Microsoft Word Geo 7 mv-az-capa doc


COĞRAFİYA DƏRSLƏRİNDƏ MÜASİR TƏLİM



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
14
7. COĞRAFİYA DƏRSLƏRİNDƏ MÜASİR TƏLİM 
TEXNOLOGİYALARI  
  
Mətnlərlə işin təşkili 
Mətn tədris prosesində əsas təlim materialıdır. Ona görə də mətnlə işin düzgün təş-
kili mühüm əhəmiyyət kəsb edir. İnformasiyanın tam mənimsənilməsi üçün şagird-
lər oxuduqlarını başa düşməlidirlər. Mətnlə  iş üsullarının öyrənilməsi  şagirdlərə 
mətnlə müstəqil işləmək bacarıq və vərdişlərinə yiyələnməyə imkan verir. Bununla 
yanaşı, verilən metodlar şagirdlərdə çox vacib vərdişlərdən biri olan ünsiyyət 
vərdişlərini formalaşdırır. 6-cı sinif coğrafiya müəllimləri üçün metodik vəsaitdə 
Klaster,  İQS, Ziqzaq və  BİBÖ üsulları  ətraflı  şərh edilmişdir. Mətnlə  işin digər 
üsullarını təklif etmək olar: 
Ardıcıl suallar üsulu. Şagirdlərə  mətni birgə diqqətlə oxumağa, onu düşünməyə 
köməklik edir. Şagirdlər növbə ilə lazım olan mətni hissə-hissə ucadan oxuyurlar. 
Bir abzas oxuduqdan sonra ikinci şagird oxunan hissədən sual verir, birinci şagird 
onun sualını cavablandırır. Sonra onlar rollarını dəyişirlər. Sual verən şagird oxu-
mağa davam edir, ikinci isə oxunan abzasdan ona sual verir. 
Mətndə əsas sözlərin araşdırılması üsulu. Əsas sözlər və söz birləşmələri təlim 
materialını yadda saxlamağa kömək edir. Bu dəstək sözlərin köməyi ilə  mətnin 
əsas məzmununu asanlıqla bərpa etmək olar. Şagirdlər mətndə  əsas sözləri seçib 
onları vərəqə (dəftərə) köçürürlər. Adətən, əsas anlayışlar dərslikdə qalın şriftlə ve-
rilir. Açar sözlər məlumatın sonradan açılması üçün seçilir. Seçilmiş dəstək sözlərə 
əsaslanaraq şagirdlərə mətnin hissəsini danışmaq təklif oluna bilər. Mətn üzrə əsas 
sözlər şifahi cavabın əsası ola bilər.  
Açar sözlər  əsasında dərsliyin mətninə suallar tərtib edilməsi. Bu metod şa-
girdlərdə suallar quraşdırmaq vərdişlərini inkişaf etdirir. Şagirdlər növbə ilə mətni 
abzasla oxuyurlar, birlikdə bu abzasdan açar sözləri seçir və onu dəftərə yazırlar. 
Termin sözlərdən suallar tərtib edirlər. Onları çox da böyük olmayan vərəqlərə ya-
zırlar.  Şagirdlərdən biri bu sualı oxuyur, ikincisi ona cavab verir. Əgər cavab 
düzgün kimi qəbul edilirsə, vərəqin arxa tərəfinə yazılır. Bu kart-cavabı  şagirdlər 
sonradan mövzu üzrə öz biliklərini yoxlamaq üçün istifadə edə bilərlər. 
Planın və köməkçi sxemlərin tərtib edilməsi.  Plan və sxemlər  əsas olanı  əsas 
olmayandan ayırmağa, mətnin əsas məzmununu müəyyən etməyə, hissələrin qarşı-
lıqlı  əlaqələrini araşdırmağa kömək edir. Bunlar hamısı materialın sistemləşdiril-
məsinə gətirib çıxarır. 
Plan – mətnin struktur-məzmun təşkilini (mikromövzuların ardıcıllığını, onların 
qarşılıqlı əlaqələrini) əks etdirən xüsusi bir sxemdir. 
Birlikdə oxuyaq. Metodik üsul bu və ya digər informasiyanın sadəcə  təkrarlan-
masını deyil, təlimi başa düşmə  səviyyəsinə yönəltməyə imkan verir. Metodun 
istifadə edilməsi şagirdlərin müxtəlif növ fəaliyyətlərinin təşkilinə imkan verir: biri 
mətni oxuyur və oxuduqlarını izah edir, digəri isə  mətnə aid sual hazırlayır. Bu 
zaman tapşırıqdan asılı olmayaraq bütün şagirdlər mətni dərindən düşünməli, onu 
qruplaşdırmalı, suallar verməli və onlara cavab verməlidirlər.  
Çap üçün deyil


 
15
Mətnə  əsasən cədvəlin doldurulması.  Cədvəllər mətnin  əsas ideyasını  aşkar 
etməyə imkan verir. Məsələn: “Azərbaycanın iqlimi” dərsi. 
Mövsüm xüsusiyyətləri 
İqlim tipi 
Yayıldığı ərazi Yağıntıların 
miqdarı 
yay qış 
 
 
 
 
 
 
KEYS metodu (tematik tədqiqat) 
Keys (ingiliscə “case” – hadisə, vəziyyət) hər hansı bir praktik problemin həlli yol-
larının kollektiv və ya fərdi axtarışını tələb edən təlim materialıdır. Onun fərqlən-
dirici xüsusiyyəti real həyatdan götürülən faktlar əsasında problemli  situasiyanın 
təsvir edilməsidir. 
Keys olaraq elmi, publisistik, bədii, yaxud tədris materialları götürülə bilər. Keysə 
verilən tələblər:  
1. Müzakirəsi mümkün olan və birmənalı  həlli olan aktual problemlərin qo-
yuluşu. 
2. Mətnin dərsin mövzusuna və məqsədinə uyğunluğu.  
3. Tədqiq olunan problemin təhlilinin aparılması və həlli yollarının axtarışı üçün 
kifayət qədər informasiyanın olması. 
4. Problemin müəllif qiymətləndirməsinin olması. 
Müzakirənin nəticələrinin surətlə qeydə alınması üçün qrupa təlimat və şablonun 
paylanması məqsədəmüvafiqdir. 
Keyslə iş mərhələləri.  
1. Mətni oxuyun. 
2. Mətndə hansı problemdən bəhs edildiyini müəyyənləşdirir.  
3. Problemin (yaxud problemlərin) nədə təzahür etdiyini dəqiqləşdirin.  
4. Problemin həlli yollarını müzakirə edin (“Əqli hücum”). 
5. Qrupun qərarını təqdimetməyə hazırlayın. 
6. İşin yekununu təqdim edin. 
 
Təlim layihələri  
Təlim layihəsi  şagirdlərin birgə yerinə yetirdiyi öyrədici və yaradıcı  fəaliyyətdir. 
Layihələr  şagird tərəfindən sərbəst, yaxud müəllimin nəzarəti ilə yerinə yetirilir. 
Layihə  şagirdlərin təlim fəaliyyətini praktik məsələlərin həllinə  tətbiq etməyə 
imkan verir, onlarda əməkdaşlıq və birgə  fəaliyyət bacarıqlarını formalaşdırır, tə-
lim prosesini şagird üçün fəal və mənalı edir. Təlim layihələrinin müxtəlif növləri 
vardır. Dominant fəaliyyət növünə görə layihələr  məlumatlandırıcı, yaxud təd-
qiqedici olur.  
Davamlılığına görə  qısamüddətli (bir və ya iki dərs) və uzunmüddətli  (bir ay və 
daha çox) olur.  
İştirakçıların sayına görə layihələr fərdi, qrup, kollektiv və ya qarışıq (işin müxtəlif 
mərhələlərində həm qrup, həm də fərdi iş planlaşdırılır) ola bilər.  
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə