirməyiniz 
mənimsəməni artıra bilər.   
ALT 
STANDARTLAR
3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və 
iqtisadi amilləri şərh edir. 
3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini 
tərtib edir. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Dünya təsərrüfatının strukturunu izah və onun müasir 
modelini  tərtib edir.  
Təsərrüfat quruluşuna təsir edən amilləri qruplaşdırır. 
 
Təsərrüfat 
kənd təsərrüfatı
sənaye
xidmət
Çap üçün deyil


 
130
Öyrəndiklərinizi tətbiq edin: 
a)  Kənd təsərrüfatı: 1, 3, 7, 9 
b)  Sənaye və xidmət: 2, 5, 6, 8, 10 
 Nə öyrəndiniz.  İqtisadiyyat təsərrüfatın  müxtəlif sahələrini birləşdirir. Əkinçilik 
və heyvandarlığı əhatə edən kənd təsərrüfatı, məhsulların emal edilməsi və faydalı 
qazıntıların çıxarılması, onların emalı sənaye sahəsi adlanır. Təhsil, səhiyyə, nəq-
liyyat xidmət sahələridir. 
 Öyrəndiklərinizi yoxlayın. 
a. Əlcəzair, Mozambik, Niger, Monqolustan, b. ABŞ, Fransa, Avstraliya. Yaponiya 
Qiymətləndirmə meyarları: tərtibetmə 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Dünya təsərrüfatı 
strukturunu izah et-
məkdə və onun mü-
asir modelini tərtib 
etməkdə çətinlik 
çəkir. 
Dünya təsərrüfatı 
strukturunu izah et-
məkdə və onun mü-
asir modelini  tərtib 
edərkən müəllimin 
köməyindən 
istifadə edir. 
Dünya təsərrüfatı 
strukturunu izah et-
məkdə və onun 
müasir modelini  
əsasən düzgün  
tərtib edir. 
Dünya təsərrüfatı 
strukturunu izah və 
onun müasir mode-
lini  düzgün tərtib 
edir. 
Təsərrüfatın quru-
luşuna təsir edən 
amilləri qruplaş-
dırarkən səhvlərə 
yol verir. 
Təsərrüfatın quru-
luşuna təsir edən 
amilləri qruplaşdı-
rarkən müəllimin 
köməyindən istifa-
də edir. 
Təsərrüfatın quru-
luşuna təsir edən 
amilləri qruplaş-
dırarkən cüzi səhv-
lərə yol verir. 
Təsərrüfatın quru-
luşuna təsir edən 
amilləri sərbəst 
qruplaşdırır. 
 
Dərs  51/ Mövzu:
 İQTİSADİ ƏMƏKDAŞLIQ 
 
 
 
 
 
Motivasiya mərhələsində  şagirdlər yeni, həm də onlar üçün maraqlı infor-
masiya almaqla yanaşı, pazl vasitəsilə ölkələri arasında müxtəlif əlaqələrin olması 
ALT 
STANDARTLAR
3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini 
tərtib edir.  
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Azərbaycanın regional və sahəvi iqtisadi inteqrasiyalarda 
iştirakını şərh edir.  
 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə