Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə43/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

134 


16 milyard kubmetrə çatdırılması planlaşdırılır. “Abşeron” qaz 

yatağından isə ildə 5 milyard kubmetr qaz hasil olunacağı göz-

lənilir. “Abşeron”, “Ümid” və digər perspektivli qaz yataq-

larının ehtiyatlarını da nəzərə almaqla yaxın gələcəkdə Azər-

baycanda qaz hasilatının həcminin 45-50 milyard kubmetrə 

çatdırılacağı proqnozlaşdırılır.

49 

 

Neft və qaz istehsalı üzrə həyata keçirilən transmilli layi-



hələrə yaradılan  şəraitə görə, xarici partnyorlar bölgə ölkələri 

içərisində  ən çox Azərbaycan və Qazaxıstandan razıdırlar və 

bu ölkələrin iqtisadi gələcəyinə  də çox nikbin yanaşırlar. Ha-

zırda Qərb ölkələri və ABŞ Azərbaycanı özlərinin enerji sahə-



sində  ən sabit və etibarlı  tərəfdaşlarından biri kimi dəyərlən-

dirərək, ona dünya enerji bazarına çıxmaq üçün lazım olan bü-

tün köməkliyi göstərirlər.

50

 Bütün bunlar Azərbaycanın dün-



yada və regionda transmilli geoiqtisadi dəyərini artırır və  əl-

verişli tərəfdaşa çevirir.  

Azərbaycanın müstəqillik illərində davamlı olaraq müşa-

hidə olunan sürətli sosial-iqtisadi inkişafı faktı da, mütəxəssis-

lərin fikrinə görə, Cənubi Qafqaz ölkələri içərisində onun geo-

iqtisadi çəkisini getdikcə  əhəmiyyətli dərəcədə yüksəldir. 

1996-cı ildən başlayaraq Azərbaycanda ümumi daxili məhsul 

istehsalının orta hesabla hər il 10%-dən yuxarı artımı, inflya-

siyanın nisbətən sabit saxlanması,  əhalinin pul gəlirlərinin və 

yaşayış  həddinin getdikcə yüksəlməsi, istehsalda qeyri-neft 

sektorunun və özəl sahənin payının artması, idxal-ixrac balan-

sında ixracın üstünlüyünün təmin edilməsi və s. həyata keçi-

rilən iqtisadi siyasətin səmərəli olmasını bilavasitə təsdiq edir. 

1999-2001-ci illərdə ölkədə ÜDM-in orta illik artım sürəti 2,5 

faiz, 2001-2004-cü illərdə isə 8-10% təşkil etmişdir. 1993-

2004-cü illərdə Azərbaycan iqtisadiyyatına bütün mənbələr 

                                                 

49

 Bax: Trend xəbər bülleteni, 14 may 2014, 14 iyul 2014. 



50

 Bax: “İki sahil” qəzeti, 26 fevral 2010. N46 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 135


hesabına 22,6 milyard ABŞ dolları miqdarında sərmayə qoyul-

muşdur ki, bunun da 17 milyardı xarici, 5,6 milyardı isə daxili 

sərmayə olmuşdur.

51

 Müstəqillik illərində ölkə iqtisadiyyatına 



yatırılmış sərmayələrin ümumi həcmi 2013-cu ildə 172.4 mil-

yard dollara çatmış və 2007-ci ildən başlayaraq daxili sərmayə-

lərin həcmi xarici sərmayələrin həcmini üstələməyə başlamış-

dır. 2004-2013-cü illərdə ölkə iqtisadiyyatına 150.2 milyard 

dollar investisiya qoyulmuş, onun da 54%-i daxili sərmayələr 

olmuşdur.

52 

 

Mütəxəssislər hesab edirlər ki, artıq 2005-ci ildə Azərbay-



can öz iqtisadi və sosial inkişaf parametrlərinə görə  nəinki 

təkcə bölgədə, həmçinin dünyada lider ölkəyə çevrilə bilmiş-

dir. Həmin il ölkədə ÜDM istehsalı 27%, 2006-cı ildə isə 34% 

artaraq bölgənin və dünyanın ən yüksək göstəricisi olmuşdur.

53

 

Azərbaycanın sürətli iqtisadi inkişafı sonrakı illərdə  də öz 



yüksək tempini saxlamış və ÜDM artımı müvafiq olaraq 2007-

ci ildə 27%, 2008-ci ildə 11%, 2009-cu ildə 9,3% və 2010-cu 

ildə 5,7% təşkil etmişdir.

54

  



2008-ci ildə başlayan ümumdünya iqtisadi böhran bir çox 

ölkələrin, hətta inkişaf etmiş Qərb dövlətlərinin iqtisadiyyatına 

ciddi zərbə vurduğu halda, Azərbaycan iqtisadiyyatı öz daya-

nıqlığını qoruyub saxlamış, əhalinin yaşayış səviyyəsi yüksəl-

məkdə davam etmiş, mühüm investisiya layihələrinin həyata 

keçirilməsi belə dayandırılmamışdır. Əgər 2011-ci ildə ölkədə 

ÜDM artımı  cəmi 0.1% olmuşdusa, 2012-ci ildə bu rəqəm 

2.2%, 2013-cü ildə isə 5.8% təşkil etmişdir.

55

 İqtisadi artım 



                                                 

51

 Bax:  “Azərbaycan” qəzeti, 25 yanvar, 2004; 08 dekabr 2004; 17 yanvar 



2009. 

52

 Bax: http://www.economy.gov.az/ 



53

 Bax: AzerTAc. Bülleten,  28,31 yanvar 2006. 

54

 Bax:  “Azərbaycan” qəzeti, 17 yanvar 2009, 15 yanvar 2010, 16 mart 



2011-ci il.  

55

 Bax: http://www.economy.gov.az/ 




 

ßËÈ ÙßÑßÍΠ

 

136 


əsasən iqtisadiyyatın qeyri-neft sektorunun orta hesabla illik 

10% yüksəlməsi hesabına əldə olunmuşdur.  

Ümumilikdə, son 10 ildə Azərbaycanın inkişaf strategi-

yası xüsusi düşünülmüş, hərtərəfli  əsaslandırılmış uzunmüd-

dətli dövlət proqramları  əsasında həyata keçirilmişdir. 2004-

2013-cü illərdə Azərbaycanın sosial-iqtisadi, regional və ayrı-

ayrı digər sahələrin inkişafını  nəzərdə tutan çoxsaylı ünvanlı 

dövlət proqramları  qəbul edilmiş  və  uğurla həyata keçirilmiş-

dir. Bunun nəticəsində ölkə iqtisadiyyatı ümumilikdə 3.4 dəfə 

artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 5.5 faizə düşmüşdür. 

İşsizliyin səviyyəsi 4.8 faizə enmiş  və bu göstəriciyə görə, 

Azərbaycan dünyanın bir sıra inkişaf etmiş ölkələrini də geridə 

qoymuşdur. Azərbaycanda müasir iqtisadi və sosial infrastruk-

tur yaradılmış, respublikanın enerji təhlükəsizliyi tam, ərzaq 

təhlükəsizliyi isə əsasən təmin olunmuşdur. Son 10 ildə Azər-

baycanın dövlət büdcəsi 17 dəfə artaraq 25 milyard dollara çat-

mış, 2013-cü ildə icmal büdcənin gəlirləri 29.5 milyard dollar 

təşkil etmişdir. 2003-cü ildə cəmi 800 milyon dollar təşkil edən 

strateji valyuta ehtiyatları 2013-cü ildə artıq 50 milyard dollara 

yüksəlmişdir. Əmək haqları, pensiyalar, təqaüdlər ardıcıl şəkil-

də artırılmış və bu göstəriciyə görə, Azərbaycan MDB məka-

nında öncül yerləri tutmuşdur. Minlərlə istehsal obyekti, nə-

həng zavod və fabriklər, texnoparklar tikilmiş, 1.2 milyon yeni 

iş yeri yaradılmışdır. 2500 məktəb, yüzlərlə  səhiyyə müəssi-

səsi, mədəniyyət, idman obyektləri tikilmişdir. Nəhəng infra-

struktur layihələri reallaşdırılmış, regional inkişaf proqramları 

paytaxtla bölgələr arasında kəskin fərqin aradan qaldırılmasına 

ciddi təsir göstərmişdir. Regionlar da paytaxt kimi dinamik 

inkişaf etmiş, müasirləşmişdir.

56 


 

Son 10 ildə iqtisadi sahədə  əldə olunmuş  uğurlar nəticə-

sində Azərbaycan Cənubi Qafqaz regionunda lider mövqeləri-

                                                 

56

 Bax: AzərTAc. Bülleten, 29 dekabr 2013-cü il. 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə