Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə70/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

218 


na qədərki dövrü (1682-1880) rus tarixinin geosiyasi dövrləş-

məsinin növbəti mərhələsi kimi dəyərləndirirlər. Həmin dövrdə 

Rusiya  əhalisinin sayı,  ərazisinin ölçüləri və digər strateji 

meyarlarına görə Avropanın güclü imperiyalarından biri olur.  

XVlll əsrin başlanğıcında, dünya müstəmləkəçilik hərəka-

tının vüsət aldığı bir dövrdə Rusiyanın genişlənməsi və aparıcı 

Avropa dövlətlərindən biri kimi çıxış etməsi Avropanın geo-

siyasi vəziyyətini tamamilə dəyişdi. Çünki Rusiya nəinki təkcə 

öz sərhədlərini Avrasiyanın Şimal və Cənub istiqamətində xey-

li genişləndirdi, Orta Asiya və Qafqazı işğal etdi, həm də İngil-

tərənin müstəmləkəsi olan Hindistanı  ələ keçirmək niyyətinə 

düşdü, Cənubi Asiyaya doğru hərəkətə başladı. Sözsüz ki, Rus 

imperatoru l Pavelin Hindistanı işğal etmək arzusunun həyata 

keçməsi qeyri-mümkün idi və daha çox avantürist xarakter da-

şıyırdı. Lakin bu cür niyyətlər Avropanın böyük imperiyalarına 

gələcək rus təhlükələri haqqında ciddi siqnal verirdi.  

Ruslar Avrasiyanın cənub hissələrini- Xəzər bölgəsini ilk 

dəfə 1722-1723-cü illərdə  ələ keçirməyə başlayırlar. Xəzər 

bölgəsinin xüsusi geosiyasi və  hərbi geostrateji əhəmiyyətini 

də onlar ilk dəfə  məhz bu bölgənin Dərbənd, Quba, Bakı  və 

Gilan kimi şəhərlərini, eyni zamanda Şirvanın bir hissəsini

Araz və Kür çayları arasındakı torpaqları, Terek çayının sahil-

lərini, ələ keçirəndən və Cənubi Qafqazın böyük bir hissəsinə 

sahib olandan sonra dərk edirlər. Həmin dövrdə İran və Türki-

yənin davamlı  hərbi həmlələrindən sonra rus ordusu 1724-cü 

ildə Kür-Araz çayları arasında dayandırılır və sülh danışıqla-

rına getməyə  məcbur edilirlər. 1724-cü ildə Osmanlı ilə bağ-

lanmış sülh müqaviləsinə müvafiq olaraq, Rusiyanın Qafqaz-

dakı yeni sərhədləri Kür-Araz sahilindən başlayıb Xəzərin 

cənub-qərb hissəsini əhatə edir. XIX əsrin 70-ci illərində ruslar 

ingilis müstəmləkəçiliyinin zəifləməsindən istifadə edib Xəzə-

rin Asiya hissəsinə, xüsusən Orta Asiyaya yürüşlərə başlayır 

və yerli xanlıqların daxili çəkişmələrindən yararlanaraq, qısa 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 219


müddətdə bu əraziləri işğal edirlər. O zaman İran əraziləri istis-

na olmaqla, demək olar ki, ruslar bütün Xəzərətrafı hövzəyə 

sahib olur və geosiyasi cəhətdən mühüm əhəmiyyət daşıyan bu 

məkanı  İranla öz aralarında bölüşərək, qapalı bir dairəyə 

çevirirlər. Ümumiyyətlə, XVIII-XIX əsrdə ruslar bütün Cənubi 

Qafqazı və Xəzərin cənub-qərb bölgələrini ələ keçirirlər.  

l Aleksandrın hakimiyyəti illərində (1801-1825) Rus im-

periyası öz gücünü və geosiyasi məqsədlərini daha açıq şəkildə 

nümayiş etdirməyə başlayır. Fransız qoşunlarının məğlub 

edilməsində  və 1815-ci il Vyana Konqresinin çağırılmasında 

həlledici rol oynamış Rusiya dünyanın böyük imperiya dövlət-

ləri ilə rəqabət aparmağa başlayır və öz geosiyasi ambisiyala-

rını, müstəmləkəçilik siyasətini getdikcə daha açıq formada 

reallaşdırmağa başlayır. Rusiyanın geosiyasi hədəfləri sırasın-

da Fars körfəzi ətrafını və İranın himayəsində olan əraziləri iş-

ğal etmək, Qara dəniz sahillərini, Aralıq dənizindəki  əhəmiy-

yətli boğazları ələ keçirmək və s. xüsusi yer tuturdu. Rusiya bu 

məqsədlərin bir qisminə  əsrin  əvvəlində  İranla apardığı iki 

müharibə nəticəsində nail olur, lakin 1854-cü ildə Avropa döv-

lətlərinin də Türkiyəyə yaxından köməyi ilə Krım müharibə-

sində ciddi məğlubiyyətə uğrayır.  

 Rusiyanın Krım müharibəsində Osmanlı imperiyasına 

qarşı müharibədə  (əslində Avropanın birləşmiş qüvvələrinə 

qarşı) biabırçı  məğlubiyyəti bu ölkənin geostrateqlərini uzun 

müddət rahat buraxmırdı. Xüsusən, türklərin Bizans imperiya-

sına məxsus pravoslav-xristian Avropasını, Balkan slavyanla-

rını, Cənub-Şərqi Avropanı öz hakimiyyəti altına alması bu 

torpaqları  ələ keçirmək niyyətində olan rusları ciddi narahat 

edir. Türklərin Qafqaz və Qara dəniz ətrafındakı müstəmləkə-

lərini, Avropa və Asiya arasındakı  dəniz boğazlarını, o cüm-

lədən Fars körfəzində  işğaldan kənarda qalan digər torpaqları 

ələ keçirmək onların geosiyasi və geostrateji hədəfləri sırasın-




 

ßËÈ ÙßÑßÍΠ

 

220 


da ən mühüm vəzifələr hesab olunurdu. XlX əsrin ortalarından 

etibarən rus qoşunları Sibir və Uzaq Şərqə, Qafqaz və Orta 

Asiyaya, o cümlədən Cənubi Qafqaza üz tuturlar və təxminən 

70 il müddətinə bu torpaqları tamamilə ələ keçirirlər.  

XX əsrin əvvəllərindən Rusiyada kapitalizmin inkişafı ilə 

dövlətin yeni-yeni ərazi, xammal və digər iqtisadi resurs tələ-

batlarının ortaya çıxması ilə Avrasiyada yeni geosiyasi reallıq-

lar meydana gəlməyə başlayır. Xüsusən, l Dünya müharibəsi 

ərəfəsində Rusiya sənayesi və iqtisadiyyatı üçün yaranan xam-

mal və ucuz işçi qüvvəsi ehtiyacları bu dövləti geosiyasi, geo-

iqtisadi və  hərbi-geostrateji cəhətdən daha ciddi regional və 

beynəlxalq fəaliyyətə sövq edir. Öz geosiyasi ambisiyalarının 

nəticəsi olaraq bu dövlət 1914-18-ci illərdə Antanta tərəfindən 

Birinci Dünya müharibəsinə qoşulur və onun əsas iştirakçıla-

rından birinə çevrilir. 20-dən artıq dünya dövlətini və planetin 

milyard yarım  əhalisini  əhatə edən bu müharibə Avropa və 

Avrasiyanın bütün əsas ölkələrini, geostrateji oyunçularını yeni 

hərbi-siyasi doktrinalar hazırlayıb həyata keçirməyə sövq edir.  

 Avrasiyanın əhəmiyyətli bölgələrindən hesab olunan Xə-

zər hövzəsinin ikinci dəfə Rusiya və dünya üçün xüsusi geosi-

yasi, geoiqtisadi və  hərbi-geostrateji məkana çevrilməsi də 

məhz kapitalizmin inkişafı dövrünə- XIX əsrin sonu XX əsrin 

əvvəllərinə təsadüf edir. Həmin dövr həm də Bakı neftinin kəşf 

olunması  və neft məhsullarının dünyada kapitalizmin inkişafı 

məqsədilə istifadəsinin genişlənməsı ilə xarakterizə olunur. O 

vaxtdan başlayaraq SSRİ-nin yaranmasına qədərki dövrdə Bakı 

və Xəzər hövzəsi özünün zəngin neft yataqları ilə məşhurlaşır 

və  həm Rusiya, həm də dünya geosiyasi güclərinin diqqət 

mərkəzinə çevrilir. Xüsusilə, I Dünya müharibəsi  ərəfəsində 

Xəzər hövzəsi, Bakı nefti və onun dünya bazarlarına daşınma-

sında istifadə olunan bölgənin Batumi kimi liman şəhərlərinə 

sahiblik uğrunda mübarizəsi transmilli bir məsələyə çevrilir. 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə