Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə51/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

158 


  Nəhayət, planetar geosiyasi fəaliyyət kodeksləri o ölkə-

lərdə (məsələn, bu sıraya dünyanın atom silahına malik 

olan ölkələrini aid etmək olar) yaradılır ki, onlar bütün 

dünyada geosiyasi maraqlarını  təmin etmək gücünə 

malikdir, beynəlxalq aləmin  əksər hadisələrinə  fəal 

müdaxilə edə bilir və planetin istənilən guşəsində geo-

siyasi fəaliyyətlərini təmin etməyə çalışırlar. 

Əlbəttə, hər bir ölkə özünün iqtisadi, siyasi və sosial və-

ziyyətindən, dövləti idarə edənlərin dünyagörüşü və xarakte-

rindən,  əhalinin  ətraf aləmə baxışları  və münasibətindən çıxış 

edərək, yerli, regional və beynəlxalq geosiyasi münasibətlər-

dən, qonşu ölkələrin geosiyasətindən və mövcud məkanda nü-

mayiş etdirdiyi davranışlardan və s. asılı olaraq, özünün məx-

susi geosiyasi vəzifələrini müəyyənləşdirir, fəaliyyət kodeksini 

hazırlayır və onun əsasında da yaxın və uzaq xarici aktorlarla 

geosiyasi əlaqələr yaradır.  

Xəzər hövzəsi və Cənubi Qafqaz regionunda mövcud olan 

irili-xırdalı bütün milli dövlətlərlə  və dünyanın qarşılıqlı ma-

raq kəsb edən digər ölkələri ilə tarazlaşdırılmış, xüsusi ölçü-

lüb-biçilmiş geosiyasi, geoiqtisadi və geostrateji əlaqələrin qu-

rulması, kəsişən və üst-üstə düşən regional və beynəlxalq ma-

raqlar sisteminin təhlil olunaraq gündəlik xarici siyasət fəaliy-

yətində nəzərə alınması ehtiyacı müstəqil Azərbaycan Respub-

likasının da məxsusi  geosiyasi kodunun  müəyyənləşdirilməsi 

və müvafiq olaraq ölkənin ətraf aləmlə geosiyasi münasibətlə-

rinin, fəaliyyət proqramının hazırlanması  vəzifəsini ortaya 

qoymuşdur.

74

 

Azərbaycanın geosiyasi ərazisi Şərqlə Qərbin, Avropa ilə 



Asiyanın birləşdiyi, islam sivilizasiyasının sərhədlərinin bitdiyi 

                                                 

74

 Daha  ətraflı bax: Həsənov  Ə.M. Azərbaycanın müasir geosiyasi inkişafı: 



mövcud vəziyyət və perspektivlər // “Geostrategiya” jurnalı, Bakı, mart 2011, 

N1, s.10-20.  




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 159


və xristianlığın sərhədlərinin başlandığı mədəni-mənəvi təmas 

məkanıdır. Bundan başqa, onun ərazisi dünyanın  ən  əhəmiy-

yətli geoməkanlarından biri hesab olunur, mühüm nəqliyyat-

kommunikasiya dəhlizlərinin kəsişmə nöqtəsində yerləşir və 

zəngin karbohidrogen ehtiyatlarına malikdir. Əsasən müsəlman 

əhalisinə malik olan, Şərq və Qərb dəyərlərini özündə birləşdi-

rən ölkə dünyəvi həyat tərzinə malikdir. Hər bir digər ölkə ki-

mi, geosiyasi statusuna müvafiq olaraq yerli, regional, beynəl-

xalq maraq çərçivəsini və dairələrini, geosiyasətinin məqsəd və 

vəzifələrini müəyyənləşdirmək, qonşu həmsərhəd ölkələrlə 

münasibətlərinin xarakterinə uyğun olaraq taktikasını, məxsusi 

geosiyasi fəaliyyət kodeksini hazırlamaq Azərbaycanın da 

xarici siyasət, milli təhlükəsizlik və müdafiə qurumlarının 

vacib vəzifələri sırasına daxildir.  

Azərbaycanın geosiyasi kodunun müəyyən olunması onun 

ərazisinin geosiyasi xarakteristikası, yerləşmə coğrafiyası  və 

əhatəsi (onu əhatə edən xarici aləm) ilə bilavasitə bağlıdır. 

Geosiyasi anlamda dövlətin ərazisi və əhalisi onun bədəni he-

sab olunursa, geosiyasi kodu bədənin xarici mühafizəsinin, 

təhlükəsizliyinin və ətraf aləmlə təmaslarının məqsədyönlü şə-

kildə hazırlanmış geyimi (qorunma və təhlükəsizliyi planlama 

proqramı) sayılır. 

Geosiyasi, geoiqtisadi və  hərbi-geostrateji xarakteristika-

sına görə, Azərbaycan Gürcüstanla birgə dünyanın mühüm 

geostrateji məkanlarından biri hesab olunan Qara və  Xəzər 

dənizləri arasındakı beynəlxalq əhəmiyyətli kontinental tranzit-

keçid ərazidə yerləşir. Hazırda təxminən 20% ərazisi Ermənis-

tanın silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın əsas 

geosiyasi vəzifəsi öz ərazi bütövlüyünü və bu ərazilər üzərində 

suveren dövlət idarəçiliyini bərpa etməkdən ibarətdir.  

Azərbaycan  ərazisi,  əhalisi və inkişaf perspektivlərinə 

görə Cənubi Qafqazın ən böyük potensiala malik ölkəsi hesab 

olunur. Geosiyasi kodunun yaradılması zamanı onun daxili 



 

ßËÈ ÙßÑßÍΠ

 

160 


coğrafi və  əhali xarakteristikasına söykənən bir çox üstünlük-

ləri mütləq şəkildə nəzərə alınmalıdır. Ölkənin üstün coğrafi və 

ərazi xarakteristikasına ilk növbədə  təbii və  əmək ehtiyatları-

nın vəziyyətini, zəngin enerji qaynaqlarına malik olmasını, tor-

paqlarının məhsuldarlığını, sərvətlərdən istifadə olunması  və-

ziyyətini, habelə ölkənin iqlim xüsusiyyətlərini, flora-faunasını 

və ekoloji ehtiyaclarını aid etmək olar. 

Bundan başqa, Azərbaycanın həm də üstün əhali xarakte-

ristikasını- əhalinin təbii artımı, işgüzarlığı, məşğuliyyəti, sıx-

lığı, bölgələrdə  məskunlaşma xüsusiyyətlərini, milli-etnik tər-

kibini, vətəndaşların dövlətçilik mövqeyini, ölkənin demoqra-

fik göstəricilərini, miqrasiya, yerdəyişmə prosesləri və onun 

idarə edilməsi kimi məsələləri də nəzərdən qaçırmaq olmaz.  

Geosiyasi təhlükəsizliyin təmin olunmasında məkanların 

hərbi təhlükəsizliyi ilə yanaşı, hər bir ölkənin iqtisadi-siyasi 

qüdrətinə, enerji, əmək, texnologiya, innovasiya, informasiya 

və insan ehtiyatlarının potensialına və inkişafına xüsusi önəm 

verildiyi müasir dünyada, Azərbaycan kimi ölkələr  əksər qlo-

bal çağırışlara operativ və adekvat münasibət göstərməli, yer-

ləşdiyi məkanda öz geosiyasi statusunu və müvafiq fəaliyyət 

taktikasını düzgün müəyyənləşdirməlidir. 

Bütün qeyd edilən geosiyasi ölçü meyarları ilə yanaşı, hər 

bir dövlətin, o cümlədən Azərbaycanın geosiyasi vəziyyətinin 

müəyyənləşdirilməsində  və kodunun hazırlanmasında  ən 

önəmli və həlledici amillərdən biri də ölkənin geosiyasi əhatə-

si hesab olunur. Azərbaycanın geosiyasi əhatəsində yerləşən və 

fərqli geosiyasi maraqları, xarakterləri, vəzifələri və fəaliyyət-

ləri ilə seçilən bölgə ölkələrinin sayı yeddidir. Ölkənin onlarla 

geosiyasi, geoiqtisadi və hərbi-geostrateji təmas nöqtəsi hesab 

olunan quru və dəniz sərhədləri mövcuddur. Bunlardan, Rusi-

ya,  İran, Türkiyə, Gürcüstan və Ermənistan ilə Azərbaycanı 

quru, Türkmənistan, Qazaxıstan, Rusiya və  İranla isə  dəniz 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə