Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə66/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 205


miyyətlə bağlı orta əsrlərdən başlamış günümüzə qədər müxtə-

lif tədqiqatçılar və politoloqlar elmi-siyasi araşdırmalar apar-

mış, çoxsaylı kitablar yazmış  və geosiyasi xəritələr tərtib et-

mişlər. Bütün bu əsərlərdə, xüsusən də klassik və müasir Av-

ropa, İngilis-Amerikan geosiyasət məktəbinin əksər nümayən-

dələri, Rusiya, Türkiyə, İran, Çin və s. ölkələrin tədqiqatçıları 

Avrasiyanı planetin ən  əhəmiyyətli bölgəsi kimi qiymətləndi-

rirmiş, onu Kontinental dünyanın (Hartləndin) ən mühüm geo-

siyasi məkanı hesab etmiş və bu məkana sahiblənmənin müx-

təlif geosiyasi, geoiqtisadi və  hərbi-geostrateji yol xəritələrini 

təklif etmişlər. 

 

 



 

 

Bununla  əlaqədar anqlo-saks geosiyasi məktəbinin  əsas 



yaradıcılarından hesab olunan Helford Makinder hələ 1904-cü 

ildə Avrasiyanın geosiyasi və geostrateji əhəmiyyətini ciddi 

dəyərləndirmiş, onun dünyanın keçmiş, bugünkü və  gələcək 



 

ßËÈ ÙßÑßÍΠ

 

206 


taleyində oynadığı rol haqqında öz geosiyasi və  hərbi-geo-

strateji mülahizələrini yazmışdır.

89

  

Makinder  əsərlərindən birində



90

 Avrasiyanın “yer kürəsi-

nin sonrakı arxitekturasının qurulmasındakı” roluna xüsusi to-

xunmuş  və bu məkanı “gələcək imperiya və müstəmləkə mü-

haribələrinin əsas hədəfi” kimi xarakterizə etmişdir. Avrasiya-

nı yer kürəsinin orta məkanı - Hartlənd adlandıran müəllif ya-

zırdı ki, bura özünün unikal suvarma sistemləri, bərəkətli tor-

paqları, taxılı, pambığı, meyvə-tərəvəzi ilə yanaşı, həm də zən-

gin enerji resursları, neft, qaz və qiymətli metalları ilə bütün la-

zımi yaşam, inkişaf resurslarına malikdir. Bundan başqa, regio-

nun transmilli nəqliyyat-kommunikasiya imkanları, avtomobil 

və  dəmir yolları, neft və qaz kəmərləri həm qonşu ölkələrlə, 

həm də bütün dünya ilə iqtisadi-ticarət əlaqələri üçün əlverişli 

şərait yaradır. Onun fikrincə, dəniz və quru ölkələri arasındakı 

keçmiş, indiki və  gələcək geosiyasi mübarizələrdə  əsas hədəf 

“tarixin coğrafi oxu” hesab olunan Avrasiyaya (orta məkana ) 

sahiblik uğrunda aparılır. Alimin qənaətinə görə, Avrasiya gə-

ləcək müharibələrin də  həlledici amilidir və “Hartləndə sahib 

olan dövlət, yaxud dövlətlər birliyi bütün Avropaya, Avropaya 

sahib olanlar isə bütün dünyaya sahib olacaq.”

91

  

Avrasiyanın dünya siyasətində oynadığı müasir geosiyasi, 



hərbi-geostrateji və geoiqtisadi rolu ABŞ politoloqu Zbiqnev 

Bjezinski də çox yüksək dəyərləndirmişdir. Makinder kimi 

Bjezinski də hesab edir ki, qlobal dünyanın gələcək geostrateji, 

geoiqtisadi və transmilli siyasi maraqları Avrasiya məkanında 

həll olunacaqdır. Lakin Makinderdən fərqli olaraq, Bjezinski 

yeni minillikdə dünyanın taleyinin “Avrasiyanın orta zonası 

                                                 

89 


Макиндер Х.Дж. Географическая осъ истории // Геополитика. Антоло-

гия. М., 2006. c. 244-255. 

90 

Макиндер Х.Дж. Географическая осъ истории // Геополитика. Антоло-



гия. М., 2006. c. 244-255. 

91 


Yenə orada. 


 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 207


hesab olunan Şərqi Avropada” deyil, daha çox Xəzər-Qara 

dənizləri hövzəsi və Cənubi Qafqazda həll olunduğu qənaətinə 

gəlir. (Bax: Xəritə 7) 

 

  

 



 Müəllif ABŞ-ı  və  Qərb dünyasını öz əsas güclərini bu 

bölgəyə yönəltməyə, regionun yeni müstəqil ölkələrinə dəstək 

verməyə, onları Rusiyanın geosiyasi təsir dairəsindən azad 

edərək, qərbə inteqrasiya etdirməyə çağırır. Z. Bjezinskinin 

fikrincə, Qərb ilk növbədə bölgənin Azərbaycan, Ukrayna, 

Qazaxıstan, Gürcüstan, Özbəkistan kimi müstəqil siyasət yürü-

dən dövlətlərinin transmilli geosiyasi və geoiqtisadi layihələ-

rini dəstəkləməli və onların vasitəsilə özünün bu bölgədəki 

strateji mövqelərini gücləndirməlidir.

92

 



                                                 

92  


Bжезинский  З.K.  Выбор:  мировое  господство  или  глобалъное 

лидерство. M., 2004.s.136-137. 




 

ßËÈ ÙßÑßÍΠ

 

208 


Avrasiyanın, xüsusən də, Xəzər hövzəsinin geoiqtisadi xü-

susiyyətləri, onun zəngin enerji resurslarının dünya ölkələrinin 

maraqlarını cəlb etməsi, Avropa ilə enerji mübadiləsi sahəsin-

də region ölkələrinin reallaşdırmaq istədiyi transmilli layihələr 

və s. haqqında “Sivilizasiyaların toqquşması” əsərində S. Han-

tinqton da bəhs etmişdir.

93

 

ABŞ diplomatı, görkəmli ictimai-siyasi xadim Henri Kis-



sincer Avrasiyanın dünya geosiyasətindəki rolundan bəhs edər-

kən  əsas diqqətini Rusiyanın bu bölgədə yürütdüyü imperiya 

siyasəti və onun gələcək mümkün geostrateji nəticələrinə yö-

nəltmişdir. Kissincer rusların “yaxın xaric” hesab etdikləri Orta 

Asiya və  Cənubi Qafqazdakı geostrateji maraqlarının keçmiş 

SSRİ-nin digər ərazilərindəkilərdən daha vacib və strateji oldu-

ğunu qeyd etməklə yanaşı, onların bu maraqları qeyri-sivil va-

sitələrlə  və beynəlxalq hüquqa zidd yollarla təmin etməyə 

çalışdıqlarını bildirmişdir.

94

 



Avrasiyanın geosiyasi xarakteristikası, dünya ölkələrinin 

bölgədə  təmsil olunan və toqquşan maraqları, regional müna-

sibətlərin vəziyyəti və inkişaf meyilləri, Rusiyanın geosiyasi 

maraqları, onun bölgə ölkələri ilə münasibətlərinin xarakteri və 

s. haqqında məsələləri klassik rus geosiyasətçilərindən tutmuş, 

“köhnə” və “yeni Avrasiyaçılar” adlanan cərəyanların nüma-

yəndələri də daxil olmaqla əksər rus alimləri öz əsərlərində 

geniş  təhlil etmiş, çoxsaylı mülahizələr söyləmiş  və onlar 

“Rusiyanı bölgədə öz maraqlarını  fəal surətdə, müxtəlif 

yollarla və vasitələrlə təmin etməyə çağırmışlar.” 

95

 

                                                 



93 

Хантингтон С. Дж. Столкновение цивилизаций. М, 2005. s.591-628. 

94 

Киссинджер Г.А. Нужна ли Америке внешняя политика // Геополитика. 



Антология. М., 2006. s.562-568. 

95  


Bax:Нартов  Н.  А;  Нартов  Б.Н.  Геополитика.М.,2007;  Дугин  А.Г. 

Основы Геополитики. Геополитическое будущее России. М., 2000., yenə 

onun: Теория неоевразийства. М.,2002, və s.  



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə