Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə44/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 137


ni daha da möhkəmləndirmişdir. Müqayisə üçün qeyd edək ki, 

2013-ci ildə Azərbaycanda UDM istehsalı 71 mlrd. ABŞ dolla-

57

, müvafiq olaraq Gürcüstanda 16.1 mlrd. dollar



58

, Ermənis-

tanda isə 10,4 mlrd. dollar

59

 təşkil etmişdir. Azərbaycanın Gür-



cüstan iqtisadiyyatının inkişafında oynadığı rolu da nəzərə ala-

raq, demək olar ki, bu gün ölkəmizin bölgənin UDM istehsa-

lındakı payı 80%-dən çoxdur. Dünyanın bir çox nüfuzlu iqtisa-

di və maliyyə  mərkəzləri, o cümlədən Dünya Bankı, Beynəl-

xalq Valyuta Fondu, Dünya İqtisadi Forumu, "Moodys", "Fitch 

Raitings", "Standard and Poors" nüfuzlu reytinq agentlikləri 

Azərbaycanın yüksək inkişaf tempi nümayiş etdirdiyini xüsusi 

vurğulayaraq, onun dünyada ən yüksək iqtisadi artıma malik 

olması faktını qeyd etmişlər. Davos iqtisadi Forumunun 2013-

cü ilə dair hesabatında Azərbaycan “iqtisadiyyatın rəqabətə da-

vamlılığı” əmsalına görə dünya ölkələri arasında 39-cu, 2014-

cü ilin birinci yarısının göstəricilərinə görəsə 38-ci yeri tutmuş-

dur.

60

 ABŞ-ın "Heritage" Fondu və "Wall Street Journal" qəze-



tinin birgə hazırladığı  "İqtisadi Azadlıq  İndeksi - 2014" adlı 

hesabatda Azərbaycan dünyanın 186 ölkəsi arasında 81-ci yeri 

tutaraq iqtisadi cəhətdən “orta azad ölkələr” sırasına daxil ol-

muşdur.


61

 Beynəlxalq maliyyə  mərkəzlərinin, o cümlədən 

Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun hesablamaları 

göstərir ki, qarşıdan gələn illərdə Azərbaycanda sürətli iqtisadi 

inkişaf tendensiyası davam edəcək ki, bu da müvafiq olaraq 

həm ölkənin beynəlxalq imicinə, həm də xarici geosiyasi ak-

torlarla tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərəcəkdir.  

Hazırda təbii səbəblərdən ümumi iqtisadi gücünə görə 

Rusiya, Ukrayna, Qazaxıstan və Belarus kimi iri dövlətlərdən 

                                                 

57

Bax: http://www. kaspiy.az, 10 yanvar 2014. 



58

Bax: http:// www. newsgeorgia.ru, 24 mart 2014. 

59

Bax: http:// www. newsarmenia.ru, 31 may 2014. 



60

 Bax:”Azərbaycan”qəzeti, 4 sentyabr 2014-cü il, s.6. 

61

 Bax: AzərTAc, Bülleten, 17 yanvar 2014- cü il.  




 

ßËÈ ÙßÑßÍΠ

 

138 


nisbətən geridə qalsa da, Azərbaycan qalan digər postsovet res-

publikalardan həm iqtisadi kəmiyyət, həm də keyfiyyət göstə-

ricilərinə görə irəlidədir. Bölgədəki neft istehsalına, transmilli 

nəqliyyat-tranzit imkanlarına, xarici iqtisadi əlaqələrinin in-

tensivliyinə, enerji resursları ixracının  şaxələndirilməsinə, 

Qərbin Xəzərə  hərbi-geostrateji çıxışınin təmin edilməsi və 

hövzənin strateji hədəflərinə  nəzarət imkanı yaratmasına və 

digər geoməkan üstünlüklərinə görə isə, Azərbaycan Qaza-

xıstan və Gürcüstanla birlikdə mütəxəssislər tərəfindən böl-

gənin ən əhəmiyyətli dövləti hesab olunur. 

Bundan başqa, Azərbaycanın milli iqtisadiyyatı müstəqil-

liyinin ilk illərində tamamilə xarici kapitaldan və neft səna-

yesindən asılı idisə, son illərdə nisbət əsaslı şəkildə dəyişmiş, 

iqtisadi, sosial, infrastruktur və s. sahələrdə yerli kapital və 

qeyri-neft sektorunun payı üstün səviyyəyə yüksəlmişdir. Son 

illər Azərbaycan rəhbərliyi neft amilindən və xarici kapitaldan 

asılılığı  kəskin  şəkildə azaltmış, iqtisadi inkişafın yükünü 

qeyri-neft sektorunun üzərinə keçirmiş, əsas valyuta ehtiyatla-

rını da məhz bu sektorun yüksəlişinə istiqamətləndirərək, yerli 

istehsalın, xüsusən, milli sənaye, emal və ərzaq istehsalı müəs-

sisələrinin inkişafını təmin etmək üçün ciddi addımlar atmış ki, 

bu da ölkənin iqtisadi gələcəyi ilə bağlı  əhalidə  və mütəxəs-

sislərdə nikbin əhval-ruhiyyə yaratmışdır. Azərbaycanda yürü-

dülən məqsədyönlü siyasətin - neftdən gələn gəlirləri iqtisa-

diyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına 

yönəldilməsinin nəticəsi olaraq ÜDM-in strukturunda bu sahə-

nin payı sürətlə artmışdır.  Əgər 2010-cu ildə iqtisadiyyatda 

qeyri-neft sektorunun payı 44.4% təşkil edirdisə, 2013-cü ildə 

bu rəqəm artıq 56.6%-ə yüksəlmişdir. Hökumətin proqnoz-

larına əsasən, 2015-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 

61,7 faizə çatacaqdır.

62

 



                                                 

62

 Bax: http://www.economy.gov.az, Trend, 22 noyabr 2011.  




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 139


Azərbaycanın 2005-2013-cü illərdə strateji neft və qaz 

məhsullarının satışından  əldə edilən gəlirlər hesabına  ölkənin 



enerji, nəqliyyat, rabitə-informasiya sektorunun tam yeniləşdi-

rilməsi və bu sahələr üzrə milli təhlükəsizliyin möhkəmlən-

dirilməsi, sosial və iqtisadi infrastrukturun yenidən qurulması, 

iqtisadiyyatının liberallaşdırılması  və  şaxələndirilməsi, qeyri-

neft sektorunun inkişafına önəm verilməsi, ekoloji tarazlığın 

təmin edilməsi və s. hesab olunur. 

2003-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı 

dövlət proqramlarının qəbulu və icrası respublikada yeni şərait 

yaradaraq, Azərbaycanın bütövlükdə əksər bölgələrinin hərtərəf-

li tərəqqisinə səbəb olmuş, mərkəzlə regionlar arasında iqtisadi-

sosial fərqləri  əsasən aradan qaldırmış, yaşayış  məntəqələrinin 

simasını müasirləşdirmişdir. Respublikanın kommunal, yol-

nəqliyyat, sosial, informasiya-kommunikasiya, ekologiya və di-

gər sahələrin infrastrukturuna milyardlarla dollar investisiya 

qoyulmuşdur. Yeni iş yerlərinin açılması ölkədə  işsizlik prob-

leminin aradan qaldırılmasına mühüm təsir göstərmişdir. 

Müstəqillik illərində Azərbaycanın kənd təsərrüfatı və ər-



zaq istehsalı sisteminə  əsaslı investisiya yatırılmış, fermerlərə 

birbaşa dövlət dəstəyi göstərilmiş  və bu sahənin inkişafına 

əsaslı təkan verilmişdir. Hazırda Azərbaycan əksər ərzaq məh-

sulları ilə özünü əsasən təmin edir. Əgər Sovet hakimiyyəti 

illərində Azərbaycan bəzi ərzaq məhsullarının istehlakında (ət, 

yağ, kartof, taxıl və s.) digər respublikalardan asılı vəziyyətdə 

idisə, müstəqillik dövründə bu balans daxili istehsal hesabına 

kəskin dəyişmişdir.  

Göründüyü kimi, 2004-2013-cü illərdə  həyata keçirilmiş 

məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı  şaxələndi-

rilmiş və iqtisadi balansda qeyri-neft sektorunun üstünlüyü tə-

min edilmişdir. Bununla yanaşı, qarşıdan gələn dövrdə  də iq-

tisadiyyatda enerji amili öz aktuallığını saxlayacaq. Hazırda 

Azərbaycanın xarici borclarının miqdarı ÜDM-in cəmi 8%-i 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə