Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə40/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

124 


əhəmiyyətli və perspektivli ölkəsi hesab edirlər. Mütə-

xəssislərin fikrinə görə, geosiyasi xarakteristikanın 

əsas dəyər ölçüləri kimi çıxış edən həmin amillər öl-

kənin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, 

həm də bugünkü dinamik inkişafını şərtləndirmişdir.  

 Digər geosiyasi xarakteristikasına - ərazisinin ölçülərinə, 

sərhədlərinin vəziyyəti və qonşularla münasibətlərinə, maddi 

və  mənəvi resurslarından yararlanma əmsalı  və s. görə  də 

Azərbaycan Cənubi Qafqazın ən böyük və ən perspektivli döv-

ləti hesab olunur. Ərazisinin təbii və coğrafi resurslarına onun: 



-  86,6 min kvadrat km. quru və 80 min kvadrat km. 

Xəzər dənizindəki milli sektoru; 



-  Avropa və Asiyanı birləşdirən  əlverişli coğrafi, geo-

siyasi və geoiqtisadi vəziyyəti; 



-  avtomobil, dəmir yolu və su nəqliyyatı vasitəsilə 

Rusiya, Türkiyə,  İran, Gürcüstan, Ermənistan, Orta 

Asiya və Qara dəniz bölgəsi ölkələri ilə  nəqliyyat-

kommunikasyia xətləri və s. daxildir.  

Ölkənin geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə 

münasibətlərinin qurulmasına müsbət təsir göstərən  əsas 



amillərdən biri onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda 

yerləşməsi hesab olunur. Ölkə dünyanın  ən  əhəmiyyətli 

regionlarından hesab olunan Avrasiyanın ortasında yerləşir, 

Xəzər-Qara dəniz hövzəsi və  Cənubi Qafqazda gedən  əsas 

proseslərin və transmilli maraqların mərkəzində dayanır. 

-  Azərbaycan Gürcüstanla birlikdə, Xəzər-Qara dəniz-

ləri arasındakı mühüm əhəmiyyətli  

 Kontinental geosiyasi məkanının;  

-  Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-

Cənub-Şərqi Asiyanın; 



-  Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin; 

-  Şərqlə-Qərb arasındakı  əksər transmilli nəqliyyat-

kommunikasiya layihələrinin; 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 125


-  NATO və KTMT kimi hərbi-strateji bloklaşmaların 

təmas xəttində yerləşir, həm Avropanın, həm Asiya-

nın, həm də  bəhs olunan sahələr üzrə  Xəzər-Qara 

dəniz hövzəsi və  Cənubi Qafqazın regional maraqlar 

mübarizəsində önəmli vəsilə kimi çıxış edir. 

 

 



 

Mütəxəssislərin fikrinə görə, Xəzərətrafı ölkələr içərisində 

ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji möv-

qe məhz Azərbaycana məxsusdur. Düzdür, tədqiqatçılar re-

gional əhatə dairəsi və bölgənin geosiyasi mühiti ilə bağlı bəzi 

məqamları nəzərə alaraq (Ermənistan, İran və Rusiyanın müəy-

yən məsələlərdə Azərbaycanla üst-üstə düşməyən maraqları və 

s. - Ə.H.) onun tam müstəqil siyasət yürütmək və beynəlxalq 

aləmlə milli maraqlara uyğun sərbəst hərəkət etmək imkanını 

qismən məhdud hesab edir və bu fonda Cənubi Qafqazda, ətraf 




 

ßËÈ ÙßÑßÍΠ

 

126 


regionlarda mövcud olan münaqişələrin bölgə dövlətləri ara-

sında  ən çox Azərbaycana mənfi təsir göstərdiyini və onun 

müstəqil siyasət kursunu təhdid edəcəyini proqnozlaşdırırlar. 

Onların fikrinə görə, milli və regional təhlükəsizlik, regional 

və beynəlxalq inteqrasiya və s. geosiyasi, geoiqtisadi və geo-

strateji məsələlərdə Azərbaycanın həm bölgə, həm də dünya 

ölkələri ilə üst-üstə düşən və düşməyən maraqları, fərqli fəa-

liyyət istiqamətləri mövcuddur ki, bu da rəsmi Bakının gələcək 

geosiyasi qərarlarına təsirsiz ötüşməyəcəkdir. Lakin nəzərə al-

maq lazımdır ki, qloballaşma dövrünün müasir çağırışları fo-

nunda bütün ölkələr, o cümlədən dünyanın aparıcı dövlətləri 

qlobal və regional çərçivədə, müəyyən proseslərin və hadisələ-

rin təsiri altında, habelə qarşılıqlı maraqlar kontekstində tez-tez 

öz siyasətlərinə müəyyən düzəlişlər edirlər. Təbii olaraq, Azər-

baycan da öz milli maraqlarının təmin edilməsinə istiqamət-

lənmiş siyasi kursuna, əlverişli coğrafi mövqeyinə  və  kəsb 

etdiyi transmilli geosiyasi əhəmiyyətinə uyğun olaraq bu və ya 

digər gedişlər edir və bundan sonra da edəcəkdir.  



 Geoiqtisadi  dəyərinə görə Prezident Heydər  Əliyevin 

1994-cü ildə  əsasını qoyduğu yeni neft strategiyası  və digər 

transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyata 

keçirilməsi, sözün həqiqi mənasında, Azərbaycanı geoiqtisadi 

cəhətdən dünyanın aparıcı dövlətləri və  şirkətləri üçün cəlb-

edici tərəfdaş etmişdir. Ölkənin  əlverişli geoiqtisadi dəyəri 

həm də yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış, keçən il-

lərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ümumi-

likdə Azərbaycanı Avrasiyanın iqtisadi, siyasi və sosial-mə-

nəvi cəhətdən dinamik inkişaf edən bir ölkəsinə, dövlətlərarası 

əlaqələrdə ciddi geosiyasi aktora çevrilmişdir. Bununla yanaşı, 

Azərbaycan həm də hövzənin neft-qaz resurslarından istifadə-

nin düzgün strategiyasını müəyyənləşdirməklə, beynəlxalq alə-

min daim artan enerji ehtiyacı ilə ölkənin milli maraqlarını 

uzlaşdırmaqla və bu əsasda etibarlı  tərəfdaş kimi tanınmaqla, 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 127


milli iqtisadi və maliyyə dividendlərini gücləndirməklə bey-

nəlxalq dəyərini artırmış  və xarici aləmlə münasibətlərini in-

tensivləşdirmək imkanı qazandırmışdır. Bu amilə  təkcə  təbii 

resurs mənbəyi və geoiqtisadi anlamında yanaşmaq düzgün 

olmazdı. Ölkənin bəhs olunan üstünlüklərindən, xüsusən də 

neft və qaz amilindən bacarıqla istifadə etməklə, müasir dün-

yanın aparıcı dövlətləri və güc mərkəzlərinin diqqətini özünün 

digər milli problemlərinə  cəlb etməsi Azərbaycanın müasir 

dövrdə  əsas milli geosiyasi vəzifələrindən biri hesab olunur. 

Bu üstünlüyün və imicin qorunması  və düzgün istifadə olun-

ması  gələcəkdə  də Azərbaycanın geosiyasi addımlarının və 

vəzifələrinin əsas müvəffəqiyyətini təşkil etməlidir.  

Hazırda Azərbaycan Xəzər dənizinin digər sahilində yer-

ləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə 



Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada 

enerji təhlükəsizliyinin təminatı sahəsində “ən əlverişli, ümid-

verici və etibarlı alternativ tərəfdaş” hesab olunur. Dünyanın 

alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-

qaz istehsalı ilə bağlı əsas risklərdən biri hasil olunan məhsu-

lun dünya bazarlarına təhlükəsiz və sərbəst marşrutlarla çıxa-

rılması ilə bağlıdır. Bu anlamda Azərbaycan özünün və tərəf-

daşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara 

çıxarılması, ixrac marşrutlarının  şaxələndirilməsi (diversifika-

siyası) məsələsində  Xəzər ölkələri içərisində  həm Qazaxıs-

tandan, həm də Türkmənistandan  əlverişli vəziyyətdədir. On-

larla müqayisədə Azərbaycanın enerji ixracı riskləri çox aşağı 

səviyyədədir. 1994-cü ildə  “Əsrin müqaviləsi” imzalandıqdan 

sonra Azərbaycan bölgənin karbohidrogen ehtiyatlarının alter-

nativ yolla Avropaya nəqli marşrutunu müəyyənləşdirərək, 

planetar əhəmiyyətli, eyni zamanda çox məsuliyyətli və uzaq-

ğörən strateji seçim etdi. Nəticədə  Xəzərin neft və qaz ehti-

yatlarının alternativ və müstəqil yolla Avropa ölkələrinə çat-

dırılmasının yeni marşrutunu dövriyyəyə buraxdı. Bu marşrut 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə