Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə58/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 179


iqtisadi  əlaqələri möhkəmlətməyin  əsas  şərti kimi məhz “mü-

naqişələrin sülh yolu ilə nizamlamasını  və regionda sabitliyin 

qorunmasını” göstərirlər.  

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına münasibət 

bildirən bütün nüfuzlu qurumlar və ekspertlər bu problemi 

“regionda sülh və sabitliyi ən çox təhdid edən real bir təhlükə” 

kimi xarakterizə etmişlər və etməkdədirlər.  İstər Birləşmiş 

Millətlər Təşkilatı Baş Assambleyasının sessiyasındakı  çıxışı 

zamanı, istərsə  də sonrakı  çıxışlarında Azərbaycan prezidenti 

İlham Əliyev işğal altında olan Azərbaycan ərazilərinin rəsmi 

Bakının və beynəlxalq aləmin nəzarətindən çıxdığını, “nəzarət-

siz və təhlükəli zonaya” çevrildiyini bəyan etmişdir. Bu isə hə-

min ərazidə beynəlxalq terrorizm, nəzarətsiz silah və narkotik 

qaçaqmalçılığı üçün əlverişli şərait yaradır. 

Rəsmi Bakının hazırda xarici siyasətinin əsas istiqamətlə-

rindən birini məhz dünya birliyinin bu problemə beynəlxalq 

hüquqa uyğun, konstruktiv və prinsipial yanaşmasını  təmin 

etmək və onun köməkliyi ilə Azərbaycanın ərazi bütövlüyünün 

bərpasına nail olmaq təşkil edir. Keçən müddətdə bu istiqamət-

də həyata keçirilən fəaliyyət nəticəsində Azərbaycan hökuməti 

bəhs olunan münaqişənin mahiyyətini açmış  və dünya içti-

maiyyətinə çatdırmış, ermənilərin ölkəmizə qarşı həyata keçir-

dikləri işğalçılıq faktını BMT TŞ-nin dörd qətnaməsində

ATƏT, Avropa İttifaqı, Avropa Şurası, NATO, İKT və s. qu-

rumların sənədlərində  əks etdirmişdir. Lakin, Dağlıq Qarabağ 

münaqişəsinin 20 ildən çoxdur ki, həllini tapa bilməməsində 

dünyanın aparıcı dövlətlərinin və onların təmsil olunduğu qu-

rumların ikili standartlar çərçivəsindəki yanaşmasının, yalnız 

deklarativ bəyanatlar verməklə kifayətlənməsinin, məsələyə 

seyrçi münasibət göstərməsinin xüsusi təsiri olmuşdur. Qeyd 

edək ki, məsələn Avropa Birliyi ölkələrinin Ermənistan-Azər-

baycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan ya-




 

ßËÈ ÙßÑßÍΠ

 

180 


naşması Avropa ictimai rəyinin özündə də birmənalı qarşılan-

mır. “Bir çox Avropa siyasətçiləri  əksər adi vətəndaşlar kimi 

Cənubi Qafqazda yerli münaqişələrin Avropa İttifaqına yarat-

dığı  təhlükələri hələ  də lazımınca dəyərləndirmir. Siyasətçilər 

və kütləvi informasiya vasitələrinin diqqəti nədənsə daha çox 

Avropa  İttifaqının qonşuluğunda yerləşən Cənubi Qafqazdakı 

münaqişələrə deyil, əsasən Əfqanıstan, İran, İraq, Şimali Kore-

ya və hətta Venesuela kimi ölkələrdə yönəlib. Avropanın enerji 

təhlükəsizliyi üçün Cənubi Qafqazdakı yerli münaqişələrdən 

irəli gələn təhdidlər isə ya gec anlaşılır, ya da bütövlükdə an-

laşılmır”- deyə, Avropalı  tədqiqatçı qeyd edir. Onun fikrinə 

görə “Azərbaycan münaqişənin beynəlxalq hüquqi normalar və 

prinsiplər çərçivəsində həllinə tərəfdardır. Lakin Ermənistanın 

qeyri-konstruktiv mövqe tutması münaqişənin həllinə imkan 

vermir... Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz 

azad olunmasını nəzərdə tutan BMT-nin 822, 853, 874 və 884 

saylı qətnamələrinin tələblərini yerinə yetirmir. Odur ki, Azər-

baycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını 

hərbi yolla azad etmək variantı qaçılmaz hala gəlir”.

83

 



 Mütəxəssislərin fikrinə görə, 1998-ci ildən başlayaraq 

ildən-ilə öz iqtisadi və  hərbi potensialını gücləndirən, bütün 

dünyada nüfuzu artan və etibarlı  tərəfdaş kimi qəbul edilən 

Azərbaycanın fəal xarici siyasəti, diplomatik uğurları danışıq-

lar prosesinin dinamikləşməsinə, konstruktivlik potensialının 

artmasına səbəb olmuş, Ermənistanı real seçim qarşısında qoy-

muşdur. 2010-cu ilin yanvarında “Euronews” televiziya kanalı-

na müsahibəsində Prezident İlham  Əliyev də “ son illərdə 

Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının güclənmə-

                                                 

83  Yohannes Rau. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına 

dair Avropanın mövqeyi // “Azerbaijan Focus” jurnalı, yanvar-mart 2010, s. 

112-117. 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 181


sinin Ermənistanla danışıqlar prosesində vacib rollardan birini 

oynadığını, sülh prosesinə müəyyən müsbət dinamika gətir-

diyini qeyd etmişdir.”

84

 



Bəzi tədqiqatçılar  hesab edir ki, Azərbaycanın siyasi və 

hərbi mövqelərinin, iqtisadi potensialının bundan sonra da güc-

lənəcəyi, Ermənistanda isə sosial-iqtisadi böhranın daha da 

dərinləşəcəyi davam etsə, onun gələcəkdə “Dağlıq Qarabağ 

məsələsində ciddi güzəştlərə getməsi qaçılmaz olacaqdır. Bu 

fikir son illərdə Ermənistanın xarici diaspora qurumlarında və 

ölkə daxilində  də açıq etiraf olunur. Məsələn, Erməni Milli 

Konqresinin nümayəndəsi, politoloq Levon Zurabyanın fikrin-

cə, Ermənistan hakimiyyətinin gələcəkdə güzəştə getməsinin 

əsl səbəbi “məhz hərbi-siyasi balansın Azərbaycanın xeyrinə 

dəyişməsi” ola bilər. O etiraf edir ki, bugünkü Azərbaycan 

özünün hərbi, iqtisadi və digər resursları ilə Ermənistandan 

dəfələrlə güclüdür.

85

  



Lakin dünyanın  əksər konfliktoloqları bu münaqişənin 

həllini yalnız sülh yolu ilə, ədalətli, beynəlxalq hüquq norma-

ları əsasında mümkün sayır və belə olacağı təqdirdə Azərbay-

canın real geosiyasi imkanlarının daha da artacağını, onun öz 

regional lider statusunu bir qədər də möhkəmləndirəcəyini 

proqnozlaşdırırlar. Yenidən müharibəyə cəlb olunması hazırki 

dövrdə  əsasən, dinamik inkişaf edən və getdikcə dünyada öz 

nüfuzunu artıran, beynəlxalq mövqelərini gücləndirən tərəfin- 

Azərbaycanın ziyanına, Ermənistanınsa xeyirinə  işləyəcək. 

Çünki, bu müharibə getdikcə Azərbaycanın ədalətli sülh təklif-

ləri ilə razılaşmaqdan başqa çıxış yolu və bəhanələri qalmayan, 

arqumentləri tükənən Ermənistana, onun beynəlxalq havadar-

larına, regionun və dünyanın anti-azərbaycan qüvvələrinə 

Azərbaycanı “millitarist və müharibə tərəfdarı olan ölkə kimi” 

                                                 

84

 Bax: “Azərbaycan” qəzeti, 19 yanvar 2010.-N39. 



85

 Bax: Azət Tac. Bülleten, 03 fevral 2010.  




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə