Microsoft Word Geo 7 mv-az-capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə16/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

 
37
Dərs  8  / Mövzu:
 MİQYAS  
 
6-cı sinifdən  şagirdlər miqyasdan istifadə etməklə obyektlər arasında məsafəni 
təyin etməyi öyrənmişlər. Bu dərsdə  şagirdlər “ədədi”, “xətti”, “izahlı miqyas” 
anlayışlarını və onların xüsusiyyətlərini öyrənəcəklər.           
 Motivasiyanı dərslikdəki şəkillərə sual verməklə qura bilərsiniz. Məsələn: “Sizcə, 
gözlə görünməyən orqanizmlərə niyə lupa ilə baxırlar? Yer səthindəki obyektlər təs-
vir edilərkən nə üçün kiçildilir və ya böyüdülür? Qafqaz dağlarına yarımkürələr 
xəritəsində və Azərbaycanın fiziki xəritəsində baxsaq, hansı fərqləri görərik?”    
 “Fəaliyyət”də verilmiş tapşırığın məqsədi: şagirdlər hər hansı obyektin təsviri-
nin miqyasdan asılı olaraq müxtəlif ölçüdə olmasını başa düşməlidirlər.     
 İzahat zamanı yeni terminlərin praktik tapşırıqlar vasitəsilə möhkəmləndirilməsi  
faydalıdır. Şagirdlərə belə tapşırıqlar vermək olar: 
Ədədi miqyas. 
1. Dəftərdə  tərəfi 100 sm olan kvadratı 
1:50 miqyasda çəkin.  
2.  Ədədi miqyasdan istifadə edərək dün-
yanın siyasi xəritəsində hər hansı iki mən-
təqə arasında məsafəni təyin edin. 
İzahlı  miqyas. 
1. Tərəfi 3 m olan kvadratı 1 sm-də 1 m 
miqyasında çəkin.    
2.  İzahlı miqyasdan istifadə edərək dün-
yanın siyasi xəritəsində hər hansı iki mən-
təqə arasında məsafəni təyin edin.  
Xətti miqyas. 
Xətti miqyasa aid tapşırıq verməzdən əvvəl şagirdlərə izahat vermək və xətti miq-
yasdan necə istifadə etməyi nümayiş etdirmək lazımdır. Xətti miqyasdan istifadə 
ALT 
STANDARTLAR
1.3.1. Kartoqrafik elementləri fərqləndirir. 
1.3.2.   Kartoqrafik elementlərə əsasən sadə hesablamalar 
aparır. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ 
Miqyasın növlərinin xüsusiyyətlərini izah edir. 
Xəritənin miqyasını təyin edir.  
 
Çap üçün deyil


 
38
etmək üçün ilk növbədə qrafik formada çəkilən sxemin böyük və kiçik bölgülərinin 
qiymətini bilmək lazımdır.  Əvvəlcə  xəritə üzərindəki obyektlər arasında məsafə 
ölçü pərgarı vasitəsilə ölçülür. Açılmış pərgarın sol iynəsi xətti miqyasın sol tərə-
findəki 0-dan sağa tərəf  ölçülür. Pərgarın sağ  ucu  böyük bölgünün içərisində istə-
nilən nöqtəyə düşə bilər. Pərgarın sağ ucunu böyük bölgünün sonuna qədər yaxın-
laşdırmaq lazımdır. Bundan sonra ölçülən hissənin sol tərəfində kiçik bölgü təyin 
edilir (məsələn, şəkildə sağda 1 sm, solda isə 8,5 bölgü olarsa, deməli, xəritə üzə-
rində bu rəqəm 1 km 850 m ola bilər). İşin yekununda xətti miqyasa aid bir neçə 
tapşırıq vermək olar.  
Yeni materialın izahı aşağıdakı sxemin çəkilməsi ilə paralel aparıla bilər.  
Dərsin izahatı zamanı bu ünvandakı videodərsdən istifadə etmək olar: 
http://interneturok.ru/ru/school/geografy/6-klass/plan-i-karta/masshtab-plana 
 Öyrəndiklərinizi tətbiq edin. Xəritə üzərində A və B məntəqələri arasındakı 
məsafə xətkeşlə  ölçülür. Həqiqi məsafə – 4000 km ölçülmüş məsafəyə bölünərək 
miqyas tapılır. Məsələn, əgər xəritə üzərində A və B məntəqələri arasındakı məsafə 
4 sm olarsa,    
M = H(m):X(sm), yəni  4000 km:4 sm = 1000  
 izahlı miqyas 1 sm-də 1000 km  
 
ədədi miqyas 1:100 000 000  
                      xətti miqyas 
 
Nə öyrəndiniz.  
Miqyas coğrafi obyektlərin kiçilmə dərəcəsini göstərən kəsrdir. Surəti vahid, məx-
rəci isə kiçilməsini göstərən yuvarlaq kəsr  ədədi miqyas adlanır.  İzahlı miqyas 
ədədi miqyası izah edir. Ədədi və izahlı miqyasın qrafik ifadəsinə  xətti miqyas 
deyilir. Həqiqi məsafə yer üzərində istənilən məntəqələr arasında olan məsafədir.       
 Öyrəndiklərinizi yoxlayın.  
Ədədi miqyas 
İzahlı miqyas  Xətti miqyas 
1:25000000 1sm=250km 
 
1:40 000 
1sm - 400m 
   
1:100000 1sm 
-1km 
 
 
Qiymətləndirmə meyarı: izahetmə, təyinetmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Ədədli, izahlı xətti 
miqyası  fərqləndir-
məkdə kobud səhv-
lərə yol verir.   
Ədədli, izahlı xətti 
miqyası  fərqləndir-
məkdə çətinlik çə-
kir.   
Ədədli, izahlı xətti 
miqyası  fərqləndir-
məkdə müəllimin 
köməyindən istifa-
də edir.   
Ədədli, izahlı xətti 
miqyası  müstəqil 
şəkildə fərqləndirir.   
 Xəritələrin miqya-
sını təyin edərkən 
səhv edir. 
Xəritələrin miqya-
sını təyin edərkən 
çətinlik çəkir. 
Xəritələrin miqya-
sını təyin edərkən 
qüsurlara yol verir. 
Xəritələrin miqya-
sını müstəqil təyin 
edir.   
 
   1  

  1 
  2 
   3 
  4 
5 km 
   400  

  400 
  800 
 1200 
  1600 
2000 m 
   250  

 250 
  500 
 750 
  1000 
1250 km 
1000 0 1000
2000
3000
4000
5000 
Çap üçün deyil


 
39
Dərs 9 / Mövzu:
 RELYEFİN TƏSVİRİ 
 
 
 
Mətndə məqsəd nisbi hündürlük, mütləq hündürlük, horizontal, berqştrix və kəsmə 
yüksəklik anlayışlarının izahı  şagird-
lərdə Yer səthindəki nahamarlıqları 
müstəvi üzərində  təsvir etmək baca-
rıqlarını formalaşdırır.  
Şagirdlərdə idraki fəallıq yaratmaq 
üçün dərslikdə verilmiş  şəkillər üzrə 
müzakirə təşkil etmək olar.  
 “Fəaliyyət” blokunda verilmiş 
fotoşəkillərə uyğun gələn əyri xətləri müəyyənləşdirməklə şagirdlər relyefin müx-
təlifliyinin onun müstəvi üzərində  təsvirinin də müxtəlif olması nəticəsinə gəlirlər.  
 
“Horizontal” anlayışı izah edilməzdən  əvvəl  şagirdlərə “nisbi” və “mütləq” 
hündürlük anlayışlarını izah etmək məqsədəuyğundur. Bunun üçün mətndə verilən 
şəkil üzərində  təhlil aparmaq faydalı olardı. Bu anlayışları praktik tapşırıq vasi-
təsilə möhkəmləndirmək olar. Məsələn, lövhədə belə bir sxem çəkib, aşağıdakı 
tapşırıqları vermək
 olar. 
– Təpənin mütləq hündürlüyünü təyin edin. (159 m)   
– Təpənin qərb yamacının nisbi hündürlüyünü təyin edin.  (159 – 129 = 30м)  
– Təpənin şərq yamacının nisbi hündürlüyünü tapın. (159 – 139 = 20 м)  
Mütləq hündürlük – dəniz səviyyəsinə görə ölçülür.  
Nisbi hündürlük – ətək və yamac arasında qalan hündürlük fərqidir.  
Şagirdlərin “horizontal” və “kəsmə hündürlük” anlayışlarını başa düşməsi üçün 
əyani nümunələr  misal gətirmək məqsədəuyğundur. Məsələn: 
“Təsəvvür edin ki, ekskursiyaya getmisiniz. Təpənin yanında 4 qrupa bölünməklə, 
siz yamacın (şimal, cənub, şərq və  qərb) hündürlüyünü ölçmək tapşırığı alırsınız. 
ALT 
STANDARTLAR
1.3.1. Kartoqrafik elementləri fərqləndirir.
1.3.2. Kartoqrafik elementlərə  əsasən sadə hesablamalar 
aparır. 
 
 
TƏLİM 
NƏTİCƏLƏRİ
 
Yer səthinin nahamarlıqlarının  müstəvi üzərində 
təsvirini izah edir. 
Horizontallarının qiymətinə əsasən hesablamalar aparır. 
 



 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə