Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə53/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

164 


kursunu müəyyən edən” lider dövlət mövqeyi qazandırdı.  Əl-

bəttə, bütün bunlar ölkəyə regional və beynəlxalq səviyyədə 

müəyyən iqrisadi, siyasi, sosial-mənəvi üstünlüklər qazandır-

maqla yanaşı, həm də onun rəsmi strukturları qarşısında ölkə 

daxilində, yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qaf-

qazda, o cümlədən bütün dünyada xüsusi düşünülmüş  və da-

vamlı geosiyasi fəaliyyət göstərmək kimi vacib tələbləri qoydu. 

 Cənubi Qafqaz və  Xəzər hövzəsinin digər dövlətləri ilə 

müqayisədə hazırda Azərbaycanın beynəlxalq aləm üçün müa-

sir geosiyasi dəyər ölçülərini artıran, milli inkişafını dönməz 

edən, regional və beynəlxalq perspektivini yüksəldən, xarici 

aləmlə  tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərən  əsas 

amillər daha çox ölkənin təbii-mineral ehtiyyatları, Qərblə-

Şərq arasındakı mövcud siyasi, hərbi, ticarət və s. əlaqələrdə 

tutduğu mövqe, malik olduğu nəqliyyat- kommunikasiya və 

tranzit imkanları, yürütdüyü geoiqtisadi siyasət və s. ilə bağlı-

dır. Odur ki, hazırkı onillikdə Azərbaycanın qarşısında duran 

əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkə-

nin XXI əsrdəki uğurlarını  və geosiyasi gələcəyini təmin 

edəcək milli strateji kurs aşağıdakı kimi görünür:  



 

Cənubi Qafqazın lider dövləti geosiyasi statusunun 

qazanılması, möhkəmləndirilməsi və qorunub saxlanması 

  

Azərbaycan özünün “Cənubi Qafqaz regionunun lider 



dövlətinə çevrilmək” kimi geosiyasi və geostrateji iddialarını 

heç vaxt gizlətməmişdir. Bu gün Azərbaycan öz iqtisadi inki-

şaf potensialına və milli resurslarına görə faktiki olaraq regio-

nun lider ölkəsinə çevrilmişdir. Cənubi Qafqazın insan resurs-

larının təxminən 60%, yanacaq-enerji və maliyyə resurslarının 

90%, iqtisadi potensialının isə 75-80% Azərbaycanın payına 

düşür. Hazırda həm qonşu dövlətlər, həm də dünyanın  əksər 

geosiyasi aktorları bütün ölçülər üzrə regionun “lider ölkəsi” 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 165


statusunu daşımaq imkanını  məhz Azərbaycana aid edirlər. 

Mütəxəssislərin fikrinə görə, Azərbaycanın bölgədəki  əksər 

geosiyasi hadisələrə görə getdikcə artan məsuliyyəti fonunda, 

həm də regional proseslərə  təsir gücü günü-gündən yüksəlir. 

Beynəlxalq aləm Xəzər hövzəsi və  Cənubi Qafqazın regional 

problemlərinin, bu məkanda reallaşdırılan  əksər transmilli 

layihələrin və s. həllində, ilk növbədə Azərbaycanın mövqeyini 

əsas götürür və onunla hesablaşmaq məcburiyyəti ilə üzləşirlər. 

Məsələn, postsovet ölkələrinin NATO-ya inteqrasiyası məsələ-

sində ABŞ-ın Ukrayna və Gürcüstana üstünlük verməsini eks-

pertlər yanlış addım hesab edirlər. MDB ölkələri və beynəlxalq 

energetika məsələləri üzrə Avropa İttifaqının eksperti Alek-

sandr Rar çıxışlarından birində söyləmişdir ki, Gürcüstan 

NATO üçün ən optimal tərəfdaş deyil və qeyri-sabit ölkədir. 

Onun fikrinə görə, “Corc Buşun prezidentliyi dövründə NATO 

qeyri-rasional şəkildə əsas diqqətini Gürcüstana yönəltdi. Hal-

buki, NATO-nun bu regiona yaxınlaşması  və daxil olması 

üçün ilk növbədə Azərbaycanla ciddi iş aparmaq və razılığa 

gəlmək lazım idi. İndi isə elə bir əlverişsiz vəziyyət yaranıb ki, 

Cənubi Qafqazda NATO-nun yeganə  tərəfdaşı  hətta, Alyans 

üzvlərinin bir çoxu tərəfindən ciddi qəbul edilməyən- Gürcüs-

tandır. Bu isə NATO-nun regionda dalana dirənməsi de-

məkdir.”

76

  



 Hazırda Cənubi Qafqazdakı hər hansı regional məsələdə, 

nə geosiyasi və geoiqtisadi imkanları  zəif qiymətləndirilən 



Gürcüstan,  nə  də ki, Rusiyanın “forpostu” hesab olunan Er-

mənistan Azərbaycanla heç bir rəqabətə tab gətirə bilmir. Gür-

cüstanda hakimiyyət dəyişikliyindən sonra bu ölkənin yeni si-

yasi rəhbərliyi Tbilisini regionun və hətta, postsovet məkanının 

əsas və aparıcı mərkəzinə çevirmək iddiası ilə çıxış etsə də, bir 

sıra mühüm amillər, o cümlədən ölkənin zəif iqtisadi poten-

                                                 

76

 Bax: газ. Зеркало, 24 февраля 2010.-№34.  




 

ßËÈ ÙßÑßÍΠ

 

166 


sialı, yararsız, köhnə infrastrukturları və s. buna imkan vermir. 

Gürcüstanın iqtisadi perspektivi əsasən Azərbaycandan və Otra 

Asiyadan gələn enerji və digər malların Qərb ölkələrinə nəqli-

nə, Avropa-Asiya əlaqələrində tranzit dəhliz roluna hesablan-

mışdır. Bu ölkənin gəlir əldə etmək imkanlarının böyük hissəsi 

birbaşa Azərbaycanla bağlıdır. Gürcüstan öz enerji təhlükəsiz-

liyinin təmin edilməsi məsələsində də Rusiya və Azərbaycan-

dan tam asılı vəziyyətdədir. 2008-ci ildə bu ölkənin Rusiya ilə 

münasibətlərinin gərginləşməsi fonunda dərin enerji böhranına 

düçar olması və yalnız Azərbaycanın işə qarışmasından sonra 

vəziyyətdən çıxması, söylədiklərimizin əyani sübutu idi. Bun-

dan başqa, Gürcüstanda daxili vəziyyətin qeyri-sabitliyi, 2008-

ci ilin avqustunda Rusiya ilə qısamüddətli müharibədən sonra 

Abxaziya və Cənubi Osetiyanın öz “müstəqilliyini” elan etmə-

si və bu “müstəqilliyin” Rusiya, onun təsiri altında olan bir ne-

çə dövlət tərəfindən faktiki tanınması, Cavaxetiya kimi poten-

sial münaqişə ocağının mövcudluğu və s. məsələlər də onun 

regional lider şanslarını azaltmışdır. 

 O ki, qaldı  Ermənistan  və onun Cənubi Qafqazdakı 

mövqeyinə, Azərbaycanın beynəlxalq aləmdəki çəkisinin art-

ması, rəsmi Bakının aktiv xarici siyasəti nəticəsində bu ölkənin 

işğalçı siyasəti ən yüksək tribunalardan etiraf olunmuşdur. Bu 

gün Ermənistan hətta ən yaxın strateji müttəfiqləri ilə münasi-

bətlərdə də bu faktı ört-basdır etməkdə çətinlik çəkir. O bütün 

regional və transmilli layihələrdən təcrid olunmuş  və  ağır 

sosial-iqtisadi böhrana düçar olmuşdur. Ölkənin  əsas iqtisa-

diyyatı  və  həyati  əhəmiyyətli infrastrukturları Rusiyanın tam 

nəzarətinə keçmiş, əsas daxili və xarici siyasət məsələləri, Cə-

nubi Qafqazdakı geosiyasi fəaliyyəti Moskva ilə razılaşdırılır, 

onun rəyi olmadan erməni rəhbərləri heç bir müstəqil qərar 

qəbul edə bilmir.  

 Bundan  başqa, Ermənistanda sosial durumun ildən-ilə 

ağırlaşması,  əhalinin kütləvi  şəkildə ölkəni tərk etməsi haki-



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə