Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə57/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

176 


məqamları aradan qaldırmışdır. Məsələn, Azərbaycanın da iş-

tirak etdiyi tarixi «İpək yolu»nun bərpası ilk dövrdə Rusiyanı 

razı salmasa da, sonrakı dövrdə Azərbaycan dövlətinin yürüt-

düyü siyasət nəticəsində bu ölkə rəsmiləri bəhs olunan dəhlizin 

bütün regiona, o cümlədən də Rusiyaya mənfəət gətirəcəyinə 

inandıra bilmişdir. Çünki sözün həqiqi mənasında bu layihə 

təkcə planetin fərqli qütblərində yerləşən xarici ölkələrin öz 

məhsullarını bir-birinə idxal-ixrac etmək baxımından deyil, 

həm də Avrasiya bölgəsinə  nəqliyyat-infrastruktur sahəsində 

yüksək texnologiyalar gətirmək, yeni iş yerləri açmaq, dövlət-

lərarası iqtisadi bağlılığı intensivləşdirmək, xarici investisiya 

yönəltmək və s. anlamında mühüm əhəmiyyət kəsb edir. Azər-

baycan öz səmərəli və müsbət mahiyyətli geosiyasəti ilə Şərq-

Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin açılmasında mühüm 

rol oynayaraq, transqafqaz və transasiya nəqliyyat dəhlizlərinin 

fəaliyyət göstərməsində təkcə öz milli maraqlarını deyil, Rusi-

ya da daxil olmaqla bütün region ölkələrinin maraqlarını təmin 

etmiş, bölgəni dünyanın əsas tranzit mərkəzlərindən birinə çev-

rilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu da bu anlamda təkcə 

Azərbaycanın deyil, bütün bölgənin geoiqtisadi maraqlarının 

təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəkdir. 

 Ciddi transmilli layihələri həyata keçirərkən Azərbayca-

nın geosiyasi və geoiqtisadi maraqlarının gələcək perspektiv-

ləri bundan sonra da, hər hansı qarantiyalı inkişaf və tərəqqiyə 



nail olmaq, əsas strateji həyati ehtiyacları təmin etmək məqsə-

dilə ölkənin geosiyasi addımlarını nüfuzlu regional və beynəl-

xalq dövlətlərlə, hövzədə geosiyasi maraqları ölkəmizlə üst-

üstə düşən transmilli aktorlarla, güc mərkəzləri ilə uzlaşdırma-

ğı tələb edir. Hazırda Azərbaycan yeni müstəqillik əldə etmiş 

dövlət kimi, öz milli mənafelərini mövcud geosiyasi reallıqlara 

adekvat olaraq müəyyənləşdirməyə, regionda marağı olan əsas 

ölkələrlə uzlaşdırmağa məcburdur. Yaranmış vəziyyətdə bəzən 

Azərbaycan da başqa hövzə ölkələri kimi öz milli mənafelərin 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 177


qeyri  əsas hesab olunan bir qismini kiməsə güzəştə getməyə, 

yaxud hansısa “milli dividentləri” kiminləsə bölüşməyə  məc-

bur olur. Əsas odur ki, bu prosesdə dövlət mövcud imkanlar 

daxilində öz milli və geosiyasi maraqlarının  ən vacib, strateji 

sahələrini kiməsə güzəştə getməsin. Dünya siyasətşünasları 

belə fəaliyyəti planetin geosiyasi və beynəlxalq münasibətləri-

nin hazırkı  vəziyyətində doğru addım hesab edir və Azərbay-

canın bundan sonra da məhz belə davranış nümayiş etdirəcə-

yini proqnozlaşdırırlar. 

  

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  

münaqişəsinin həllinə dinc yolla nail olunması  

 

Xəzər hövzəsi və  Cənubi Qafqazın geosiyasi perspektiv-



ləri ilə bağlı bütün beynəlxalq dəyərləndirmələrdə regional 

sülh və təhlükəsizlik məsələsi əsas şərt kimi irəli sürülür. Ha-

zırda regionun inkişafı və dünyada gedən inteqrasiya proseslə-

rinə qatılması məhz yerli ölkələr arasındakı sivil, dinc birgəya-

şayış münasibətlərinin bərqərar olmasından, regional sülhün 

yaradılması  və bölgədəki sabitliyin saxlanılmasından asılı  və-

ziyyətə düşməkdədir. Bu gün Qafqazdakı postsovet ölkələrinin 

dördü də daxili etnik-separatist münaqişələrə cəlb olunmuşdur. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan Abxazi-

ya, Gürcüstan Cənubi Osetiya və Rusiya Çeçenistan münaqişə-

ləri regionun sabitliyini hər an poza biləcək potensial təhlükə 

mənbələridir. Qloballaşma dövründə istənilən ölkənin daxili 

həyatındakı münaqişə təkcə həmin ölkənin deyil, həm də ümu-

milikdə regionun və dünyanın geosiyasi və  təhlükəsizlik mü-

hitinə mənfi təsir göstərir, ölkələrin müxtəlif yönlü maraqlarına 

zərbə vurur. 

Hazırda rəsmi Bakı Azərbaycanın və ümumilikdə, regio-

nun geosiyasi, geoiqtisadi maraqları  və perspektivi baxımın-

dan, bütün daxili və xarici münaqişələrin tezliklə, yeni mühari-



 

ßËÈ ÙßÑßÍΠ

 

178 


bəyə əl atmadan- sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi 

çıxış edir. Lakin eyni zamanda, “nə sülh, nə müharibə” vəziy-

yətinin də sonsuza qədər uzanmasına göz yuma bilməyəcəyi, 

“sülh danışıqları nəticəsiz yekunlaşacağı təqdirdə digər vasitə-

lərlə öz beynəlxalq və milli haqlarını təmin edəcəyi” haqqında 

ara-sıra bəyanatlar səsləndirir. Əlbəttə, bu beynəlxalq münasi-

bətlərin hazırkı  vəziyyətində  ən doğru və optimal mövqedir. 

Çünki Cənubi Osetiya ətrafında Rusiya-Gürcüstan müharibə-

sindən sonra yaranmış beynəlxalq və regional hərbi-geostrateji 

vəziyyət göstərir ki, yaxın zamanlarda nə müharibə, nə də ki, 

sülh yolu ilə Azərbaycan və Gürcüstanın  ərazi bütövlüyünü 

bərpa etmək o qədər də asan olmayacaq. Hazırda Ermənistan 

dünya dövlətlərinin ikili siyasətindən, BMT-nin və ATƏT-in 

səmərəsiz fəaliyyətindən, Minsk qrupunun və həmsədr ölkələ-

rin neçə illərdir ki, ciddi bir mövqe ortaya qoya bilməməsin-

dən, dünyadakı erməni diasporunun aparıcı ölkələrin rəsmi 

siyasətinə göstərdiyi ciddi təsirdən, Rusiya və başqa ölkələrin 

hərbi-iqtisadi dəstəyindən bəhrələnərək öz işğalçı siyasətindən 

əl çəkmək istiqamətində  hər hansı ümidverici mövqe sərgi-

ləmir. 2009-cu ildə ATƏT-in Minsk qrupunun aktivləşməsinə 

baxmayaraq, hələ də münaqişənin ədalətli həllinə səbəb olacaq 

prinsipial mövqe nümayiş etdirməməsi, əlbəttə, haqlı olaraq 20 

ilə yaxın bir müddətdə sülhə ümid edərək gözləmə mövqeyi 

tutmuş Azərbaycanın təkcə  səbrini tükətmir, həm də getdikcə 

müharibəyə başlamaq ehtimalını artırır.  

Bu gün Dağlıq Qarabağ problemi təkcə iki ölkə arasında 

yaşanan lokal münaqişə deyil, bütün regionun ciddi geosiyasi 

böhrana sürüklənməsidir və ayrı-ayrılıqda hər iki ölkənin 

sosial-iqtisadi inkişafı yolunda böyük maneədir. Beynəlxalq 

iqtisadi institutların hesablamaları göstərir ki, münaqişənin 

mövcudluğu region ölkələrinin iqtisadiyyatına qoyulan xarici 

sərmayələrin həcmini dəfələrlə azaltmışdır. Beynəlxalq təşki-

latlar, ayrı-ayrı dövlətlər və nüfuzlu şirkətlər region ölkələri ilə 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə