Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə54/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 167


miyyət strukturlarını çox ciddi demoqrafik problemlərlə üz-üzə 

qoymuşdur. Ermənistan Dövlət Statistika xidməti öz açıqlama-

sında etiraf etmişdir ki, hər il orta hesabla 50-70 min vətəndaş 

xarici dövlətlərə miqrasiya edir. Ermənistanda əhalinin sayının 

"sabit" saxlanılması üçün ikili vətəndaşlıq tətbiq edilmiş  və 

əhalinin sayını süni şəkildə 3 milyona qaldırılmışdır. Halbuki 

BMT-nin Ermənistan nümayəndəliyi, Rusiyanın müxtəlif rəs-

mi və qeyri rəsmi qurumları və Çexiyanın beynəlxalq “People 

in Need” təşkilatının 2009-cu ildə keçirdiyi müxtəlif araşdır-

maların və sorğunun nəticələrinə  əsasən, bu ölkədə hazırda 

cəmi 1,5 milyon əhali yaşayır və  gənclərin 70% Ermənistanı 

tərk edərək xaricdə məskunlaşmaq arzusundadır.

77

 

2009-cu ildə iqtisadi böhran Ermənistanda durumu daha 



da ağırlaşdırmış, ölkə iqtisadiyyatı 14,4% geriləmiş,  əhalinin 

yaşayış  səviyyəsi 30% aşağı düşmüş, işsizlərin sayı daha 82 

min 900 nəfər artmışdır. 

78

 



Ermənistanın Cənubi Qafqazdakı iri enerji layihələrindən 

kənarda qalması isə onun regionda sülhün və  təhlükəsizliyin 

təmin olunmasına maneçilik törədən siyasət aparması ilə bağlı-

dır. Azərbaycanın iştirak etdiyi enerji - nəqliyyat dəhlizləri la-

yihələrinə Ermənistanın da qoşulmasına etiraz etməsinin əsaslı 

səbəbləri vardır. Bunların sırasına Azərbaycanın Dağlıq Qara-

bağ bölgəsini və  ətraf rayonlarını Ermənistanın işğal altında 

saxlaması, Azərbaycanla onun Naxçıvan Muxtar Respublika-

sını birləşdirən nəqliyyat-kommunikasiya xətlərini dağıtması 

və Naxçıvanı blokadada saxlaması kimi məsələlər daxildir.  

Təhlillər göstərir ki, hazırda Azərbaycanın iqtisadi poten-

sialı Ermənistanınkından azı 10 dəfə yüksəkdir. Azərbaycanın 

son ildəki təkcə illik hərbi büdcəsi (təxminən 3,2 milyard ma-

nat) Ermənistanın bütün dövlət büdcəsindən (təxminən 3 mil-

                                                 

77

 Bax: “Şərq” qəzeti, 30 yanvar 2010.-N33. 



78

 Bax: “Səs” qəzeti, 23 fevral 2010.-N39. 




 

ßËÈ ÙßÑßÍΠ

 

168 


yard ABŞ dolları) artıq olmuşdur. İşğalçılıq siyasəti ilə özünü 

regionun bütün transmilli layihələrindən kənarda qoyan bu 

millitarist ölkə, işğal etdiyi Azərbaycan ərazilərinin müvəqqəti 

qarət edilməsindən, xaricdəki havadarlarından və çoxsaylı er-

məni diasporundan aldığı maliyyə dəstəyindən tam asılı vəziy-

yətdədir. Ekspertlərin hesablamalarına görə, hər il Ermənista-

nın xarici ölkələrdəki diaspora təşkilatlarından və  şəxslərdən 

topladığı yardımlar ölkə iqtisadiyyatının daxili gəlirlərini iki 

dəfə üstələyir. Onların fikrinə görə, Dağlıq Qarabağ münaqi-

şəsi zəminində ermənilərin xarici aləmdən aldıqları yardım da-

yanandırıldıqdan sonra onun sosial-iqtisadi vəziyyəti daha da 

ağırlaşacaqdır. Ümumiyyətlə, erməni lobbisinin nə vaxta kimi 

və hansı miqdarda Ermənistana maliyyə yardımı göstərməsi 

məsələsi son zamanlar bəzi erməni ekspertlərinin xüsusi araş-

dırma mövzusuna çevrilməkdədir. 

 Lakin bir faktı da inkar etmək olmaz ki, nə qədər ağır və 

perspektivsiz vəziyyətdə olsa da, Ermənistan Cənubi Qafqaz 

ölkələri və xalqları arasında yarana biləcək mehriban qonşuluq, 

qarşılıqlı-faydalı əməkdaşlıq və regional tərəfdaşlıq münasibət-

lərinə kifayət qədər mənfi təsir göstərmək gücünə malikdir. 

Bəzi geostrateqlərin fikrinə görə, Ermənistanın Cənubi Qaf-

qazdakı “xüsusi geosiyasi missiyası” təkcə bölgə ölkələrinin 

“heç kimdən asılı olmayan, müstəqil regional əməkdaşlıq ten-

densiyasını” pozmaq deyil, həm də bu məkanda davamlı regio-

nal böhran, etnik-separatçı münaqişələr və s. yaradaraq, region 

ölkələrinin Avropa strukturlarına- NATO-ya, Avropa Birliyi 

və s. inteqrasiyasinın qarşısını almaqdan ibarətdir. Ermənista-

nın, hətta ən əlverişli şərtlər çərçivəsində belə, Dağlıq Qarabağ 

münaqışəsinin həllindən hər dəfə bu və ya digər bəhanələrlə 

boyun qaçırmasının kökündə də məhz- kənardan idarə olunan 

“geosiyasi missiya” dayanır. 

 Azərbaycanın qazanmaqda olduğu “regional lider dövlət” 

statusunu daha da möhkəmləndirməsi üçün qarşıdan gələn il-



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 169


lərdə bir çox vacib və  məsuliyyətli geosiyasi, geostrateji və 

geoiqtisadi vəzifələri reallaşdırması  tələb olunur. Bu işin  əsas 

hərəkətverici qüvvəsi rolunda ilk növbədə ölkənin ictimai-

siyasi institutları, milli elitası və cəmiyyətin bütün orta təbəqə-

si çıxış etsə  də, müvəffəqiyyətli həlli daha çox ölkə  rəhbərli-

yindən, hakimiyyət strukturlarından və  həyata keçirilən rəsmi 

dövlət siyasətindən asılı olacaqdır.  

 

Avropa və dünyanın enerji təhlükəsizliyi sahəsindəki 

mövqeləri qorumaq, gücləndirmək və ölkənin milli 

maraqları ilə sıx əlaqələndirmək 

 

 Azərbaycan regionda və dünyada geosiyasi mövqeyini 

möhkəmləndirən əsas amillərdən biri Xəzərin ona məxsus sek-

torundakı zəngin karbohidrogen ehtiyatları və və həmin resurs-

ların alternativ marşrutlarla dünya bazarlarına daşınması sahə-

sində həyata keçirdyi müstəqil və qərbyönümlü enerji siyasəti 

olmuşdur. Ardıcıl şəkildə həyata keçirdiyi yeni neft strategiya-

sı ilə Azərbaycan qısa müddətdə  Avrasiynın alternativ enerji 

daşıyıcılarının tranzit qovşağına və əsas təminatçılarından bi-

rinə çevrilmişdir. Mütəxəssislərin fikrinə görə, Azərbaycan 

Avrasiyanın “elə bir geosiyasi məkanına çevrilmişdir ki, orada 

“ABŞ, Avropa İttifaqı, Rusiya və başqa dünya güclərinin geo-

iqtisadi maraqları, geosiyasi və hərbi-geostrateji mövqeləri bir-

birinə ən yüksək dərəcədə yaxındır”.

79

 



Cənubi Qafqazda ən iri enerji, nəqliyyat-kommunikasiya 

layihələrinin təşəbbüskarı olması və onların fəaliyyətini təmin 

etməsi təkcə Azərbaycanın özünün deyil, həm də bütün Qara – 

Xəzər dənizi hövzəsi regionunun, Avropa və Amerikanın, bü-

tün dünyanın strateji maraqlarını təmin edir. Avropa Birliyinin 

                                                 

79

 Yohannes Rau. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair 



Avropanın  mövqeyi // “Azerbaijan Focus” jurnalı, yanvar-mart 2010, s. 117 


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə