Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə36/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 111


§ 2.2. Azərbaycan Respublikasının milli inkişaf  

siyasətinin əsas prinsipləri, vəzifələri və tələbləri 

 

Milli inkişafın bilavasitə dövlətin daxili ictimai-siyasi, 



sosial-iqtisadi və beynəlxalq vəziyyəti ilə bağlı olduğunu nə-

zərə alsaq, müstəqilliyini bərpa etdiyi gündən Azərbaycanın 

qarşısında dayanan əsas vəzifələrdən biri öz Milli İnkişaf Kon-

sepsiyasını  və ona uyğun olaraq dövlətin praktiki fəaliyyət 

strategiyasını yaratmaq, daxili-xarici siyasətini, onun istiqa-

mətlərini, prioritetlərini və hədəflərini müəyyənləşdirmək, mil-

li dövlət quruculuğu prosesinin həyata keçirilməsi mexanizm-

lərini formalaşdırmaq və təmin etməkdən ibarət idi. 

 Azərbaycanın milli inkişaf siyasətinin konseptual əsasla-

rını, başlıca prinsiplərini, strateji vəzifə və tələblərini də müs-

təqil dövlətin qurucusu Heydər  Əliyev müəyyənləşdirmiş, 

1993-2003-cü illərdə dönmədən həyata keçirmişdir. Onları 

aşağıdakı kimi qruplaşdırmaq olar: 

 

Güclü dövlət və səmərəli  

dövlət idarəçiliyi  

  

Siyasətşünaslıq elmində milli inkişafın  əsas tələblərindən 



biri güclü dövlətin qurulması, müvafiq ölçüləri ilə onun iqtisa-

di, siyasi, sosial-mənəvi əsaslarının yaradılması, ölkənin siyasi 

sisteminin və dövlət idarəçiliyinin səmərəli və ahəngdar işinin 

təmin edilməsi hesab olunur. 

 Mütəxəssislər hesab edir ki, Heydər Əliyevin milli inkişaf 

siyasətində güclü dövlət prinsipi həmişə önəmli yer tutmuşdur. 

Onun dövlət quruculuğundakı  əsas xidmətlərindən biri məhz 

ölkənin bütün sağlam qüvvələrini,  əksər vətəndaşları, ictimai-

siyasi dairələri səfərbər edərək güclü dövlət strukturu yaratma-

sında, müstəqilliyin, daxili ictimai-siyasi sabitliyin real təmi-

natçısı ola biləcək dinamik dövlət maşını qurmasında idi. 



 

ßËÈ ÙßÑßÍΠ

 

112 


Səmərəli və güclü dövlət, səmərəli dövlət idarəçiliyi an-

layışını – siyasi ədəbiyyatda təkmil mərkəzi və yerli idarəetmə 

mexanizmi, sabit ictimai-siyasi həyatı, işlək və hamı tərəfindən 

əməl olunan qanunları,  ədalətli cəmiyyəti olan, insanların eti-

madını qazanan, ehtiyaclarını dəyərləndirən, qabiliyyətinə görə 

hər kəsi ictimai-siyasi, iqtisadi və mədəni proseslərə cəlb edən, 

milli və vətəndaş birliyinə söykənərək, siyasi-hüquqi idarəçilik 

institutu funksiyasını yerinə yetirən ölkələrə aid edirlər. 

 Bundan başqa, müasir dövrün tələbləri çərçivəsində güclü 

və səmərəli dövlət həm də azad, ədalətli, demokratik dəyərlərin 

bərqərar olduğu, siyasi plüralizm və siyasi fəaliyyət azadlığının 

hökm sürdüyü, bütün vətəndaş hüquqlarının dolğun təmin 

edildiyi cəmiyyətlərə şamil edilir.  

Azərbaycanda Heydər Əliyevin formalaşdırdığı milli inki-

şaf siyasətinin əsas prinsiplərindən sayılan sabit və güclü mər-

kəzi dövlət idarəetmə sisteminin qurulması, həm də yuxarıda 

sadalanan əksər vəzifə və tələblərə əməl edilməsini nəzərdə tu-

turdu. Bundan başqa, güclü dövlət və səmərəli dövlət idarəçi-

liyi ölkənin vahid mərkəzdən idarə edilməsini, mərkəzi icra ha-

kimiyyəti orqanları ilə regional və yerli idarəçilik strukturları 

arasında möhkəm rabitənin yaradılmasını da ehtiva edirdi.  

 

İctimai-siyasi sabitliyin 

 

yaradılması və qorunması 

 

 

Azərbaycanın milli inkişafının mühüm şərtlərindən və 



amillərindən biri kimi, Heydər Əliyev daxili ictimai-siyasi sa-

bitliyin yaradılması, davamlı olaraq təmin edilməsi və qorun-

ması vəzifəsini irəli sürürdü. Heydər Əliyev daim vurğulayırdı 

ki, ictimai-siyasi həyatı sabit, iqtisadiyyatı güclü və  vətəndaş 

birliyi olan dövlətlər hər şeyə qadirdir.

39

 



                                                 

39 Bax: Əliyev. H.Ə. Müstəqilliyimiz əbədidir... http://heydaraliyev.preslib.az 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 113


 Dünya  siyasətşünasları dövlətin həyatında ictimai-siyasi 

sabitliyi milli inkişafın  ən vacib daxili vəzifəsi hesab edir və 

cəmiyyətlərin sağlam həyat tərzini, ictimai həyat normalarının 

dönməzliyini, sabit idarəçiliyi, qanunçuluğu, vətəndaş birliyi 

və milli həmrəyliyi, ölkənin regional geosiyasi və beynəlxalq 

təhlükəsizlik vəzifələrinin dolğun və davamlı təminatını məhz 

dövlətin daxili ictimai-siyasi həyatının sabitliyi və iqtisadiyya-

tının dinamik inkişafı ilə əlaqələndirirlər. 

Heydər Əliyev 1993-cü ildən etibarən Azərbaycanda döv-

lət quruculuğu sahəsində həyata keçirdiyi bütün tədbirlərdə ilk 

növbədə daxili ictimai-siyasi sabitliyin qorunması, milli-və-

təndaş birliyinin və iqtisadi inkişafın təmin edilməsi vəzifələ-

rini irəli sürür, dövlətin zəruri ehtiyaclarının və əhalinin sosial-

iqtisadi tələbatının ödənilməsi kimi məsələləri daim diqqətdə 

saxlayırdı.  

 İctimai-siyasi sabitliyin yolu o dövrdə Azərbaycanda güc-

lü dövlət, sosial ədələt və milli həmrəyliyə söykənən daxili 

siyasətin yürüdülməsindən, milli inkişaf maraqlarının bütün 

ictimai-siyasi dairələrin, milli-etnik qrupların düşüncəsinə ha-

kim kəsilməsindən keçirdi. Odur ki, Heydər  Əliyev ölkədə 

sosial ədalətin yaradılmasını, hər bir vətəndaş üçün bərabər hü-

quq və azadlıqların tanınmasını, hüquqi normalar və qanunçu-

luğun möhkəmləndirilməsini, ölkədaxili mənfi hallarla ciddi 

mübarizə aparılmasını, demokratiya və siyasi plüralizm prin-

siplərinin cəmiyyətdə geniş  tətbiq edilməsini, dövlət idarəçi-

liyinin, hakimiyyətin fəaliyyətinin  şəffaflaşdırılması  və möh-

kəm ümumxalq hakimiyyətinin formalaşdırılmasını Azərbay-

canın daxili ictimai-siyasi həyatının  əsas prinsipləri kimi elan 

edərək, onlara dönmədən əməl olunmasını tələb edirdi.  

 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə