Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə42/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 131


nın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf 

yoluna çıxarmaq, milli iradəyə  əsaslanan müstəqil subyekt 

kimi beynəlxalq aləmlə sıx inteqrasiyasını təmin etmək müm-

kün olmuşdur. Bununla yanaşı, etiraf olunmalıdır ki, hər bir 

dövlət ilkin mərhələdə xarici təhlükələrdən qorunmaq sahəsin-

də özünümüdafiə sistemini dərhal formalaşdıra bilmir, müx-

təlif təzyiq və  təhdidlərə qarşı sinə  gərmək məcburiyyətində 

qalır. Bu mənada Azərbaycan daha uğurlu siyasət həyata keçi-

rərək, müstəqilliyinin ilk dövründə ayrı-ayrı güc mərkəzləri 

arasında balans yaratmağa, minimum güzəştlər hesabına mak-

simum dividendlər  əldə etməyə, prinsipial məsələlərdə öz 

mövqeyini qoruyub saxlamağa və inkişaf etdirməyə nail ol-

muşdur. Nəticədə, dövlət həm özünün neft strategiyasını uğur-

la reallaşdırmağı bacarmış, həm də  gələcək sürətli inkişafının 

möhkəm bazasını yaratmışdır.  

2003-2013-cü illəri  əhatə edən ikinci onillikdə Azərbay-

can oturuşmuş liberal iqtisadiyyata və böyük maliyyə resurs-

larına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən 

asılı olmayan, sözünü cəsarətlə deyən, mövqeyinə  və  rəyinə 

hörmətlə yanaşılan və milli maraqlara əsaslanaraq tam müs-

təqil siyasət yürüdən ölkəyə çevrilimişdir. Məhz buna görə də 

bu gün Azərbaycan ciddi geosiyasi faktor kimi postsovet mə-

kanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir 

geosiyasi, geoiqtisadi və  hərbi-geostrateji xarakteristikasının 

müəyyənləşdirilməsinə mühüm təsir göstərir, habelə BMT, 

ATƏT, Avropa Şurası, İKT, Qoşulmama Hərəkatının fəal üzvü 

olaraq, eyni zamanda dünyanın güc mərkəzləri ilə yaxından 

əməkdaşlıq edərək qlobal siyasətdə özünün iştirak imkanlarını 

getdikcə genişləndirir.  

Azərbaycan Cənubi Qafqaz və keçmiş postsovet məkanın-

da ümumi iqtisadi potensialına görə də xarici aləmin diqqətini 

çəkir. Hazırda Cənubi Qafqazda, Avrasiya məkanında və dün-

yada Azərbaycanın mövcud və perspektiv geoiqtisadi poten-



 

ßËÈ ÙßÑßÍΠ

 

132 


sialı - iqtisadi inkişaf resursları, malik olduğu maddi və insan 

ehtiyatları, bu sahələrdə ölkə  rəhbərliyinin yürütdüyü praq-

matik siyasət yüksək qiymətləndirilir. Cəmi 9 milyondan bir az 

çox əhalisi olmasına baxmayaraq, zəngin təbii, xüsusən, enerji 

və karbohidrogen ehtiyatlarına,  əlverişli iqlim və münbit tor-

pağa, turizm imkanlarına, kənd təsərrüfatı  və  sənaye infra-

strukturlarına və işlək əhaliyə malik olması onun iqtisadi pers-

pektivlərini xüsusi cəlbedici edir.  

Mütəxəssislərin fikrinə görə, region ölkələri içərisində öz 

geosiyasətini və geoiqtisadiyyatını, beynəlxalq  əlaqələrini, 

reallaşdırdığı daxili və xarici layihələri və s. Xəzər dənizinin 

karbohidrogen məhsullarının istehsalı  və satışı ilə  ən sıx  əla-

qələndirən  ölkə  məhz Azərbaycandır. Azərbaycanın iqtisadi 

inkişafının əsasında da məhz xarici şirkətlərlə Xəzər dənizində 

müştərək kəşf və istehsal etdiyi neft-qaz ehtiyatlarının sərbəst 

istifadəsi amili dayanır. Bu strateji məhsul ölkənin dinamik 

daxili iqtisadi, sosial və mənəvi inkişafını şərtləndirməklə bə-

rabər, həm də onu dünya geosiyasətində, xüsusən Avropa ener-

ji sektorunda mühüm bir amilə çevirmiş  və geoiqtisadi tərəf-

daşlıq dəyərini yüksəltmişdir. Hazırda ölkənin təsdiq olunmuş 

karbohidrogen ehtiyatları 4.6 milyard ton şərti yanacaq təşkil 

edir. Bunun 2 milyard tonu neft, 2,6 trln. kub metri isə (ümu-

milikdə ehtimal edilən karbohidrogen ehtiyatları isə 10 milyard 

ton  şərti yanacaq) təbii qaz təşkil edir. Təkcə  “Şahdəniz” ya-

tağının ehtiyatı 1,2 trln. kubmetr, 2010-cu ildə  kəşf olunmuş 

“Ümid” qaz yatağının ehtiyatı 250-300 mlrd. kubmetr, 2011-ci 

ildə  kəşf olunmuş “Abşeron” yatağının ehtiyatı isə 350 mlrd. 

kub metrdən artıq qaz-kondensat miqdarında qiymətləndirilir. 

Müstəqillik illərində neft sektoruna 48 milyarddan çox ABŞ 

dolları miqdarında xarici sərmayə qoyulmuş, 61 yeni neft 

yatağı istismara verilmiş  və yaxud yararlı  vəziyyətə  gəti-

rilmışdir.

47

  

                                                 



47

 Bax: “İki sahil” qəzeti, 20 sentyabr 2013-cü il, xüsusi buraxılış 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 133


Hələ 2000-ci ilin əvvəllərində mütəxəssislər 2010-cu ildən 

etibarən Azərbaycanın Xəzərdə ildə  təxminən 55 milyon ton 

neft və 20 milyard kub metr qaz çıxarmaq imkanı olacağını 

proqnozlaşdırırdılar. Dünya mütəxəssislərinin hesablamalarına 

və proqnozlarina görə, XXI əsrdə Azərbaycan dünyanın enerji 

məhsullarına artan tələbatının nəzərəçarpacaq hissəsini (ildə 

təxminən 40-50 milyon ton neft və 25-30 milyard kub metr 

qaz) verəcəkdir. Artıq 2006-cı ildə neft və qaz hasilatının 

həcmi bu proqnozların  əsassız olmadığını  təsdiq etdi. Dövlət 

Neft  Şirkətinin rəsmi məlumatına  əsasən, keçən illər üzrə 

Azərbaycanın neft və qaz hasilatının dinamikası aşağıdakı kimi 

olmuşdur.

48

 

 



 2006 

2007 

2008 

2009 

2010 

 

 

2011 2012 2013 

Neft  

(mln. ton) 

32.273 42.604 44.527 50.419 53.050 45.625 43.390 43.484

Qaz (mld. 

kub.m.) 

9.044 16.964 23.405 23.681 29.100 25.753 26.909 29.456

 

Göründüyü kimi, 2010-cu ildə Azərbaycanda həm neft, 



həm də qaz hasilatının həcmi ilə bağlı proqnozlar özünü 

doğrultmuşdur. Ölkədə 53 milyon tondan artıq neft, 29 milyard 

kubmetrdən artıq isə təbii qaz istehsal edilmişdir. Xəzər dəni-

zində 2010-cu ildə  ən çox neft və qaz Azərbaycana məxsus 

milli sektordan çıxarılmışdır. Sonrakı illərdə karbohidrogen 

ehtiyatların hasilatına korrektələr edilmiş, mövcud tələbat nə-

zərə alınaraq neft hasilatı stabil olaraq 43-45 milyon ton həc-

mində saxlanılmış,  əsas diqqət isə qaz hasilatı sahəsində yeni 

layihələrin həyata keçirilməsinə yönəldilmişdir. Yaxın bir neçə 

ildə  “Şahdəniz -2” layihəsinin reallaşdırılması  nəticəsində bu 

yataqdan hasil olunacaq qazın həcminin 9 milyard kubmetrdən 

                                                 

48

 Bax: http://www.socar.az 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə