Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə33/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

102 


fəaliyyətinin, həyata keçirilən iqtisadi-siyasi, hüquqi və sosial-

mənəvi proqramların  əsasında dayanmışdır. Çünki, Azərbay-

cana rəhbərlik etdiyi dövrdə, o, təkcə müstəqil Azərbaycan 

dövlətinin möhkəmləndirilməsi, onun müstəqilliyinin dönməz-

liyinin təmin olunması  və dövlətçilik atributlarının formalaş-

dırılması ilə deyil, mütəxəssislərin fikrinə görə, həm də, Azər-

baycan xalqının dövlətçilik ənənələrinin qədim köklərinin üzə 

çıxarılması  və müasir tarixi dəyərlərlə birləşdirilərək milli 

şüurun bərpa olunması sahəsində əvəzsiz rol oynamışdır.

28

 

Heydər  Əliyev yeni şəraitdə etnik mənsubiyyəti xüsusi 

qabartmadan birləşdirici azərbaycançılıq ideyasının – ümum-

vətəndaşlıq, Azərbaycana mənsubluq, Vətənə bağlılıq, Azər-

baycan dilinə  və  mədəniyyətinə sevgi, dövlətin sevinci və 

kədəri, dəyərləri və problemləri qarşısında ümumi və  bərabər 

məsuliyyət hissi daşımaq kimi yeni konfiqurasiyanın - Azər-

baycanın müstəqil dövlətçiliyi üzərində qurulmuş milli inkişaf 

siyasətinin ideoloji əsaslarını ortaya qoydu. Həm də xüsusi 

qeyd olunmalıdır ki, Heydər  Əliyev daxili siyasətində  vətən-

daşların vahid amal və  məqsəd  ətrafında birləşdirilməsi isti-

qamətində addımlarını etnik-milli müstəvidən dövlətçilik və 

vətənpərvərlik müstəvisinə ustalıqla və mükəmməl formada 

keçirərək, respublikanın  əsas vətəndaşları olan türk kökənli 

çoxluqla digər milli azlıqların, etnik qrupların birliyinə nail ola 

bildi. Bu baxımdan, tədqiqatçı alim Səlahəddin Xəlilovun fikri 

ilə razılaşmamaq mümkün deyil ki, Heydər Əliyev milli ideo-

logiyamızın  əsasını müəyyənləşdirməklə  bərabər, bilavasitə 

onun həyata keçirilməsini də təmin edirdi ki, bu da onun dövlət 

başçısı olmasından  əlavə, həm də milli lider kimi üzərinə 

götürdüyü missiyaya necə böyük məsuliyyətlə yanaşmasına 

dəlalət edirdi.

29

 



                                                 

 

28



 Bax:  Xəlilov S.S. Heydər  Əliyevin dövlət quruculuğu fəlsəfəsi // Heydər 

Əliyev və Azərbaycan. Bakı, 2008.s.571 

 

29

 Bax: Xəlilov S.S. Lider. Dövlət. Cəmiyyət. Bakı, 2001, s. 87 




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 103


Heydər  Əliyev Azərbaycanda  əksər vətəndaşları vahid 

amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiya 

məsələsini ümumdövlət səviyyəsinə qaldırıldı. Bir faktı xüsusi 

vurğulamaq lazımdır ki, başqa sahələrdə olduğu kimi, milli-

ideoloji baxışlar sisteminin formalaşması prosesində  də Azər-

baycan Xalq Cümhuriyyətinin varislik prinsipi saxlanıldı  və 

vaxtilə  məhz onun birləşdirici ideya kimi irəli sürdüyü “azər-

baycançılıq” ideologiyasına müraciət edildi. Milli ideologiya 

Azərbaycanın tarixi keçmişi, onun millət və xalqlarının adət-

ənənələri, dövlətçiliyinin dünəni, bu günü və  gələcəyi ilə  sıx 

şəkildə  əlaqələndirildi. Dilindən, dinindən, etnik mənsubiyyə-

tindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının, 

ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik 

ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Cəmiyyətdə 

hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil ölkənin 

bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli bir-

liyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi, elm, yara-

dıcı və digər ziyalı dairələrinin gündəminə çıxarıldı. Azərbay-

cançılıq ideyasına tamamilə yeni məzmun verildi və bu ideya 

ölkənin milli-etnik xüsusiyyətlərinə, müasir inkişafının tələb-

lərinə və dünyanın yeni şəraitinə uyğunlaşdırıldı. Bütün bunları 

nəzərə alaraq, Heydər Əliyevi həm də müasir azərbaycançılıq 

ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin 

əsaslarını, milli-etnik şəraiti nəzərə alan yeni milli təlimin 

banisi hesab etmək olar.

30

 



Heydər Əliyev azərbaycançılıq ideyasını bütöv bir xalqın 

– bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla 

bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin va-

hid  milli birlik platformasına çevirdi. Əgər Heydər  Əliyevə 

qədər bu ideya əsasən etnolinqvistik, etnoqrafik, ədəbi, mədə-

                                                 

30

 Bax: Mehdiyev R.Ə. Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi 



//”Azərbaycan” qəzeti, 26 may 2011  


 

ßËÈ ÙßÑßÍΠ

 

104 


ni-estetik, fəlsəfi və  mənəvi dəyər kimi mövcud idisə, onun 

dövründə ciddi sosial-siyasi məzmun kəsb edərək ümumi və 

birləşdirici ideyalar sisteminə - dövlət quruculuğunun ayrılmaz 

tərkib hissəsinə çevrildi.

31

 

Heydər  Əliyev üçün azərbaycançılıq ideologiyasının ma-



hiyyətini təşkil edən  əsaslardan biri milli-mənəvi dəyərlərin - 

ana dilinin və milli mədəniyyətin, tarixi keçmişimizdən bizə irs 

qalmış milli varlığımızın, azərbaycanlıları tanıdan və  fərqlən-

dirən bütün atributların qorunması və inkişaf etdirilməsi idi.  

Heydər  Əliyev Azərbaycanı müasir, inkişaf etmiş, xalqın 

maddi - mənəvi tələbatını təmin edə bilən, daxili həyatı sabit, 

milli birliyə qovuşmuş bir dövlət kimi görmək istəyirdi. 

Bununla bağlı o, qeyd edirdi ki, bizim milli ideologiyamızın 

konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dili-

mizi, dinimizi və mədəniyyətimizi əks etdirmək və yaşatmaqla 

bərabər, həm də bu dəyərləri müasir dünyanın qazandığı ye-

niliklər və  təcrübə  əsasında zənginləşdirməyə  və inkişaf et-

dirməyə xidmət etməlidir.  “Milli mənsubiyyət hər bir insan 

üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu 

gün də  fəxr edirəm ki, mən Azərbaycanlıyam!”.

32

 Bu  ifadələr 



ümummilli liderimizin milli-mənəvi dünyasını, vətəndaşlıq 

mövqeyini göstərən, öz milli köklərinə bağlılığını sübut edən 

və  həm də böyük milli səfərbəredici gücü olan tarixi bir 

bəyanat idi. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü tarixi 

dövründə dövlətə  rəhbərliyin ağır məsuliyyətini üzərinə gö-

türmüş Heydər  Əliyevin yaratdığı müstəqil dövlət və onun 

milli inkişaf strategiyası ölkəmizin bugünkü varlığının və 

gələcək geosiyasi inkişafının əsasını təşkil edir.  

                                                 

31

 Daha ətraflı bax: Vəliyeva S.M. Azərbaycançılıq milli ideologiya və ədəbi-



estetik təlim kimi. Məsələnin qoyuluşuna dair. Bakı, 2002 

 

32



 Bax: 9-10 noyabr 2001-ci ildə Dünya Azərbaycanlılarının l Qurultayında 

Heydər Əliyevin nitqi // Dünya Azərbaycanlılarının l Qurultayı. Bakı, 2002, s. 25  




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə