Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə46/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 143


məişət şəraiti yaxşılaşdırılmışdır. Son bir neçə ildə orta hesabla 

hər il 20 min nəfərdən çox məcburi köçkün yeni müasir mən-

zillərlə  təmin olunur. Yeni salınmış yaşayış  məntəqələrində 

139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntə-

qəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi ti-

kilmiş, müasir tələblərə uyğun kommunal infrastruktur yaradıl-

mışdır. Paralel şəkildə qaçqın və məcburi köçkünlərin məşğul-

luq probleminin həlli istiqamətində  də  səmərəli addımlar 

atılır.

65 


 

Hazırda bütün dünyada baş verən qloballaşma prosesləri 

Azərbaycan  əhalisinin həm daxildəki yerdəyişmə  hərəkətinə 

(urbanizasiya prosesinə), həm də ölkə xaricinə miqrasiyasına 

təkan vermişdir. Müstəqillik dövründə  kənd  əhalisinin təxmi-

nən bir milyona yaxını kortəbii qaydada kəndləri tərk edərək 

Bakı şəhərinə və ətraf qəsəbələrə köçmüş, bir o qədər də ölkə 

əhalisi xarici ölkələrə miqrasiya etmişdir. Bunların daha çoxu 

mövsümi işlər üçün xaricə gedənlər, az bir qismi isə öz yaşayış 

yerini daimi dəyişənlərdir. Şəhərlərdə və rayon mərkəzlərində 

yaşayan  əhali arasında bazar iqtisadiyyatına keçidlə  və SSRİ 

dövründə tikilmiş iri sənaye müəssisələrinin dağılması ilə bağlı 

müəyyən işsizlik mövcud olsa da, bu boşluq miqrasiya və yeni 

istehsal-kommersiya müəssisələrinin yaranması hesabına dol-

durulur.  

Tədqiqatçılar ictimai-siyasi və sosial-mənəvi resursların 

milli maraqların təmin edilməsinə yönəldilməsi sahəsində Cə-

nubi Qafqaz ölkələri içərisində  ən balanslı geosiyasəti və ef-



fektli siyasi idarəçilik sistemini  də Azərbaycana aid edirlər. 

Azərbaycanın siyasi hakimiyyəti 1993-2013-cu illər arasında 

ölkənin geosiyasi vəzifələri və inkişaf ehtiyaclarına uyğun fəa-

liyyət konsepsiyasını və strategiyasını, dövlətin daxili və xarici 

siyasətinin prioritetlərini, istiqamət və  vəzifələrini düzgün 

                                                 

65

 http://www.refugees-idps-committee.gov.az 




 

ßËÈ ÙßÑßÍΠ

 

144 


müəyyənləşdirmiş, təqdirəlayiq daxili və xarici fəaliyyət prin-

sipləri nümayiş etdirmiş, ölkəni beynəlxalq, regional, çoxtə-

rəfli və ikitərəfli münasibətlər sistemində fəal təmsil etmişdir. 

Hazırda Azərbaycanın geosiyasi idarəçilik sistemi ölkə Prezi-

dentinin, onun Administrasiyasının, mərkəzi və yerli icra haki-

miyyəti orqanlarının və digər strukturların vahid fəaliyyət 

koordinasiyası əsasında həyata keçirilir. Bu sistem ölkənin bü-

tün daxili institusional, ərazi, təbii-coğrafi, əhali və digər geo-

siyasi resurslarının, xarici siyasət aktivlərinin səmərəli və ef-

fektiv istifadəsini, daxili və xarici siyasi-iqtisadi əlaqələrin 

koordinasiyasını  təmin edir. Xüsusən ölkənin daxilində  və 

beynəlxalq aləmdə, xarici təşkilatlarda, transmilli qurumlarda 

vahid siyasət üzrə təmsil olunma və təmsilçiliyin idarə edilmə-

si, beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslə-

rin öyrənilməsi və müvafiq strategiyanın hazırlanması, müt-

təfiqlərlə, tərəfdaşlarla, rəqiblərlə  və digər beynəlxalq aktor-

larla əlaqələrin xarakterinin müəyyənləşdirilməsi və həyata ke-

çirilməsi sahəsində bu əlaqələndirmə sisteminin mühüm əhə-

miyyəti özünü göstərir. 

Uğurlu geosiyasi idarəçiliyin nəticəsi olaraq ötən dövrdə 

Azərbaycanın xarici aləmlə  səmərəli  əməkdaşlığı yaranmış, 

qarşılıqlı maraqlara cavab verən çoxsaylı ortaq transmilli layi-

hələr həyata keçirilmiş, dünya siyasətinə təsir gücü olan böyük 

dövlətlərlə, beynəlxalq və regional qurumlarla tərəfdaşlıq mü-

nasibətləri qurulmuş, ölkənin nüfuzlu xarici alyanslarda, höku-

mətlərarası  və qeyri-hökumət təşkilatlarında iştirakı  təmin 

edilmişdir.  

İqtisadiyyatın qloballaşdığı yeni minillikdə Azərbaycan 

dünyanın universal və qlobal iqtisadi sisteminə müvəffəqiyyət-

lə inteqrasiya olunur, Avropa İttifaqı, Ümumdünya Ticarət 

Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı  və digər 

iqtisadi-maliyyə qurumları ilə hərtərəfli əməkdaşlıq edir. Təsa-

düfi deyil ki, bu qurumların dəstəyi və təqdimatı ilə, postsovet 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 145


ölkələri içərisində  ən çox xarici kapital da məhz Azərbaycan 

və Qazaxıstan iqtisadiyyatına yatırılıb. Hazırda adambaşına 

düşən xarici investisiyaların miqdarına görə Azərbaycan nəinki 

postsovet məkanının, həmçinin dünyanın lider ölkələrindən 

hesab olunur.  

Keçən müddətdə Azərbaycanın regionda və dünyada nü-

mayiş etdirdiyi balanslı geosiyasət, praqmatik xarici siyasət 

kursu, reallaşdırdığı  uğurlu neft strategiyası, transmilli enerji 

və nəqliyyat-kommunikasiya siyasəti, həyata keçirdiyi regional 

və milli təhlükəsizlik strategiyası, Avropa Birliyi, NATO, 

ATƏT, MDB, İKT və b. beynəlxalq-regional qurumlarla yarat-

dığı tərəfdaşlıq münasibətləri, Avropa Şurasına və Qoşulmama 

Hərəkatına üzv qəbul olunması, əksər beynəlxalq konvensiya-

lara qoşulması və beynəlxalq aləm qarşısında götürdüyü öhdə-

liklərin icrası  ölkənin xarici aləmlə geosiyasi, geoiqtisadi və 

hərbi-geostrateji tərəfdaşlıq münasibətlərinə müsbət təsir gös-

tərən əsas amillər kimi çıxış etmişdir.  

 Müasir dünyada geoiqtisadi dəyər ölçüləri həm də  möv-



cud ölkədə yürüdülən iqtisadi, siyasi, sosial, milli və s. siyasə-

tin xarakteri və effektivliyi ilə ölçülür. Azərbaycan özünün 

müsbət və pozitiv iqtisadi inkişaf meyillərini - iqtisadiyyatının 

liberallaşdırılmasını, Qərblə iqtisadi əlaqələrini və bazar iqtisa-

diyyatı mexanizmlərini inkişaf etdirilməklə yanaşı, həm də öl-

kə daxilində sabit vətəndaş birliyinin yaradılması istiqamətində 

mühüm nailiyyətlər qazanmışdır. Ölkədə həyata keçirilən düz-

gün və fəal siyasət onun daxili ictimai-siyasi mühitini nəzərə-

çarpacaq dərəcədə modernləşdirmiş, dövlət və cəmiyyət həya-

tını demokratikləşdirmiş, sosial-mənəvi sahələri yeniləşdirmiş, 

vətəndaş cəmiyyəti təsisatlarını formalaşdırmış və müasir döv-

rün tələblərinə uyğunlaşdırmışdır. Avropa dəyərlərinə, dünyəvi 

və hüquqi dövlət quruculuğu yoluna üstünlük verməsi, vətən-

daşlarının təhsil, mədəni və intellektual səviyyəsini yüksəltmə-

si və s. amillər ölkənin dünyəvi geosiyasi əhəmiyyətini xeyli 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə