Microsoft Word geosiyaset son doc


ßËÈ ÙßÑßÍΠ   182  dünyada “rüsvay və biabır etmək” üçün göydəndüşmə bir  fürsət olacaqdır



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə59/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

182 


dünyada “rüsvay və biabır etmək” üçün göydəndüşmə bir 

fürsət olacaqdır.  



 

Balanslaşdırılmış xarici siyasət:  

Qərblə və region dövlətləri ilə qarşılıqlı maraqlara 

söykənən tərəfdaşlıq münasibətlərinin  

yaradılması və inkişaf etdirilməsi  

 

SSRİ-nin süqutundan sonra analitiklər dünyada “soyuq 



müharibə” dövrünün bitdiyini və  Qərbin postsovet ölkələri, 

xüsusilə, Rusiya ilə münasibətlərində yeni əməkdaşlıq erasının 

başlandığını bəyan etdilər. XX əsrin son onilliyində postsovet 

məkanında və Şərqi Avropada demokratikləşmə dalğasının ge-

niş vüsət alması, Rusiyada çoxsaylı daxili problemlərin möv-

cudluğu, o cümlədən müşahidə olunan iqtisadi tənəzzül, icti-

mai-siyasi çəkişmələr, onun yerləşdiyi regiondakı qeyri-sa-

bitlik, Çeçenistan müharibəsi və digər məsələlər rəsmi Mos-

kvanın diqqətini müəyyən mənada Avrasiya bölgəsində  və 

dünyada yaşanan əsas geosiyasi proseslərdən yayındırırdı. Diq-

qətini daha çox daxili problemlərin həllinə yönəldən Rusiya, 

müvafiq olaraq regionda, Avropada və dünyada öz geosiyasi, 

geoiqtisadi və hərbi-geostrateji mövqelərini bir-birinin ardınca 

itirməyə başladı. Həmin dövrdə Rusiyanın xarici siyasətində 

təkcə Cənubi Qafqaz və Azərbaycanda deyil, bütün istiqamət-

lərdə anlaşılmaz hərəkətlər müşahidə olunurdu. Qərb analitik-

ləri bunu təkcə SSRİ-nin dağılmasının fəsadları kimi xarakte-

rizə etmir, həm də Rusiyada siyasi sistemin və hakimiyyət 

strukturlarının böhranı kimi təqdim edir, bu prosesi demokra-

tikləşmənin xeyirinə  təsnif edərək, onun daha da dərinləşmə-

sinə çalışırdılar. Rusiya ekspertləri isə iddia edirdilər ki, Qər-

bin məqsədi təkcə SSRİ-ni məhv etmək deyil, həm də Rusi-




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 183


yanın parçalanmasına nail olmaq idi. Onlar 1990-2000-ci 

illərdə Rusiyada müşahidə olunan daxili anarxiya və xaosun 

əsl səbəbini də, məhz “Qərbin antirus siyasətində” axtarırdılar.  

 2000-ci ilin əvvəlində Rusiyanın xarici siyasətində sabit-

ləşmə müşahidə olunmağa başlayır. Bəzi ekspertlər Rusiyanın 

həmi dövrdəki xarici siyasət kursunu “praqmatik strategiya” 

kimi dəyərləndirərək, öz fikirlərini onunla əsaslandırmağa çalı-

şırdılar ki, “Rusiya müasir dövrün inkişaf tendensiyalarını 

nəzərə alaraq imperiya siyasətini “qarşılıqlı faydalı əməkdaşlıq 

mühitində milli maraqların müdafiəsi xətti” ilə əvəz etmişdir”. 

Lakin 2007-ci ildən sonra dünyada neftin qiymətinin birdən-

birə qalxması  həm tədqiqatçıların nikbinliyə bir qədər  şübhə 

yaratdı, həm də Moskvanın da ABŞ və b. böyük ölkələr kimi, 

öz “fövqəldövlət ambisiyalarından” heç də geri çəkilmədiyini 

sübut etdi. Bir qədər sonra Qərblə Rusiya arasında başlanan 

yeni geosiyasi “əzələ nümayişi”ni 2009-ci ilin beynəlxalq ma-

liyyə böhranı da dayandıra bilmədi. 2009-2010-cu illərdə “Ru-

siyanın iqtisadi tənəzzülünün başlanğıcı” haqqındakı bəzi fikir-

lər də özünü tam doğrultmadı. Hazırda tədqiqatçılar qarşıdan 

gələn illərdə Rusiya ilə Qərb arasında Avrasiyada yeni geosi-

yasi, geoiqtisadi rəqabətin, hərbi-geostrateji ziddiyyətlərin güc-

lənəcəyini proqnozlaşdırır və öz fikirlərini kifayət qədər 

məntiqi mülahizələrlə əsaslandırırlar. 

Azərbaycan öz milli maraqlarına söykənərək, hazırda 

Qərb-Rusiya münasibətləri fonunda “tərəfsiz və tarazlaşdırıl-

mış siyasi kurs” yeridir. Rəsmi Bakının məxsusi maraqları eyni 

zamanda, həm Qərblə  əvvəlki strateji münasibətləri qorumaq

həm də Rusiya və  İranla tərəfdaşlıq münasibətlərini genişlən-

dirməyi tələb edir. Ölkənin milli və  təhlükəsizlik maraqları 

həm də Azərbaycanın əsas müttəfiqi hesab olunan Türkiyə ilə 




 

ßËÈ ÙßÑßÍΠ

 

184 


strateji müttəfiqlik münasibətlərinin qorunub saxlanılmasını və 

hərbi-geostrateji sahədə daha da dərinləşdirilməsini zəruri edir.  

Azərbaycanın mövcud geosiyasi maraqları  və bugünkü 

rəsmi siyasəti ölkə  ərazisinin və  Cənubi Qafqazın kimlərinsə 

“geosiyasi və  hərbi-geostrateji münaqişə obyektinə” deyil, 

bütün sivil dünyanın “tərəfdaşlıq, qarşılıqlı-faydalı əməkdaşlıq 

və  ədalətli iqtisadi yarış meydanına” çevrilməsini tələb edir. 

Rəsmi Bakı indiyə  qədər Rusiya, Qərb, Türkiyə,  İran və b. 

güclər arasında- Avrasiya, Xəzər hövzəsi və Cənubi Qafqazın 

geoiqtisadi və geosiyasi hədəfləri uğrunda gedən mübarizədən 

“tam müstəqil mövqe tutmaqla” və öz milli maraqlarına uyğun 

hərəkət etməklə, müəyyən məsafə saxlamağa nail olmuşdur ki

bu da onun regiondakı geosiyasi mövqelərini daha da 

gücləndirmişdir.  

 Məlum olduğu kimi, ABŞ-da baş verən 2001-ci il 11 sen-

tyabr faciəsindən və dünya geosiyasətində yaranan “yeni real-

lıqlar”dan sonra Azərbaycanın bölgədəki geosiyasi çəkisi yal-

nız Qərb üçün deyil, həm də ayrıca olaraq Türkiyə,  İran və 

Rusiya üçün də artmışdır. Rəsmi Bakının  əldə etdiyi əsas 

geostrateji uğur ondan ibarət olmuşdur ki, o regionda geosiyasi 

maraqları təmsil olunan güc mərkəzlərinin hamısı üçün “ortaq 

balans obyektinə” çevrilmiş  və onların heç biri  Azərbaycanın 

“zəif və gücsüz olmasında”, kiminsə “forpostu” statusunda 

çıxış etməsində maraqlı olmamışlar. Məsələn, Qərb və Türkiyə 

“müstəqil və güclü” Azərbaycana Rusiyanın, yaxud İranın 

“təzyiqlərinə sinə  gərən, onların bu regionu tam nəzarətə gö-

türməsinin qarşısını ala biləcək faktor kimi” yanaşdığı halda, 

İran Azərbaycandan “öz ərazisindən bu ölkəyə qarşı NATO və 

ABŞ-ın istifadə etməsi istəyinə müqavimət göstərdiyinə” və s. 

müstəqil iradəsinə görə razı qalmışdır. Zbiqnev Bjezinskinin 

sözlərinə görə, ABŞ Azərbaycanın geosiyasi potensialını yük-



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə