Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə62/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 191


rasiya bölgəsində qazanacağı mövqedən, planetin əsas geosiya-

si aktorları ilə yarada biləcəyi münasibətlərdən asılı olacaqdır.  



 

Yeni geosiyasi reallıqlara və bundan irəli gələn qlobal 

çağırışlara operativ reaksiya verilməsi, strateji 

tərəfdaşlarla geosiyasi münasibətlərə xələl gətirmədən 

daha praqmatik xarici siyasətin yürüdülməsi 

 

Azərbaycan keçən illərdə öz strateji tərəfdaşları ilə nəhəng 



transmilli enerji və nəqliyyat layihələri reallaşdırmaqla Avrasi-

yanın geosiyasi xarakteristikasını ciddi şəkildə  dəyişmişdir. 

Yeni enerji-ixrac marşrutları  və yeni geoiqtisadi şərtlər çərçi-

vəsində Xəzər hövzəsinin və Orta Asiyanın zəngin karbohidro-

gen resurslarının dünya bazarlarına çıxarılması  təmin edilmiş 

və faktiki olaraq bölgənin ənənəvi enerji ixracının şaxələndiril-

məsinə (diversifikasiyasına) nail olunmuşdur. Azərbaycanın tə-

şəbbüsü və dünyanın ən aparıcı ölkə və şirkətlərinin iştirakı ilə 

yaradılan transmilli enerji konsorsiumu, yeni istehsal, ixrac 

marşrutları  və s. infrastrukturlar Cənubi Qafqaz və  Xəzər re-

gionunun inkişafına ciddi təsir göstərmiş, bölgəni Avropa və 

dünya ölkələrinin güclü maliyyə və qabaqcıl texnologiyalarının 

üzünə açmışdır. Prezident Heydər Əliyevin qətiyyəti və böyük 

səyləri, tərəqqipərvər dünyanın hərtərəfli dəstəyi nəticəsində o 

dövrdə bəzi ölkələrin və maraqlı qüvvələrin bu işə mane olmaq 

cəhdləri müvəffəqiyyətlə neytrallaşdırılmışdır. Artıq Avropa-

nın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli rol oynamağa 

başlayan Transqafqaz enerji ixracı  kəmərləri həm də  Mərkəzi 

Asiya və  Xəzər hövzəsi ölkələrinin geosiyasi və geoiqtisadi 

müstəqilliyinə ciddi təsir göstərmiş, onların Qərblə yaxınlaş-

ması yolunda əsas maneələri aradan qaldırmışdır.  




 

ßËÈ ÙßÑßÍΠ

 

192 


Bəzi region ölkələrindən fərqli olaraq, Azərbaycan bəhs 

olunan  şəraitdən ciddi şəkildə  bəhrələnmiş, regionla əlaqəyə 

can atan bütün transmilli şirkətlərlə, xarici dövlətlərlə, güc 

mərkəzləri ilə yaxından əməkdaşlıq etməyə, ABŞ, Avropa İtti-

faqı ölkələri, Türkiyə, Rusiya, Gürcüstan kimi dövlətlərlə stra-

teji əlaqələr qurmağa, bu əməkdaşlıqdan milli maraqlar naminə 

yararlanmağa müvəffəq olmuş və eyni zamanda öz müstəqil si-

yasətini də qoruyub saxlaya bilmişdir. Ekspertlər hesab edirlər 

ki, Azərbaycan bütün fəaliyyəti və geosiyasi addımları ilə 

Xəzər hövzəsi və  Cənubi Qafqazda sabitləşdirici rol oynamış 

bir ölkədir.  

Son bir neçə ilə nəzər saldıqda, Avrasiyanın bəzi bölgələ-

rində, Xüsusən Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya və Cənu-

bi Qafqazda yeni geosiyasi reallıq formalaşmaqdadır. Bu 

reallığın bəzi əlamətləri açıq, bəziləri isə dolayısı ilə Azərbay-

canın da geosiyasi maraqlarına toxunur və onu çevik, operativ, 

adekvat fəaliyyətə sövq edir.  

Avrasiyanın yeni geosiyasi reallığının ilk gözə çarpan gö-

rüntüləri aşağıdakı kimi görünür: Birincisi, ABŞ-ın keçmiş 

prezidentləri B.Klinton və C. Buşun dövründə Avrasiyada- bir 

tərəfdən ABŞ, Avropa Birliyi və onların Avrasiya tərəfdaşları 

(Türkiyə, Ukrayna, Azərbaycan, Gürcüstan və b.), digər tərəf-

dənsə Rusiya və geosiyasi maraqları onunla üst-üstə düşən İran 

kimi bəzi region ölkələri arasında güclü geosiyasi və geoiqtisa-

di rəqabət mövcud idi. Bu rəqabətdən qalib çıxan birinci tərəf 

bölgənin əksər transmilli proseslərini öz nəzarəti altında saxla-

yaraq, həm özünün, həm də  tərəfdaşlarının mövqelərini güc-

ləndirməyə çalışmış və buna əsasən nail olmuşdur. Hazırda isə 

ABŞ-ın Barak Obama administrasiyası özünün Avrasiya və 

Rusiya siyasətinə yenidən baxaraq, Vaşinqtonun regional ma-

raqları ilə bağlı  fərqli meyarlar və ölçülər ortaya qoymuşdur. 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 193


Vaşinqtonun regiona öz marağını azaltması müvafiq olaraq 

bölgədəki geosiyasi duruma, regionun böyük və kiçik ölkələri-

nin geosiyasi vəziyyətinə  və mövqelərinə  təsirsiz ötüşməmiş-

dir. İkincisi, ABŞ-ın yeni Avrasiya geosiyasəti həm də region-

dakı  əsas geosiyasi aktorlar arasındakı müttəfiqlik və  rəqiblik 

əlaqələrinin bir qədər  əvvəlki  ənənəvi nizamını pozmuşdur. 

Məsələn, hazırda bəzi sahələrdə ABŞ-la bir çox Orta Asiya öl-

kələri, Ukrayna, Azərbaycan və s. bölgə dövlətləri arasında bə-

zi anlaşılmaz münasibətlər ortaya çıxır.  Əvəzində bu ölkənin 

Rusiya ilə  əvvəlki “Avropanın strateji müdafiəsinə yönəlmiş 

hərbi-geostrateji problemləri” aradan qalxır. Yaxud, son za-

manlar Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı strateji 

əməkdaşlıq münasibətlərində- enerji dəhlizləri, satışı, ixrac 

marşrutları və tariflər, nəqliyyat-tranzit keçidləri, onların təhlü-

kəsizliyi və s. məsələlərdə bir çox əsassız iddialar ortaya çıxır. 

Bu ölkələrin bəzi geosiyasi, geoiqtisadi və  hərbi-geostrateji 

dairələri qarşılıqlı maraqları  nəzərə almadan müəyyən nizam-

sız və plansız meyillər sərgiləyir. Eyni zamanda, əvvəllər bir-

birinə enerji sahəsində rəqib kimi yanaşan Rusiya və Azərbay-

can arasında elektrik enerjisi mübadiləsi, maye qazın nəqli və 

s. sahələrdə  əməkdaşlıq haqqında saziş imzalanır.  Üçüncüsü, 

son zamanlar Rusiyanın bütövlükdə Avrasiya regionu ölkələ-

rinə, xüsusən də Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaza 

geosiyasi və geoiqtisadi təzyiqlərinin güclənməsi və Moskva-

nın bölgədəki proseslərdə aktivliyinin artması fonunda, ABŞ 

və Avropa birliyinin həmin mövqelərdən geri çəkilməsi müşa-

hidə olunur. Bunu son illərdə Ukraynada, Şərqi Avropada, 

Gürcüstanda, Türkiyədə  və b. ölkələrdə yaşanan proseslərdə 

bəhs olunan aktorların öz əvvəlki prinsipial mövqelərindən 

asanlıqla imtina etmələri də sübut edir. Mütəxəssislərin bu və-

ziyyətlə bağlı gəldiyi ilk qənaət ABŞ-ın nəyinsə xətrinə (məsə-



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə