Microsoft Word Geo 7 mv-az-capa doc


COĞRAFİYA FƏNN KURİKULUMU HAQQINDA



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix23.01.2018
ölçüsü3,69 Kb.
#22032
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

 
7
 
   
3. COĞRAFİYA FƏNN KURİKULUMU HAQQINDA
 
 
Coğrafiya fənni üzrə  təhsil proqramı (kurikulum) nəticəyönümlü,  şagirdlərin 
meyl, maraq və qabiliyyətlərinə  əsaslanan, onların potensial imkanlarını  nəzərə 
alan, fənnin xarakterik xüsusiyyətlərini, məqsəd və vəzifələrini, fənnin məzmunu-
nu, təlim strategiyalarını və şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks 
etdirən konseptual bir sənəddir. 
Coğrafiya fənni üzrə  təhsil  proqramının (kurikulumun) yeni təlim nəticələri 
yerdə baş verən təbii hadisə  və proseslərin yaranma səbəblərini, inkişaf xüsusiy-
yətlərini, onların ərazi üzrə paylanma qanunauyğunluqlarını, Yer kürəsi əhalisinin 
və ölkələrin sosial-iqtisadi inkişafını və qlobal problemlərə dair şagirdlərdə bilik və 
bacarıqlar formalaşdırır.  
Coğrafiya fənni üzrə  təhsil proqramı (kurikulumu) yeni məzmunla fərqlənir. 
Fiziki və iqtisadi coğrafiyanın inteqrasiyasına yönəlmiş məzmun, şagirdlərdə dün-
yada baş verən təbii, ictimai-siyasi proses və hadisələri dərk etməyə, təbiət-cəmiy-
yət  əlaqələrinə, insanların müxtəlif xarakterli və miqyaslı  fəaliyyətlərinin coğrafi 
mühitin məskunlaşma və təsərrüfat fəaliyyəti üçün əlverişlilik səviyyəsinin qiymət-
ləndirilməsinə və məntiqi mülahizələr irəli sürməyə imkan verir.  
Coğrafiya fənni üzrə təhsil  proqramının (kurikulumun) ən üstün cəhətlərindən 
biri də Azərbaycan Respublikasının iqtisadi və fiziki coğrafiyasının bütün sinif-
lərdə sadədən mürəkkəbə, məntiqi ardıcıllıqla öyrənilməsidir.  
Coğrafiya təliminin məqsəd və vəzifələrinə uyğun olaraq, kurikulumda təhsilin 
bütün pillələri üzrə 3 məzmun xətti müəyyən edilmişdir: coğrafi məkan, təbiət və 
cəmiyyət. Müəyyən olunmuş  məzmun xətlərinin köməyi ilə  şagirdlərin  şüurunda 
əhatə olunduqları təbiətin vahid, bütöv və bölünməz obrazı yaradılır. Şagird əvvəl-
cə yaşadığı Yer kürəsini bir planet kimi öyrənir, onun Günəş və öz oxu ətrafında 
hərəkətinin coğrafi nəticələrini araşdırır. Sonra Yer kürəsinin quruluşu, relyefi, 
coğrafi təbəqəsi, təbiəti, iqtisadiyyatı, əhalisi, sərhədləri haqqında müəyyən biliklər 
alır və bu bilikləri kontur xəritə, atlas, qlobus və digər məzmunlu xəritələr üzərində 
tətbiq edir, diaqramlar qurur, statistik göstəricilərdən istifadə edir, cədvəllər çəkir.  
Coğrafiya fənni üzrə  təhsil proqramında (kurikulumda) şagirdlərdə  xəritəni 
oxumaq bacarığının müəyyən sistemlə qazanılması üçün də  nəticələr işlənmişdir. 
Eyni zamanda, şagirdlərdə ətraf mühitə həssas münasibət, vətənpərvərlik, diyarşü-
naslıq hisslərini formalaşdırmaqla yanaşı, vətənimiz Azərbaycanın təbiəti,  əhalisi 
və təsərrüfatı haqqında elə biliklər sistemi verməkdir ki, onlar gələcəkdə bu bilik-
ləri bacarıqlara çevirib praktikada tətbiq edə bilsinlər. 
 
VII  sinif üzrə məzmun standartları 
 
VII sinfin sonunda şagird: 
  dünyada baş verən yeni kəşflərə dair məlumatlar toplayır, onun coğrafiya el-
minin inkişafındakı rolunu təhlil edir; 
  kartoqrafik təsvirlər üzərində müxtəlif hesablama işləri aparır, məlumatlar 
toplayır, onları praktik tətbiq edir; 
  səma cisimlərinin qarşılıqlı təsirini və coğrafi nəticələrini əlaqələndirir; 
Çap üçün deyil


 
8
  coğrafi təbəqədə baş verən hadisə və prosesləri əlaqələndirir; 
  dünya əhalisinin paylanmasını və ölkələri müxtəlifliyinə görə qruplaşdırır; 
  dünya təsərrüfatının müasir modelini ölkələr üzrə fərqləndirir. 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
1. Coğrafi məkan 
Şagird: 
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və 
bacarıqlar nümayiş etdirir.  
1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir. 
1.2. Yerin Günəş sistemində mövqeyi və  hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş 
etdirir. 
1.2.1. Səma cisimlərinin bir-birinə təsirini və onun coğrafi nəticələrini əlaqələndirir. 
1.2.2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır. 
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir. 
1.3.1. Kartoqrafik elementləri fərqləndirir. 
1.3.2. Kartoqrafik elementlərə əsasən sadə hesablamalar aparır. 
 
2. Təbiət 
Şagird: 
2.1. Coğrafi təbəqədə baş verən hadisə  və proseslərin ekocoğrafi nəticələrini mənim-
sədiyini nümayiş etdirir. 
2.1.1. Yer səthində relyefin müxtəlifliyinin yaranma səbəblərini şərh edir.  
2.1.2. Fiziki xəritələri təhlil edir. 
2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir. 
2.1.4. Hava elementlərinə dair sadə hesablamalar aparır. 
2.1.5. Dünya okeanı və quru sularının fiziki-coğrafi xüsusiyyətlərini şərh edir. 
2.1.6. Kontur xəritədə dünya okeanının hissələrini qeyd edir. 
2.1.7. Biosferin daxili komponentlərinin qarşılıqlı əlaqəsini izah edir. 
2.1.8. Torpaq tiplərini kontur xəritədə qeyd edir. 
 
3. Cəmiyyət 
Şagird: 
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir. 
3.1.1. Əhalinin regionlar üzrə paylanmasını şərh edir. 
3.1.2. Kontur xəritədə əhalinin sıx məskunlaşdığı əraziləri qeyd edir. 
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir. 
3.2.1. Ölkələri tipoloji xüsusiyyətlərinə görə təhlil edir. 
3.2.2. Xəritə üzərində ölkələri tipoloji xüsusiyyətlərinə görə qruplaşdırır. 
3.2.3. Dünya təsərrüfatının quruluşuna təsir edən təbii və iqtisadi amilləri şərh edir. 
3.2.4. Dünya təsərrüfatının müasir modelinin sxemini tərtib edir. 
3.2.5. Təbiətdən istifadə zamanı ekoloji gərginlik zonalarının nomenklaturasını (siyahısını) 
tərtib edir. 
 
 
Çap üçün deyil


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə