Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə31/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

96 


kortəbii xalq hərəkatına, 1990-cı ildən sonra isə artıq məqsəd-

ləri aydın olan milli-azadlıq hərəkatına rəvac verdi. Həmin 

vaxt ölkənin müstəqilliyinin elan olunması və müstəqil dövlət 

qurulması üçün tələb olunan ilk iki şərt tam yetişmişdi. 

Bəhs olunan dövrdə SSRİ-nin ali siyasi rəhbərliyində ya-

ranan böhranlı vəziyyət və Moskvada yaşanan siyasi qarşıdur-

madan istifadə edən bir çox keçmiş müttəfiq respublikalar, o 

cümlədən Azərbaycan öz müstəqilliyini elan etdi. Lakin həmin 

dövrdə  həm ölkəni, həm də xalq hərəkatını idarə edənlərin, 

dövlət qurumlarının aydın milli inkişaf konsepsiyasının olma-

ması, respublikaya rəhbərlik edən şəxslərin müstəqillik və milli 

dövlət iradəsinin zəifliyi, qeyr-prinsipial və  səriştəsiz iqtisadi

ictimai-siyasi və mənəvi siyasət yürütməsi, ölkədə sabitliyi və 

qanunçuluğu bərpa edə bilməməsi, siyasi mübarizənin milli-

vətəndaş qarşıdurması müstəvisinə keçməsi, Ermənistanın tə-

cavüzü nəticəsində Azərbaycan torpaqlarının işğal edilməsi və 

yerli  əhalinin qaçqın-köçkünə çevrilməsi, iqtisadi, siyasi, 

sosial-mənəvi böhranın getdikcə  dərinləşməsi və s. Azərbay-

canı ciddi təhlükə ilə üz-üzə qoydu, əhalinin gələcəyə, müs-

təqil dövlətçiliyə inamını sarsıtdı. 

1991-ci ildə Azərbaycan SSRİ-nin keçmiş kommunist 

ideologiyasından birmənalı imtina etsə də, xalqı səfərbər edən, 

onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli-mənəvi də-

yərlərini qoruyub saxlayacaq və yönəldəcək yeni milli sistem 

və ideya ortaya qoyulmadı. Keçmişin bütün qalıqlarından, o 

cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən 

kütləvi surətdə imtina meyli Azərbaycanda sözün həqiqi mə-

nasında ciddi bir ideoloji boşluq yaratdı.  Əlbəttə, cəmiyyətin 

ideyasızlaşdırılması meyli bir tərəfdən, keçmiş kommunist reji-

minə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən, 1991-ci ildən 

1993-cü ilin ortalarına qədər Azərbaycanı idarə edənlərin ay-

dın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlə-




 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 97


tin və xalqın siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında 

dolğun təsəvvürə malik olmamasından irəli gəlirdi. 

Bu dövrdə Azərbaycanın milli azadlıq hərəkatı və müstə-

qil dövlət quruculuğu prosesinə rəhbərlik etmək iradəsinə, gü-

cünə  və qabiliyyətinə malik, əhalinin  əksəriyyəti tərəfindən 

qəbul edilən və dəstəklənən milli liderə olan ehtiyac açıq-aşkar 

özünü göstərməyə başlayır. Belə lider 1990-ci ildən Naxçıvan 

əhalisinin iradəsi ilə Azərbaycan Ali Sovetinə deputat və 1991-

ci ildənsə Muxtar Respublikanın Ali Məclisinə  sədr seçilən, 

faktiki olaraq Naxçıvan əhalisinin xilaskarına çevrilən Heydər 

Əliyev oldu. 1993-cü ildə xalqın tələbi ilə, o, hakimiyyət dairə-

ləri tərəfindən Bakıya dəvət olundu. İyunun 15-də Ali Sovetin 

sədri, oktyabrın 3-də isə ölkə prezidenti seçilərək, yenidən 

Azərbaycanın siyasi sükanı arxasına keçən Heydər Əliyev öl-

kənin milli inkişafının üçüncü əsas şərtini - vahid lider tələbini 

təmin etdi. 

Heydər  Əliyevin hakimiyyətə  gəlməsi ilə ölkənin milli 

inkişafının yeni - ikinci mərhələsi başlandı. Tədqiqatçıların 

fikrinə görə, bu mərhələdə Azərbaycanın milli inkişaf siyasə-

tinin, gələcək ictimai-siyasi, sosial-iqtisadi və  mədəni-mənəvi 

inkişafının  əsası qoyuldu, daxili və xarici siyasətinin məqsəd 

və  vəzifələri, prinsip və xüsusiyyətləri,  əsas istiqamətləri və 

prioritetləri müəyyən edildi.

25

 



Heydər  Əliyevin Azərbaycanın gələcək müstəqil milli 

inkişafı ilə bağlı siyasi dünyagörüşü və konseptual yanaşması 

ilk dəfə hələ SSRİ dağılmamışdan qabaq - 1991-ci ilin əvvəllə-

rində Azərbaycan parlamentinin tribunasından səsləndirdiyi 

fikirlərdə öz əksini tapmışdır. Azərbaycanın yeni şəraitdəki 

inkişafı ilə bağlı onun həmin dövrdə parlament müzakirələrin-

də səsləndirdiyi fikirlər, təklif və mülahizələr, mütəxəssislərin 

                                                 

25

Bax: Mehdiyev R.Ə. Vətəndaş cəmiyyətinə yol açan ideyalar. Bakı, 2006.  




 

ßËÈ ÙßÑßÍΠ

 

98 


fikrincə müstəqilliyə doğru uzanan yolda rastlaşılan yeganə 

rasional, praqmatik və uzaqgörən fəaliyyət nümunəsi idi.

26

 

Heydər  Əliyevin müstəqil Azərbaycan dövlətinin milli 

inkişafı ilə bağlı praktiki addımları - ictimai-siyasi, sosial-

iqtisadi, mədəni-mənəvi inkişafının məqsəd və  vəzifələrinin 

müəyyən edilməsi, ölkə  həyatının bütün sahələrində keçmiş 

sosialist normalarından imtina edilməsi və yeni prinsiplərə 

söykənən dövlət quruculuğu proseslərini həyata keçirməsi, 

milli dövlətin əsas atributlarının yaradılması və s. də SSRİ-nin 

dağılmasından bir qədər  əvvəl, 1991-cü ilin sentyabr ayında 

Naxçıvan MR Ali Məclisinə  sədr seçilməsi ilə başlamış  və 

1993-cü ildənsə Azərbaycan Respublikasının Prezidenti kimi 

davam etdirilmişdir. 

Müstəqil Azərbaycan dövlətinin sükanı arxasına keçəndən 

sonra Heydər  Əliyev ölkənin milli ruhlu, qlobal düşüncəli və 

dövlət təfəkkürlü vətəndaşlarını, bütün sağlam qüvvələri öz 

ətrafına toplayaraq, dövlətin gələcək iqtisadi, ictimai-siyasi və 

sosial-mənəvi inkişafının prinsiplərini, məqsəd və  vəzifələrini 

müəyyənləşdirdi, onun keçmiş sosialist ictimai-siyasi və iqti-

sadi sistemindən yeni hüquqi dövlət quruluşuna, azad bazar 

iqtisadiyyatı  və çoxmülkiyyətli iqtisadiyyata, demokratik nor-

malara və siyasi plüralizmə əsaslanan vətəndaş cəmiyyəti mo-

delinə keçidinin konseptual əsaslarını yaratdı  və 1995-ci ildə 

qəbul olunmuş ölkə Konstitusiyasına daxil etdi. 

Heydər  Əliyevin milli inkişaf siyasətinin xarakterik əla-

mətlərindən biri də, onun bütün milli resursları, maddi və mə-

nəvi sərvətləri səfərbər edərək, ölkənin ümumi iqtisadi inkişa-

fına yönəlməsi taktikasında idi. Bu məqsədlə, Heydər  Əliyev 

1994-cü ildə dünyanın aparıcı ölkələrini təmsil edən transmilli 

neft  şirkətləri ilə  Xəzər dənizinin Azərbaycan sektorundakı 

                                                 

26

Bax: Mehdiyev R.Ə. Yeni siyasət:  İnkişafa doğru. l kitab, Bakı,  2008.                 



s.28-29 


Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə