Microsoft Word Geo 7 mv-az-capa doc


Öyrəndiklərinizi tətbiq edin



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

 
108
 
Öyrəndiklərinizi tətbiq edin blokunda verilmiş tapşırıqda  şagirdlər torpaq-
ların mühafizəsi və korlanmasına aid olan ifadələri dəftərlərində qruplaşdırmalıdır-
lar. Nümunə: 
 
 
 
Nə öyrəndiniz.  Torpaqların yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər  meliora-
siya adlanır. Rekultivasiya sənaye və faydalı qazıntıların çıxarılması zamanı kor-
lanmış torpaqların bərpasıdır. Dağ yamaclarının əkin məqsədilə pilləvari formaya 
salınması  terraslaşdırma adlanır. 
 Öyrəndiklərinizi yoxlayın  blokunda  şagirdlər torpaqların korlanmasına təsir 
edən amilləri xarakterizə edərək cədvəli tamamlamalıdırlar. Nümunə: 
 
 
Təsir edən amillər  
Torpaqlara 
təsiri 
Təbii amillər Su, 
külək, temperaturun dəyişməsi Məhsuldarlığı azalır.  
Kənd təsərrüfatı Gübrələrin həddən artıq verilməsi 
Suvarmanın düzgün aparılmaması 
Mal-qaranın həddən artıq suvarıl-
ması  
Məhsuldarlığı azalır.  
 
Sənaye Sənaye tullantıları 
Məhsuldarlığı azalır.  
 
Qiymətləndirmə meyarları: izahetmə 
 
I səviyyə II 
səviyyə 
III  səviyyə IV 
səviyyə 
Torpağın təbii 
amillər və antro-
pogen təsirlər nə-
ticəsində korlan-
masını izah et-
məkdə çətinlik 
çəkir. 
Torpağın təbii 
amillər və antropo-
gen təsirlər nəticə-
sində korlanmasını 
müəllimin köməyi 
ilə izah edir. 
 
Torpağın təbii amillər 
və antropogen təsirlər 
nəticəsində korlanma-
sını əsasən izah edir. 
 
Torpağın təbii 
amillər və 
antropogen təsirlər 
nəticəsində 
korlanmasını 
düzgün izah edir. 
 
Torpağın mühafi-
zəsinin vacibliyi-
ni izah etməkdə 
çətinlik çəkir. 
Torpağın mühafi-
zəsinin vacibliyini 
izah edərkən tez-
tez səhvlərə yol 
verir. 
Torpağın mühafizəsi-
nin vacibliyini əsasən 
izah edir. 
 
Torpağın 
mühafizəsinin 
vacibliyini düzgün 
izah edir. 
 
 
 
Torpaqların mühafizəsi
Torpaqların korlanması
Ağacların əkilməsi 
Şoranlıqların yuyulması     
 
Yolların çəkilməsi  
Faydalı qazıntıların çıxarılması 
Su anbarlarının tikilməsi          
Yaşayış məntəqələrinin tikilməsi
 
Çap üçün deyil


 
109
 
Dərs 42/ Mövzu:
 AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ, 
BİTKİ ÖRTÜYÜ VƏ HEYVANAT ALƏMİ 
 
 
 
 
Mövzunun əsas məqsədi Azərbaycan Respublikasının rəngarəng torpaqlarının bitki 
örtüyünün zənginliyi ilə əlaqələndirilməsidir.  
 Şagirdlərdə idraki fəallıq yaratmaq üçün “Dədə Qorqud” filmindən fraqment 
göstərə bilərsiniz. Fraqmentdə  Dədə Qorqudun kiçik oğlana söylədiyi sözlər 
“Torpağı  əkib-becərmədin, qorumağına dəyməz. Qorumadın,  əkib-becərməyinə 
dəyməz” səslənməlidir.  Şagirdlərdən Dədə Qorqudun bu sözlərinin mənasını so-
ruşa bilərsiniz. Yönəldici suallarla Qarabağ torpaqları  və bu torpaqların bugünkü 
vəziyyəti barədə fikir mübadiləsi təşkil etmək olar.  
 “
Fəaliyyət” blokunda verilmiş tapşırığı şagirdlər cütlər və ya kiçik qruplarla ye-
rinə yetirə bilərlər.  Şagirdlər xəritə üzərində qeyd olunmuş  məntəqələrin hansı 
məqsədlə istifadəsini müəyyən etməli, cədvəli dəftərlərinə çəkərək və məntəqələrin 
nömrəsini uyğun xanalarda qeyd etməlidirlər. Cavab: əkinçilik 1-2-6; heyvandarlıq 
3-4-5. 
 
İnformasiyanı  mənimsəmək üçün mövzunun oxunması prosesində belə bir 
cədvəlin doldurulması məqsədəuyğundur: 
Torpaq tipləri Yayıldığı ərazi 
İstifadəsi                 
Xüsusiyyəti 
 
 
 
 
 
ALT 
STANDARTLAR
2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini 
izah edir. 
2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Azərbaycan Respublikasının torpaq tiplərinin 
müxtəlifliyini izah edir və kontur xəritədə qeyd edir. 
Azərbaycan Respublikasının  ərazisində torpaq, bitki ör-
tüyünün və heyvanat aləminin yayılma qanunauyğunlu-
ğunu müəyyən edir.  
 
Çap üçün deyil


 
110
Tapşırığın yerinə yetirilməsi nümunəsi: 
Torpaq tipləri  
Yayıldığı ərazi 
İstifadəsi   
Xüsusiyyəti 
 
boz torpaqlar 
Kür–Araz ovalığı, Samur – 
Dəvəçi, Acınohur–Ceyrançöl, 
Qobustan – Abşeron, 
Naxçıvanın düzən əraziləri 
pambıq, 
tərəvəz, 
üzüm, nar. 
mənimsənilməsi 
suvarma tələb edir. 
qara və şabalıdı 
torpaqlar 
800 m hündürlüklərə qədər Dənli bitkilər yüksək məhsul-
darlığı ilə seçilir. 
sarı torpaqlar 
Lənkəran ovalığı və Talış 
dağlarında 
sitrus 
meyvələri və 
çay 
tərkibində dəmirli 
birləşmə var. 
dağ-meşə 
torpaqları 
Orta dağlıq ərazilərdə suvarılmayan 
əkinçilik 
rütubətliyinə görə 2 
tipə bölünür: qonur 
və qəhvəyi. 
dağ-çəmən 
torpaqları 
Dağ meşələrindən yuxarıda otlaq 
sahələri torf 
qatı vardır. 
Yeni materialın mənimsənilməsi cütlərlə də həyata keçirilə bilər. Bu zaman şagird-
lərə  mətndən istifadə etməklə torpaq tiplərinin aşağıdakı plan üzrə  səciyyəsini 
yazmağı da təklif etmək məqsədəuyğundur:  
1. Torpaq tipi 
2. Yayıldığı ərazi 
3. Təsərrüfatda necə istifadə olunur.  
 
Öyrəndiklərinizi tətbiq edin blokunda verilmiş tapşırıqda şagirdlər dərslikdə 
verilmiş  şəkildən və  mətndən istifadə edərək Azərbaycan  ərazisində torpaqların 
hündürlüyə doğru dəyişməsini müəyyən etməli və cədvəli dəftərlərinə çəkərək ta-
mamlamalıdırlar. Nümunə: 
 
 
Torpaq tipi  
Bitki örtüyü 
1 Dağ-çəmən torpaqları 
Şahduran, qırtıc, topalotu
 
2 Dağ-meşə torpaqları Palıd, fıstıq, vələs 
3 Dağ-çöl 
Şabalıdı, dağ-qara 
4 Yarımsəhra torpaqlar 
Gəvən, kəndiz 
 
Nə öyrəndiniz. Nadir və digər ərazilərdə rast gəlinməyən bitkilər endemik adlanır. 
Təbiətin mühafizəsi məqsədilə respublikamızda  milli park, qoruq    və  yasaqlıqlar 
yaradılmışdır. 
 Öyrəndiklərinizi yoxlayın.    
Məntəqə 
Torpaq örtüyü 
Bitki örtüyü 
Heyvanat aləmi 

 
– – 

Torflu, çimli-ibtidai 
Şahduran, qırtıc, 
topalotu 
Dağkeçisi, kəklik 

Boz, boz-qonur 
Gəvən, kəndiz 
İlan, kərtənkələ 

Qəhvəyi, qonur 
Palıd, fıstıq, vələs Ayı, canavar 

Sarı   
Dəmirağac, azad 
Oxlu kirpi, bəbir 
 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə