Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə50/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 155


yenidən qurulması, tikinti biznesinin inkişafı, yeni iş yerlərinin 

yaradılması,  əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi və 

gəlirlərinin artması qeyri-neft sektorunun əsaslı şəkildə inkişa-

fına və ÜDM-in formalaşmasında onun payının kəskin şəkildə 

artmasına şərait yaratmışdır. 2013-cü ilin statistikasına əsasən, 

57.7 milyard manatlıq ÜDM-in 24 milyard 35 milyon manatı 

neft sektorunda, 29 milyard 983 milyon manatı isə qeyri-neft 

sektorunda yaranmışdır. 3 milyard 690 milyon manat isə məh-

sula və xalis idxala tətbiq olunan vergilərdən əldə olunmuşdur. 

İl ərzində neft sektorunun inkişafı 101%, qeyri-neft sektorunun 

artımı isə 110% təşkil etmişdir.

72

  



Xəzər dənizinin hüquqi statusunun həll edilməməsi, Trans 

Xəzər layihəsinə region dövlətlərinin fərqli yanaşması və digər 

problemlər həm Azərbaycanın, həm də digər bölgə ölkələrinin 

xarici aləmlə tərəfdaşlığına mənfi təsir göstərir.  

Bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbay-

can, Dağlıq Qarabağ münaqişəsinə, Cənubi Qafqaz, Xəzər-

Qara dəniz hövzəsindəki regional qarşıdurmalara və bəzi ölkə-

daxili problemlərə görə bir çox maraqlı dairələr dünya inves-

torlarına nə qədər Azərbaycanı əlverişsiz bir ölkə kimi təqdim 

etməyə çalışsalar da, malik olduğu zəngin enerji resursları, Xə-

zər hövzəsində yürütdüyü effektli neft-qaz siyasəti və reallaş-

dırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o 

qədər, cəlbedici və arzuolunan tərəfdaşa çevirmişdir. 

Beləliklə, ölkənin müasir geosiyasi xarakteristikası onu 

deməyə  əsas verir ki, müstəqillik  əldə edildikdən sonra tarix 

baxımından ötən qısa dövr ərzində Azərbaycan keçid dövrünü 

başa vurmuş, güclü regional geosiyasi amilə çevrilmiş, qlobal 

siyasətdə  də öz sözü, rəyi və prinsipial mövqeyi ilə seçilən 

müstəqil dövlət kimi çıxış etməyə başlamışdır.  

                                                 

72

 Bax: http://www.stat.gov.az 




 

ßËÈ ÙßÑßÍΠ

 

156 


§ 3.2. Azərbaycanın geosiyasi statusu  

və müasir geosiyasi fəaliyyət kodeksi 

 

Hər bir müstəqil dövlətin əsas geosiyasi vəzifəsi  öz milli 



ərazisi (dövlətin məxsusi coğrafi məkanı) çərçivəsində vahid 

milli-dövlət strukturunu, mərkəzləşmiş dövlət idarəçilik siste-

mini və suveren dövlət hakimiyyətini yaratmaq, möhkəmlətmək 

və daimiliyini təmin etməkdən ibarətdir. Bundan başqa, döv-

lətin geosiyasi vəzifələri sırasına həm də  cəmiyyətin artan 



sosial-iqtisadi, mənəvi və s. tələbatının, ölkənin xarici və daxili 

təhlükəsizliyinin dolğun  şəkildə  təmin edilməsi,  əhalinin təbii 

fəlakətlərdən qorunması, ölkədə milli-vətəndaş  həmrəyliyinin 

yaradılması, tolerantlığın qorunması  və s. daxildir. Bütün bu 

vəzifələri həyata keçirmək üçün dövlət onunla həmsərhəd olan 

qonşu ölkələrlə, qarşılıqlı münasibətlərdə  fərqli mövqeyi ilə 

seçilən ayrı-ayrı beynəlxalq və regional aktorlarla təmasa 

girməli olur. Dövlətin geosiyasi maraqları  həmin aktorlarla 

toqquşa, kəsişə, yaxud üst-üstə düşə bilər. Lakin heç nədən ası-

lı olmayaraq dövlətin rəsmi və qeyri-rəsmi strukturları tarixən 

formalaşmış beynəlxalq normalara, regional ənənələrə və prak-

tikaya, dərk olunmuş milli və ümumi maraqların qarşılıqlı ta-

razlığına əsaslanaraq xarici aktorlarla bu və ya digər geosiyasi 

münasibətlər qurmağa borcludur. Belə münasibətlər sistemi 

səviyyəsinə görə beynəlxalq, regional və yerli (lokal) olmaqla 

dövlətin müəyyən  geosiyasi kodunu

73

 (statusunu)  müəyyən-



ləşdirir və müvafiq fəaliyyət kodeksinin (məcəlləsinin) yara-

dılmasını tələb edir.  

                                                 

73

 Dövlətlərin geosiyasi kodu deyəndə, ilk növbədə onun beynəlxalq aləmdə və 



regionda qazandığı qeyri- rəsmi status və imicdən söhbət gedir. Hazırda dün-

yada müxtəlif geosiyasi kod daşıyıcıları - fövqəldövlət, aparıcı ölkə, regional 

lider, adi dövlət, geosiyasi cəhətdən əhəmiyyətli dövlət, militarist, demokratik, 

millətçi-şovinist, kosmopolit, işğalçı, sülhsevər və s. statuslu ölkələr mövcud-

dur.  



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 157


Geosiyasi kod  hər bir ölkənin siyasi fəaliyyətindən, ölkə 

rəhbərlərinin və  əksər  əhalinin  ətraf aləmə münasibətindən

geoməkan təsəvvüründən, dərk olunmuş və yaxud iddia olunan 

milli maraq, milli mənafe dairəsi və onun təmin olunması va-

sitələrindən, xarici aləmlə ünsiyyət zamanı ölkənin kəsb etdiyi 

maddi, mənəvi, hərbi, insani dəyərlərdən, xarici aləmdən yara-

na biləcək geosiyasi təhlükələrə reaksiyasından, müqavimət 

gücündən, malik olduğu hərbi-texniki vasitələrdən və s. keyfiy-

yət göstəricilərindən asılı olaraq müəyyənləşir. Böyüklüyün-

dən və kiçikliyindən asılı olmayaraq, hər bir dövlətin ya tari-

xən formalaşmış, zaman-zaman ətraf aləmin təsiri ilə dəyişik-

liklərə məruz qalmış, ya da ki, yeni yaradılmış geosiyasi kodu 

və buna müvafiq olaraq, xarici aləmlə geosiyasi davranış 

kodeksi mövcud olur. 

Tədqiqatçılar fəaliyyət səviyyəsinə görə, ölkələrin geosi-

yasi fəaliyyət kodeksini- yerli, regional və planetar olmaqla, 

üç qrupa ayırırlar: 

  Yerli səviyyəli kodekslər - qonşu həmsərhəd ölkələrin 

geosiyasi statusu, davranışı, bəyan etdiyi, yaxud fəaliy-

yətindən yaranan, müşahidə olunan geosiyasi məqsəd 

və vəzifələrinin qiymətləndirilməsi və ona müvafiq ad-

dımların atılması haqqında dövlətlərin hazırladığı ümu-

mi xarakterli geosiyasi tövsiyələr toplusudur. Belə ko-

dekslər hər bir ölkənin dövlət və hökumət, müvafiq xa-

rici siyasət, hərbi, təhlükəsizlik, sərhəd və digər struk-

turlarının rəhbər fəaliyyətlərinin əsasını təşkil edir. 

  Regional fəaliyyət kodeksləri - öz geosiyasi təsirini 

təkcə həmsərhəd qonşu dövlətlərin deyil, həm də regio-

nun digər ölkələrinin ərazisində yaymaq istəyən regio-

nal lider və yaxud belə statusa can atan digər dövlət-

lərin geosiyasi istəyinə uyğun olaraq yaradılan tövsi-

yələr toplusudur. 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə